XURMA

is. bot.
1. Subtropik və mülayim iqlimli ölkələrdə bitən, lələkvari yarpaqları çətir kimi olan uca ağac və bu ağacın şirin meyvəsi.
Qayada ilan ötər; Bağdadda xurma bitər; Ay qız, elə sallanma; Cavanam, ağlım itər. (Bayatı).
[Teybə] …evə yolu düşəndə Bahadır üçün həmişə fındıq, qoz, saçaqlı konfet, iydə və bəzən xurma gətirərdi. M.Hüseyn.

2. bax xırnik.
…Xurma toxumunun qabığı qalın olduğuna onlar bir neçə ildən sonra göyərir, ona binaən onları tez göyərtməkdən ötrü Avropa bağbanları bu toxumların qabığını üsul yarıb sonra əkirlər. Əkinçi”.

Синонимы

  • XURMA 1. XURMA Qayada ilan ötər; Bağdadda xurma bitər; Ay qız, elə sallanma; Cavanam, ağlım itər (Bayatı); RÜTƏB (kl

Этимология

  • XURMA Fars mənşəlidir, rusca ona финик deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
XURD-XƏŞİL
XURMALIQ
OBASTAN VİKİ
Xurma
Xurma (lat. Diospyros) — Ebena-Ebenaceae fəsiləsindən olub, bir sıra subtropik ölkələrdə (Cənubi Asiya, Afrika, Amerika ölkələrində) geniş yayılmışdır. Xurma birtoxumlu, ətirli və şirin dadlı meyvədir. Yetişəndə qırmızı və ya qonur-qırmızı rəng alır. Lət hissəsi şirin və dadlıdır. Xurma ağacı çox məhsuldar bitkidir, onun müxtəlif növləri vardır. Azərbaycanda becərilən xurma (Şərq xurması - Diospyros kaki), əsasən Lənkəran zonasında (Astara, Lənkəran, Masallı), bundan başqa, Göyçay, Ağdaş, Ağdam, Gəncə,Balakən Zaqatala rayonlarında becərilir. Şərq xurmasından başqa Azərbaycanda iki növ yabanı xurmaya da rast gəlinir. Bunlar da Qafqaz xurması (Diospyros lotus) və Virgin xurması (Diospyros virginiana) adlanır. Azərbaycanda becərilən şərq xurmasının tərkibində 13-16% qlükoza və fruktoza şəkəri, 0,8%-ə qədər üzvi turşular, aşı maddələri, karotin, C vitamini və yod birləşmələri olduğuna görə onun mühüm müalicəvi əhəmiyyəti vardır.
Adi xurma
Qafqaz xurması və ya Adi xurma (lat. Diospyros lotus) — ebenakimilər fəsiləsinin xurma cinsinə aid biki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. == Bioloji xüsusiyyətləri == Təbiətdə hündürlüyü 25 m və gövdəsinin diametri 150 sm olan, qışda yarpağını tökən ağacdır. Yarpaqları ellipsvarıdır. Gövdəsinin tünd rəngli və dərin çatlı qalın qabığı vardır. Cavan zoğları yaşılımtıl-qəhvəyi və ya tünd qırmızımtıl-qəhvəyi rəngində olur. Yarpaqları zoğ üzərində sıralı yerləşmişdir. Yarpaqlarının kənarı tam və ya azca dişlidir.
Xurma palması
Xurma ağacı (lat. Phoenix) — palmakimilər fəsiləsinə aid bitki cinsi.
Meşə xurma palması
== Təbii yayılması == Afrika və Asiyanın tropiklərində yayılmışdır, qədim, mədəni bitki vadilərinin şahzadəsi adlanır. == Botaniki təsviri == Hündürlüyü 2–3 m-ə çatır.Gövdəsi nazik, düzdür, üzərində keçənilki yarpaqların saplaqlarının qalıqları qalır. Şaxələnmiş çətirinin diametri 2 m-dir.Gövdənin ucunda yerləşən yarpaqları göyümtül-yaşıl rəngdə, uzun, ensiz, lələkvari, əyilmiş qövsvari olub, saplaqlarda yerləşir. Lələkvari yarpağın xırda yarpaqcıqları ucundan iki yerə bölünmüşdür. Çəyirdəyi çox möhkəmdir. == Ekologiyası == İşıq, rütubətsevən bitkidir.Çox quru havada finikdə yarpaqların ucları qonurlaşır və onlarda tor gənəsi əmələ gəlir.Tez – tez yuyulma palmanın yarpaqlarını qurumadan və zərərvericilərin hücumundan qoruyur.Aprel- may aylarında köçürülməsi ( cavan palmalar hər il. Iriləri 3-4 ildən bir, ancaq hər il torpağın üst qatı dəyişməlidir) məqsədyönlüdür. Çimli, yarpaqlı, çürüntülü və qumlu torpaqlarda yaxşı bitir.Bu növ finik xloroz xəstəliyinə məruz qalır, bu da onun boy artımının zəifləməsinə və yarpaqda qonur xalların əmələ gəlməsinə səbəb olur. == Azərbaycanda yayılması == Mərdəkan dendrarisinə 2008-ci ildə introduksiya olunmuşdu. Meşə finik palması son dövrlərdə Bakı da, Gəncə də, Suymqayıt da, lənkəran - Astara bölgələsində və s.
Mədinə xurması
Xurma latın dilindən tərcümədə xurma “allahın qidası” deməkdir. İqlimi tropikdir. Misir, Əlcəzair, Tunis, Səudi Ərəbistan, Suriya, İraq, Pakistan, İran kimi Şərq və Cənub Qərb ölkələrində bol miqdarda yetişdirilməkdədir. Tünd qəhvəyi çalarda xurmanın təzə halda rəngi (növündən asılı olaraq) əsasən qırmızıdır. Xurma qlükoza, A və C vitaminləri, alma və limon turşusu, dəmir, kalsium, mis, maqnezium və digər vitaminlərlə də zəngindir. == Sağlamlığa faydaları == Beyni gücləndirirXurmanın insan orqanizminə böyük xeyri var. Xurmada olan fosfor, beynin ehtiyaclarını qarşılayır. Yorğunluğu aradan qaldırır. Xurmanın təsirli olduğu bir başqa sahə də sinir sistemidir. Xurmanın sakitləşdirici bir xüsusiyyəti vardır.
Qafqaz xurması
Qafqaz xurması və ya Adi xurma (lat. Diospyros lotus) — ebenakimilər fəsiləsinin xurma cinsinə aid biki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. == Bioloji xüsusiyyətləri == Təbiətdə hündürlüyü 25 m və gövdəsinin diametri 150 sm olan, qışda yarpağını tökən ağacdır. Yarpaqları ellipsvarıdır. Gövdəsinin tünd rəngli və dərin çatlı qalın qabığı vardır. Cavan zoğları yaşılımtıl-qəhvəyi və ya tünd qırmızımtıl-qəhvəyi rəngində olur. Yarpaqları zoğ üzərində sıralı yerləşmişdir. Yarpaqlarının kənarı tam və ya azca dişlidir.
Virginiya xurması
Virciniya xurması (lat. Diospyros virginiana) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin ebenakimilər fəsiləsinin xurma cinsinə aid bitki növü. == Təbii yayılması == ABŞ-nin şərq hissəsində bitir. Növün arealı şimaldan İngiltərəyə, cənubdan Floridaya, şərqdən Atlantika okeanına və qərbdən Texasa, Kanzasa və Oklahomaya qədər uzanır. == Botaniki təsviri == Hündürlüyü 15–17 m-ə çatan, ikievli, və ya birevli, yarpağıtökülən ağacdır. 100-150 il yaşayır. Çətiri cavanlıqda piramidal, sonra oval olur. Bitki ikievlidir. Yarpaqarı iri, uzunluğu 8-14 sm, dərili, yumurtavarı və ya oval formalı, üst tərəfdən tünd-yaşıl, bünövrəsi ürəkşəkilli və ucu bizdir. Yarpaqları payızda sarı və qırmızı rəng alır.
Xurmalı (Heris)
Xurmalı (fars. خرمالو‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 714 nəfər yaşayır (148 ailə).
Xurmayı
Qəhvəyi və ya qonur – rənglərdən biri. == Ümumi məlumat == Ağır, isti, qəmgin rəngdir. O, qocalığı simvolizə edir. İstifadə edildiyi məkanların həcmini kiçildir. Saturnun rəngidir.Qəhvəyi rəng qaynaqlarda qonur və dor rənglər eyni mənada izah olunmuşdur. Yəni qonur da, dor da şabalıdı, açıq şabalıdı, yanıq şabalıdı, qəhvəyi, açıq-qəhvəyi, xurmayı deməkdir. Qəhvəyi (qonur, dor) – ümumi rənglər aləmində uğur simvolu sayılır. == Qəhvəyi rəng və atlar == Amma bu da var ki, bəzən yazılışda və deyilişdə "dor" səhv olaraq "dür" şəklinə salınır. Misal üçün, Koroğlunun Qıratı ilə yanaşı, Doratı da vardır. Bu atın adı isə dastanda da, araşdırmalarda da "Dürat" olaraq göstərilir.
Xurmazərd (Marağa)
Xurmazərd (fars. ‎‎خرمازرد‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 899 nəfər yaşayır (265 ailə).
Yapon xurması
Trabzon xurması (lat. Diospyros kaki ) - xurma cinsinə aid bitki növü. == Mənbə == Xirnik qədim tarixə malik relikt bitkilər qrupundandır. Xirnik Yer kürəsinin müxtəlif bölgələrində -Qafqaz, Orta Asiya, Şimali və Cənubi Amerikada, Afrikada, Britaniya adalarında və Asiyada geniş yayılmışdır. Xirnik , Ebanaceae Vent. fəsiləsinə aiddir. Bu fəsilənin 7 cinsi və 290 növü məlumdur . Bu cins və növlər əsasən Cənub- Şərqi Asiya, Hindistan, Malay arxipelaqının tropik və subtropik rayonlarında yayılmışdır. MDB ərazisində bir cins – Diospyros L. cinsi geniş yayılmışdır. Bu cinsin yer kürəsində 200-ə qədər növü vardır.
İran xurması
Barmaqvari finik və ya xurma == Təbii yayılması: == Şimali Afrika, Ərəbistan yarımadası, Cənubi İran, Əfqanıstan və Pakistanın quraqlıq, subtropik vilayətlərində təbii halda yayılmışdır. == Botaniki təsviri: == Hündürlüyü 20-30 metrə çatır. Gövdəsi hamar, düz olmaqla 30 sm diametirindədir. Üzəri yarpaq saplaqlarının qflıqlarıilə örtülmüşdür. Torpağın səthində güvdədən çoxlu pöhrələr verir. Yarpaqları lələkvari olub, gövdənin yuxarı hissəsində toplanır.Finik gövdəsinin ən açağı yarpaqlarının kənarlarında iynələr vardır; lələkvari yarpaqlarının uzunluğu 6 m-ə qədər olub, təxminən 5 ildən sonra formalaşır. Yarpaqcıqlar möhkəm, xətvari, neştərvari, 20- 30 sm uzunluğundadır. Yarpaq saplağı uzun, nazik boz- yaşıl rəngdədir.Çiçəyi qoltuq çiçək qrupunda toplanmışdır. Çiçək saplağının uzunluğu 1-1,2 m-dir.Meyvəsi 2.5-dən 5-6 sm uzunluğunda, ətli, uzunsov yumurtavari formadadır.Toxumu tünd qəhvəyi rəngdə, 1,5-2 sm uzunluğundadır.Toxumla asanlıqla çoxalır. == Ekologiyası: == Finik çox işıq tələb edir.
Şərq xurması
Trabzon xurması (lat. Diospyros kaki ) - xurma cinsinə aid bitki növü. == Mənbə == Xirnik qədim tarixə malik relikt bitkilər qrupundandır. Xirnik Yer kürəsinin müxtəlif bölgələrində -Qafqaz, Orta Asiya, Şimali və Cənubi Amerikada, Afrikada, Britaniya adalarında və Asiyada geniş yayılmışdır. Xirnik , Ebanaceae Vent. fəsiləsinə aiddir. Bu fəsilənin 7 cinsi və 290 növü məlumdur . Bu cins və növlər əsasən Cənub- Şərqi Asiya, Hindistan, Malay arxipelaqının tropik və subtropik rayonlarında yayılmışdır. MDB ərazisində bir cins – Diospyros L. cinsi geniş yayılmışdır. Bu cinsin yer kürəsində 200-ə qədər növü vardır.
Virciniya xurması
Virciniya xurması (lat. Diospyros virginiana) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin ebenakimilər fəsiləsinin xurma cinsinə aid bitki növü. == Təbii yayılması == ABŞ-nin şərq hissəsində bitir. Növün arealı şimaldan İngiltərəyə, cənubdan Floridaya, şərqdən Atlantika okeanına və qərbdən Texasa, Kanzasa və Oklahomaya qədər uzanır. == Botaniki təsviri == Hündürlüyü 15–17 m-ə çatan, ikievli, və ya birevli, yarpağıtökülən ağacdır. 100-150 il yaşayır. Çətiri cavanlıqda piramidal, sonra oval olur. Bitki ikievlidir. Yarpaqarı iri, uzunluğu 8-14 sm, dərili, yumurtavarı və ya oval formalı, üst tərəfdən tünd-yaşıl, bünövrəsi ürəkşəkilli və ucu bizdir. Yarpaqları payızda sarı və qırmızı rəng alır.

Значение слова в других словарях

зажима́ть неиска́тельный пу́дрильщица тексто́лог накромса́ть овеществи́ть отпеча́тываться скромнёхонько практик ambulanceman battle dress brake horsepower change-house grotesqueness merchant venturer objectivist sphygmometer tiring-irons transpierce watercolourist белоголовый идентичность перепутывать стрела щавель