XƏLƏLDAR

sif. [ ər. xələl və fars. …dar] Bir hadisə, iş və s. nəticəsində xələl dəymiş, pozulmuş, dağılmış, korlanmış; nöqsanlı.
□ Xələldar etmək (eləmək) – pozmaq.
…1905-ci il inqilabının dalğaları … bu küçənin sakitliyini xələldar edib, durğun həyatını çalxalandırmağa başladı. S.Hüseyn.
Sübhanverdizadə heç bir vaxt yaratmış olduğu bu nüfuzu xələldar etmək və pərdəni yırtmaq istəməzdi. S.Rəhimov.

Xələldar olmaq – pozulmaq, dağılmaq.
[Əbülhəsənbəy:] Zənn edirəm ki, Rusiya dövləti sizin mövqeyinizin xələldar olmasına heç vaxt razı olmaz. M.S.Ordubadi.
Artıq onun yuxusu; Olmayacaq xələldar; Onda fırtına görmüş; Bir dərya sükutu var. R.Rza.

Sinonimlər (yaxın mənalı sözlər)

  • XƏLƏLDAR nöqsanlı
  • XƏLƏLDAR pozğun — ziyankar
XƏLƏL
XƏLƏT

Digər lüğətlərdə

але́ться доры́ться карте́чь перечини́ть по-кхме́рски пришивно́й спа́ривание спрока́зить характеристи́чный вы́летаться гипнотизи́роваться до́льщик накреня́ть нержаве́йка поло́сками пэр ры́хло лобоз прудкий brob fish story poppet tarty пудра шестеро