XUDAŞİRİN
XUDAVERDİ
OBASTAN VİKİ
Xudat
Xudat – Azərbaycan Respublikasının şimalında Xaçmaz inzibati rayonunun tərkibində şəhər. 1950-ci ildə rayon tabeli şəhər statusu almışdır. Xudat 1943-cü ildə yaradılmış Xudat inzibati rayonunun mərkəzi olmuşdur. Bu rayon 1959-cu ildə ləğv edillmiş və Xudat daha əvvəllər aid olduğu Xaçmaz rayonunun inzibati idarəsinə verilmişdir. 1963-cü ildə ləğv edilən Xaçmaz rayonunun ərazisi Quba və Qusar rayonlarına verilmiş, Xudat bu dəfə Qusar rayonunun inzibati idarəsinə daxil olmuşdur. 1965-ci ildə bu strukturun da ləğvindən sonra Xudat təkrar bərpa edilmiş Xaçmaz rayonunun inzibati tərkibinə qatılmışdır. == Tarixi == Qədim qala-şəhərlərdən biri olan Xudat ("Xudat" sözünün mənası Allahın neməti deməkdir) Xaçmaz rayonunda yerləşir. Oykonim türk dilindəki -xod/xud (tərəvəz) və -at (yer) komponentlərindən düzəlib, bostan yeri mənasındadır. XVIII əsrin əvvəllərində Quba xanlığının ilk mərkəzi olub. 1735-ci ildə Fətəli xanın iqamətgahı Xudatdan Qubaya köçürüldü və Xudat öz əvvəlki əhəmiyyətini itirdi.
Köhnə Xudat
Köhnə Xudat (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Köhnə Xudat (Qusar) — Azərbaycanın Qusar rayonunun inzibati ərazi vahidində kənd. Köhnə Xudat qazmalar — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd.
Saman xudat
Saman xudat (VIII əsr, Bəlx vilayəti)—Samanilər sülaləsi əmirlərinin ulu babası. == Həyatı == Saman xudat bin Hamidan Bəlxdə yaşamışdı. Sülalənin banisi Saman-xudat (Saman-ata) ilk dəfə siyasi arenada VIII əsrin birinci rübündə peyda olur. Mənbələrə görə, bu dövrdə Saman –xudat Bəlxdən Xorasanın ərəb valisi Əsəd İbn Abdullah Əl Kəsrinin (və ya Əl Kuşairinin ) yanına, Mərvə gəlib onun vasitəsilə islamı qəbul etmiş və onun şərəfinə öz oğluna Əsəd adı vermişdir. Sonra o, öz oğlu ilə birlikdə Xorasanda Əbu Müslümün Əhli-Beyt hərəkatında iştirak etmişdir. Sonradan onun oğlu Əsəd, görünür ikinci dəfə İslamı, Mərvdə olduğu zaman Xəlifə Əl Məmnunun öz əlindən qəbul etmişdir. Saman-xudatın nəvələri, yəni Əsədin oğulları Nuh, Əhməd, Yəhya və İlyas Xəlifə tərəfinə keçərək Rəfi İbn Əl Leysin Orta Asiyadakı Əhli-Beyt hərəkatının ikinci üsyanının yatırılmasında iştirak etmişdilər. Xidmətlərinə görə, Mərvdən Bağdada getməzdən əvvəl Xəlifə Əl-Məmnun onları Maverənnəhrdəki şəhərlərə hakim təyin etmişdi. Samanilər sülaləsinin soyadı əcdad Saman-xudatın adı ilə bağlıdır. Mənbələrə görə o, Bəlx vilayətində yerləşmiş Saman məskəninin yaradıcısı və sahibi idi.
Xudat bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Xudat rayonu
Xudat rayonu — Azərbaycan Sovet Sosialist Respublikasında 1943-1959-cu illərdə mövcud olmuş inzibati vahid. İnzibati mərkəzi Xudat olmuşdur. == Tarixi == Xudat rayonu 8 oktyabr 1943-cü ildə yaradılmışdır. Xudat rayonu 3 aprel 1952-ci ildən 23 aprel 1953-ə qədər Bakı vilayətinə daxil edilmişdir.Xudat rayonu 4 dekabr 1959-cu il tarixində ləğv edilmiş, Şirvan kənd sovetliyi istisna olmaqla ərazisi (Xudat şəhər, Müqtədir qəsəbə soveti, Dədəli, Qusarçay, Ləcət, Nabran, Susayqışlaq və Yalama kənd sovetləri) Xaçmaz rayonuna birləşdirilmişdir. Şirvanovka kənd sovetliyi isə Qusar rayonuna verilmişdir. == Mətbuat == Rayon ərazisində "Xudat kolxozçusu" qəzeti nəşr edilmişdir.
Köhnə Xudat (Qusar)
Köhnə Xudat — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Köhnə Xudat oyk., mür. Xaçmaz r-nunun eyniadlı i.ə.v.-də kənd. Samur-Dəvəçi ovalığındadır; Qusar r-nunun eyniadlı i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. 1900-cü ildə Biləcəri-Dərbənd d.y. xəttinin çəkilişi ilə əlaqədar burada tikilən stansiyaya Xudat adı verilmişdi. Xudat kəndi yeni yaradılmış stansiyadan əvvəl salındığı üçün Köhnə Xudat adlandırılmışdır. Sonradan yarandığı üçün kənd əhli arasında Törəmə də adlanır.
Köhnə Xudat (Xaçmaz)
Köhnə Xudat — Azərbaycan Respublikası Xaçmaz rayonu eyniadlı inzibati ərazi vahidində kənd. Kənd özlüyündə məktəb, kitabxana, poçt idarəsi və bələdiyyədən ibarətdir. Kənddə 1200 yaxın insan yaşamaqdadır.Kənd bir ədəd su fontonı vardır Samur-Dəvəçi ovalığındadır.
Köhnə Xudat bələdiyyəsi
Köhnə Xudat bələdiyyəsi (Xaçmaz) — Xaçmaz rayonunda bələdiyyə. Köhnə Xudat bələdiyyəsi (Qusar) — Qusar rayonunda bələdiyyə.
Köhnə Xudat qazmalar
Köhnə Xudat qazmalar — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Köhnə Xudat qazmalar oyk., mür. Qusar r-nunun Bala Qusar i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Oykonim Köhnə Xudat (kənd adı) və qazmalar (müvəqqəti yaşayış evi) komponentlərindən ibarət olub, "Köhnə Xudat kəndinə məxsus qazmalar" mənasındadır. Kollektivləşmədən sonra qazmalar daimi yaşayış məntəqəsinə çevrilmişdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 589 nəfər əhali yaşayır.
Köhnə Xudat bələdiyyəsi (Xaçmaz)
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
...фо́ния взбры́згиваться далёкое дослу́шаться ионизи́рованный рукоя́тчик шпио́нчик ва-ба́нк обезлю́дение обма́нка перее́здный почмо́кивать размалёвывание трясу́чий электрово́зный blebby consortia debride double eagle filar kob moisture recorder чешуйка электролизический эпоха