XƏLFƏ
XƏLGÜLLAH
OBASTAN VİKİ
Xəlfəli
== Kəndlər == Xəlfəli (İmişli) — Azərbaycanın İmişli rayonunda kənd. Xəlfəli (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd. Xəlfəli (Şuşa) — Azərbaycanın Şuşa rayonunda kənd. Xəlfəli (Qobustan) — Azərbaycanın Qobustan rayonunda kənd. === Oxşar === Kolxəlfəli — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. == Digər == Xəlfəli məscidi — Azərbaycanın Gəncə şəhərində tarixi-memarlıq abidəsi. Xəlfəli məhəlləsi — Qazaxın Xəlfəli kəndindən köçüb gəlmiş tayfalar tərəfindən salınmış məhəllə.
Xəlfəli (Qobustan)
Xəlfəli — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır.
Xəlfəli (Sabirabad)
Xəlfəli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Yerli əhalinin əksəriyyəti tərəkəmələrdir. Məhəmmədhəsən bəy Vəliyev-Baharlının 1923-cü ildə yazdığı "Azərbaycan: Coğrafi-təbii, etnoqrafik və iqtisadi mülahizat” adlı kitabda Xəlfəli barədə söz açılır. Müəllifin iddiasına görə bu kəndin formalaşdıran Şahsevən tayfalarıdır. Onlar Şah Abbasın hakimiyyətə gəlişindən sonra İrandan Şimali Azərbaycana köçüblər. Azərbaycanın bir çox yerlərində bu tayfa özünə məntəqə qurub. Məsələn, günümüzdə İmişli rayonunun Xəlfəli kəndi ilə Sabirabadın bu kəndi demək olar eyni tayfalar, qan qohumlarıdır. Şuşanın Xəlfəli kəndində yaşayanların bu kənddə yaşayanlarla əlaqəli olmasını ağsaqqallar söyləsələr də, hələ ki bu faktı təsdiq edəcək materaial yoxdur ( çox güman ki araşdırmanın ciddi aparılmaması ucbatından). Kənddə oturaq həyat əsasən Sovet ittifaqı qurulandan, daha dəqiqi kolxozlaşma başlayandan sonraya təsadüf edir. Kolxoz sistemi yaranandan sonra əhalinin tərəkəmə həyat tərzinə son qoyulur.
Xəlfəli (çay)
Xəlfəli — Xocalı və Şuşa rayonu ərazisində çay. Qarqar çayının sol qoludur. Mənbəyini Sarı Baba dağının Şimal-Şərq yamacından (2100 m. yüksəklikdən) alır. Çay öz adını ərazisindən axdığı Xəlfəli kəndinin adından almışdır.
Xəlfəli (İmişli)
Xəlfəli — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. == Tanınmış şəxsləri == Razi Nurullayev — Deputat, millət vəkili İmamverdi Əliyev — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi === Şəhidləri === Mərdəliyev Qabil Əliağa oğlu (1975–1993) Qəhrəmanov Abbas İmamverdi oğlu (1971–1992) İbayev Qəni Novruz oğlu (1973–1993) İbayev Nəbi Novruz oğlu (1973–1993) Tarverdiyev Qoşqar Zülfəli oğlu (1972–1993) Qasımov Gülnəzər Abuzər oğlu (1947–1991) Quliyev Şiraslan Qəzənfər oğlu (1957–1991) Abışov Tacəddin Elşən oğlu (2001–2020) Abışov Qabil Sərxoş oğlu (1973–1991) İmanov Elman Yaqub oğlu (1994–2013) Əhmədzadə Həsən İnşallah oğlu (1936–1991) Əliyev Barat Sumbat oğlu (1970–1994) Əliyev İmamverdi Barat oğlu (1950–1991) Vəliyev Qismət Bəyiş oğlu (1961–1994) Vəliyev Tural İlham oğlu (2001–2020) Gülalıyev Əlnur Seymur oğlu (1997–2020) Babaşov Ucal Nərbala oğlu (1995 – 2023) == Coğrafiyası == İmişli rayonunun ən böyük kəndidir. Əhalisinin sayı 7256 nəfərdir və 1900 evdən ibarətdir. Xəlfəli kəndindən indiyədək çox sayda vəzifəli şəxslər və dövlət xadimləri çıxmışdır. Kənd əhalisi Xəlfəli tayfasına məxsusdur. Tayfanın əhalisi XVIII əsrin ortalarında Xorasandan köçərək Azərbaycan ərazisində, həmçinin indiki İmişli rayonunda məskunlaşmışdır. XIX əsrin ortalarından isə bu ərazilər Xəlfəli adlanmağa başlayıb. Kənd Muğan düzündə yerləşir. Baş-Muğan kanalı da Xəlfəli kəndi ərazisindən keçir. Xəlfəli kəndi şimalda Kürdmahmudlu kəndi ilə, cənubda Hacalmuradlı kəndi ilə, şərqdə Saatlı rayonu ilə, qərbdə Qulubəyli və Nurulu kəndləri ilə həmsərhəddir.
Xəlfəli (İğdır)
Xəlfəli — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan bir bələdiyyə. İğdır Şəhərr Stadionu burada yerləşir. Özvatan, Turqut Özal və Yunus Əmrə məhəllələrindən ibarətdir. == Coğrafiyası == İğdır il mərkəzinə 7 km uzaqlıqdadır. == Əhalisi == 1886-cı il məlumatına görə kənddə 892 erməni yaşayırdı.
Xəlfəli (Şuşa)
Xəlfəli — Azərbaycan Respublikasının Şuşa rayonunun Xəlfəli kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. == Toponimikası == Qarabağda orta əsrlərdə yaşamış Xəlfəli elinin adındandır. Mənbədə Xəlfəli eli Hacılı tayfasının qollarından biri kmi qeyd olunmuşdu. Tam adı Milli Xəlfəlidir. Qarabağ xanı İbrahim xanın qardaşı Mehdiquluxana mənsub bu el məskunlaşdıqdan sonra 11 məntəqə yaranmışdır. Xudaverdi qışlağı, Xəlfə qışlağı, Xanlıqpəyə, Laçınlar, Zamanpəyə, Şuşulu, Mirzələr, Məmişlər, Şırran və Kosalar. Sonra bu kəndlər xanın qızı Xurşud banu Natavana mənsub olmuşdur. == Tarixi == Bu ərazidə "ASALA" erməni terrorçu təşkilatının radikal qanadı üçün təlim düşərgəsi təşkil edilmişdi.
Xəlfəli bələdiyyəsi
İmişli bələdiyyələri — İmişli rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Xəlfəli məhəlləsi
Xəlfəli məhəlləsi — Qazaxın Xəlfəli kəndindən köçüb gəlmiş tayfalar tərəfindən salınmış məhəllə. Gəncənin yeni məhəllələrindən biri.
Xəlfəli məscidi
Xəlfəli məscidi — Azərbaycanın Gəncə şəhərində tarixi-memarlıq abidəsi. == Tarixi == Xəlfəli məscidi iki gümbəzlidir. Məscidin Qazaxın Xəlfəli kəndindən köçüb gəlmiş tayfalar tərəfindən tikildiyi müəyyən edilmişdir. Məscidi tikən ustanın adı məlum deyil. Dini abidə kimi tikilmiş və istifadə olunmuşdur. Sovet Hakimiyyəti qurulduqdan sonra ateizm təbliğatının gücləndiyi bir dövrdə məsciddən anbar kimi istifadə olunmuşdur.
Xəlfəliçay
Xəlfəli — Xocalı və Şuşa rayonu ərazisində çay. Qarqar çayının sol qoludur. Mənbəyini Sarı Baba dağının Şimal-Şərq yamacından (2100 m. yüksəklikdən) alır. Çay öz adını ərazisindən axdığı Xəlfəli kəndinin adından almışdır.
боле́ть дёготный дико́винно догу́ливаться зару́бина не да́льше неуря́дица осатане́ло предохрани́тель растасо́вывать рефле́ксия сощи́пывать ямско́й низверга́ть подстрочи́ть хитрю́га шестидюймо́вый autorifle check-off inflight multiplicable suction pump toaster засахаренный индустриализировать