XƏCALƏTLİ

sif. Birindən gördüyü yaxşılığın əvəzini çıxmadığı və ya verdiyi vədi yerinə yetirmədiyi, ya yerinə yetirə bilmədiyi üçün onun qabağında xəcalət çəkən, utanan, özünü günahkar hiss edən; üzrxah.
[Nəbi:] Mən sənin yanında xəcalətliyəm. S.Rüstəm.

□ Xəcalətli etmək – utandırmaq, başıaşağı eləmək, üzüqara eləmək, qızartmaq.
[Pərviz xan:] Ax, nə binamusluq, nə böyük biabırçılıq! … Sən məni Rəhim xan kimi kişinin yanında xəcalətli elədin! Ə.Haqverdiyev.

Xəcalətli qalmaq – birinin yaxşılığının əvəzini çıxa bilmədiyi və ya verdiyi vədi yerinə yetirə bilmədiyi üçün onun qabağında xəcalət çəkmək, sıxılmaq, utanmaq, üzüqara olmaq. [Dostum:] Ova gəlmişdi.
Kişidən xəcalətli qaldıq. M.Rzaquluzadə.

Синонимы

  • XƏCALƏTLİ XƏCALƏTLİ (xəcalət çəkən) [Bənövşə xala:] Xəcalətli düşmənin olsun, qızım, sən də mənim balam (Ə.Qasımov); XƏCİL Gülsənəm: Çox sağ olun, yanınızda xəc
XƏCALƏTLƏNMƏK
XƏCALƏTLİK

Значение слова в других словарях

зама́сливать интерне́т-рекла́ма лоза́ лупле́ние недоноси́тельство при́порох сбочиться све́чка сою́зничать допола́скивать ковбо́й лоск обезли́чиваться тра́та лаг coagulative coup de main D fictile lockstep mahlstick phthalein psychagogue обед фюзеляжный