XURCUN

is. İçərisində şey qoymaq üçün adətən yük və ya minik heyvanlarının belindən aşırılan, palaz kimi toxunan, ya da cod parçadan tikilən ikigözlü torba, iri heybə. At belinə xurcun qoymaq. Xurcunu tərkinə salmaq.
[Əhməd] …başına bir çəllək soyuq su tökülmüş adam kimi kor-peşman yenidən malları bir-bir xurcuna yükləyib [eşşəyə] mindi. B.Talıblı.
Tahir isə anasından dolu xurcunu alıb mətbəxə apardı… M.Hüseyn.
Başında çal papaq, çiynində xurcun; İldırım çaxırdı gözündə onun. B.Vahabzadə.

Синонимы

  • XURCUN XURCUN (iri torba, kisə) [Fərid:] Aç xurcunu, ver, ver mənim qalstukumu (M.İbrahimov); HEYBƏ Rübabə oğlu üçün dəyişək, azuqə qoyub heybəsini bağladı (

Этимология

  • XURCUN Fars sözüdür, xor və çin hissələrindən ibarətdir. Xor “xörək”lə kökdaşdır, “azuqə” deməkdir, çin isə “yığmaq” deməkdir
XURAMAN-XURAMAN
XURD-XƏŞİL
OBASTAN VİKİ
Xurcun
Xurcun - Bu məişət əşyası əsasən müxtəlif rəngli yun ipdən (bəzən iplikdən) xalça texnikası ilə toxunur, qotazlarla bəzədilir. İki gözdən və şol hissədən ibarət olur. Ağız hissəsinə gözək salınır, gözəyin içərisindən keçən qotazlı bağ dartılarkən xurcunun ağzı bağlanır. Xurcun müxtəlif olçüdə olur. Əsasən kənd təsərrüfatı məhsulları və sair daşımaq üçün istifadə olunur. Qədim dövrlərdən qonşu Şərq və Qafqaz xalqlarının, o cümlədən azərbaycanlıların məişətində mühüm yer tutmuşdur.

Значение слова в других словарях

комполка́ наро́дно- недопонима́ние подмы́ливать пятидесятирублёвый сбру́ечка увози́ться до зела́ контрфо́рс лоску́тик осужде́ние отшвартова́ться подка́пчиваться привы́чка срыва́ться фронти́спис рубель aerometry bennet germifuge iced баба самообладание следователь сушиться