XƏQANİ

xaqana aid olan, hakimə mənsub olan.
XEYRULLA
XƏLƏDDİN
OBASTAN VİKİ
Xəqani Axundov
Xəqani Bayramov
Xəqani Cəbrayılov
Cəbrayılov Xəqani Sərdar oğlu (24 yanvar 1968, Cahangirbəyli, Zəngilan rayonu) — ehtiyatda olan general-mayor. Xəqani Cəbrayılov 24 yanvar 1968-ci ildə Zəngilan rayonun Cahangirbəyli kəndində anadan olub. 1985-ci ildə Cahangirbəyli kənd orta məktəbini bitirdikdən sonra Blaqoveşensk Ali Tank Komandanlıq Məktəbinə daxil olub. 23 iyul 1989-cu ildə həmin məktəbi bitirdikdən sonra leytenant hərbi rütbəsi alıb. 1989-1992-ci illərdə Uzaq Şərq Hərbi Dairəsində taqım və bölük komandiri vəzifələrində xidmət edib. 1992-ci ilin mart ayından etibarən Azərbaycan Ordusunda xidmətə başlayıb. Bölük, tabor və birləşmə komandiri vəzifələrində xidmət edib. Birləşmə komandiri vəzifəsinə təyin edilib. 1992-1994-cü illərdə Qarabağ uğrunda gedən döyüşlərdə tabor komandiri olub. 1998-ci ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasını bitirib.
Xəqani Cəmilli
Xəqani Fətiyev
Xəqani Həbiboğlu
Xəqani Həbiboğlu (Verdiyev Xəqanı Həbib oğlu; d. 18 aprel 1966, Şaplar, Kəlbəcər rayonu, Azərbaycan SSR, SSRİ) — Azərbaycan şairi. Xəqani Həbiboğlu 1966-cı il aprel ayının 18-də Kəlbəcər rayonunun Şaplar kəndində müəllim ailəsində anadan olub. 1973-cü ildə Şaplar kənd orta məktəbinin 1-ci sinifinə daxil olub. Sonra təhsilini Kəlbəcər şəhər 1 saylı orta məktəbində davam etdirib. 1981-ci ildə həmin məktəbin tam kursunu bitirib. 1983-cü ildə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakültəsnin riyaziyyat-fizika şöbəsinə daxil olub. Birinci kursu başa vurduqdan sonra, 1984-1986-cı illərdə Ukraynada ordu sıralarında xidmət edib. Hərbi xidmətini başa vurduqdan sonra universitetdə təhsilini davam etdirib və 1990-cı ildə riyaziyyat-fizika müəllimi ixtisasına yiyələnib. Hal–hazırda öz ixtisası üzrə müəllim işləyir.
Xəqani Murtuzəliyev
Xəqani İsa oğlu Murtuzəliyev (11 oktyabr 1984; Zaqatala rayonu, Azərbaycan SSR — 22 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Xəqani Murtuzəliyev 1984-cü il oktyabrın 11-də Zaqatala rayonunun Qımır kəndində anadan olub. 1990-2001-ci illərdə İ. Məmmədov adına Qımır kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. 1 qızı və 2 oğlu yadigar qaldı. Xəqani Murtuzəliyev 2002-2004-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2013-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Xəqani Murtuzəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəqani Murtuzəliyev oktyabrın 22-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Zaqatala rayonunun Qımır kəndində dəfn olunub.
Xəqani Məcnunov
Xəqani Məmmədov
Xəqani Məmmədov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Xəqani Məmmədov (tarixçi) — tarix elmləri doktoru,professor. Xəqani Məmmədov (futbolçu) — azərbaycanlı futbolçu.
Xəqani Nəsibov
Xaqani Aydın oğlu Nəsibov (1 may 1991; Kortala, Balakən, Azərbaycan SSR — 16 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Xaqani Nəsibov 1991-ci il mayın 1-də Balakən rayonunun Kortala kəndində anadan olub. Onun qardaşı — Ədalət Nəsibov Birinci Qarabağ müharibəsində şəhid olub. 1997-1998-ci illərdə Q. Nağıyev adına Kortala kənd tam orta məktəbində təhsil alıb. Subay idi. Xaqani Nəsibov 2011-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Xaqani Nəsibov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xaqani Nəsibov oktyabrın 16-da Madagizin azad edilməsi zamanı şəhid olub. Balakən rayonunun Kortala kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xaqani Nəsibov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Xəqani Nəsirov
Xəqani Kamran oğlu Nəsirov (29 iyun 1982; Xankəndi, Azərbaycan SSR — 2 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Xəqani Nəsirov 1982-ci il iyunun 29-da Xankəndi şəhərində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuş olan Xəqani Nəsirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəqani Nəsirov oktyabrın 2-də Madagizin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəqani Nəsirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəqani Nəsirov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Xəqani Səfərli
Xəqani Əliyev
Xəqani Əskərov
Əfzələddin Xəqani
Xaqani Şirvani (təq. 1121, Şirvan, Şirvanşahlar dövləti – təq. 1199, Təbriz, Eldənizlər dövləti[d]) — klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair-filosof, nasir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Şirvani Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Şairin adı İbrahim, atasının adı Əli idi. Orta əsr mənbələrində o, belə təqdim edilir: Əbu Bədil Əfzələddin İbrahim ibn Əli Nəccar ibn Osman ibn İbrahim Həqaiqi Həssanul-Əcəm Xaqani Şirvani. Burada Həqaiqi, Həssanul-Əcəm və Xaqani onun təxəllüsü, Əfzələddin ləqəbi, Əbu Bədil kunyəsi və Şirvani mənsub olduğu yerin adı-nisbəsidir. Xaqani təqribən 1126-cı ildə Şamaxının tat kəndlərindən biri[mənbə göstərin] olan Məlhəm kəndində anadan olmuşdur. İlk təhsilini əmisindən almış və dövrünün müxtəlif elmlərinə dərin maraq göstərmişdir. Gənc yaşlarından yüksək şairlik istedadını göstərən Xaqani Şirvanşahlar sarayına dəvət edilir və orada böyük şöhrət tapır.
Əskərov Xəqani
Xəqani Məmmədov (futbolçu)
Xəqani Nurəddin oğlu Məmmədov (29 sentyabr 1976, Uluxanlı) — azərbaycanlı futbolçu. Futbol üzrə Azərbaycan çempionatının bombardiri: (1) - 2007/2008 "Bizim dövrdə bu pullar olsaydı…" - Veteran futbolçu.
Xəqani Məmmədov (professor)
Xəqani Məmməd oğlu Məmmədov (18 iyun 1954, Ağcabədi) — tarix elmləri doktoru,professor. Xəqani Məmmədov 1954-cü il iyun ayının 18-də Azərbaycan Respublikasının Ağcabədi şəhərində anadan olmuşdur. 1960-cı ildə Ağcabədi rayonu Hüsülü kənd orta məktəbinin I sinfinə qəbul olunub.1968-ci ildə ÜİLKGİ sıralarına qəbul edilmişdir.1970-ci ildə Ağcabədi şəhər 1 saylı orta məktəbini bitirmişdir. 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə qəbul olunur.1975-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirir. 1977-ci ildə göndərişlə Ağcabədi şəhər 7 saylı səkkizillik məktəbə tarix müəllimi təyin edilir. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin aspiranturasının əyani şöbəsinə qəbul olunduğu üçün Ağcabədi şəhər 1 saylı orta məktəbin müəllimi vəzifəsindən azad olunur. 1982-ci ildə aspiranturanı başa çatdırır və АDU-nun tarix fakültəsinə müəllim vəzifəsinə təyin edilir. 1985-ci ildə "Azərbaycan Kommunist Partiyasının zəhmətkeşlərin əmək tərbiyəsi" sahəsində fəaliyyəti (1976–1980-ci illər) mövzusunda müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. 1987-ci ildə müsabiqə yolu ilə "Sov. IKP tarixi" kafedrasına baş müəllim təyin edilir.
Xəqani Məmmədov (tarixçi)
Xəqani Məmməd oğlu Məmmədov (18 iyun 1954, Ağcabədi) — tarix elmləri doktoru,professor. Xəqani Məmmədov 1954-cü il iyun ayının 18-də Azərbaycan Respublikasının Ağcabədi şəhərində anadan olmuşdur. 1960-cı ildə Ağcabədi rayonu Hüsülü kənd orta məktəbinin I sinfinə qəbul olunub.1968-ci ildə ÜİLKGİ sıralarına qəbul edilmişdir.1970-ci ildə Ağcabədi şəhər 1 saylı orta məktəbini bitirmişdir. 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə qəbul olunur.1975-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirir. 1977-ci ildə göndərişlə Ağcabədi şəhər 7 saylı səkkizillik məktəbə tarix müəllimi təyin edilir. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin aspiranturasının əyani şöbəsinə qəbul olunduğu üçün Ağcabədi şəhər 1 saylı orta məktəbin müəllimi vəzifəsindən azad olunur. 1982-ci ildə aspiranturanı başa çatdırır və АDU-nun tarix fakültəsinə müəllim vəzifəsinə təyin edilir. 1985-ci ildə "Azərbaycan Kommunist Partiyasının zəhmətkeşlərin əmək tərbiyəsi" sahəsində fəaliyyəti (1976–1980-ci illər) mövzusunda müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. 1987-ci ildə müsabiqə yolu ilə "Sov. IKP tarixi" kafedrasına baş müəllim təyin edilir.
Xəqani Məmmədov (əsgər)