XIDIR

1. Xızır peyğəmbərin adıdır. “Qızmaq” (od) anlamı ilə bağlıdır.

2. Kiçik çillənin son həftəsinə deyilir. Bu dövr həm də Xıdır (Xızır, İlyas) Nəbi bayramı adlanır. Bu, yazın gəlməsi ilə bağlı keçirilən mərasimdir. Sözün xız(xıd) hissəsi ulduz kəlməsindəki “duz”la bağlıdır, “od” anlamını verir, -ər isə “kişi” deməkdir (xıd-ır “od kişisi” kimi başa düşülə bilər). Səbəbi isə odur ki, Xıdır peyğəmbər kiçik çillənin sonunda yazı (istiliyi) gətirirmiş. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

XƏZİNƏ
XINDI
OBASTAN VİKİ
Xıdır
Xızır — türk, İslam və Yaxın Şərq inanclarında adı çəkilən şəxs. Bəzi mənbələrdə "Xıdır" olaraq da adlandırılmışdır. Çətin anlarda insanların köməyinə çatan, başqalarının cildinə girə bilən, fövqəladə xüsusiyyətlərə malik bir insan, zaman-zaman peyğəmbər kimi də təsvir olunur. Quran-ı Kərimdə adı birbaşa keçməsə də, bir sıra alimlər tərəfindən Kəhf surəsində təsvir olunan şəxsin Xızır olduğu iddia olunmuşdur.
Xıdır Alovlu
Xıdır Binnat oğlu Alovlu — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. == Həyatı == 1939-cu il martın 2-də Ermənistan Respublikası Kirovakan rayonunun Gözəldərə kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Rus dilini bilirdi. Evli olmuşdur, 4 övladı var. Sumqayıtda fəhlə, mühəndis, məktəb direktoru işləmişdir. == Siyasi kariyerası == Bir müddət Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində çalışmışdır. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının sədri, Siyası Şuranın üzvü olmuşdur. 2000-ci il noyabrın 5-də 39 saylı Sumqayıt ikinci seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvü olmuşdur.
Xıdır Bəylərov
Bəylərov Xıdır İbrahim oğlu (1926, Hoçaz, Laçın rayonu – 15 iyun 2011, Bakı) — Laçın rayon Soveti İcraiyyə Komitəsi sədrinin müavini (1962–1964), Laçın rayon Soveti İcraiyyə Komitəsinin sədri (1965–1969), Laçın rayon Xalq Marifi şöbəsinin müdiri (1969–1976), Plan Komitəsinin sədri (1976–1987) == Həyatı == Xıdır Bəylərov 1926-cı ildə Laçın rayonunun Hoçaz kəndində anadan olub. müharibə illərində orta məktəbi və pedaqoji kursu bitirdikdən sonra 1943–1944-cü illərdə Mişni və Hoçaz kənd 7 illik orta məktəbində müəllim işləmiş, 1944-cü ildən 1950-ci illərin əvvəllərinə kimi Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Ali təhsillidir Bakı Dövlət Universitetinin tarix fakultəsini bitirmişdir. == İctimai-siyasi fəaliyyəti == Ordudan tərxis olunduqdan sonra Laçın rayon partiya komitəsində təlimatçı, sonra isə rayon soveti icraiyyə komitəsində katib işləmişdir. 1953–1956-cı illərdə Ali partiya məktəbinin müdavimi olmuş, təhsilini fərqlənmə diplomu ilə başa vurduqdan sonra Laçın rayon partiya komitəsində təşkilat şöbəsinin müdiri, 1958-ci ildən 1962-ci ilə qədər "Laçın" qəzetinin, sonra isə Laçın, Qubadlı, Zəngilan rayonları üzrə Azərbaycan SSR Mərkəzi Partiya Komitəsinin "Kənd həyatı" qəzetinin redaktoru işləmişdir. 1962–1964-cü illərdə Laçın rayon Soveti İcraiyyə Komitəsi sədrinin müavini, 1965–1969-cu illərdə isə Laçın rayon Soveti İcraiyyə Komitəsinin sədri işləmişdir. 1969–1976-cı illərdə Laçın rayon Xalq Marifi şöbəsinin müdiri, 1976–1987-ci illərdə Plan Komitəsinin sədri, eyni zamanda rayon icraiyyə Komitəsinin sədr müavini vəzifəsində işləmişdir. 1987–2000-ci illərdə Əhalinin Sosial Müdafiə mərkəzi adlanan rayon İctimai Təminat Şöbəsinin müdiri olmuşdur. == Mükafatları == Xıdır Bəylərov müxtəlif illərdə fəaliyyətinə görə orden və medallarla təltif edilmişdir.
Xıdır Mustafayev
Xıdır Həsən oğlu Mustafayev (27 mart 1905, Gözəldərə, Aleksandropol qəzası – 21 may 1975, Bakı) — Sovet İttifaqı Qəhrəmanı. == Həyatı == Xıdır Mustafayev 1905-ci ildə Ermənistanın Kirovokan rayonunun Gözəldərə (Xancığaz) kəndində anadan olmuşdur. 1937-ci ildə Kirovokan RHK-dan orduya çağırılmışdır. 1937-1941-ciillərdə əsgərlik dostu Xankişi Şükür oğlu İsmayılovla birlikdə Tiflis Ali Piyadalar Məktəbində hərbi təhsil almışdır. Müharibənin ilk günlərində motoatıcı batalyonun komandiri olmuşdur. Stalinqrad, Kiyev, Jitomir, Kazatin, Berdiçev, Prokursov, Ternopol uğrunda aparılan döyüşlərdə iştirak etmişdir. 1943-cü ilin payızında Ukrayna paytaxtı Kiyevin azad edilməsi uğrunda döyüşlərdə tankçılar batalyonun komandiri mayor Xıdır Mustafayev xüsusilə fərqlənmişdir. 1943-cü ilin noyabrın 5-dən 6-na keçən gecə Xıdır Mustafayev zərbəçi tank batalyonuna komandir təyin edilir. Komandırın təklifi ilə qurulan strateji plana uyğun olaraq batalyonun qarşısına gözlənilmədən düşmənin arxasına keçib Kiyevdən 70 kilometr aralıda yerləşən Fastov şəhərini tutmaq vəzifəsi qoyulmuşdur. Ayın 6-sı axşam Mustafayevin tankçıları şəhərə daxil olaraq dəmiryol vağzalını ələ keçirdilər.
Xıdır məscidi
Xıdır məscidi — İçəri Şəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan məscid. == Tarixi == Məscid 1301-ci ildə küçə-pilləkən üzərində tikilmişdir. Bu isə öz növbəsində məscidin mеmаrlıq plаnlаşdırmа üslubuna təsir göstərmişdir. 1988-ci ildə dаş qübbənin аşаğı mərtəbəsində arxeoloji qazıntılar və pоrtаlda bərpа işləri аpаrılmışdır. Məscid atəşpərəstlik məbədi üzərində inşa olunmuşdur. == Haqqında == Dахili məkаnın prоpоrsiоnаl bölgüsü, kоmpоzisiyа üsullаrı və dаş еlеmеntləri qаbаrıq оymа üsulu ilə аydın ifаdə оlunmuş, bədii-təsvirli Mehrabın sаyəsində, zаl çох gözəl tərtibаtа mаlik оlmuşdur. Cənub fаsаdının düzgün prоfilli, çаtmа pəncərələri göstərən bütöv dаş divаrın fоnundа, хüsusi vurğulаnmış pоrtаlа, həmçinin gеniş ərəb yаzısı zоlаğınа əsаslаnаn məscidin iri həcmli kоmpоzisiyаsı fonunda yеrli mеmаrlığın ən möhtəşəm fоrmаlаrındа cаnlаnır. Məscidin bütün pеrimеtri bоyu yеrləşən, zəif prоfilli dаş tаc, şərq kоmpоzisiyа üsullаrını аydın göstərir. == Mənbə == "ХIDIR MƏSCİDİ" (az.). icherisheher.gov.az.
Xıdır İlyas
Qədim tarixə malik olan və el arasında geniş yayılmış bayramlardan biri də Xıdır İlyas və ya Xıdır Nəbi adlandırılan mərasimdir. Bu bayram bir-birindən cüzi fərqlərlə demək olar ki, Azərbaycanın bütün bölgələrində keçirilir. Xıdır İlyas adətən təbiətin oyanması, otların cücərməsi, axar suyun təmizlənməsi və s. təbii proseslərlə müşayiət edilir. Tədqiqatlarda Xıdır Nəbi bir şəxsiyyət olaraq "suyun, külək və havanın himayəçisi" kimi təqdim olunur, Xızır peyğəmbərlə eyniləşdirilir. Dədə babadan qaydadır ki, hər il qış yarı olanda Böyük Çilləylə Kiçik Çillə arasında Xıdır bayramı keçirilərdi. Bəzi yerlərdə Xızır Nəbi, bəzi yerlərdə isə Xıdır İlyas adı ilə tanınan bu el bayramı ötən əyyamlarda böyük təmtəraqla qeyd olunardı. Köhnə kişilərin hesabına görə Kiçik Çillənin əvvəlində, indiki vaxtla götürdükdə təqribən fevralın 1-ci ongünlüyü ərzində axşam şər qarışandan sonra uşaqlar, cavanlar bir yerə toplaşar, dəstələnib Xıdır nəğməsi oxuya-oxuya qapıları döyər, Xıdır adına pay yığardılar.Başqa mənbələrdə isə həmin gecənin İkinci Çillənin qurtarmasına 2-5 gün qalmış keçirildiyi bildirilir. Və həmin bu mərasim "Xıdır Nəbi" bayramı adlandırılır. Kiçik Çillənin çıxması münasibətilə keçirilən Xıdır Nəbi bayramı həm də qədim əkinçilik görüşləri ilə əlaqədardır.
Üryan Xıdır
== Üryan Xıdır Dorutayda == Sultan (Üryan) Xıdır ziyarətgahı, Türkiyədə, Tunceli bölgəsində Pərtək-Hozat yolu kənarında bir təpənin üzərində yerləşən Dorutay (Zeyvə) kəndindədir. Bu kənddə Üryan Xıdırın (Sultan Xıdırın) ziyarətgahı var. Bu ocaq övladı olmayanlar, dəlilər və əlacı olmayan xəstələrin üz tutduqları müqəddəs yerdir. Ocağın Adıyaman, Malatya, Çorum, Sivas, Kahramanmaraş və Ərzurumda da ziyarətçiləri var. Ayrıca Suriyanın Əfrin şəhərindən də bura ziyarətə gəlirlər. Xubyar pirinin dədələri mürşüd ocaqlarının Üryan Xıdır olduğunu söyləyirlər. Rəvayətə görə Zeyvə kəndi yaxınlarında yaslı bir adam yaşarmış. O tarixlərdə Sultan Əlaəddin ordusu ilə birlikdə buraların kəşfiyyatını apararkən axşam olur və Zeyvə kəndi yaxınlarındaki Sultan gölü mövqeyində gecələməyə qərar verir. Çadırlar qurulur, yerləşmə başlayır. O sırada Sultan Əlaəddinin yanına gələn gözətçilərdən biri "Sultanım, irəlidə içində işıq yanan çadıra bənzər bir şey var" deyir.
Raymonda Xıdır-zadə
Raymonda Xıdır-zadə (Raymonda Zaur qızı Xıdır-zadə; 10 fevral 1967, Bakı) — Beynəlxalq Dizaynerlər İttifaqı Assosiasiyasının, Azərbaycan və Rusiya Rəssamlar İttifaqının üzvü, Azərbaycanda fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, Jenevədə keçirilən CQE-nin XIV Beynəlxalq konvensiyasının, “Əsrin keyfiyyəti” beynəlxalq mükafatının laureatı. == Həyatı və təhsili == Raymonda Xıdır-zadə 1967-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olubdur. 1984-cü ildə orta məktəbi qızıl medal ilə bitirib, Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olmuşdur. 1989-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirib, Bakı şəhərində Tikinti Layihə İnstitutunda proqramçı-mühəndis vəzifəsində, 1992-ci ildən 1997-ci ilə qədər Futurologiya Universitetində riyaziyyat və fizika fənlərindən azərbaycan və rus bölmələrində mühazirə dərsləri aparmışdır. 1997-ci ildən Bakı Dövlət Universitetində fizika fakültəsinin ümumi fizika kafedrasında baş laborant, 2000-ci ildə mexanika-riyaziyyat fakültəsində “diferensial tənliklər” kafedrasında elmi işçi vəzifəsində çalışmışdır. 1998-ci ildə “Ümumiləşmiş idarəsi olan parabolik tənliklə təsvir olunan sistemlərdə optimal idarəetmənin bəzi məsələləri” mövzusunda disertasiya işinə başlayıb 2001-ci ildə müdafiə etmişdir. 2004-cü ilə qədər BDU-da mexanika-riyaziyyat və fizika fakültələrində mühazirə və seminarlar, 2004-2006-cı illərdə Sumqayıt Dövlət Universitetində “funksional analiz” kafedrasında mühazirə və seminarlar aparmışdır. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 2006-cı ildə Raymond-Art floristika və dizayn studiyasını təsis etmişdir. Azərbaycanın müxtəlif şəhərlərində və bir sıra xarici ölkələrdə ( Turkiyə, Hollandiya, Almaniya, İtaliya, İngiltərə, İspaniya, Fransa, İsveçrə, Rusiya) landşaft dizaynı, floristik və dekorativ layihələrin müəllifi və icraçısıdır.Bakı şəhərindəki layihələrdən 2008-2010-cu illərdə Heydər Əliyevin doğum günü münasibətilə Bakı şəhəri H.Əliyev parkında “Gül bayramı” layihəsinin dizayner-rəssamı; 2008-2010-cu illərdə Bakı şəhərində Dənizkənarı parkda “Qayıdış günü”, ”Dirçəliş günü” kimi tarixi təqvim günlərinə həsr olunan konsert səhnələrinin dizayn-tərtibatı və dekorasiyalarının müəllifi; 2008-2010-cu illərdə Novruz bayramı ilə əlaqədar Bakı şəhərində yerinə yetirilən tərtibat işlərinin icraçısı; Qanlı 20 Yanvar faciəsinin 20-ci ildönümündə “Aglayan şamlar” floristik kompozisiyasının müəllifi; Fəxri Xiyabanda Heydər Əliyevin və oftalmoloq Zərifə Əliyevanın məzarları ətrafinda landşaft dizaynının müəllifi; Bakı şəhərindəki Şəhidlər Xiyabanı və bir sıra parkların: Hüseyn Cavid, Səməd Vurğun, Elmlər Akademiyası və s. parklarının, həmin illərdə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə Bakı şəhərinin əsas prospekt və küçələrinin dekorativ-bayram tərtibat layihələrinin dizayner-rəssamı; 2013-cü ildə Türkiyədə Ataturk parkında keçirilən "Çiçək" sərgisində Heydər Eliyevin 90 illik yubileyinə həsr olunmuş layihənin dizayner rəssamı və icraçısı; 2010-2016-cı illərdə Turkiyənin Antalya şəhərində 6 illik Expo-2016 Çiçək sərgisi Beynəlxalq layihənin dizayner-rəssamı; 2010-2013-cü illərdə Moskva ətrafında 100 – qədər şəhər parklarının landşaft dizayneri;2006-2016-cı illərdə studiya Bakıda və 2016-cı ildən bu gunə qədər İtaliyanın paytaxti Roma şəhərində fəaliyyət göstərir.
Xıdır Zində məscidi
Xıdır Zində məscidi Siyəzən rayonu, Zarat (Siyəzən) kəndində yerləşən məsciddir. Məscid beşbarmaq dağı ilə Xəzər dənizinin arasında yerləşir. == Tarixi == Xıdır Zində məscidi, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən 2000-ci ildə inşa etdirilmişdir. Məscid beşbarmaq dağı ilə Xəzər dənizi arasından keçən Bakı-Rostov şose yolunun üstündə inşa olunub. Ümumi sahəsi 250 kv.m-dir.İçərisinə mərmər döşənmiş, divarları və dam örtüyü milli ornamentlərlə bəzədilmişdir. Məscidin qapı və pəncərələri taxtadan olmaqla xüsusi ustalar tərəfindən gözəl naxışlarla bəzədilmişdir. Məscidin günbəzinə xüsusi daşlardan örtük çəkilmişdir. Ziyarətə gələnlər üçün məscidin arxasında qurbangah, dəstəmazxana və başqa köməkçi tikililər var. Yanında 12 m hündürlüyündə iki minarə ucaldılmışdır. İçərisində axund və imam üçün iş otağı, həyətdə köməkçi binalar vardır.
Xıdır Zində piri
Xıdır Zində və ya Xızır Zində— Siyəzən rayonu ərazisində, Beşbarmaq dağı ətəyində pir. Bu gün Xıdır Zində pirinə gələnlərin, ondan kömək istəyənlərin sayı həddən artıq çoxdur. Buraya insanların bir qismi ziyarət, digər qismi isə gəzinti, maraq məqsədilə gəlir. Ziyarətə gələnlərin çoxu özləri ilə heyvan (qoyun-quzu) gətirir və pirin ətəyindəki çökəklikdə onları qurbanlıq kimi kəsirlər.Pirə gələnlər mütləq qayanın başına çıxır, burada nəzir verirlər. Ətrafda bir necə yerdə nəzir qutuları var. Zirvəyə çıxış xüsusən də yaşlı insanlar və qadınlar üçün çox çətin və təhlükəlidir. Doğrudur, qaya üzərində müxtəlif intervallarda dəmir pilləkənlər qoyulub. Lakin onlar çox ensizdir və iti bucaq altındadır. Burada ölçüləri 3×3 m olan, yaşayış yerini və ya istehkamda dayaq nöqtəsini xatırladan üstü açıq bir otaq, bundan başqa qayanın ətrafında eni 1 m-ə qədər olan müdafiə xarakterli qədim divar qalıqları var. Xıdır Zində pirini Beş Barmaq də adlandırırlar.
Cavid Xıdırov
Cavid Nəbi oğlu Xıdırov (20 iyun 1933, Kəpənəkçi, Marneuli rayonu – 19 noyabr 2005) — Azərbaycan alimi, kimya üzrə elmlər doktoru, professor. == Həyatı == C.N.Xıdırov 1933-cü il iyunun 20-də Gürcüstan Respublikası Marneuli rayonunun Kəpənəkçi kəndində kəndli ailəsində doğulmuşdur. 1939-1947-ci illərdə Kəpənəkçi kənd orta məktəbində səkkizillik təhsil aldıqdan sonra Marneuli şəhər Pedaqoji Texnikumunun birinci kursuna daxil olmuşdur. 1951-ci ildə texnikumu əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət Pedaqoji İnstitutunun təbiət fakültəsinə qəbul olunmuş, təhsil illərində Stalin təqaüdü ilə oxumuş və 1955-ci ildə oranı fərqlənmə diplomu ilə başa vurmuşdur. Fakültə Elmi Şurasının zəmanəti ilə Kimya kafedrasının aspiranturasına qəbul olunmuşdur. 1958-ci ildə aspiranturanı bitirdikdən sonra həmin kafedrada assistent vəzifəsində saxlanılmışdır. 1959-cu ildə o, yolu ilə Azərbaycan Elmlər Akademiyasının (EA) nəzdində yenicə təşkil olunmuş Neft-Kimya Prosesləri İnstitutuna (NKPİ) mühəndis vəzifəsinə keçirilmişdir. Cavid Xıdırov 2005-ci il noyabrın 19-da vəfat etmişdir. == Elmi fəaliyyəti == C.N.Xıdırovun əmək və elmi fəaliyyəti 1959-cu ildən Azərbaycan EA NKPİ ilə bağlı olmuşdur. 1964-1965-ci illərdə kiçik elmi işçi, 1966-1978-ci illərdə böyük elmi işçi vəzifələrində çalışmışdır.
Elgün Xıdırov
Elgün Fuad oğlu Xıdırov (23 dekabr 1989, Qasım İsmayılov rayonu – 1 noyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elgün Xıdırov 1989-cu il dekabrın 23-də Goranboy rayonunun Xoylu kəndində anadan olub. 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. Davud adında oğlu yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş leytenantı olan Elgün Xıdırov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elgün Xıdırov noyabrın 1-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Goranboy rayonunun Xoylu kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Xıdırov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Xıdırov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Mikayıl Xıdırzadə
Mikayıl Ellaz oğlu Xıdırzadə (1911, Miskinli, Yelizavetpol qəzası – 1944, Vitebsk) — Azərbaycanlı riyaziyyatçı alim, Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin ilk azərbaycanlı dekanı. == Həyatı == Mikayıl Xıdırzadə 1911-ci ildə Gədəbəyin Miskinli kəndində anadan olub. == Elmi fəaliyyəti == Gədəbəy rayon Miskinli Kənd 1-saylı tam orta məktəbində orta təhsilini başa vurduqdan sonra Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur. 1932-ci ildə Azərbaycan hökumətinin Təhsil haqqında qərarına əsasən, təhsilini davam etdirmək üçün Azərbaycandakı ali məktəblərdən Moskva Dövlət Universitetinə müsabiqə yolu ilə göndəriləcək tələbələr seçilmiş və onların arasında Azərbaycan Politexnik İnstitutu Mexanika fakültəsinin 2-ci kursunu əla qiymətlərlə yekunlaşdıran Mikayıl Xıdırzadə də olmuşdur. O, 16 tələbə arasında seçim imtahanlarından müvəffəqiyyətlə çıxan və Moskva Dövlət Universitetinin Mexanika – riyaziyyat fakültəsinə qəbul edilmiş iki tələbədən biri olmuşdur.. O, Sovet dövründə Moskva Dövlət Universitetinə daxil olmuş ilk azərbaycanlı olub. Burda oxuduğu zaman müəllimləri onu Mixayıl Lomonosova bənzədir və Mikayıl müəllimə "Mixayıl" deyə səslənirlər. 1937-ci ildə ali təhsilini bitirdikdən sonra Mikayıl Xıdırzadə Bakıya dönmək istəyir, lakin müəllimləri ona icazə vermir. Mikayıl müəllim ona vətəndə daha çox ehtiyacın olduğunu və getməyinin vacib olduğunu bildirir, 1937-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində müəllim, 1938-ci ildən isə dekan kimi çalışıb. Mikayıl müəllim fakültənin ilk Azərbaycanlı dekanı olub.
Raymonda Xıdırzadə
Raymonda Xıdır-zadə (Raymonda Zaur qızı Xıdır-zadə; 10 fevral 1967, Bakı) — Beynəlxalq Dizaynerlər İttifaqı Assosiasiyasının, Azərbaycan və Rusiya Rəssamlar İttifaqının üzvü, Azərbaycanda fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, Jenevədə keçirilən CQE-nin XIV Beynəlxalq konvensiyasının, “Əsrin keyfiyyəti” beynəlxalq mükafatının laureatı. == Həyatı və təhsili == Raymonda Xıdır-zadə 1967-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olubdur. 1984-cü ildə orta məktəbi qızıl medal ilə bitirib, Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olmuşdur. 1989-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirib, Bakı şəhərində Tikinti Layihə İnstitutunda proqramçı-mühəndis vəzifəsində, 1992-ci ildən 1997-ci ilə qədər Futurologiya Universitetində riyaziyyat və fizika fənlərindən azərbaycan və rus bölmələrində mühazirə dərsləri aparmışdır. 1997-ci ildən Bakı Dövlət Universitetində fizika fakültəsinin ümumi fizika kafedrasında baş laborant, 2000-ci ildə mexanika-riyaziyyat fakültəsində “diferensial tənliklər” kafedrasında elmi işçi vəzifəsində çalışmışdır. 1998-ci ildə “Ümumiləşmiş idarəsi olan parabolik tənliklə təsvir olunan sistemlərdə optimal idarəetmənin bəzi məsələləri” mövzusunda disertasiya işinə başlayıb 2001-ci ildə müdafiə etmişdir. 2004-cü ilə qədər BDU-da mexanika-riyaziyyat və fizika fakültələrində mühazirə və seminarlar, 2004-2006-cı illərdə Sumqayıt Dövlət Universitetində “funksional analiz” kafedrasında mühazirə və seminarlar aparmışdır. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 2006-cı ildə Raymond-Art floristika və dizayn studiyasını təsis etmişdir. Azərbaycanın müxtəlif şəhərlərində və bir sıra xarici ölkələrdə ( Turkiyə, Hollandiya, Almaniya, İtaliya, İngiltərə, İspaniya, Fransa, İsveçrə, Rusiya) landşaft dizaynı, floristik və dekorativ layihələrin müəllifi və icraçısıdır.Bakı şəhərindəki layihələrdən 2008-2010-cu illərdə Heydər Əliyevin doğum günü münasibətilə Bakı şəhəri H.Əliyev parkında “Gül bayramı” layihəsinin dizayner-rəssamı; 2008-2010-cu illərdə Bakı şəhərində Dənizkənarı parkda “Qayıdış günü”, ”Dirçəliş günü” kimi tarixi təqvim günlərinə həsr olunan konsert səhnələrinin dizayn-tərtibatı və dekorasiyalarının müəllifi; 2008-2010-cu illərdə Novruz bayramı ilə əlaqədar Bakı şəhərində yerinə yetirilən tərtibat işlərinin icraçısı; Qanlı 20 Yanvar faciəsinin 20-ci ildönümündə “Aglayan şamlar” floristik kompozisiyasının müəllifi; Fəxri Xiyabanda Heydər Əliyevin və oftalmoloq Zərifə Əliyevanın məzarları ətrafinda landşaft dizaynının müəllifi; Bakı şəhərindəki Şəhidlər Xiyabanı və bir sıra parkların: Hüseyn Cavid, Səməd Vurğun, Elmlər Akademiyası və s. parklarının, həmin illərdə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə Bakı şəhərinin əsas prospekt və küçələrinin dekorativ-bayram tərtibat layihələrinin dizayner-rəssamı; 2013-cü ildə Türkiyədə Ataturk parkında keçirilən "Çiçək" sərgisində Heydər Eliyevin 90 illik yubileyinə həsr olunmuş layihənin dizayner rəssamı və icraçısı; 2010-2016-cı illərdə Turkiyənin Antalya şəhərində 6 illik Expo-2016 Çiçək sərgisi Beynəlxalq layihənin dizayner-rəssamı; 2010-2013-cü illərdə Moskva ətrafında 100 – qədər şəhər parklarının landşaft dizayneri;2006-2016-cı illərdə studiya Bakıda və 2016-cı ildən bu gunə qədər İtaliyanın paytaxti Roma şəhərində fəaliyyət göstərir.
Sevil Xıdırlı
Sevil Xıdırlı — aşıq. == Həyatı == Sevil Xıdırlı 1973-cü ildə Yevlaxda doğulub. Orta təhsilini doğma Tanrıqulular kəndində alıb. 1991-1994-cü illərdə təhsil aldığı M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumu fərqlənmə diplomu ilə bitirib. Texnikumdan məzun olduqdan sonra Tanrıqulular kəndində sinif müəllimi olaraq çalışıb, həmçinin kəndin mədəniyyət evinin nəzdində fəaliyyət göstərən "Saz kursu"nda dərs keçib. == Fəaliyyəti == 1998-ci ildə Azərbaycanda ilk dəfə keçirilən "Gənc istedadların Aşıq Şəmşir adına Ozan müsabiqəsi"ndə də öz yetirmələri ilə iştirak edib və fəxri yer tutub. 2007-ci ilin avqustunda Türkiyədə (Ankara) keçirilən "Türk Dünyası Şair və Aşıqlar Festivalı"nda, həmin ilin sentyabrında Qaracaoğlan Şeir Şölənində (Mersin/Tarsus), 2008-ci ilin yanvarında "İpək Yolu Ödül Törənində" (İstanbul), "Uluslararası Şairlər və Aşıqlar Buluşması"nda (Konya), yenə həmin il (iyun ayında) "Aşıq və Şairlər Yarışması"nda (Bursa/Yıldırım), 2009-cu ildə "Azərbaycan Musiqi Gecəsi"ndə (İstanbul), yenə 2009-cu ilin iyununda "Aşıq və Şairlər Yarışması"nda (Bursa), 2009-cu il "Aşıqlar Bayramı"nda (Sivas), 2010-cu ilin martında Sənətçilərin Böyük Konsertində (Tehran), 2010-cu ilin may ayında "Qaracaoğlan Gecəsi"ndə, yenə 2010-cu ilin iyununda "Aşıq və Şairlər Yarışması"nda (Bursa) iştirak edib, diplomlarla, ödüllərlə təltif olunub. 2002-ci ildən "Aşıq Pəri" məclisinin üzvü, həmin ildən 2008-ci ilədək Aşıqlar Birliyi Mingəçevir bölməsinin sədri olub. Mingəçevir, Yevlax, Gəncə, Şəmkir və Gədəbəydə keçirilən dövlət tədbirlərində səhnə alıb, habelə Qazaxıstanda (Karaqanda və Temirtau) Azərbaycan diaspor nümayəndələri qarşısında çıxışlar edib. Onun Samirə (Nağıyeva), Məhəbbət, Lamiyə, Heyran (Ağamalıyeva), Ziyadxan, Samir (Allahverdiyev), Şahbaz (Abdullayev) kimi yetirmələri respublika səviyyəli sənət yarışmalarında fəxri yerlər tutub.
Xıdırlı
Xıdırlı — Soyad. Sevil Xıdırlı — aşıq.Yaşayış məntəqələriXıdırlı (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd. Xıdırlı (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Xıdırlı (Salyan) — Azərbaycanın Salyan rayonunda kənd.
Xıdırlı (Ağdam)
Xıdırlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Xıdırlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ilin iyun ayında Ağdam üzərinə hücuma keçən Ermənistan ordusunun bölmələri Xıdırlı kəndini işğal etsə də, iyulun 5-də Azərbaycan ordusu əks-hücuma keçərək kəndi işğaldan azad edib. Ermənilər kəndi işğal edərkən ruhi xəstəxanada müalicə alan 18 nəfəri qətlə yetirərək cəsədlərini də yandırmışdılar. Sonradan kənd 1993-ci il iyulun 22-də Ermənistan Ordusu tərəfindən yenidən işğal olunmuşdur. 20 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ atəşkəs bəyanatının şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələri kəndə daxil olmuş, kənd işğaldan azad olunmuş və kənddə Azərbaycan bayrağı ucaldılmışdır. == Əhalisi == == Şəxsiyətləri == Raqub Məmmədov - Ağdam Rayon icra hakimiyyətinin başçısı Arxiv sənədlərində Xıdırlı kəndində Ağdamın qədim məscidlərindən biri yerləşirdi. Sünnü məzhəbinə aid idi.
Xıdırlı (Qubadlı)
Xıdırlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Teymur Müskənli kənd inzibati ərazi dairəsində kənd. Kənd 2020-ci ildə işğaldan azad olunub. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Yerli camaatın dediyinə görə Xıdırlı kəndini Xıdır, Məhərrəm və Həsən adlı şəxslər salıblar. Kənddə Xıdırlı, Məhərrəmli, Həsənli nəsilləri yaşayıblar. Kəndin adı Xıdırlı nəslinin adı ilə əlaqədardır. Ağdam və Salyan rayonlarında Xıdırlı, Şabran rayonunda Xıdırzində kəndləri, Salyan rayonunda isə Xıdırlı adlı palçıq vulkanları vardır. == Toponimikası == Xıdırlı kəndi Bərgüşad çayının sahilində, dağlıq ərazidədir. Yerli əhalinin məlumatına görə, kəndi Xıdır, Məhərrəm və Həsən adlı şəxslər salmışlar. Hazırda kənddə xıdırlı, məhərrəmli və həsənli nəsilləri yaşayır.
Xıdırlı (Salyan)
Xıdırlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Salyan rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Düzənlikdədir. Yaşayış məntəqəsi XIX əsrin ortalarında Cavad qəzasında Mışovdağın ətəyində qışlayan 46 ailədən ibarət maldar xıdırlı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. == Din == Kənddə Xıdırlı kənd məscidi dini icması fəaliyyət göstərir.
Ərsəstun Xıdırov
Ərəstun Xıdırov
Ərəstun Arif oğlu Xıdırov (18 mart 1998, Bərdə – 15 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — MAXE-çavuş, Vətən Müharibəsi şəhidi. == Həyatı == Ərəstun Xıdırov 1998-ci ilin martın 18-də Bərdədə anadan olub. 2005-ci ildə Bərdə şəhər Səfiyar Behbudov adına 6 saylı tam orta məktəbə getmiş, 2015-ci ildə orta təhsilini bitirmişdir. === Ailəsi === Ərəstun subay, həm də ailənin iki övladından biri idi. == Hərbi xidməti == 2016-cı ildə Naxçıvan şəhərindəki 515 nömrəli hərbi hissədə xidmət etmiş, 2017-ci ildə xidmətini bitirmişdir. 08.09.2020-ci ildə hərbidə MAXE kimi fəaliyyətə başlayıb. Ərəstun Xıdırov sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlayan İkinci Qarabağ müharibəsində Suqovuşanın azad edilməsində aktiv şəkildə iştirak edib. 14 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətindəki döyüşlərdə şəhid olub. Oktyabrın 16-da isə nəşi Bərdəyə gətirilərək, Bərdə Şəhidlər Xiyabanında polkovnik-leytenant Elzamin Təhməzovla bir sırada dəfn olunub.

Значение слова в других словарях

взмах вы́чески ду́дочки очи́н срисо́вывание фиточа́й вы́сидеться гипсотермо́метр поте́ние прочу́вствовать хво́рый дешевый agony column blood carbuncled fiacre jam-weld special school two-port memory замучиться крестница подделывать самопомощь сравнение топорщить