Yad Kennedi
Kennedi abidəsi (ivr. יד קנדי) — İsraildə, Yerusəlim yaxınlığındakı Mateh Yehuda Bölgəsində yerləşən, 1963-cü ildə Texasın Dallas şəhərində öldürülən ABŞ-nin 35-ci Prezidenti Con Kennedinin xatirəsinə ucaldılmış abidə. 18 metr (59 ft) olan abidə, kəsilmiş ağac kötüyünə bənzəyir. Abidənin içərisində isə Kennedinin tunc relyefi, mərkəzdə isə əbədi alov var.
Alov, 51 sütunla əhatə olunmuşdur, bu da ABŞ-nin 50 ştatını və Vaşinqtonu ifadə edir. ABŞ ştatlarının gerbləri (və Kolumbiya dairəsi) sütunların hər birində göstərilir, sütunlar isə incə şüşəli panellərlə ayrılır. Hal-hazırda abidəni eyni anda 100 nəfər ziyarət edə bilər. Abidə 1966-cı ildə Amerika yəhudi icmalarının bağışladığı vəsait ilə inşa edilmişdir.Kennedi abidəsi və ona bitişik gəzinti yerləri Kennedi Sülh Meşəsinin bir hissəsidir.
== Adı ==
İsraildə bir sıra abidələr üçün (məşhur Holokost xatirə muzeyi Yad Vaşem də daxil olmaqla) istifadə olunan yad sözü Yeşaya Kitabının 56-cı fəsli, 5-ci ayədən gəlir: "Evimdə və divarlarımda onlara bir xatirə və bir ad verəcəyəm"
== Yeri ==
Abidə Yerusəlimdən 7 mil (11 km) uzaqlıqda, Hadassa Xəstəxanası ilə eyni istiqamətdə, Yerusəlim təpələrinin ən üstündə, 825 metr (2,707 fut) yüksəklikdə yerləşir. Abidəyə ən yaxın şəhər isə İordan çayının qərb sahilində yerləşən Betar şəhəridir.