XURAMAN-XURAMAN

zərf Nazla, əda ilə, sallana-sallana, nazlana-nazlana.
Pəri Soltan xuraman-xuraman gəlib, özünü zindanın qapısına yetirdi. (Nağıl).
Səs-səsə verəydi həzarə, bülbül; Düşəydi payinə bənövşə, sünbül; Xuraman-xuraman əlində də gül; Gəzəydin hər tərəf bağı, görəydim. Q.Zakir.
Səhər vaxtı, yarəb! Nə gördüm ki, canan; Gəlir şadü xəndan, xuraman-xuraman. H.Cavid.

XURAMAN
XURCUN

Digər lüğətlərdə