XUDADAD
XUDAFƏR
OBASTAN VİKİ
Xudadat bəy Poladov
Xudadat bəy Əli bəy oğlu Fuladov (1844-1872) — XIX əsr Azərbaycan şairi. == Həyatı == Xudadat bəy Fuladov böyük satirik şair Qasım bəy Zakirin nəvəsi, dövrün tanınmış şairləri olan İbrahim bəy Azər (1836-1885) və Abdulla bəy Asinin (1841-1874) qardaşlarıdır. * *Fuladov familiyası ilə məşhur olan üç qardaşdan biri də 1844-cü ildə Şuşada anadan olmuş ailənin son beşiyi Xudadat bəy idi. "Əli bəy vəfat edəndən sonra dörd səğir uşağı qaldı. Bu balalara Zakirdən başqa, bir münasib pərəstar yox idi. Odur ki, Zakir də naçar qalıb qəyyum oldu. (Rza qulu Cavanşir). Əli bəy Fuladovun uşaqlarını, yəni Qasım bəy Zakirin qız nəvələrini – İbrahim bəyi, Abdulla bəyi və Xudadat bəyi babaları öhdəsinə götürüb, onlara öz doğma balaları kimi baxmağa başladı. Nəvələrinə "ailə məktəbi"ndə təlim-tərbiyə verdi, savad öyrətdi, şerə, sənətə məhəbbət oyatdı, bir sözlə qayğıkeşliklə böyüdüb ərsəyə çatdırdı. Bu nəticədə də hər üç qardaş – Zakir "ailə məktəbi"nin "məzunları" gələcəyin tanınmış şairləri oldular və Qarabağ poeziya məktəbinin layiqli davamçılarına çevrildilər.
Xudadat bəy Rəfibəyli
Xudadat bəy Ələkbər bəy oğlu Rəfibəyli və ya Rəfibəyov (12 yanvar 1878, Yelizavetpol – 1 iyun 1920, Nargin adası, Azərbaycan) — Azərbaycan Xalq Cümhuriyyətinin Yelizavetpol quberniyasının general-qubernatoru, II Xoyski hökumətində əvvəlcə səhiyyə və sosial təminat naziri, daha sonra isə xalq səhiyyəsi naziri, Afanasyev adına Yelizavetpol xəstəxanasının direktoru, həkim. == Həyatı == Xudadat bəy Ələkbər bəy oğlu Rəfibəyli 1878-ci il yanvarın 12-də indiki Gəncə şəhərinin Bala Bağman məhəlləsində əsilzadə ailəsində doğulub. O, Rəfibəylilər nəslindəndir. Xudadat bəy Gəncə Kişi Gimnaziyasını bitirdikdən sonra təhsilini də davam etdirmişdir. Xudadat bəy Rəfibəyli 1904-cü ildə oranı bitirir. === Fəaliyyəti === 1904-cü ildə Xarkov İmperator Universitetinin Tibb fakültəsini bitirir və həmin universitetin qospital-klinikasının cərrahiyyə şöbəsində 3 il ordinator işləyir. O, 1907-ci ildə ailəsiylə birgə Gəncə şəhərinə qayıdır. Həmin ilin noyabrın 15-də o, Yelizavetpol Şəhər İdarəsinim təqdimatı, qubernatorun əmri ilə Afanasyev adına Yelizavetpol xəstəxanasına (6 nömrəli şəhər müalicəxanası) direktor təyin edilir. 17 il Gəncə xəstəxanasının baş həkimi olaraq çalışmışdır. 1909-cu ildə fəaliyyəti, xidmətləri nəzərə alınaraq titulyar müşavir, 1910-cu ildə kollej asessoru, 1912-ci ildə saray müşaviri rütbələri verilib və 1909-cu ildən Gəncə Mahal Məhkəməsində fəxri barışıq hakimi təyin edilib.
Xudadat bəy Rəfibəyov

Xudadat bəy Əzizbəyov
Əzizbəyov Xudadat bəy Əsədulla bəy oğlu - müəllim, tərcüməçi. == Həyatı == Xudadat bəy Əzizbəyov 1892-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Rus-tatar məktəbində, sonra Şuşa real məktəbində oxumuşdu. 1911-ci ildə real məktəbi bitirib Bakı şəhərində "İttihad" progimnaziyasında müəllim işləmişdi. Biliyi, savadı sayəsində əvvəlcə nəzarətçi, sonra müfəttiş vəzifəsinə yüksəldi. Xəstəliyi ilə bağlı Şuşaya dönüb Savadlılığı yayma cəmiyyətində, eyni zamanda da "Gövhəriyyə" məktəbində müəllim kimi çalışdı. Onun təşəbbüsü ilə cəmiyyətin nəsdində "Rəşidiyyə" adlı məktəb açıldı. Bir xeyli müddət burda çalışdı. I Dünya Müharibəsi illərində Şuşadakı Qarşılıqlı Kredit Cəmiyyətində işlədi. "Rəşidiyyə" məktəbinin pedoqoji kollektivinin xahişi ilə yenidən təhsil ocağına qayıtdı.
Mirzə Xudadat bəy Vəkilov
Mirzə Xudadat bəy Vəkilov — Rusiya çar ordusunun polkovniki . == Həyatı == Polkovnik Mirzə Xudadat bəy Vəkilov 1822-ci ildə Salahlı kəndində anadan olub. İlk zabit rütbəsini 1847-ci il iyunun 2-də, polkovnik rütbəsini 1879-cu il dekabrın 14-də alıb. Hazırda Qafqaz Əlahiddə ordusunda xidmətdədir. İgidliyə görə təltif olunduğu ordenlər: dördüncü dərəcəli Müqəddəs Anna (1847), üçüncü dərəcəli Müqəddəs Anna, bantla birgə (1851), Müqəddəs Stanislav (1858), İmperatorun tacqoyma mərasimi münasibətilə orden (1860), ikinci dərəcəli Müqəddəs Anna, qılıncla birgə (1861), Dördüncü dərəcəli Vladimir bantla, birgə (1875), üçüncü dərəcəli Müqəddəs Vladimir (1883) və 1862-ci ildə İranın üçüncü dərəcəli "Şire-Xorşid" ordeni . Polkovnik Mirzə Xudadat bəy Vəkilov Tiflisdəki hərbi gimnaziyanı bitirib. Qafqaz Əlahiddə Ordusunda şərq dilləri üzrə mütərcim-tərcüməçi işləyib. O, məşhur tibb alimi doktor Məmmədrza ağa Vəkilovun əmisi oğlu, müsavat lideri Əlimərdan bəy Topçubaşovun isə dayısıdır.
Xudadat bəy Məlik-Aslanov
Xudadat bəy Məlik-Aslanov (azərb. Xudadat bəy Ağa bəy oğlu Məlik-Aslanov‎; aprel 1879, Taynaq, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 23 iyul 1935, Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ) — dövlət xadimi, alim, ixtiraçı-mühəndis, yol nəqliyyatı və texniki elmlər sahəsində ilk azərbaycanlı professorlardan biri. AXC-nin birinci və ikinci hökumət kabinetlərində — 1918-ci il mayın 28-dən oktyabrın 6-dək ilk yollar, poçt və teleqraf naziri. == Həyatı == Xudadat bəy Məlik-Aslanov 1879-cu ildə Şuşa qəzasının Taynaq kəndində anadan olmuşdu. O, 1898-ci il Şuşa realnı məktəbini bitirmiş, 1904-cü ildə Peterburq (indiki Sant-Peterburq) Yol Mühəndisliyi İnstitutuna daxil olmuş və 1904-cü ildə oranı 1-ci dərəcəli diplomla bitirmişdi. == Fəaliyyəti == Peterburq mühitində 1901–1904-cü illərdə-tələbəlik illərində Rusiya Sosial Demokrtatik Fəhlə Partiyasının (RSDFP) üzvü olan Xudadat bəy Məlik-Aslanov sonra heç bir partiyaya daxil olmamış və ömrünün axırınadək bitərəf qalmışdı 1904-cü ildə İnstitutu bitirdikdən sonra təyinat əsasında Sankt-Peterburqda Voloqda-Petrozavodsk Dəmiryolunun çəkilişi ilə əlaqədar Peterburq İdarəsində 6 ay mühəndis vəzifəsində işləmişdi. Məlik-Aslanov 1905-ci ilin əvvəlində Tiflisə köçmüş və Zaqafqaziya Dəmiryolu sistemində çalışmağa başlamışdı. Zaqafqaziya Dəmiryolu İdarəsinin işçisi kimi o, əvvəlcə mühəndis, sonra Stansiya rəisinin köməkçisi, daha sonra isə Zaqafqaziya Dəmiryolunun ən ağır və dağlıq hissəsi hesab edilən Suram Aşırımı keçidində yol xidməti rəisinin köməkçisi və rəisi olmuşdu. Onun rəhbərliyi altında həmin xidmət sahəsində xeyli mülki tikinti aparılmış, Surom bölməsində texniki qurğular tikilmişdi. İkinci Dəmiryol Xəttinin çəkilişi davam etdirilərək Çiatura marqans mədənlərinə ensiz zolaq dəmir yolu salınmış, texniki işlər görülmüşdü.
в чести́ налака́ться препро́сто самоси́льно тинкту́ра альфа-лучи́ манипули́рование обже́чь оживлённый почита́тельница скулово́й технократи́зм торо́совый Еглина block and tackle cat-tail excathedral hand around rub through unreel нечувствительный подстерегать соревнование товарность юнец