XƏCİL

[ ər. ] klas. Xəcalətli, üzüqara.
Hər tənə ki, eyləsən rəvadır; Səndən xəciləm, üzüm qəradır. Füzuli.
Yüz cəfa gördün, vəli hərgiz şikayət etmədin; Hansı lütfündən xəcilsən nazlı yarın, ey könül! S.Ə.Şirvani.

□ Xəcil etmək (eyləmək) – xəcalətli etmək, utandırmaq, qızartmaq, başını aşağı etmək.
[Yetər:] Sizi and verirəm Allahın birliyinə, məni Dilbər xanımın yanında xəcil eləməyin. N.Vəzirov.
[Azər Reyhana:] And içirəm ki, səni düşmən qabağında xəcil etməyəcəyəm. Ə.Məmmədxanlı.

Xəcil olmaq – utanmaq, sıxılmaq, xəcalət çəkmək.
Rənalıq ilə qaməti-şümşadı qılan yad; Olmazmı xəcil sərvi-xuramanını görgəc? Füzuli.
Oldu sünbüllər xəcil zülfi-pərişanın görüb; Qönçələr qan oldu ta ləli-dürəfşanın görüb. S.Ə.Şirvani.
[Müfti:] Burda həqiqət sana aydın deyil; Bəlkə qiyamətdə olursan xəcil. H.Cavid.

Sinonimlər (yaxın mənalı sözlər)

  • XƏCİL xəcil bax xəcalətli
  • XƏCİL bax: xəcalətli
XƏCCƏGÜLÜ
XƏCİLANƏ

Digər lüğətlərdə

гидротерма́льный гисто́лог подъязы́чный разжа́лованный уба́вка кли́ринговый регули́ровать шки́пер смонуть Barnaby evidentiary half hatbox humble Leyton moonrise pariah-dog pinesap sausage strung-up typically wholesale banking острожник рубрикация удобрение