xunxarlıq 2021
xunta
OBASTAN VİKİ
Xunkar-Paşa İsrapilov
Xunkar-Paşa Germanoviç İsrapilov (digər adları Xunkar, Xunkarpaşa, Xunker, Xunkerpaşa) (rus. Хункар-Паша Германович Исрапилов, 13 noyabr 1967, Alleroy – 1 fevral 2000, Qroznı) — Tanınmamış Çeçen İçkeriya Respublikası Silahlı Qüvvələrində yüksək vəzifələr tutmuş, 1990-2000-ci illərdə Çeçen münaqişəsinin fəal iştirakçısı, 1995-ci ildəki Qızılyar teraktının əsas liderlərindən biri. Çeçen İçkeriya Respublikasının səhra komandiri. Şamil Basayevin yaxın tərəfdarlarından biri. == Tərcümeyi-halı == 13 noyabr 1967-ci ildə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Kurçaloyevski rayonunun Alleroy kəndində anadan olub. Orconikidze Piyada Məktəbini bitirib. 1984-1986-cı illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunları sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. 1992-1993-cü illərdə Qafqaz Xalqları Konfederasiyasının tərkibində Abxaziyadakı hərbi əməliyyatlarda, həmçinin Azərbaycanın tərəfində Qarabağ müharibəsində iştirak etmişdir. 1992-ci ilin noyabrında İsrapilov Abxaziyaya müstəqilliyini özü elan etmiş respublikanın tərəfində hərbi əməliyyatlarda iştirak etmək üçün gəldi. İlk Şromskaya əməliyyatında iştirak etdi, burada özünü qəddar və cəsarətli bir döyüşçü olduğunu sübut etdi.

Digər lüğətlərdə

а ну́-ка ве́ничный корчева́тый лесохи́мик непринуждённый пове́рх подчисту́ю прослужи́ть репродуци́ровать ро́знить шталме́йстерский звони́ться малонаселённый dial exchange embrute grenadine interest-bearing levity Spice Islands thimblerigger topographize tyrannous undisbanded производственный рефрактор