XURUŞ

is. [ fars. ] Plovla yeyilmək üçün ayrıca bişirilib hazırlanan ət, toyuq, kişmiş və s.-dən ibarət yemək; qara.
Balaca nimçələrdə tirmə süfrənin ortasına düzülmüş xuruşlar və yeməklər hamıdan artıq Məşədi Məmmədin diqqətini cəlb edirdi. B.Talıblı.
…Kiçik qazançalarda aş üçün azacıq əvvəl kəsilən üç qoyunun ətindən xuruş [qara] hazırlanırdı. Ə.Əbülhəsən.
[Çiyələk] plovun xuruşlarını hazırlamağa girişdi. B.Bayramov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • XURUŞ XURUŞ (plov üçün ətdən, şabalıddan və s.-dən ayrıca bişirilmiş yemək) [Əbülhəsən bəy] xörəyi iki əlli yeyirdi: Plovun xuruşunu, höycünü bir-birinə qat
  • XURUŞ qara

Omonimlər

  • XURUŞ XURUŞ I is. [ fars. ] Plova əlavə edilən qara. O, aşı masanın üstünə qoydu. Sonra xuruşunu gətirdi (Anar)

Etimologiya

  • XURUŞ Farsca xordən (yemək) sözü ilə qohumdur. Xörək kəlməsi də buradandır. Bizdə “aşqara”ya deyirlər. (Bəşir Əhmədov
XURT
XUŞGƏBAR
OBASTAN VİKİ
Xuruş Rüstəm bəxşi
Xuruş Rüstəm bəxşi (Farsca: بخش خورش رستم‎‎)— İranın Ərdəbil ostanında olan Xalxal şəhristanının 3 bəxşindən biridir. Bəxşin mərkəzi Heşəcin şəhəridir. == Ümumi məlumat == Bəxşin 2006-cı il siyahıya alınmasına görə əhali sayı 14,577 nəfər və 3,765 evdir.

Digər lüğətlərdə

бу́дто бы глазча́тый интерпо́ловский нале́чь пору́гивать хря́пка чако́на чех ядозу́бы ватерпо́ло красная де́вушка мединститу́т ненасытная утро́ба опохмели́ться пощёлкивать прове́иваться alcove feet first guttated phoneticize straight-from-the-shoulder натереть натяжение презент сдёрнуть