XUDMANİ

sif.zərf [ fars. ]
1. Gizli, dostyana, məhrəmanə, məhrəmanə bir şəraitdə başqalarının olmadığı bir şəraitdə. Xudmani söhbət. Xudmani danışıq.
– Bəli, mən istəyirəm söhbətimiz xudmani olsun, – deyə, Müqim bəy yan-yörəsinə baxdı. S.Rəhimov.

2. Ancaq ən yaxın, ən inanılmış adamlardan ibarət.
[Qəhrəman:] …Xudmani bir məclis düzəldərəm. S.Rəhimov.
Fevral ayının 12-də Ağa Mirsadıq ağa ikisini də axşam yeməyinə dəvət etdi. Bu çox “xudmani” bir qonaqlıq idi.
Bir ev sahibi, iki də qonaq – vəssalam. Qantəmir.

// Xəlvəti.
[Firidun] xudmani bir bağı və həyəti olan yaxşı bir adama rast gəldi. M.İbrahimov.

3. Bir ailəyə məxsus, kiçik.
Karvansaranın hətta xüsusi çalğıçıları və nəğməçi cariyələri vardı ki, bu və ya digər hücrədə xudmani eyş-işrət məclisi qurulanda nəğməçi cariyələr o məclislərə ruh verir, əvəzində maddi nemətlər kəsb edirdilər. Ə.Məmmədxanlı.

Синонимы

  • XUDMANİ səmimi — yığcam
XUDBİNLİK
XUDPƏSƏND

Значение слова в других словарях

аристокра́тка опере́точный противоэпидеми́ческий со́тка та́бель о ра́нгах филёнчатый впере́ться добы́тчик интеграцио́нный менто́вский нака́шивать непредсказу́емо разва́ливать фриги́йский вагранка alkalify ambling community trust intuitivism knelt pitching tool polt propanol наяривать он