XƏYALİ

sif.
1. Əslində olmayıb, göz qabağına gətirilən, təsəvvür edilən, xəyalda canlanan; qeyri-həqiqi, qeyri-real.
Xanım görmədiyi ölkənin xəyali gözəlliyinə məftun bir halda sözünə davam edirdi. Çəmənzəminli.
Bir zaman, doğrudan da, xəyali bir məhəbbətlə sevdiyi qızın iztirab və göz yaşlarına qarşı Səlim biganə və laqeyd baxa bilmədi. M.İbrahimov.

2. riyaz. Təsəvvür edilən, xəyala gətirilən, uydurulan.
…Xəyali ədədlər müasir riyaziyyatda geniş surətdə tətbiq olunur. Z.Xəlilov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • XƏYALİ XƏYALİ, FANTASTİK
  • XƏYALİ saxta — uydurma — yalan — əfsanəvi
XƏYALƏT
XƏYALLANMA
OBASTAN VİKİ
Xəyali icmalar
Xəyali icmalar— Benedikt Andersonun eyni adlı kitabında milliyətçiliyi izah etmək məqasədi ilə inkişaf edilmiş konsepsiyası. == Mənşəyi == Andersonun izahatına görə, xəyali icmaların formaşmasının səbəbi "çap kapitalizmi" idi. Kapitalist təşəbbüsçülər kitabları və başqa materiallarının tirajını maksimallaşdırmaq məqsədi ilə onları artıq Latın dilində yox, danışıq dillərinə daha yaxın dillərdə buraxırdılar. Bu həmin dillərdə (və ya ləhcələrdə) ümumi diskursları yaradaraq, "milli çap dilləri" əsasında Avropanın ilk milli dövlətlərinin formalşması ilə nəticələnib. == Kontekst və təsir == Özü marksist olan Andersonun firkinə görə, nə marksizmdən, nə də liberalizmdən gələn millətçiliyin izahlarını qəbul etmirdi.Ernest Gellner millətçiliyin meydana çıxmasını Şərqi Avropanın sənayeləşməsinə bağlıyır.Elie Kedonie isə Fransa inqilabı ilə mərkəzi Fransa dövlətinin qurulmasında əməyi olan aydınlama düşüncələrinin millətçiliyin ortaya çıxmasında təsirini göstərir.Anderson isə başqa sahəyə bağlıyır. O, hesab edir ki, Avropa dövlətlərinin okeanın o tayında saldığı müstəmləkələrdə yaşayan diasporada özəlliklə Amerika qitəsində, yeni koloniyalarda yaranan bir anlayışdır. Hobsbaum və Gellnerdən fərqli olaraq, Andersonun millətçiliyə qarşı pisniyyəti yoxdur və onun fikrincə, millətçilik qloballaşan dünyada köhnəlmiş bir ideya deyil. Anderson millətçilikdə mövcud olan utopik elementi müsbət qiymətləndirir. == Xülasə == Andersona görə ”millət”süni olaraq inşa edilən bir şeydir.1778 və 1838-ci illər arasında Cənubi və Şimali Amerikada ortaya çıxan elit təbəqənin şüurlu şəkildə özlərini bir millət olaraq tanıtdıqlarını və ilk milli-dövlət modellərinin bu şəkildə yarandığını irəli sürür.Buna görə, onsuzda var olan xalq milli-dövlət inşa edə bilməz.”Millətçilik düşüncəsi”,milləti və milli-dövləti birlikdə inşa edər.Anderson,Fransa və Amerika örnəkləri təcrübəsindən millətin yaranmasının necə inkişafını göstərir.Bu ilk dalğa vətəndaş millətçiliyi olaraq adlandırarkən,daha sonra yaranan ikinci dalğa millətçiliyi etnik millətçilik olaraq təsdiqləyir.Anderson millət nəzəriyyəsində yazılı ədəbiyyata və onun yayılmasına mərkəzi bir rol verir. Millətçiliyin inkişafı kitabların sayının artması və mətbəə texnologiyasının inkişafı ilə əlaqəlidir.O,qeyd edirdi ki,bir millətin yaranmasında xalqın qədim dövrlərə bağlanması əhəmiyyət daşıyır,hətta bunu bir zərurət kimi görür.Bu nöqtədə Anthony D Smith dən bəzi anlayışları mənisəmişdir.Millətin yaranışı üçün həqiqi hekayələrdən çox əfsanələrə və fantastik anlayışlara dayanıldığını vurğular.
Mirzə İsa Xəyali
Mirzə İsa Xəyali (1850, Cənubi Azərbaycan – 1917, Lənkəran, Lənkəran qəzası) — XIX əsr Azərbaycan şairi. == Həyatı == Mirzə İsa Hacı Məhəmmədrəhim oğlu təxminən 1850-ci ildə Ərdəbildə doğulmuşdur. Təhsilini orada almış, 1891-ci ildə Lənkərana köçmüşdür. Bir məddət Lənkəranda müəllimlik etmişsə də əsas peşəsi ticarət olmuşdur. O, 1917-ci ildə Lənkəranda vəfat etmişdir, Xəyali "Fövcül-füsəha " ədəbi məclisinin fəal üzvlərindən idi. Onun bədü irsindən bir neçə qəzəl və digər şeirləri qalmışdır. == Təzkirəsi == XIX əsr Azərbaycan ədəbiyyatının ilk mənbələrindən bəhs edərkən Mirzə İsa Xəyalinin (1850–1917) "Təzkireyi — Ziyai" əsəri haqqında danışmamaq mümkün deyil. Onun təzkirəsində Ərdəbil və Təbriz şairlərindən Molla Qulaməli Həsrət, Mirzə Əsəd Şəms Ərdəbili, Molla Məhəmməd Mücriм, Mirzə Abdulla Sağəri və başqalarının həyat və yaradıcılığı toplanıb. Burada Ъənubi Azərbaycan şairləri ilə birlikdə, S. Ə. Şirvani, M. Ə. Növrəs, M. R. Fəna, F. Kəminə кими Şimali Azərbaycanda yaşayan sənətkarların bədii irsinя də ayrıca diqqət yetirilib. Bunu da qeyd edək ki, Mirzə İsa Xəyalinin bu təzkirəsi çap olunmayıb.
Fosterin xəyali dostlar evi
Fosterin xəyali dostlar evi ("Fosterin evi" olaraq da tanınır) — Creyk Makkreyken tərəfindən "Cartoon Network" üçün yaradılmış amerikan animasiya serialı. == Süjet == "Fosterin xəyali dostlar evi" uşaqların xəyali bir dost xəyal edən kimi həmin dostun fiziki forma alaraq canlandığı bir dünyadır. Uşaqlar böyüyəndən sonra xəyali dostlar başqa uşaqlar tərəfindən sahiblənməsi üçün bir növ sığınacağa — Fosterin evinə aparılır. Ev yaşlı, sevimli və mehriban qurucu madam Foster tərəfindən idarə olunur. Onun xəyali dostu dovşan mister Herriman sərt təbiətli ev meneceridir, nəvəsi Firanki isə günlük işlərlə məşğuldur. Anası onun xəyali dost üçün çox böyük olduğunu düşündüyü üçün səkkiz yaşlı oğlu Maka xəyali dostu Blunu tərk etməsi üçün təzyiq göstərir. Mak bir televiziya reklamında gördükdən sonra Blunu Fosterin evinə aparanda öyrənir ki, əgər Blu burada yaşasa, başqa bir uşağa verilə bilər. Mak daha sonra Franki, mister Herriman və madam Foster ilə uzun danışıqlardan sonra onları razı sala bilir ki, Mak hər gün buranı saat 3-də ziyarət etdiyi müddətcə heç kəs Blunu buradan apara bilməz. Beləliklə, Mak hər gün dərsdən sonra Fosterin evini ziyarət etməyə başlayır. Bu ziyarətlər əsnasında çox maraqlı macəralar yaşanır.
Xəyali səadət (film, 1981)
Xəyali səadət (Rom: Baseraa) Hindistan Bollivud filmidir. Filmin prodüseri Ramesh Behl, rejissoru isə Ramesh Talvardır. Film Leela Phansalkarın Marathi romanı əsasında çəkilmişdir. Baş rollarda Şaşi Kapur, Raakhi, Rekha, Rac Kiran, Poonam Dhillon çəkilmişdirlər. Filmin musiqisini R. D. Burman bəstələmişdir. Film kassada bir hit olmuş və baş rol ifaçısının ifası çox yüksək qiymətləndirilmişdir. == Süjet xətti == Saqar gözəl Purnila ilə evlidir. Onlar bir-birlərini dəlicəsinə sevir. Cütlüyün xoşbəxtiyinə yalnız qibtə etmək olar. Lakin gözlənilmədən Purnilanın bacısı ağır xəstələnir.
Fosterin xəyali dostlar evi (teleserial, 2004)
Fosterin xəyali dostlar evi ("Fosterin evi" olaraq da tanınır) — Creyk Makkreyken tərəfindən "Cartoon Network" üçün yaradılmış amerikan animasiya serialı. == Süjet == "Fosterin xəyali dostlar evi" uşaqların xəyali bir dost xəyal edən kimi həmin dostun fiziki forma alaraq canlandığı bir dünyadır. Uşaqlar böyüyəndən sonra xəyali dostlar başqa uşaqlar tərəfindən sahiblənməsi üçün bir növ sığınacağa — Fosterin evinə aparılır. Ev yaşlı, sevimli və mehriban qurucu madam Foster tərəfindən idarə olunur. Onun xəyali dostu dovşan mister Herriman sərt təbiətli ev meneceridir, nəvəsi Firanki isə günlük işlərlə məşğuldur. Anası onun xəyali dost üçün çox böyük olduğunu düşündüyü üçün səkkiz yaşlı oğlu Maka xəyali dostu Blunu tərk etməsi üçün təzyiq göstərir. Mak bir televiziya reklamında gördükdən sonra Blunu Fosterin evinə aparanda öyrənir ki, əgər Blu burada yaşasa, başqa bir uşağa verilə bilər. Mak daha sonra Franki, mister Herriman və madam Foster ilə uzun danışıqlardan sonra onları razı sala bilir ki, Mak hər gün buranı saat 3-də ziyarət etdiyi müddətcə heç kəs Blunu buradan apara bilməz. Beləliklə, Mak hər gün dərsdən sonra Fosterin evini ziyarət etməyə başlayır. Bu ziyarətlər əsnasında çox maraqlı macəralar yaşanır.

Digər lüğətlərdə

бла́го большевики́ в знак златопёрый ла́ять надстра́ивать неводьба́ разбрести́сь содо́м вырыва́ться оппозицио́нный терра́сами bagasse commonwealth euphemistical fistuliform Huntingdonshire laissez-aller scuff unsizeable невосприимчивость передвигать самородный сдаточный сечка