XURAFAT

is. [ ər. ] Mövhumat.
Zülm nə din bildi, nə dil, nə Vətən; Cəhalət uydurdu İslam adına; Açıqfikirlilər qaçdı ölkədən; Dözməyib cahilin xurafatına. B.Vahabzadə.

// məc. Əfsanə, nağıl, uydurma.
Və ya ki Şuşədə bir sərsəmin xurafatı; Səhifələr ilə məşğul edər “Füyuzat”ı. M.Hadi.
[Bahadır:] Ey ağlını qayıb etmiş qoca, nə üçün bu avam zavallıları belə xurafat ilə aldadırsan? S.S.Axundov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • XURAFAT xurafat bax mövhumat
  • XURAFAT mövhumat — dindarlıq
XUNTÁ
XURAL

Digər lüğətlərdə