XƏDƏNG
XƏFİYYƏ
OBASTAN VİKİ
Həzrəti Xədicə
Xədicə binti Xüveylid (556, Məkkə – 619, Məkkə) — Məhəmmədin ilk və sağlığında yeganə həyat yoldaşı. Fatimənin anası. Xədicə, Məhəmmədin ilk xanımı və ilk Müsəlman qadındır. Ümmül Möminin adıyla məşhurdur. O, Qüreyş əşrəflərindən Xüveylid ibn Əsəd ibn Əbdülüzza ibn Kusayın qızıdır. Anası Əmir ibn Lüeyin övladlarından Fatimə binti Zaidətül-Üsamdır. Cahiliyyət dövründə ona "Tahirə" deyilirdi. Məhəmməd ona "Kübra" ləqəbini vermişdir. Xədicə besətdən əvvəl Məhəmmədlə evləndi. Məhəmmədin İbrahim xaricindəki bütün uşaqları ondan dünyaya gəlmişdir.
Xədicə Qayıbova
Xədicə Osman bəy qızı Qayıbova (24 may 1893, Tbilisi, Rusiya imperiyası – 27 oktyabr 1938, Bakı, SSRİ) — incəsənət xadimi və Azərbaycanın ilk qadın pianoçularından biri. == Həyatı == Xədicə Qayıbova 24 may 1893-cü ildə ailəsinin altıncı uşağı olaraq Tbilisidə dünyaya gəlmişdir. Atası torpaq idarəsində çalışan və Tbilisinin məşhur ruhanilərindən olan Osman bəy Müftizadə, anası isə XIX əsrdə burada məskunlaşan tatar əsilli Terequlovlar ailəsinə mənsub Züleyxa xanım idi. Atası qızına mükəmməl təhsil vermək arzusunda idi. Ona görə də bütün imkanlarından istifadə edərək onun Müqəddəs Nina Qızlar məktəbinə daxil olmasına nail oldu. Xədicə xanım burada orta təhsillə yanaşı, eyni zamanda mükəmməl fortepiano təhsili də aldı. 1911-ci ildə Xədicə xanım "Qızıl xaç nişanı" ilə orta təhsilini başa vurmuş, eyni zamanda professor N. Nikolayevin fortepiano sinfində xüsusi kurs keçərək Qızıl haşiyəli diploma layiq görülmüşdür. Ancaq atası, bacısı və qardaşını vərəmdən itirən Xədicə xanımın təhsili yarımçıq qalır. 1911-ci ildə buradan ayrılan 18 yaşlı Xədicə xanım Nadir Qayıbovla ailə həyatı qurdu. Onu da qeyd etmək lazımdır ki, Hüseyn Əfəndi Qayıbov həmçinin bütün Qafqazda məşhur olan Qori Müəllimlər Seminariyasında Azərbaycan bölməsinin açılmasının təşəbbüskarlarından biri olub.
Xədicə Qazıyeva
Xədicə Bahəddin qızı Qazıyeva (15 fevral 1909, Kazan – 7 iyun 1991) — Azərbaycan teatr aktrisası, Azərbaycan SSR əməkdar artisti (1964). == Həyatı == Xədicə Bahəddin qızı Qazıyeva 1909-cu il fevralın 15-də Kazan şəhərində dünyaya göz açıb. Orta təhsilini bu şəhərdə almışdır. 1926-cı ildə Xədicə xanımı Naxçıvana işləməyə göndərirlər. Aktrisanın ilk rolu "Qaçaq Kərəm" pyesində Sirab obrazı olub. Sonra Cəfər Cabbarlının "Sevil" pyesində Edilya obrazını, Hüseyn Cavidin "Şeyx Sənan" faciəsində Xumarı oynadı. O, 200-dən çox obrazla qarşılaşmışdır. Xədicə Qazıyeva 1991-ci il iyunun 7-də vəfat edib. Xədicə Qazıyevanın qızı, Azərbaycan SSR xalq artisti Sofiya Hüseynova (1926–2015), nəvələri — xalq artistləri Rafael Dadaşov (1946–2020) və Rövşən Hüseynov da (1954) həyat yollarını sənətə bağlayıblar.
Xədicə Sultan
Xədicə Sultan xanım — XVII əsr Azərbaycan şairəsi. Xədicə Sultan (d.1465 - ö. 1500) — 8. Osmanlı sultanı II Bəyazidin qızı. Xədicə Sultan (d. 1495 - ö. 1538) — 9. Osmanlı sultanı I Səlimin qızı. Xədicə Sultan (d. 1608 - ö.
Xədicə İsmayıl
Xədicə İsmayıl, bəzən Xədicə İsmayılova (tam adı: Xədicə Rövşən qızı İsmayılova; 27 may 1976, Bakı) — Azadlıq Radiosunun Bakı bürosunun jurnalistidir. Azadlıq Radiosuna gəlməzdən öncə İsmayılova 10 il jurnalistikada çalışmış, o cümlədən bir neçə Azərbaycan qəzetində müxbir və redaktor vəzifəsində işləmişdir. == Fəaliyyəti == "Exo", "Caspian Business News", "Eurasinaet.org", "Washington Times", "The New York Times", "BBC", "Deutsche Welle", "Voice of America" (Amerikanın Səsi) kimi kütləvi informasiya vasitələri üçün siyasi və iqtisadi mövzularda yazılar yazmışdır. Xədicə İsmayılova həm də İranda və Azərbaycanda insan hüquqları, eləcə də neft, iqtisadiyyat, daxili və regional siyasət barəsində materialların müəllifidir. Öz yazılarına görə 2001-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin Zərdabi mükafatına layiq görülmüşdür. Eyni zamanda Xədicə İsmayılova jurnalistika sahəsində təlimçi kimi kifayət qədər tanınır. == Həbs olunması == Xədicə İsmayıl 2014 ilin dekabrın 5-də həbs olunub. Əvvəlcə ona jurnalist Tural Mustafayevin "özünü öldürmə həddinə çatdırma" maddəsi ilə ittihamı irəli sürülüb. Fevralın 13-də isə ona qarşı daha 4 maddə ilə — cinayyət məcəlləsinin (CM) 179.3.2 (mənimsəmə və israf etmə — külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə yeni ittihamlar elan edilib. Fevralın 24-də bütün ittihamlar bir icraatda birləşdirilib.
Xədicə İsmayılova

Xədicə Əlibəyova
Xədicə Əlibəyova (1884, Tiflis – 1961, Bakı) — Azərbaycan maarifpərvəri, publisist, naşir, Azərbaycanda ilk qadın redaktor. == Həyatı == Xədicə Əlibəyova 1884-cü ildə Tiflisdə ruhani ailəsində doğulmuşdur. Atası Ələddin Sübhanquliyev ruhani olmasına baxmayaraq Xədicə Əlibəyova ilk təhsilini rus qız gimnaziyasında almış, sonra Zaqafqaziya Olginskaya Mamalıq İnstitutuna qəbul olmuşdur. Burada təhsilini davam etdirib 1907-ci ildə birinci dərəcəli mama ixtisasına yiyələnmişdir. Hüquqşünas Mustafa bəy Əlibəyovla ailə qurmuşdur. == Fəaliyyəti == Azərbaycan qadınlarının həyatında, qadın xeyriyyə cəmiyyətlərinin işində yaxından iştirak edirdi. Qadınların öz haqlarını bilmələri və maariflənmələri məqsədilə Azərbaycanda ilk qadın məcmuəsi olan "İşıq" qəzəti işıq üzü görür. 1911-ci ildə nəşr olunmağa başlayan qəzətin (cəmi 68 nömrəsi buraxılmışdır) redaktoru Xədicə Əlibəyova, naşiri isə Mustafa bəy Əlibəyov olmuşdur. Qadınların maarif və mədəniyyətə, zaman nə qədər çətin olsa da, öz haqlarını müdafiə etməyə çağıran "İşıq" qəzətində çalışanlar da əsasən qadınlar idi. Haqsızlığa və savadsızlığa qarşı özlərinə xas bir şəkildə mücadilə etməyə çalışanlar sırasında Asiya Axundzadə, Xuraman Rəhimbəyzadə, Maral Nəbizadə, Gövhər Şövqiyyə, Səidə Şeyxzadə, Nabat Nərimanova və başqa maarifpərvər qadınlar "İşıq"ın ətrafında böyük bir ümidlə birləşmişdilər.
Mahfiruz Xədicə Sultan
Mahfiruz Xədicə Sultan (təq. 1590 – 1620, Konstantinopol) — Sultan I Əhmədin baş hasəkisi və Osmanlı sultanı II Osmanın anası. == Həyatı == 1590-cı ildə Şimali Qafqazda dünyaya gəlmişdir. Atası çərkəz kabardinlərinin kral xanədanına mənsub olan Əmir Əlqas Çerkasski idi. Böyük babası Əmir Bitu Mustafa Paşa Çerkasski, Sultan Süleymanın xanımı Mahidövran Sultanın qohumlarından idi. Bacısı Şahincan Xatun sonralar Abaza Mehmed Paşa ilə evləndirilmişdir. Hələ uşaq yaşlarında ikən, 1601-ci ildə sarayın eşikağası Sərvazad Xatun tərəfindən saraya alınaraq xüsusi təlim-tərbiyə almışdır. Özü də əslən çərkəz olan qaynanası Handan Sultanın gözünə girən Mahfiruz 1604-cü ildə Sultan I Əhmədə təqdim olunur. 3 noyabr 1604-cü ildə I Əhmədin ən böyük oğlu olan II Osmanı dünyaya gətirərək sarayda Validə sultandan sonra ən güclü ikinci qadın olmuşdur. I Əhmədin nənəsi Safiyə Sultanın köhnə saraya göndərilməsi və Handan Sultanın gənc yaşda vəfatı ilə sarayı idarə etməyə başlamışdır.
Turhan Xədicə Sultan
Turxan Xədicə Sultan (1627 – 4 avqust 1683, Konstantinopol) — 18. Osmanlı sultanı Sultan İbrahimin hasəkisi və 19. Osmanlı sultanı Sultan Mehmedin anasıdır. 1651-ci ildə taxt naibəsi Kösəm Sultanın öldürülməsindən sonra taxt naibəsi olaraq dövlət işlərini oğlu adına idarə etməyə başladı. == Həyatı == Rus əsilli olub, 1627-ci ildə dünyaya gəlmiş və 12 yaşında tatar hücumları ilə ələ keçirilərək Kor Süleyman Paşa tərəfindən dövrün validə sultanı Kösəm Sultana hədiyyə edilmişdir. Saray hərəmxanasına alındıqdan sonra adı dəyişdirilərək Turxan Xədicə qoyuldu. Hərəmxana tərbiyəsi alan və Sultan İbrahimə təqdim edilən ilk kəniz olan Turxan Sultan 15 yaşında 2 yanvar 1642-ci ildə Şahzadə Mehmedi dünyaya gətirdi və hasəki sultan oldu. Şahzadə Mehmedin dünyaya gəlişi Osmanlı sülaləsinin kəsilmə təhlükəsinin qarşısını almış, bu səbəblə həm Turxan Sultan, həm də oğlu sarayda xüsusi dərəcəyə gətirildi. Saraydakı təlimiylə xüsusi olaraq Sultan Əhmədin qızı Atikə Sultan vəzifələndirilmişdir. Hasəki sultanlıq dövrü o qədər də yaxşı keçmədi.
Turxan Xədicə Sultan

Xədicə Sultan xanım
Xədicə Sultan xanım — Azərbaycan şairəsi == Həyatı == Xədicə Sultan xanım Həsənəli xan Dağıstaninin qızı, "Riyazüş-şüəra"nın müəllifi Əliqulu xan Valehin əmisi qızıdır. Əmisi oğlu ilə sevişmiş, onunla eyni bir mədrəsədə təhsil almışdır. Şairə Nadir Şahın hakimiyyəti dövründə İsfahanda yaşamışdır. == Şeirləri == Mən saqiyəm-şərab hazır, Təşnə aşiq, bax ab hazır. Ləl dodağım sudur sənə, Buyur mənim ləllərimə. Gözəlliyin qarşısında, Günəş özü nə karədir. Buyur mənəm, ömür gedir, Buyur mənəm, günəş hazır.
Xədicə binti Xüveylid
Xədicə binti Xüveylid (556, Məkkə – 619, Məkkə) — Məhəmmədin ilk və sağlığında yeganə həyat yoldaşı. Fatimənin anası. Xədicə, Məhəmmədin ilk xanımı və ilk Müsəlman qadındır. Ümmül Möminin adıyla məşhurdur. O, Qüreyş əşrəflərindən Xüveylid ibn Əsəd ibn Əbdülüzza ibn Kusayın qızıdır. Anası Əmir ibn Lüeyin övladlarından Fatimə binti Zaidətül-Üsamdır. Cahiliyyət dövründə ona "Tahirə" deyilirdi. Məhəmməd ona "Kübra" ləqəbini vermişdir. Xədicə besətdən əvvəl Məhəmmədlə evləndi. Məhəmmədin İbrahim xaricindəki bütün uşaqları ondan dünyaya gəlmişdir.
Xədicə Şükriyə Sultan
Xədicə Şükriyə Sultan (24 fevral 1906, Konstantinopol – 1 aprel 1972, İstanbul) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. == Həyatı == Şükriyə Sultan 24 fevral 1906-cı ildə atasına məxsus Çamlıca köşkündə dünyaya gəldi. Atası Sultan Əbdüləzizin oğlu İzzəddin Əfəndi, anası isə onun son xanımı Ləman Ünlüsoydur. Hələ 10 yaşında ikən atası İzzəddin Əfəndi Zincirlikuyudakı köşkündə ölü olaraq tapıldı. Ölüm səbəbi intihar nəticəsindəki qan itkisi olaraq göstərilsə də, İttihadçılar tərəfindən qətlə yetirilməsi haqqında fərziyyələr də var. Atasının vəfatından sonra 4 ay boyunca anası, bacısı Mihrişah Sultan və qardaşı Nizaməddin Əfəndiylə birlikdə Dolmabağça sarayında qonaq edildilər və bu müddət ərzində Sultan Rəşad tərəfindən atasının mirası bölüşdürüldü. Şükriyə Sultan hələ 17 yaşında ikən Sultan Əbdülməcidin nəvəsi (Süleyman Əfəndinin oğlu) Şərafəddin Əfəndiylə nigahlandı. Cütlüyün toy mərasimi 14 noyabr 1923-cü ildə Nişantaşı köşkündə baş tutdu. Ancaq cəmi bir neçə ay sonra - 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Şükriyə Sultan da ailəsiylə birlikdə sürgünə göndərildi. Sürgündəki ilk mənzil Paris şəhəri oldu.
Xədicə Sultan (III Mustafanın qızı)
Xədicə Sultan (14 iyun 1768, Konstantinopol – 17 iyul 1821, Konstantinopol) — 26-cı Osmanlı sultanı III Mustafanın qızı. == Həyatı == Xədicə Sultan 14 iyun 1768-cı ildə Topqapı sarayında dünyaya gəlmişdir. Atası Osmanlı sultanı III Mustafa, anası isə Ayşə Adilşah Sultandır. Uşaqlıq illəri ilə bağlı yetərli məlumat yoxdur. Ancaq 1774-cü ilin noyabrında atası Sultan Mustafanın vəfat etməsi və əmisi Sultan Əbdülhəmidin taxta çıxmasıyla anası və özündən 2 yaş böyük bacısı Beyhan Sultanla birlikdə Köhnə saraya göndərildilər. 12 il boyunca burada sakit həyat yaşayan Beyhan Sultan və bacısının bu dönəmdə səhhətinin pisləşdiyi bilinir. Anası Adilşah Sultanın Sultan Əbdülhəmidə yazdığı məktubda tez-tez ürəyi getdiyi və gün keçdikcə daha da içinə qapandığı qeyd olunur. Evlilik yaşına çatmasının ardından anasının xahişiylə əmisi Sultan Əbdülhəmid qardaşı qızları üçün münasib bir bəy namizədi axtarmağa başladı. 22 aprel 1784-cü ildə böyük bacısı Beyhan Sultanın keçmiş Hələb bəylərbəyi Silahdar Mustafa Paşayla baş tutan toy mərasimi əsnasında Xədicə Sultan da vəzir Seyid Əhməd Paşayla nişanlandı. Ancaq cütlüyün toy mərasimi yalnız 3 il sonra - 1787-ci ilin oktyabrında baş tutdu.
Xədicə Sultan (III Əhmədin qızı)
Xədicə Sultan (27 sentyabr 1710, Topqapı sarayı – təq. 1738, Konstantinopol) — 23. Osmanlı sultanı III Əhmədin qızı. == Həyatı == Xədicə Sultan 27 sentyabr 1710-cu ildə Topqapı sarayında dünyaya gəldi. Atası Sultan Əhməd, anası isə Ruqiyə Qadınəfəndidir. Hələ 14 yaşında ikən 20 fevral 1724-cü ildə əmisi qızı Əmətullah Sultanın ögey oğlu Hafiz Əhməd Paşayla nişanlandı. Həmin gün sədrəzəm Nevşəhərli İbrahim Paşanın sarayından Topqapı sarayına daşınan nişan hədiyyələrinin ardından cütlüyün nikahı bağlandı. Eyni mərasimlə bacısı Atikə Sultan da sədrəzəm Nevşəhərli İbrahim Paşanın oğlu Mehmed Paşayla nikahlandı. Ancaq o əsnada Sayda bəylərbəyi olan Əhməd Paşa hələ yolda idi və bu səbəblə, nikah mərasimi vəkalətən baş tutdu. Mərasimdən 4 gün sonra İstanbula çatan Əhməd Paşanın toy mərasimi 6 mart günü baş tutdu və 3 gün boyunca davam etdi.
Xədicə
Xədicə binti Xüveylid (556, Məkkə – 619, Məkkə) — Məhəmmədin ilk və sağlığında yeganə həyat yoldaşı. Fatimənin anası. Xədicə, Məhəmmədin ilk xanımı və ilk Müsəlman qadındır. Ümmül Möminin adıyla məşhurdur. O, Qüreyş əşrəflərindən Xüveylid ibn Əsəd ibn Əbdülüzza ibn Kusayın qızıdır. Anası Əmir ibn Lüeyin övladlarından Fatimə binti Zaidətül-Üsamdır. Cahiliyyət dövründə ona "Tahirə" deyilirdi. Məhəmməd ona "Kübra" ləqəbini vermişdir. Xədicə besətdən əvvəl Məhəmmədlə evləndi. Məhəmmədin İbrahim xaricindəki bütün uşaqları ondan dünyaya gəlmişdir.
Xədicə (ad)
Xədicə — qadın adı. Ərəb mənşəyi addır. Mənası vaxtından qabaq doğulmuş qız deməkdir. == Etimologiya == Xədicə — Məhəmməd peyğəmbərin həyat yoldaşı. Fatimənin anası. Xədicə Sultan xanım — Azərbaycan şairəsi Xədicə Abbasova — Müğənni. Filmlərdə mahnı ifa edən. Xədicə Qayıbova — ilk azərbaycanlı pianoçulardan biri. Xədicə Qazıyeva — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının Əməkdar artisti. Xədicə Əlibəyova — Azərbaycan maarifpərvəri, publisist, naşir, Azərbaycanda ilk qadın redaktor.
Xədicə Abbasova
Xədicə Abbasova (oktyabr 1957) — Azərbaycan müğənnisi. == Həyatı == Xədicə Abbasova 1957-ci ildə Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra Mahnı teatrına solist kimi dəvət olunub. 1994-cü ildən Türkiyədə yaşayır. Bəstəkar Emin Sabitoğlunun həyat yoldaşıdır. == Filmoqrafiya == Evləri köndələn yar (film, 1982) Bəyin oğurlanması (film, 1985) Emin Sabitoğlu (film, 2002) == Mahnıları == "Güllər" – (musiqisi E. Sabitoğlunun, sözləri N. Rəfibəylinin) "Qatar", "Gecə", "Leyla", "Alagözlüm", "İllər", "Bu gecə".
Xədicə Aslan
Xədicə Aslan (20 fevral 1962, Sivas) — Türkiyə aktrisası. == Həyatı == Hatice Aslan 20 fevral 1962-ci ildə Sivasda doğulmuşdur. Uşaqlığı Sivasdakı Qazı Burhanəddin məhəlləsində keçmişdir. 9 uşağın altıncısıdır. Sivas liseyində oxuyub. Atası Xəlifə Aslan dövlət dəmir yollarında işləyirdi, əslən Malatyanın Kuluncak qəzasına bağlı Darılı (Çörmü) kəndindəndir. Anası Rəhmə Aslan isə Sivasın Hambal kəndindəndir. 1979–1983-cü illərdə Ankara Dövlət Konservatoriyasında təhsil alıb. Konservatoriyasından məzun olduğu il Dövlət teatrına daxil olub. 1986-cı ildə İzmir dövlət teatrına köçürülüb.
Xədicə Ağayeva
Xədicə Sadıq qızı Ağayeva (25 oktyabr 1885, Daşkənd, Rusiya Türkistanı general-qubernatorluğu – 13 dekabr 1958, Bakı) — müəllim, maarifçi, Lenin ordeni laureatı == Həyatı == Xədicə Ağayeva 1885-ci ildə Daşkənddə, Ufa türklərindən olan çar ordusunun istefadakı polkovniki Sadıq Əbdürrəhmanovun ailəsində anadan olmuşdur. O bacısı Zeynəblə birlikdə 1902-ci ildə Daşkənd gimnaziyasında təhsil almışdır. Onların ikisi də gimnaziyada əla oxumuş – Zeynəb oranı qızıl, Xədicə isə gümüş medalla bitirmişdir.. Daha sonra ali təhsil almaq məqsədilə bacıların ikisi də imperiyanın paytaxtı Peterburqa gedib. Zeynəb sənədlərini "Nəcib qızlar pansionu"nun tibb fakültəsinə, Xədicə isə o dönəmdə kübar xanımlar üçün ən nüfuzlu məktəb sayılan Nücəba Qızlar İnstitutuna verib. Xədicə müəllimlik, bacısı Zeynəb isə həkimlik üzrə təhsil almışdır. Xədicə Ağayeva 1904-cü ildə Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanı (Parlamenti) sədrinin birinci müavini Həsən bəy Ağayevlə ailə həyatı qurmuşdur. Çox keçmədən cütlüyün üç qızı olmuş: Xurşid 1905-ci, Gülrux 1908-ci, sonbeşik Nəzakət isə 1910-cu ildə dünyaya gəlmişdir. == Fəaliyyəti == Xədicə xanım Ağayevanın həyatı və faliyyəti akademik akademik Rafael Hüseynov tərəfindən araşdırılmışdır. Akad.
Xədicə gülü
Xədicəgülü (lat. Galanthus) — zanbaqçiçəklilər sırasının nərgizçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Xədicə Həlimə Xatun
Tacünisa Xədicə Həlimə Xatun (d. 1415, Kastamonu - ö. 1500, Bursa) - 6. Osmanlı padşahı II Muradın hərəmi və Candaroğlu II Tacəddin İbrahiminin qızıdır. == Həyatı == Xədicə Həlimə Xatun Candaroğlu II İbrahim bəyin qızı idi. 1425-ci ildə Ədirnədə böyük bir mərasimlə II Muradla evləndirildi. Eyni mərasimdə II Muradın bacıları Səlcuq Xatun və Sultan Xatun da Candaroğulları bəyliyindən olan şəxslərlə evləndirildi. Bu evliliklər tamamilə siyasi məqsədlər daşıyırdı. Nəticədə Osmanlı dövlətinin şərq sərhədlərinin təhlükəsizliyi təmin edildi. Bu münasibətlər gələcəkdə sultan olan II Mehmed dönəmində də davam etdirildi.
Xədicə Müəzzəz Sultan
Xədicə Müəzzəz Sultan (v. 12 sentyabr 1687, Konstantinopol, Osmanlı imperiyası) — 18-ci Osmanlı sultanı Sultan İbrahimin xanımı və II Əhmədin anası. Oğlunun səltənətini görə bilmədiyi üçün Validə sultan ola bilməmişdir. == Həyatı == Həyatının ilk illəri və saraya necə alındığı bilinməsə də, Sultan İbrahimin taxta çıxdığı ilk günlərdə hərəminə alındığı ehtimal olunur. 1642-ci ilin yanvarında ilk övladı Ümmügülsüm Sultanı, 25 fevral 1643-cü ildə isə oğlu Şahzadə Əhmədin dünyaya gəlməsiylə Sultan İbrahimin üçüncü hasəkisi oldu. Bu dövrdə 1000 axca günlük məvacib alan Müəzzəz Sultan, bir çox tarixi mənbədə Sultan İbrahimin hərəmindəki ən gözəl qadın olduğu qeyd olunur. 8 avqust 1648-ci ildə Sultan İbrahimin taxtdan endirilərək öldürülməsinin ardından onun Turhan Sultandan doğulan oğlu IV Mehmed taxta çıxarıldı. Ancaq yeni sultan hələ 7 yaşında idi və Validə sultan olan Turhan Sultan taxt naibəsi olmaq üçün çox təcrübəsiz idi. Bu səbəblə dövlət adamları və saray əyanları yeni sultanın nənəsi Mahpeykər Kösəm Sultanın taxt naibəliyinə gətirilməsini istədilər. "Valide-yi kəbir" ünvanıyla hakimiyyəti yenidən ələ alan Mahpeykər Kösəm Sultanın istəyilə, Sultan İbrahimin bütün hərəmi Köhnə saraya göndərilsə də, Şahzadə Süleymanın anası Dilaşub Sultan və Şahzadə Əhmədin anası Müəzzəz Sultan Topqapı sarayında övladlarıyla birlikdə qaldılar.
Qar xədicə gülü
Ağ qargülü, qar xədicəgülü (lat. Galanthus nivalis) — xədicəgülü cinsinə aid bitki növü.
Xədicə Müəzzəz Hasəki Sultan

Krasnov xədicəgülü
Krasnov xədicəgülü (lat. Galanthus krasnovii) - xədicəgülü cinsinə aid bitki növü.
Qafqaz xədicəgülü
Galanthus alpinus — Nərgizçiçəyikimilər – (Amaryllidaceae J. St. –Hil.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir – EN B1ab (i, ii, v)c(i, ii, iii)+ 2b(i)c(ii,v). Azərbaycanın nadir, Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Üzərində çiçək daşıyan gövdəsinin hündürlüyü 10-20 sm-dir və yarpaqlardan uzundur; çiçəkləmə dövründən sonra yarpaqlar böyüyür. Çoxillik ot bitkisidir. Soğanaq 15 mm hündürlükdə, 8-9 (10) mm diametrində, xaricdən parlaq-qonur pulcuqludur. Yarpaqları (çiçəkləmə dövründə) tünd-göy rəngdədir, xətvari, yastı və kütdür, alt tərəfdən fırlıdır, eni 7-15 (20) mm-dir. Çiçəkyanlığının xarici yarpaqcıqları əksinəyumurtaşəkili uzunsovdurlar, uzunluğu 10-20 (25) mm olub, daxili yarpaqcıqlardan uzundur; daxili əksinə yumurtaşəkilli-pazşəkilli yarpaqcıqların uc hissəsi dayaz oyuqludur. Çiçəkyanlığının xarici yarpaqları tərs-yumurtavari, uzunsov, 10-20 (25) mm uzunluğunda, daxildəkilərdən 2 dəfə uzundur.
Qar xədicəgülü
Ağ qargülü, qar xədicəgülü (lat. Galanthus nivalis) — xədicəgülü cinsinə aid bitki növü.
Xədicə Sultan (II Bəyazidin qızı)
Xədicə Sultan (1465, Amasya – 1500, Bursa) — 8. Osmanlı sultanı II Bəyazidin qızı. == Həyatı == Xədicə Sultan 1465-ci ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə onun kənizlərindən Bülbül Xatundur. Uşaqlıq illəri Amasyada keçən Xədicə Sultan 1479-cu ildə Həmzə bəyin nəvələrindən müdərris Qara Mustafa Paşayla evləndi. Cütlüyün bu nikahdan 2 övladı dünyaya gəldi. Nikahdan sonra vəzir rütbəsi alan Mustafa Paşa gizlicə Cem Sultanı dəstəkləməsi bəhanə göstərilərək Gədik Əhməd Paşanın təşəbbüsüylə edam edildi. Ərinin edamından sonra atasına küsən Xədicə Sultan övladlarını da yanına alaraq Bursaya getdi. Daha sonra atasının əmriylə Bursa zadəganlarından Faiq Paşayla zorla nigahlandı. 1500-cü ildə Bursada vəfat etdi.
Xədicə Sultan (II Əbdülhəmidin qızı)
Xədicə Sultan (10 iyul 1897, Konstantinopol – 14 fevral 1898) — II Əbdülhəmidin qızıdır. == Həyatı == Anası Fatma Pəsənd Xanımdır. 7 aylıq difteriya xəstəliyindən vəfat etmiş, Yəhya Əfəndi türbəsinə dəfn edilmişdir. Atası II Əbdülhəmid qızının ölümündən sonra onun xatirəsinə Hamidiyə Ətfal Xəstəxanasını inşa etdirmişdir.
Xədicə Sultan (IV Mehmedin qızı)
Xədicə Sultan (1660, Konstantinopol – 5 iyul 1743) - IV Mehmedin və Əmətullah Rabiyə Gülnuş Sultanın qızıdır. II Süleyman və II Əhmədin qardaşı qızı, II Mustafa və III Əhmədin böyük bacısı və I Mahmudun bibisidir. == Həyatı == 1662-ci ildə dünyaya gələn Xədicə Sultan ilk evliliyini 13 yaşında atasının müsahibi Mustafa Paşa ilə gerçəkləşdirdi. Toy mərasimi kiçik qardaşı Şahzadə Əhmədin sünnət mərasimi ilə birlikdə keçirildi. Ədirnədə 14 gün boyunca davam edən bu toy mərasimi o qədər təntənəli keçmişdi ki, Xədicə Sultanın cehizi 86 qatırla daşınmışdı. 11 il davam edən bu evlilikdən Sultanzadə Mehmed Bəy, 7 yaşında vəfat edən Həsən Bəy və kiçik yaşlarında vəfat edən digər övladları dünyaya gəldi. 1685 tarixində Mustafa Paşanın vəfatı ilə Xədicə Sultan dul qaldı. 1691-ci ildə Kürəkən Həsən Paşa ilə evləndirildi. 23 il davam edən bu evlilikdən Xədicə Sultanın bir qızı və iki oğlu dünyaya gəldi. 17 noyabr 1703 tarixində Həsən Paşanın sədrəzəm təyin edilməsi ilə Xədicə Sultan da gücləndi.
Xədicə Sultan (I Səlimin qızı)
Xədicə Sultan (d. 1495 — ö. 1538) — 9-cu Osmanlı sultanı Yavuz Sultan Səlimin qızı. == Həyatı == Xədicə Sultan 1495-ci ildə Trabzonda dünyaya gəldi. Atası Sultan Bəyazidin oğlu və o illərdə Trabzon sancaqbəyi olan Şahzadə Səlim, anası isə cariyələrindən Ayşə Hafsa Sultandır. Uşaqlıq illəri ailəsiylə birlikdə Trabzonda keçən Xədicə Sultan atasının istəyilə 1509-cu ildə Əyriboz sancaqbəyi İsgəndər Paşayla nikahlandı. Ancaq Amasiyadakı yeniçəri ayaqlanmasında rolu olduğunu düşündüyü İsgəndər Paşanı 18 avqust 1516-cı ildə edam etdirdi. Beləcə, Xədicə Sultan hələ 21 yaşında ikən dul qaldı. İlk evliliyindən Mehmed, Süleyman, Əli, Qara Osmanşah və Nəfisə xanım Sultan adlı 5 övladı dünyaya gəlsə də, bunlardan yalnız osmanşah bəy haqqında məlumat var. Belə ki, dayısı Sultan Süleymanın taxta çıxmasının ardından Moreya, İnəbaxdı və Tesseliya sancaqbəylikləri ona verilmiş və ölümünədək bu bölgələrini idarə etmişdir.
Xədicə Sultan (I Əhmədin qızı)
Xədicə Sultan (1608-1610) - Osmanlı padşahı I Əhmədin Mahfiruz Xədicə Sultandan doğulan qızıdır. 2 yaşında ikən vəfat etdi.
Xədicə Sultan (V Muradın qızı)
Xədicə Sultan (4 may 1870, Konstantinopol – 13 mart 1938, Beyrut) — 33. Osmanlı sultanı V Muradın qızı. == Həyatı == Xədicə Sultan 4 may 1870-ci ildə atasının Kadıköydəki köşkündə dünyaya gəldi. Atası Sultan Əbdüləziz dönəminin vəliəhdi Murad Əfəndi, anası isə onun üçüncü xanımı Şayan Qadınəfəndidir. Ancaq saray ənənələrinə görə, vəliəhdin yalnız bir övladının olmasına icazə verilirdi. Şahzadə Muradın isə artıq bir oğlu dünyaya gəlmişdi - Səlahəddin Əfəndi. Bu səbəblə Validə Pərtəvniyal Sultan hamiləliyin ləğv edilməsi üçün saraya həkim yollamış, Şahzadə Murad isə əməliyyatın saraydan kənarda baş tutması üçün Sultan Əbdüləzizdən xüsusi icazə almışdı. Nəticədə həkim Emin Paşanın evinə aparılan anası Şayan xanıma burada xüsusi hazırlanan bir dərman verildi və guya övladını itirməsi haqqında saxta bir raport hazırlanaraq Sultan Əbdüləzizə göndərildi. Ardından vəliəhdin Kadıköydəki köşkündə yaşamağa başlayan Şayan xanım Xədicə Sultanı burada dünyaya gətirdi və atası taxta çıxanadək balaca Xədicə doğulduğu köşkdə gizlicə böyüdüldü. Sultan Əbdüləzizin taxtdan endirilməsi və ardından atasının taxta çıxarılmasından sonra Sultan Muradın bütün ailə üzvləri kimi, Xədicə Sultan və anası Şayan xanım da Dolmabağça sarayına köçürüldü.
Xədicəgülü
Xədicəgülü (lat. Galanthus) — zanbaqçiçəklilər sırasının nərgizçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.

Значение слова в других словарях

во́инство за́берега зачири́кать информа́тор поразговори́ться приголу́биться удоста́иваться чула́нчик взаи́мно гильотини́ровать детдо́мовка перекове́ркивание пристыко́вываться размягчи́ться фанерова́ться нохот abbacy alborada capuchin fat depot maximand rotorcraft unaccented моментально удирать