Yüksəkoktanlı yanacaq

karbüratorlu daxiliyanma mühərikləri üçün hazırlanan avtomobil və aviasiya benzinləri. Y.y. detonasiyaya qarşı davamlıdır və mühərikin böyük faydalı iş əmsalı ilə işləməsini təmin edir. Aviasiya benzinlərinin detonasiyaya qarşı davamlılığı onların oktan ədədi və çeşidi ilə, avtomobil benzinlərininki isə yalnız oktan ədədi ilə xarakterizə olunur. Aviasiya benzinlərinin ən yaxşı növlərinin oktan ədədi 98-100, çeşidi 130- 160 olur. Avto-mühərikləri, adətən oktan ədədi 72, 76, 93 və 95 olan benzinlə işləyir.
Yuyucu məhlul