yağlı dil tökmək

bax yağlı dilə tutmaq
yağlı dil
Yağlı dilə alışma tez, acı sözə qabarma, döz.
OBASTAN VİKİ
Yağlı güləş
Yağlı güləş (türk. Yağlı Güreş) — türk milli güləş növü. Güləş zamanı güləşçilər bədənlərini yağladıqları üçün yağlı güləş adlanır. Onlar bədənlərini zeytun yağı ilə yağlayırlar. Döyüş Ər meydanı adlı məkanda baş tutur. Güləş ümumən qədim türk idman növüdür. Mərkəzi Asiyada Tatar, Özbək və Tuva güləşlərini buna misal göstərmək olar. Güləşçilər Bahadır adlanır. Bahadırlar xüsusi şorta bənzər geyim geyirlər. Digər Olimpiya güləş növlərindən fərqlənir.
Yağlı qaraciyər
Fua-qra (fr. foie gras - yağlı qaraciyər) — Fransa mətbəxinə aid qaz ya ördək qaraciyəri yeməyidir.
Yağlı (Duzluca)
Yağlı — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. Kənd 1901-ci ildən eyni addadır.
Dil
Dil — ancaq insanlara aid olan, özündə məzmun və eyni tip səslənmə (yazılış) qaydaları daşıyan şərti sistem. O, yalnız ünsiyyət vasitəsi deyil, dünya haqqında təsəvvür yaradan təbii intellektual sistemdir. Hər bir dil ayrılıqda dünya haqqında bilik, dünyanı görmək və anlamaq üçün vasitədir. Dilləri linqvistika öyrənir. Dildə şərti işarələr semiotikanın predmetidir. Dilin insan təfəkkürünə və fəaliyyətinə təsirini psixolinqvistika tədqiq edir. == Tipologiya == linqvistikanın predmeti olan insan dilləri : təbii insan dilləri, süni insan dilləri, məsələn, (esperanto), karlar üçün jest dili, formal dillər kompüter dili, məsələn Alqol, Heyvanların ünsiyyət dili. == Dillər haqqında ümumi məlumat == Hazırda Yer üzündə 7000-ə yaxın dil mövcuddur. Dünyanın yeddi dili dünya dilləri hesab olunur: ingilis dili, ispan dili, ərəb dili, rus dili, fransız dili, alman dili, portuqal dili Alimlərin fikrinə görə, son 100 il ərzində 3000-dən 6000-ə qədər dili ölüm təhlükəsi gözləyir. Dilin saxlanması üçün həmin dildə ən azı 100 min insan danışmalıdır.
Dil Dil Pakistan
"Dil Dil Pakistan" (urdu دل دل پاکستان‎) — Pakistanın musiqi ansamblı "Vital Signs" tərəfindən 1987-ci ildə yayımlanmış mahnı. Bu mahnı 1989-cu ildə ansamblın debüt albomu olan "Vital Signs 1"ə daxil idi. == Qəbulu == "Dil Dil Pakistan" Pakistanın qeyri-rəsmi himni kimi qiymətləndirilir. == Musiqi videosu == Mahnının musiqi videosu Pakistanın paytaxtı İslamabadda çəkilib. Mahnının çox səhnələrində ansamblın üzvləri velosiped və ya şəhərin ətrafında cip sürür. Səhnələrin birində qrup kiçik bir təpənin yamacında mahnını oxuyur. Sonda isə qrupun bütün üzvləri sadə bir studiyada mahnını oxuyur və az bir müddətdən sonra video bitir. == Lirika == Mahnının müəllifinin kimliyi mübahisəlidir. Lakin mahnının ərsəyə gəlməsində əsas rolu Şoaib Mansor oynamışdır. Vital Signsin əsas vokalisti Junaid Camşed qeyd edir ki, qrup və prodüser məhəbbət mahnısı üzərində işləyirdi, ancaq bütün bu səylər uğursuz kimi görünürdü.
Kırkpınar yağlı güləşi
Kırkpınar yağlı güləşi — Türkiyənin tarixi güləş növü
Yağlı boya rəssamlığı
Yağlı boya rəssamlığı (it. Pittura a olio) — təsviri incəsənətin rəssamlıq növündə texniki bir üslub olub, burada istifadə olunan boyaq maddələri bitki yağında həll edilərək hazırlanır. Yağlı boya rəssamlığı haqqında ilkin məlumat bizans sənətkarı, keşiş Teofilin kitabında (“Müxtəlif incəsənət siyahısı” — lat. “Schedula diversarum artium” yaxud lat. “De diversibus artibus”) verilmişdir. Avropada yağlı boya rəssamlığının ibtidai nümunələri tarixi XIII əsrə gedib çıxır. İntibah dövrü, 1420 ci ildən başlayaraq yağlı boya rəssamlığı yayılmağa başlayır. Sonralar XV əsrdə bu texniki üsul niderland rəssamı Yan van Eyk tərəfindən daha da təkmilləşdirilmişdir. Buna onun bu dövrdə yağlı boya texnikası ilə çəkmiş olduğu “Çalmalı adam portreti” əsəri tipik misaldır. XV əsrdə (1460-1470) italyan rəssamı Antonello da Messina bu rəssamlıq növünü İtaliyaya gətirmiş olur.
Uğur üçün su tökmək
Uğur üçün su tökmək — Azərbaycan, Bolqarıstan, Ermənistan, İran, İraq, Serbiya, Şimali Makedoniya, Türkiyə və digər yaxın ölkələrdə xalq adəti. Xalq inancına görə, səfərə və ya bir işə gedən adamın arxasınca su tökmək xeyir gətirir. Bu, səfərin və ya işin xoşbəxtcəsinə sonlanması üçün edilir. Bu adət məktəbə, imtahana, iş müsahibəsinə, orduya və s. yerlərə gedəndə də edilir. Balkan yarımadası ölkələrinin etnologiyasında belə hesab edilir ki, tökülən və ya axan su mobilliyi və hərəkətin rahatlığını simvolizə edir. Buna səbəb onun dayanmaması və ya ilişib qalmamasıdır. Beləliklə, suyun tökülməsi kiminsə başladığı işin baş tutması üçün edilir ki, o da tökülən su kimi rəvan getsin. Bəzi ərazilərdə su töküləndə belə deyilir: "O, su kimi təmiz və aydın getsin".
Genişlənəbilən dil
Genişlənəbilən dil – sintaksisinin və semantikasının genişlənməsinə və ya dəyişdirilməsinə imkan verən kompüter dili. Sözün ən geniş anlamında dillərin əksəriyyəti genişlənəbiləndir (prosedurların və funksiyaların daxiledilməsi imkanları nəzərdə tutulur), ancaq dəqiq anlamda bu termini yalnız geniş yayılmış dillərin bir neçəsinə (məsələn, Forth dilinə) aid etmək olar ki, onlar proqramçıya dilin özünü dəyişərək, yeni variantını yaratmağa imkan verir.
Go (dil)
Go (proqramlaşdırma dili) — Google tərəfindən Robert Qreysmer, Rob Paykike və Ken Tombson tərəfindən tərtib edilmiş proqramlaşdırma dili. Go, C-yə sintaktik olaraq bənzəyir, ancaq yaddaş təhlükəsizliyi, zibil yığılması, struktur yazması ilə CSP ilə uyğunluq daşıyır. Veb-saytı olan golang.org səbəbiylə tez-tez "Golang" olaraq adlandırılır, lakin orijinal adı Go-dur. İki əsas tətbiqi var: Bir çox əməliyyat sistemlərini, mobil cihazları, və WebAssembly-i hədəf alan Google-un özünün hostingkompilyator alət dəsti GccGo Üçüncü tərəf bir tərcüməçi Gopher. JS veb inkişaf üçün önə gedən JavaScript üçün tərtib edir.
Kürdcə dil
Kürd dilləri, həmçinin kürd dili və ya kürdcə (Kurdî və ya کوردی) — Kürdüstan geomədəni vilayətində yaşayan kürdlərin və kürd diasporunun danışdığı dil və ya dillər qrupu. Kürd dili Hind-Avropa dil ailəsinin Qərbi İran dillərinə mənsub dialekt kontinuumunu təşkil edir. Kürd dilinin əsas üç dialekt və ya dili kurmanci, sorani və cənubi kürdcədir. Şimal-Qərbi İran dillərinin ayrı qrupu olan zaza-gorani dillərində bir neçə milyon etnik kürd də danışır. Kürdlərin əksəriyyəti kurmanci dilində danışır, kürdcə mətnlərin çoxu kurmanci və sorani dillərində yazılır. Kurmanci latın qrafikasının törəməsi olan havar əlifbası ilə, sorani isə ərəb qrafikasının törəməsi olan sorani əlifbası ilə yazılır. Lək dilinin cənubi kürd ləhcəsi və ya dördüncü kürd dili kimi təsnifatı müzakirə mövzusudur. Lək dili ilə digər cənubi kürd ləhcələri arasında fərqlər minimaldır. Kürd dilində ədəbi məhsul XX əsrin əvvəllərinə qədər əsasən poeziya ilə məhdudlaşmış, sonradan ümumi ədəbi inkişaf baş vermişdir. İndiki dövrdə iki əsas yazılı kürd ləhcəsi kurmanci və soranidir.
Müqəddəs dil
Müqəddəs dil — başqa dildə danışan insanların dini məqsədlər üçün istifadə etdikləri dil. Dilin işləkliyi, ancaq dini kitab və mətnlərin oxunması, öyrənilməsi və dinin ardıcılları üçün bəzi ritual və duaların o dildə istifadəsinin mövcudluğu ilə məhdudlaşır. Bu gün bu dillərin bir çoxu ölü dil halına gəlib. Avesta dili — Müqəddəs dil kimi zərdüştilər işlədirdilər. Avesta bu qədim dildə yazılmışdır. Bu dil iki min il bundan əvvəl tərk edilmişdir. Klassik Ərəb dili (VII əsr) — Müsəlmanlar üçün. Quranın mətni və hədislər orijinalda bu dildədir. Bəzən müsəlmanlar duaları da bu dildə əzbərləyib istifadə edirlər. İbrani dili — yəhudilər üçün olan və xristianların da müqəddəs hesab etdiyi Əhdi-ətiq və başqa yəhudi dini qaynaqların dili.
Natalia Dil
Nathalia Goyannes Dill Orrico (Portuguese: [[Beynəlxalq fonetik əlifba|[naˈtaliɐ ˈdʒiw]]]; 24 mart 1986, Rio-de-Janeyro) — Braziliya aktrisası.
Proto-dil
Linqvistikada ana dili və ya proto dil əsasən hipotetik və ya yenidən qurulan və çox vaxt sınaqdan keçirilməyən bir dildir; Bu dildən təkamül yolu ilə yeni dillərin meydana gəldiyi və dil ailəsi yaratdığı güman edilir. Tarixi linqvistikanın ağac modelində yerləşdirilmiş bir proto-dil, nəsil ağacı metaforasında proto-dil ana dil adlandırıla bilər. Başqa bir təriflə izah etsək, özündən başqa dillərin və ya ləhcələrin formalaşdığı dildir. Başqa sözlə, səs quruluşu, məna və forma baxımından bir-birindən az-çox fərqlənən dil və ya şivələrin kök etibarı ilə naməlum bir tarixdə birləşdiyi ümumi dillər bu anlayış altında cəmlənir. Məsələn, ana Altay dili, ana Monqol dili, ana türk dili, Latın dili kimi dillər ana dillər sırasındadır. Proto dil mövcud məlumatların birləşdirilməsi yolu ilə “yenidən formalaşdırılmış” dildir. Proto prefiksi “birinci” və “ən köhnə” deməkdir. Proto dil müəyyən bir dövrün danışıq dili ilə tam olaraq eyni olmaya bilər. Bu, müəyyən fərziyyələrə əsaslanan modeldir və dilin sonrakı variasiyaları arasındakı fərqləri daha yaxşı başa düşmək üçün düsturlar təqdim edir. Bütün insan dillərinin əcdadı olan proto insan dilinin olub-olmaması ilə bağlı mübahisələr davam edir.
Qırmızı dil
Rəsmi dil
Dövlət dili və ya Rəsmi dil – Konstitusiya ilə ölkənin, vilayətin xüsusi statusa malik olan dil. Bir qayda olaraq ölkə administrasiyası, parlament və məhkəmələrində işlədən dil rəsmi dil sayılır. Az işlənsə də yerli xalqın dili də dövlət dili elan edilə bilər. Məsələn, Yeni Zelandiyada maori xalqı ölkə əhalisinin beş faizini təşkil etsə də, onun dili dövlət dilidir. Dövlət dili dövlət ərazisində digər dillərə nisbətən daha üstün statusa malik olan dildir. Bir qayda olaraq dövlət dili kimi ərazidəki çoxsaylı etnosun dili qəbul edilir. Digər tərəfdən dövlət sənədlərinin digər dillərdə də nəşri nəzərdə tutula bilər. UNESCO ekspertləri 1953-cü ildə "dövlət dili" ilə "rəsmi dil" arasında aşağıdakı fərqi təklif etdi: Dövlət dili dövlət çərçivəsində siyasi, sosial və mədəni sahədə inteqrasiya rolu oynayır və dövlətin simvolu hesab edilir. Rəsmi dil — dövlət idarəçiliyində, qanunvericiliyində, məhkəmə prosesində işlənən işçi dildir. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin I hissəsinə müvafiq olaraq Azərbaycan dilidir.
Dil kompleksi
Dil kompleksi — dialekt kontinuumu daxilində dialektlər arasındakı əlaqələrə bənzəyən, lakin daha çox fərqə malik olan dillər qrupu. Başqa sözlə, dil kompleksinin komponentləri dialektlər deyil, dillərdir, buna baxmayaraq, ayrı-ayrı deyimlər arasında sərhədləri çəkmək hələ də çətindir. Gələcəkdə dil kompleksi əsasında bir və ya bir neçə komponentin daşıyıcıları dil kompleksinin əsas ərazisini tərk edərsə, psevdogenetik assosiasiya (linkic; ing. linkage) yarana bilər. Orijinal dialekt kontinuum/dil kompleksinin qalan üzvləri öz-özlüyündə inkişaf edərkən bəzi əlamətlər və yeniliklər mübadiləsini davam etdirirlər ki, zaman keçdikcə müəyyən genetik əlaqə görünüşü yaranır. Bununla belə, onun ümumi xüsusiyyətləri ya irsi arxaizmlər (çox vaxt dil kompleksinin oturaq üzvlərində itirilir) və ya kompleks üzvlərinin yalnız bir hissəsini, adətən ən yaxın qonşuları birləşdirir. Beləliklə, ortaq əcdad dilini yalnız ilkin dil kompleksinin bütün üzvləri üçün yenidən qurmaq mümkündür, lakin onun qalan üzvləri üçün bunu ayrıca mümkün deyil. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Ross, Malcolm D. Proto Oceanic and the Austronesian languages of Western Melanesia. Canberra: Pacific Linguistics. 1988.
Dil (orqan)
Dil (lat. lingua, yun. glossa) — qan damarları, sinirlər, vəzilər və limfoid ünsürlərlıə zəngin və selikli qişa ilə örtülmüş əzələvi üzvdür. Məməli heyvanlarda dil çox inkişaf edərək olduqca həcmli, hərəkətli bir üzv təşkil edir. Dil məməli heyvanlarda bir neçə vəzifə: qida maddələrini qavramaq (qarışqayeyənlərdə), yalamaq (yırtıcılarda), əmmək, udmaq, dad bilmək, lamisə üzvü funksiyasını daşımaq və insanda danışmaq vəzifəsini ifa edir. İnsan qidanı çeynəyərkən onu ağız boşluğunda dil ilə hərəkət etdirir. Dil qan damarları, sinirlər, vəzlər və limfa ünsürləri ilə zəngin və selikli qişa ilə örtülmüş əzələvi orqandır. Bizə qidanın dadını bildirən reseptorların xeyli hissəsi dilin üzərindədir. Dil insanlarda heyvanlardan fərqli olaraq həm də nitq üzvüdür. Ağız boşluğundan qida udlağa gedir.
Dil iqtisadiyyatı
Dil iqtisadiyyatı — iqtisadiyyat və sosiolinqvistikanın kəsişməsində bir tədqiqat sahəsi. Tədqiq olunan obyektlərin ümumiliyinə görə dilin iqtisadiyyatı müəyyən dərəcədə sosiolinqvistika ilə üst-üstə düşür. Lakin, sosiolinqvistikadan fərqli olaraq, dil iqtisadiyyatı dili və onunla bağlı olan hadisə və qanunauyğunluqları özlüyündə müstəqil və dəyərli deyil, daha ümumi iqtisadi anlayış və qanunauyğunluqların konkret təzahürləri kimi qəbul edir. Beləliklə, iqtisadi nöqteyi-nəzərdən dil səriştələri digər bacarıqlarla yanaşı, öz daşıyıcısına müxtəlif bazarlara - əmək bazarına, əmtəə bazarına (məlumat da daxil olmaqla) çıxışı təmin edən insan kapitalının elementidir. digər insanlar və təşkilatlarla onların xeyrinə əlaqə qurun. Bu məntiq təkcə fərdlər tərəfindən müəyyən bir dilin biliyinin/istifadəsinin faydalarının təhlilinə deyil, həm də təşkilatların və dövlətlərin dillərdən istifadəsinə də aiddir, çünki onların hamısı iqtisadi agent kimi səmərəli bazarlara çıxışda digər iqtisadi agentlərlə qarşılıqlı əlaqə və dil belə qarşılıqlı əlaqənin/girişin mühüm vasitə və şərtlərindən biri kimi çıxış edir. == Tədqiqat mövzuları == 1960-cı illərdə formalaşmağa başlayan (təsisçilərdən biri 1965-ci ildə dilin iqtisadiyyatı haqqında məqalə dərc etdirən Ceykob Marşak hesab olunur) dil iqtisadiyyatı sahəsində tədqiqatların həcmi kifayət qədər genişdir. və böyüməyə davam edir. Təhlilin əsas tematik sahələri arasında aşağıdakılar var: Dilin belə inkişafının iqtisadi məntiqi (dil korpusu, lüğət, tələffüz və s.); Dil səriştələri ilə fərdin rifahı arasında əlaqə (gəlir, karyera uğuru və s.); Dil vəziyyəti ilə iqtisadiyyat arasında əlaqə; Dil siyasətinin iqtisadi ilkin şərtləri və nəticələri.
Türki (dil)
Türki (تورکی / ترکی ) — XI əsrdən XX əsrin əvvəllərinə qədər yazılmış, ağır iranlaşmış Osmanlı dilinin istifadə olunduğu Osmanlı imperiyası hüdudlarından kənarda türk müsəlman xalqları tərəfindən istifadə edilən türk ədəbi dili. . Qaraxanlı-uyğur dilinin yerli dillərlə qarşılıqlı əlaqəsinin nəticəsi olan qarluq (qarluq-xarəzm) əsasında yaranmışdır (-d- dilinin tədricən -j- dili ilə əvəzlənməsi). Bir neçə regional variantın mövcudluğuna baxmayaraq, onların ümumiliyi var idi: türk dillərinin bir-birinə yaxınlığı və islamı qəbul edən müxtəlif türk əraziləri arasında aktiv mədəni və dil əlaqələri; fars dilinin hərflərindən – ərəb yazısına aid olan, saitlərin qrafikada tam əks olunmadığı və buna görə də müxtəlif regionlarda eyni sözün yerli tələffüz ənənəsinə uyğun olaraq dəyişkən oxunuşu olan fars yazısından istifadə; ərəb-fars leksik alınmalarının bolluğu. Onun təsiri altında olan türki dili və türki dilinin areallarının regional variantları: Qızıl Orda türki dili (ad variantları: Xarəzm-türk dili, oğuz-qıpçaq türki dili, qıpçaq-oğuz türki dili; XII–XVI əsrlər) Qızıl Orda qıpçaq (Aral-Xəzər) – qıpçaq-noqay (qaraqalpaq, qazax, Qırğız-Qıpçaq (qırğız)); Şimali Qafqaz – qıpçaq (qumuq, qaraçay-balkar), qıpçaq-oğuz (şimali səlcuqi) – şimali azərbaycanca; qıpçaq-noqay (noqay); (XVIII–XX əsrin əvvəlləri, ilk poetik abidələr XV əsrə aiddir) Volqaboyu (qədim tatar dili) – qıpçaq-bulqar tatar, başqırd); (XVII–XX əsrin əvvəlləri) Krım – Krım tatarları dialektindən asılı olaraq qıpçaq, qıpçaq-noqay, oğuz-səlcuq areallardır. Şərqi Oğuz – şərqi oğuz (türkmən, xarəzm, Xorasan-türk); Mərkəzi Asiya (cığatay dili, qarluq-xarəzm dili) – qarluq-xarəzm (özbək, uyğur); Казембек А. К. «Общая грамматика турецко-татарского языка…, обогащенное многими новыми филологическими исследованиями автора», 2 издание, испр. и доп., 1846. Баскакова Н. А. О периодизации истории литературного языка тюрки: Лингвогеография, диалектология и история языка. Кишинев, 1973; Тенишев Э. Р. Языки древне-среднетюркских памятников в функциональном аспекте // Вопросы языкознания, 1979, № 2; Наджип Э. Н. Исследования по истории тюркских языков XI—XIV вв. М., 1989. [slovar.cc/rus/bse/527542.html Современный толковый словарь.
Elmi dil
Üslub — dil vasitələrindən məqsədyönlü şəkildə istifadə üsuludur. Üslubları öyrənən dilçilik bölməsi üslubiyyat (stilistika) adlanır. Üslublar həm ümumi, ictimai baxımdan, həm də xüsusi, fərdi baxımdan özünü göstərir. Birinci halda, yəni ümumi, ictimai məzmun daşıdıqda funksional üslublar ortaya çıxır. Funksional üslublar milli ictimai təfəkkürün müxtəlif sahələrini əhatə edir, buna görə də bir neçə növə bölünür. Funksional üslublar bütövlükdə ədəbi dili təşkil edir. Fərdi üslub:xüsusi səciyyə daşıyır və əsasən, bir görkəmli şair və ya yazıçıya aid olur. Məsələn, Füzuli üslubu, Sabir üslubu və s. Fərdi üslub bədii üslubda daha qabarıq şəkildə özünü göstərir. Fərdi üslub ayrı-ayrı sənətkarların ümumi dünyagörüşü, təfəkkürü ilə sıx bağlıdır.
Slavyanlararası dil
Slavyanlararası dil (2011-ci ilə qədər slovyan dili) — aposterior panslavyan dilidir, işlənən slavyan dillərinin materialları əsasında hazırlanıb və qarşısına ümumslavyan dili yaratmaq məqsədi qoyur. Hal-hazırda (slovyanski, slovioski və novoslavyanski dilləri birləşəndən sonra) ümumslavyan cəmiyyəti 4 lüğətdən istifadə edir: Межславянский словарь (2015-ci ilin yanvarı üçün 12000 söz) Лексикон Словиоски Arxivləşdirilib 2016-03-17 at the Wayback Machine (bir neçə on min söz) Междуславянско-русский словарь (2015-ci ilin yanvarı üçün 7700 söz) Qısa novoslavyan lüğəti İlk 3 lüğət yenilənir, 4-cü yox. Panslavyan dilinin yaradılmasının ən erkən (1659-1666) cəhdi xorvat rəhibi Yuray Krijaniçə aiddir. 2006-cı ilin mart ayında Slovianski adlı layihə müxtəlif ölkələrdən olan şəxslə tərəfindən başlanılıb. Onların məqsədi, slavyanlar üçün öyrənmədən başa düşülən dili yaratmaq idi. Bu dil slavyan dillərdə artıq mövcud olan xüsusiyyətlərdən ibarət olmalı idi və onun süni əlavələri olmamalı idi. 2011-ci ildə Slovianski, Slovioski və Novoslověnsky layihələri slavyanlararası (Medžuslovjanski) adı altında birləşiblər. Slavyanlararası dilə ISO 639-3 kodu ayırmaq üçün 2012 və 2014 illərdə uğursuz müraciətlər göndərilib. 2019-cu ilin sentyabrında göndərilən müraciət isə 2024-cü ilin aprelində isv kodunun qəbulu ilə nəticələnib. Slavyanarası dilin prinsiplərindən biri odur ki, onu hər hansı slavyan klaviaturasıyla yazmaq olar.
Şifahi dil
Danışıq dili və ya şifahi dil — xüsusi üslubi səciyyəli funksional sistem; ədəbi dilə aid olmayan ünsiyyət formalarının cəmi danışıq dili adlanır. Danışıq dilinə eyni zamanda qeyri-ədəbi dil də deyilir. Ədəbi dildən fərqli olaraq gündəlik ünsiyyətdə işlənən dilin xüsusiyyətləri, adətən, ədəbi dil daşıyıcılarının maqnitofon və əl ilə yazılmış materialları əsasında öyrənilir. Türk mənşəli Azərbaycan dilinin və həmin dildə danışan xalqın yaranması, başqa sözlə, bu dilin ümumi ünsiyyət vasitəsinə çevrilməsi uzun sürən, bir neçə əsr davam edən bir proses olmuşdur. Əhalinin etnik tərkibində türk tayfalarının sayı, habelə iqtisadi, siyasi, mədəni təsiri artdıqca dilin fəaliyyət dairəsi də genişlənmiş və beləliklə, bəzi etnik və antropoloji xüsusiyyətlərini bu gün də qoruyub saxlaya bilən çeşidli etnik qruplar ümumi mədəni-mənəvi və dini birliyi olan bir xalq halında birləşmişlər. Azərbaycan dili böyük inkişaf yolu keçmiş qədim ədəbi dillərdən biridir. "Kitabi-Dədə Qorqud" dastanlarının dili ədəbi dilin şifahi növü kimi qəbul edilərsə, hazırda xalqa ünsiyyət vasitəsi kimi xidmət edən dilin yaşı 1300 ildən çox sayıla bilər. Azərbaycan yazılı ədəbi dilinin tarixi isə hələlik əldə olan materiallara görə XIII əsrdən başlayır. Ədəbi dil tərkibində danışıq dilinin səciyyəsi şifahi nitqə xas olan aşağıdakı ümumi cəhətlərlə: hazırlıqsız, bədahətən olması, xətti ardıcıllığı, nitq vasitələrinin qənaətlə işlənməsi və özünəməxsusluğu ilə müəyyən edilir. Ədəbi dil və milli dilin tərkibində danışıq dilinin yeri və xarakteri tarixən dəyişir.
Dil inqilabı
Türk dili islahatı — (türkcə Dil Devrimi, dil inqilabı və ya dil islahatı), türk dilinin ərəb və fars mənşəli sözləri unudulmuş qədim Türk dillərdən alınmış və ya Türk köklərdən istifadə edilərək tamamilə yenidən düzəldilmiş sözləri ilə əvəz etməyə yönəltmiş bir dövlət kampaniyası idi. Kampaniya 12 iyul 1932 tarixində Atatürk tərəfindən başladılmiş və 1970-ci illərədək davam etmişdir. Türkcədəki qeyri-türk ünsürlərə qarşı mübarizəsinin ən qızğın mərhələsi 1932–1938-ci illər arasında aparılmışdır. Dil islahatından qabaq türk dilinin leksik fondunun əksər hissəsi ərəb və fars sözləri təşkil etmişdirsə, kampaniyasının başa çatmasından sonra ərəb sözlərin payı cəmi 6%-ə, fars sözlərinki isə 1 %-ə enmişdir. == Tarixi == === Osmanlı dönəmi === Türklər ərəb və fars dilli xalqlarla təmasa girəndə öz dillərində olmayan sözləri aldılar. Ancaq tapılmayan sözlərə əlavə olaraq, türk sözləri zaman keçdikcə öz funksiyalarını itirdi və ərəb və fars sözləri ilə əvəz olundu. Türk dilində od sözü fars atəşi ilə əvəz edilmişdir. Yalnız sözlər deyil, hər iki dildə ifadələr və konstruksiyalar, həmçinin qrammatika qaydaları da alındı. Nə türkdilli mövzular, nə ərəb və farsdilli mövzular, nə də digərləri bu cür Osmanlı dilini başa düşə bilmədilər. Nə türkdilli mövzular, nə ərəb və farsdilli mövzular, nə də digərləri bu cür Osmanlı dilini başa düşə bilmədilər.
Eteokrit dil
Eteokrit dili (q.yun. Ἐτεόκρητες; hərf. "Əsl kritlilər") — qədim dövrlərdə Kritdə pelasqlar, kidonlar və başqaları ilə birlikdə məskunlaşan yunanlardan əvvəlki xalqların ən böyüyünün dili. Eteokritlər ilk dəfə Homer tərəfindən xatırlanmışdır. Müasir arxeologiyada bu xalqın adı üçün "minoylılar" da tez-tez istifadə olunur və onların sivilizasiyası "Minoy" adlanır (mifik Krit padşahı Minosun adından). Bu dildə danışanların öz adı Misir qeydlərində "k'ftjw" kimi tanınır (şərti oxu – "kaftiu", "iu" isə misircə cəm sonudur). Bu dildə Krit adasının adı akkadca qeydlərə görə, "Kaptara" ivritcə qeydlərə görə isə Kaftor olaraq verilmişdir. Dilin genetik əlaqələri məlum deyil. Eteokrit dilinin minoy dilinin davamı olduğu güman edilir. Santorini adasında vulkan püskürməsi və axeylərin işğalı nəticəsində Minoy sivilizasiyasının məhv edilməsindən sonra minilliklər ərzində Minoy dilinin abidələri formalaşmamışdır.