XƏNCƏR

Alınma sözdür, ədəbiyyatda onu bəziləri ərəb, bəziləri isə fars mənşəli he­sab edirlər, hər iki dildə işlədilir, amma ərəbdənmi farsa, yoxsa farsdanmı ərəbə keçdiyini müəyyən etmək çətindir. Azərbaycan dilinə isə bu iki dilin hansın­dan keçdiyi məlum deyil. Məncə, söz fars mənşəlidir, çünki farslarda xanc sözü var və “yara” deməkdir. Xəncər ağır yara vurmaq vasitəsidir. Bizdə onun yerinə, böktə sözü işlədilib ki, bu da balta kəlməsi ilə qohumdur. Etimoloji mənası “böl­mək”, “parçalamaq” kimi başa düşülə bilər. Hər iki söz zərbə vasitəsi olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

XƏMSİN
XƏNDAN
OBASTAN VİKİ
Xəncər
Xəncər — əlbəyaxa və ya yaxın məsafədə döyüşdə istifadə edilən soyuq silah. Bir və ya ikiağızlı qısa tiyədən (şiş uclu) və dəstəkdən ibarət olur. İkiağızlı xəncər tiyələrinin uzunu boyu mərkəzdən keçən kiçik novu olur. Ən qədim nümunələri heyvan buynuzu, çaxmaqdaşıdan sonralar isə mis, tunc, dəmir və poladdan düzəldilmişdir. Əyri tiyəli xəncərlərdən daha çox yunanlar və iranlılar istifadə etmişdilər. Qədim Ön Asiya və skif tipli xəncərlər geniş yayılmışdı. Qafqaz Albaniyasında dəstəklə tiyə arasında xüsusi ayrın olan xəncər mövcud idi. Orta əsrlərdə polad tiyəli və üzəri nəfis bəzənmiş xəncərlərdən geniş istifadə edilmişdir. İkinci Dünya müharibəsində tüfənglərin ucuna, şişuclu xüsusi xəncər növü olan süngü keçirilirdi. Qında gəzdirilir.
Sehrli Xəncər
Sehrli Xəncər (ing. Kris Sakti) Malayziya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadrodur. 2011-ci ildə yaradılmışdır. Uçuşlar üçün 4 ədəd Extra EA-300 təyyarəsi istifadə olunur.
Xəncər (Meşkinşəhr)
Xəncər (fars. خنجر‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 347 nəfər yaşayır (85 ailə).
Xəncər (Tipoqrafik)
Tipoqrafik xəncər – † simvolu. "Mətbəə xaçı", "obelisk", "ölü işarə" də adlandırırlar. Bəzən haşiyəni (səhifənin aşağısında xətt altında yazılan mətni, qeydi, izahatı) göstərmək üçün istifadə olunur. Azərbaycan mətbəəçiliyində, praktik olaraq, işlədilmir, "qoşa xaç"dan isə, ümumiyyətlə, istifadə olunmur. Bəzi nəşrlərdə onunla ölüm tarixini göstərirlər, doğum tarixi isə ulduz (*) işarəsi ilə qeyd olunur. Avropa mətbəəçiliyində "xəncər"dən əsasən ikinci haşiyə işarəsi (* ulduzdan sonra), "qoşa xaç"dan isə üçüncü haşiyə işarəsi (* ulduz və † xəncərdən sonra) kimi istifadə olunur. Linqvistikada və bəzən etnoqrafiyada ölmüş dilləri və yox olmuş xalqları göstərmək üçün bu işarədən istifadə olunur. Mötərizədə xəncər (†) isə, demək olar ki, ölmüş dilləri və ya yox olmuş xalqları göstərir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Xəncər (dəqiqləşdirmə)
Xəncər ‎
Xəncər (işarə)

Kondok-i Xəncər
Kondok-i Xəncər (fars. کندک خنجر‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Rüğeyvə dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 13 ailədə 31 nəfəri kişilər və 34 nəfəri qadınlar olmaqla cəmi 65 nəfərdir. Kəndin əhalisini ərəblər təşkil edir, ərəb dilində danışırlar və şiə müsəlmandırlar.
Uçan xəncərlər evi (film, 2005)
"Uçan xəncərlər evi" (çin. 十面埋伏, shí miàn mái fú, ing. House of Flying Daggers) — Çjan İmounun filmi, 57-ci Kann Film Festivalının müsabiqədən kənar proqramının iştirakçısı. Çjao Syaodin 2005-ci ildə Oskar mükafatının "Ən yaxşı operator işi" nominasiyasına layiq görülmüşdür. Film usya janrında çəkilib. Film üsyançı hərəkatın liderlərini ovlayan və bunun üçün üsyan liderinin qızının etimadını qazanan və tələyə düşən imperiya polisinin gizli agentindən bəhs edir. Bu, "qadağan olunmuş" sevgini canlandıran və sevginin həyatı necə məhv etdiyini göstərən filmlərdən biridir.
Xəncərqışlağı (Urmiya)
Xəncərqışlağı (fars. خنجرقشلاقي‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 184 nəfər yaşayır (48 ailə).
Xəncərxan (Xoy)
Xəncərxan (fars. خنجرخان‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Xəncərəbənzər çıxıntı
Xəncərəbənzər çıxıntı (lat. processus xiphoideus) — döş sümüyünün ən qısa və ensiz hissəsi olub, aşağı və sərbəst ucunu təşkil edir. Xəncərə bənzədiyindən belə adlandırılmışdır. Forma və ölçüsü dəyişkən ola bilir. Dəri üzərindən ucu əllənə bilinir.

Значение слова в других словарях

вверга́ть изразе́ц опило́вка осемене́ние поче́ствовать просве́рливать раскружи́ть безбо́жие бе́ли больна́я геомагни́тный флинтгла́с це́нник чемода́н предместье ass about broody engrain gage butt hue-and-cry Korea men-only pharmacon сплющиваться ступка