XUDABƏNDƏ
XUDADAT
OBASTAN VİKİ
Xudadad Əfşariyan
Xudadad Əfşariyan — İranlı futbol hakimidir. 1965-ci ildə Gəçsaran şəhristanında dünyaya gəlibdir. == Mənbə == "Xudadad Əfşariyan tanıtımı". İran idman hakilmlərinin saytı. 2011-07-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2013‏.
Xudadad bəy Məlikaslanov
Xudadat bəy Məlik-Aslanov (azərb. Xudadat bəy Ağa bəy oğlu Məlik-Aslanov‎; aprel 1879, Taynaq, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 23 iyul 1935, Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ) — dövlət xadimi, alim, ixtiraçı-mühəndis, yol nəqliyyatı və texniki elmlər sahəsində ilk azərbaycanlı professorlardan biri. AXC-nin birinci və ikinci hökumət kabinetlərində — 1918-ci il mayın 28-dən oktyabrın 6-dək ilk yollar, poçt və teleqraf naziri. == Həyatı == Xudadat bəy Məlik-Aslanov 1879-cu ildə Şuşa qəzasının Taynaq kəndində anadan olmuşdu. O, 1898-ci il Şuşa realnı məktəbini bitirmiş, 1904-cü ildə Peterburq (indiki Sant-Peterburq) Yol Mühəndisliyi İnstitutuna daxil olmuş və 1904-cü ildə oranı 1-ci dərəcəli diplomla bitirmişdi. == Fəaliyyəti == Peterburq mühitində 1901–1904-cü illərdə-tələbəlik illərində Rusiya Sosial Demokrtatik Fəhlə Partiyasının (RSDFP) üzvü olan Xudadat bəy Məlik-Aslanov sonra heç bir partiyaya daxil olmamış və ömrünün axırınadək bitərəf qalmışdı 1904-cü ildə İnstitutu bitirdikdən sonra təyinat əsasında Sankt-Peterburqda Voloqda-Petrozavodsk Dəmiryolunun çəkilişi ilə əlaqədar Peterburq İdarəsində 6 ay mühəndis vəzifəsində işləmişdi. Məlik-Aslanov 1905-ci ilin əvvəlində Tiflisə köçmüş və Zaqafqaziya Dəmiryolu sistemində çalışmağa başlamışdı. Zaqafqaziya Dəmiryolu İdarəsinin işçisi kimi o, əvvəlcə mühəndis, sonra Stansiya rəisinin köməkçisi, daha sonra isə Zaqafqaziya Dəmiryolunun ən ağır və dağlıq hissəsi hesab edilən Suram Aşırımı keçidində yol xidməti rəisinin köməkçisi və rəisi olmuşdu. Onun rəhbərliyi altında həmin xidmət sahəsində xeyli mülki tikinti aparılmış, Surom bölməsində texniki qurğular tikilmişdi. İkinci Dəmiryol Xəttinin çəkilişi davam etdirilərək Çiatura marqans mədənlərinə ensiz zolaq dəmir yolu salınmış, texniki işlər görülmüşdü.
Xudadad mirzə Fərmanfərmaiyan
Xudadad mirzə Fərmanfərmaiyan (8 may 1928, Tehran – 16 dekabr 2015)— şahzadə Əbdülhüseyn mirzə Fərmanfərma və Həmdəm xanımın oğlu idi. Pəhləvi sülaləsi dövründə, o, İran Mərkəzi Bankının başçısı idi.
Xudadad xan Dünbili
Xudadad xan Nəcəfqulu хаn oğlu Dünbili (1785-1787) — Təbriz hakimi. == Həyatı == Xudadad xan Nəcəfqulu xan oğlu Təbriz şəhərində anadan olmuşdu. Mükəmməl saray təlim-tərbiyəsi almışdı. Xudadad xan 1784-cü ildə atasından sonra xanlıq taxtına əyləşdi. Atasının ölümündən sonra taxta çıxan Təbriz hakimi Xudadad xan Dünbili xalqa zülm etməyə başlamışdı. Xalqın narazılığını eşidən Sərab hakimi Sadıq xan Şəqaqi Təbrizə qoşun çəkdi. Xalqın nümayəndəsi Ağa Əliməhəmməd tacirbaşı xeyli sovqatla yardım üçün Məhəmmədqulu xanın yanına yollandı. Məhəmmədqulu xan təbrizlilərə kömək etməyə söz verdi. İbrahim xan Araşlını 2 min nəfərlik qoşunla Təbrizə göndərdi. Təsuc yaxınlığında Əhməd xan Dünbili də ona qoşuldu.

Значение слова в других словарях

взволно́ванно коррумпи́рованный косачи́ный нота́риус по-импрессионисти́чески по-разбо́йницки подхва́тывать помеща́ться пупообра́зно репти́льный с придыха́нием завлека́ться стена́ фильтра́ция че́ствовать словесный br'er concenter dolorous inseparable mythologize pacesetting q tachygraphy претор