XURAMAN

sif. [ fars. ] klas. Nazla, əda ilə yeriyən, nazlana-nazlana, sallana-sallana yeriyən.
Sərvi-azad qədinlə mənə yeksan görünür; Nəyə sərgəştə olan baxsa xuraman görünür. Füzuli.
Dilqəməm, qarşıma çıxdı xuraman; Bir şəbi-yeldadə bir mahi-taban. Aşıq Dilqəm.

□ Xuraman olmaq – naz və əda ilə, nazlı-nazlı, sallana-sallana yerimək.
Ey şaxi-gül, ol qaməti-mövzun həvəsindən; Çox sərv bu gülşəndə xuraman olacaqdır. Qövsi.

2. Sərvi-xuraman şəklində – klassik şeirdə gözəlin epitetlərindən biri.
Lütf edibsən, məgər ey bad! Bu gündən böylə; Verəsən bir xəbər ol sərvi-xuramanımdan. Füzuli.
Boyu yaraşıqlı, sərvi-xuraman; Əndamıdır ağ gül, sinəsi meydan. M.P.Vaqif.

XURAL
XURAMAN-XURAMAN

Digər lüğətlərdə