XUB

sif.zərf [ fars. ] klas.
1. Yaxşı, gözəl, xoş.
Gümüş kəmər xub yaraşır belinə; Yaxası qızıldan düymələnibdi. Aşıq Ələsgər.

// Yaxşıca, bərk, əməlli-başlı. Xub yeyibiçdilər. Xub əzişdirdilər.
2. is. məc. Gözəl, dilbər.
[Qərib:] Bir əl vurun, xublar girsin oyuna; Mən qurbanam qamətinə, boyuna. Aşıq Qərib”.
Vaqif səni sevdi xublar içində; Bir taza qonçasan gülzar içində. M.P.Vaqif.

3. “Yaxşı”, “razıyam” mənasında (razılıq bildirir). [Miraxur:] Xub, Şah Abbas o vəqtdə padşah idi.
Hökmü bizə rəvan idi. M.F.Axundzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • XUB xub bax 1.yaxşı 1; 2. gözəl 1
XU
XUBLUQ

Digər lüğətlərdə