XROM

[ yun. chroma – rəng]
1. Kimyəvi element; açıq-boz rəngli bərk metal (metal məmulatın üstünü örtmək üçün bərk ərinti).
Xromdan metallurgiyada paslanmayan polad, ferrixrom (dəmirlə xromun xəlitəsidir) hazırlanır. M.Qaşqay.

2. Həmin metalın duzlarında aşılanmış yumşaq, nazik dəri və bu dəridən hazırlanmış.
[Nağı:] Usta, sənə bir xrom sapoq mənim boynuma. Aşıq Ələsgər”.
[Qədirin] əynində sürməyi parçadan köynək və şalvar, ayaqlarında yumşaq xromdan uzunboğaz çəkmə vardı. İ.Əfəndiyev.

3. Xrom turşusu duzlarından alınan sarı boya.
XRİZANTÉM
XROMATİK

Digər lüğətlərdə