XUNTA

(ispan junta-yığıncaq, birlik, kollegiya) 1. ispan dili yayıldığı ölkələrdə müxtəlif ictimai-siyasi təşkilat, birlik, toplantı və ittifaqların, habelə dövlət orqanlarının adı; 2. bir sıra ölkələrdə hakimiyyəti qeyri-kontitusion (misal: hərbi çevriliş) vasitəsi ilə ələ keçirilmiş hərbiçi və ya qarışıq (hərbçi-mülki) qruplaşmaların yayılmış adı; onlara “hərbi X.” da deyilir. “X.” termini bəzi hallarda, bir sıra ölkələrdə mövcud olan (əsasən hərbiçilər hakimiyyətli) mürtəce rejimləri bildirmək üçün də istifadə olunur. Misal: Paraqvayda – hərbçilərin diktaturası; Çilidə - Pinoçet diktaturası; 18-21 avqust 1991-ci ildə, keçmiş Sovet İttifaqında “QKÇP” (rus analoqu ГКЧП – fövqəladə hallar üzrə dövlət komitəsi) – özünü adlandıran qurum tərəfindən (“səkkizlər” tərəfindən) hakimiyyəti ələ keçirmək cəhdi olmuş, lakin məqsədlərinə nail olmamışdır.
XEYRİYYƏ CƏMİYYƏTLƏRİ
İCRA (EDİCİ) HAKİMİYYƏT
OBASTAN VİKİ
Xunta
Xunta (isp. junta, tərcümədə "toplantı", "komitə") - İspaniyada və ispandilli ölkələrdə dövlət idarəetmə orqanlarını bildirən söz. Lakin, bu söz digər dillərə də keçmiş və beynəlxalq aləmdə dövlət çevrilişi yolu ilə hakimiyyətə gəlmiş hərbi diktaturaları bildirmək üçün istifadə olunur. Məsələn, Pinoçet xuntası, yunan hərbi xuntası ("Qara polkovniklər"), Myanma xuntası və s.

Значение слова в других словарях