YAD-BUD

сущ. разг. память о к ом-, о чём-л. ; yad-bud eləmə kimi почитание памяти чьей
YAD
YADASALMA
OBASTAN VİKİ
Bud
Bud, insan vücudunun bud-çanaq oynağı ilə diz arasındakı hissəsidir. Bu hissədə olan yeganə sümük femur adı ilə tanınır. Bu sümük çox qalın və sağlam quruluşa malikdir.
Bud arteriyası
== İstinadlar == == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979 Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy Р. Д. Синельников.
Bud siniri
Bud siniri (lat. nervus femoralis) bel kələfiniə aid II və IV bel sinirlərinin (L2 və L4) liflərindən təşkil olunmuşdur. ¨Bud siniri — n. femoralis , ən uzun şaxə olub, qasıq bağının altından ( əzələ sahəsindən ) budun ön səthinə çıxaraq əzələ, oynaq və ön dəri şaxələrinə bölünür. Bunlardan əzələ şaxələri budun ön qrup əzələlərini, oynaq şaxələri bud — çanaq və diz oynaqlarını, ön dəri şaxələri isə budun ön içəri səthinin dərisini innervasiya edir. Bud sinirindən çıxan gizli sinir — n. saphenus , bu sinirin ən uzun şaxəsi olub , bud üçbucağında bud arteriyasından bayır tərəfdə yerləşir, üçbucağın zirvəsindən arteriya ilə birlikdə yaxınlaşdırıcı kanala daxil olur və onun ön dəliyindən xaric olaraq dərzi əzələsinin altında yerləşir. Sonra bu sinir budun ön və içəri qrup əzələlərinin arası ilə aşağı gedərək diz oynağı nahiyəsində diz oynağına, diz qapağına və baldırın ön səthinin yuxarı hissəsinə məxsus diz qapağıaltı şaxa — r. infrapatellaris, verir. Baldırda bu sinirin böyük gizli vena ilə yanaşı yerləşdiyi yerindən baldırın ön- içəri səthinin dərisinə məxsus baldırın içəri dəri şaxəsi — r.
Bud sümüyü
Bud sümüyü (lat. femur, os femoris) insan skeletinin ən iri, luləli cismi silindrik formada olan sümüyü. Sümüyün proksimal epifizində bud sümüyünün başı (lat. Caput ossis femoris) yerləşir.
Yad (roman)
Yad (fr. L'Étranger) – fransız yazıçı Albert Kamü tərəfindən yazılmış roman. == Məzmun == Əhvalatdakı hər şey çox qısa bir zamanda baş verir. Əlcəzairdə, təsadüf nəticəsində, bir ərəbi öldürən orta təbəqədən olan bir fransız, özünü addım-addım ölümə aparan müddəti laqeyd şəkildə izləyir. Roman boyu başqalarının adı xatırlandığı halda əsərin qəhrəmanının adını verilmir. Romanın qəhrəmanı həyata və öz fəaliyyətinə yadlaşıb. Ancaq bu yadlaşmanın Alber Kamü üçün Marksist yadlaşma təlimi ilə əlaqəsi olmadığını vurğulamaq lazımdır. Buradakı yadlaşma Kamünün məşhur "absurd" fəlsəfəsindən doğur. Qəhrəmanın dediyi “hər kəs bilir ki, həyat yaşamaq zəhmətinə dəyməyən bir şeydir, əslində 30, ya da 70 yaşında ölməyin fərqli olmadığını mən də bilirdim, çünki hər iki halda çox təbii olaraq başqaları yenə yaşayacaqlar və bu minillərlə davam edəcək (…) İnsan madam ki öləcək, bunun necə və nə zaman olacağının əhəmiyyəti yoxdur”, – sözləri, müasir nihilizmin absurd anlayışı əsasında araşdırılmasıdır. Alber Kamünün absurd fəlsəfəsindən doğan “Yad” povestini oxumağı bitirərkən bir tərəfdən gilyotin altına düşən qəhrəmanın ölümünü düşünməklə yanaşı (halbuki biz onun edam səhnəsini görmürük) faktik öldürülən ərəbin də taleyini göz önünə gətirirəm.
Yad Kennedi
Kennedi abidəsi (ivr. ‏יד קנדי‏‎) — İsraildə, Yerusəlim yaxınlığındakı Mateh Yehuda Bölgəsində yerləşən, 1963-cü ildə Texasın Dallas şəhərində öldürülən ABŞ-nin 35-ci Prezidenti Con Kennedinin xatirəsinə ucaldılmış abidə. 18 metr (59 ft) olan abidə, kəsilmiş ağac kötüyünə bənzəyir. Abidənin içərisində isə Kennedinin tunc relyefi, mərkəzdə isə əbədi alov var. Alov, 51 sütunla əhatə olunmuşdur, bu da ABŞ-nin 50 ştatını və Vaşinqtonu ifadə edir. ABŞ ştatlarının gerbləri (və Kolumbiya dairəsi) sütunların hər birində göstərilir, sütunlar isə incə şüşəli panellərlə ayrılır. Hal-hazırda abidəni eyni anda 100 nəfər ziyarət edə bilər. Abidə 1966-cı ildə Amerika yəhudi icmalarının bağışladığı vəsait ilə inşa edilmişdir.Kennedi abidəsi və ona bitişik gəzinti yerləri Kennedi Sülh Meşəsinin bir hissəsidir. == Adı == İsraildə bir sıra abidələr üçün (məşhur Holokost xatirə muzeyi Yad Vaşem də daxil olmaqla) istifadə olunan yad sözü Yeşaya Kitabının 56-cı fəsli, 5-ci ayədən gəlir: "Evimdə və divarlarımda onlara bir xatirə və bir ad verəcəyəm" == Yeri == Abidə Yerusəlimdən 7 mil (11 km) uzaqlıqda, Hadassa Xəstəxanası ilə eyni istiqamətdə, Yerusəlim təpələrinin ən üstündə, 825 metr (2,707 fut) yüksəklikdə yerləşir. Abidəyə ən yaxın şəhər isə İordan çayının qərb sahilində yerləşən Betar şəhəridir.
Yad Vaşem
Yad Vaşem (ivr. ‏יד ושם‏‎) — İsrailin Holokost qurbanlarına həsr olunmuş rəsmi memorialı. Bu, öldürülən yəhudilərin xatirəsini qorumağa, nasistlərə qarşı mübarizə aparan yəhudilərə və ehtiyacı olan yəhudilərə fədakarlıqla kömək edən qeyri-yəhudilərə həsr olunmuşdur. Yad Vaşem həm də xüsusilə Holokost fenomeni və bütövlükdə soyqırım ilə bağlı araşdırma mərkəzi kimi xidmət edir.
Yad adam
Yad adam (türk. Yaban) — Türkiyə yazıçısı Yaqub Qədri Qaraosmanoğlunun romanı, türk ədəbiyyatında ziyalı-kəndli arasındakı uçurumu dilə gətirən nadir romanlardan biri. == Məzmunu == Əsər Birinci Dünya müharibəsində qolunu itirən türk zabiti Əhməd Cəlalın xatirələrindən ibarətdir. Hadisələr 1920-ci illər Türkiyə İstiqlaliyyat müharibəsini əhatə edir. Şərəfli döyüş yolu keçən türk zabiti müharibədən sonra sadiq əsgərlərindən birinin dəvətiylə onun kəndinə yollanır. Əsərdə hadisələr Anadolunun ucqar kəndlərindən birində Porsuq çayı ətrafında cərəyan edir. Əhməd Cəlal böyük qürurla vətən uğrunda mübarizədən, bu yolda necə can qoyduğundan danışsa da, kəndlilər onun bu söhbətlərini, fədakarlıqlarını laqeydliklə qarşılayırlar. Ə.Cəlal onlar üçün nə qədər can yandırsa da, onu öz aralarına almır, "yad adam" kimi baxırlar. Çox sevdiyi Əminə belə onu "yad adam", "gəlmə" hesab edərək, Mehmed Əlinin qardaşı İsmayılla evlənir. Kənddəki insanlar bütün sivilizasiyalardan uzaq, heç bir şeylə maraqlanmadan gündəlik öz işlərini görür, Əhməd Cəlal kimi "yad adam"ın vətənpərvərlik çağırışlarına etina etmirlər.
Bud-çanaq oyanağı
Bud-çanaq oynağı (lat. articulátio cóxae) — bud sümüyünün başı ilə çanaq sümüyünün sirkə kasası arasında yaranan kürəşəkilli, çoxoxlu oynaq. Sirkə kasası kürə səthinin 170°-180°-li kəsiyini təşkil edir və əyrilik radiusu 2,5 sm-ə bərabərdir. Gialin qığırdaq təbəqəsi ancaq aypara səthini örtür, lat. fossa acetabuli və lat. incisura acetabuli sinovial zar ilə örtülmüşdür. Sirkə kasası oymasının üstündə qısa və möhkəm bir bağ — lat. ligamentum transversum acetabuli çəkilmişdir. Bu bağın altında sirkə kasasının kiçik damar və sinirləri keçir. Sirkə kasasının kənarına və köndələn bağa 5–6 mm hündürlüyündə oynaq dodağı — lat.
Bud-çanaq oynağı
Bud-çanaq oynağı (lat. articulátio cóxae) — bud sümüyünün başı ilə çanaq sümüyünün sirkə kasası arasında yaranan kürəşəkilli, çoxoxlu oynaq. Sirkə kasası kürə səthinin 170°-180°-li kəsiyini təşkil edir və əyrilik radiusu 2,5 sm-ə bərabərdir. Gialin qığırdaq təbəqəsi ancaq aypara səthini örtür, lat. fossa acetabuli və lat. incisura acetabuli sinovial zar ilə örtülmüşdür. Sirkə kasası oymasının üstündə qısa və möhkəm bir bağ — lat. ligamentum transversum acetabuli çəkilmişdir. Bu bağın altında sirkə kasasının kiçik damar və sinirləri keçir. Sirkə kasasının kənarına və köndələn bağa 5–6 mm hündürlüyündə oynaq dodağı — lat.
Bud sinirinin blokadası
Bud sinirinin blokadası — periferik regional anesteziya metodu olub, əsasən aşağı ətraflarda aparılan xüsusilə diz oynağının süni protezlə əvəz ediməsi, diz qapağınn çarpaz bağ aparatının plasik əməliyyatlarından sonrakı ağrılara qarşı müalicə üsulu kimi tətbiq edilir. Bu zaman blokada müvafiq qasıq nahiyəsindən — bud arteriyası üzərində təyin olunan nəbzdən 1,5 sm lateral nöqtədən xüsusi iynə vasitəilə yerli keyləşdirici preparat yeridilməklə əldə edilir. Uzunmüddətli müalicə üçün isə xüsusi iynənin mənfəzindən kateter yridilir. Kateter oma kələfindən ayrılan bud sinirinin düz yanına yerləşdirilir. Xüsusi portatip infuziya nasosu ilə kateterə davamlı olaraq yerli keyləşdirici preparat yeridilir. Bu zaman anesteziyanın müddəti tətbiq olunan preparatın təsir qüvvəsindən, həcmindən, inyeksiyanın dəqiq icra edilməsindən asılı olaraq qısala və uzana bilir. Bu blokada üsulu ilk dəfə 1973 cü ildə Winnie tərəfindən təbiq edilmişdir. Bu metoda bəzən "üçü birində" mtodu da deyilir. Belə ki, bir inyeksiya ilə üç sinir: bud siniri, lat. n.
Bud sümüyünün sınıqları
Bud sümüyünün sınıqları — çox vaxt yaşlılarda onların sümüklərinin mexaniki davamlılığının azalması nəticəsində məişət zədələnmələri zamanı baş verir. Daha cavanlarda belə zədələnmələr avtomobil qəzalarından sonra ola bilər. == Bud sümüyünün sınıqlarının əlamətləri == Bud sümüyünün sınması ağır zədələnmələrə aiddir. Bud sümüklərində sınıq yerlərindən və xarakterindən asılı olmayaraq tipik əlamətlər özünü büruzə verir: kəskin ağrı; şişkinlik; deformasiya; ətrafın qısalması; qeyri-normal hərəkətin əmələ gəlməsi; fəaliyyətin pozulmasıdır. == İlk tibbi yardım == Bud sümüklərinin nəqliyyat immobilizasiyasının ən optimal üsulu Diteriks şinalarının tətbiqidir, lakin bu tədbir həkim yardımı mərhələsində həyata keçirilir. Ekstremal vəziyyətlərdə həkimə qədər mərhələdə immobilizasiyanı əlaltı vasitələr ilə (uzun taxta parçaları) həyata keçirirlər. Onları zədələnmiş tərəfin qoltuq altından ayağın altına qədər, digərini əks tərəfdən qoyurlar. Şinalar qoltuq altında, qarın nahiyəsində, baldır, diz və topuq nahiyəsində bədənə bərkidilir. Əlaltı əşyalar olmadıqda zədələnmiş ayağı sarğı materialı yaxud müxtəlif digər parçalar ilə sağlam ayağa bintləyirlər. Nəqliyyat immobilizasiyası zamanı bud-çanaq, diz oynaqlarından başqa, baldır-pəncə oynaqları hərəkətsiz vəziyyətə salınmalıdır.Yadda saxlamaq lazımdır ki, hər bir bud sümüyünün sınıqlarında ixtisaslaşmış travmatoloji həkim yardımı tələb olunur.
Cinsiyyət-bud siniri
== İstinadlar ==
Yad qızı (roman)
Yad qızı - Orxan Kamalın yazdığı və 1960-cı ildə nəşr olunan roman. Müəllif romanı elə həmin ildə yazıb. == Məzmun == Sosial sahədə şəxsiyyətin bütün cəhətlərini məharətlə ifadə edən Orxan Kamal təkcə küçələrdə çörək davası çəkən insanları deyil, evlərdəki ailə münaqişələrini də gözəl təsvir edən yazarlardandır. Orhan Kamalın məişət həyatına dair ən mötəbər kitablarından biri olan Yad qızı da cəmiyyətin ailə daxilindəki əksini mükəmməl şəkildə işləyib.
Yad əl sindromu
Yad əl sindromu (ing. Alien hand syndrome) - Alien əl sindromu olaraqda adlandırılan xəstəlik əllərdən birinin nəzarətdən kənar hərəkətlər etməsi kimi əlamətlərlə özünü göstərir. Kənardan baxıldığında bu hərəkətləri xəstənin etdiyini düşünmək olur, ancaq həmin hərəkətlər xəstənin istəyindən kənar edilir.
Bud sümüyü başının bağı
Bud sümüyü başının bağı ya Budun girdə bağı (lat. ligamentum capitis femoris et ligamentum teres femoris) — bud-çanaq oyanağına aid bağlardan olub, geniş bir surətdə köndələn bağ nahiyəsində aypara səthin ucları arasından başlayıb, bud sümüyü başı çuxurcuğuna bağlanır. Bud sümüyü başının bağı lifli dəstələrdən təşkil olaraq sinovial zar ilə örtülmüşdür. Onun uzunluğu 2—2,5 sm-ə bərabərdir. Bəzən bu bağa heç təsadüf edilmir. Vəzifəsi bud sümüyü bağına qan damarlarını ötürməkdir. == Mənbə == Prof.
Yad et məni (roman)
Yad et məni — azərbaycanlı yazıçı Əzizə Cəfərzadənin tarixi romanı. == Haqqında == Romanda XX əsrin əvvəllərində cərəyan edən hadisələrdən danışılır. Burada Abbas Səhhət, Mirzə Ələkbər Sabir və Ağəli Nasehin obrazları yaradılmışdır. Abbas Səhhətin simasında vətəndaşlıq və xeyirxahlıq, Sabirin timsalında fədakarlıq və cəsurluq, Nasehin şəxsində təvazökarlıq və səmimilik kimi mənəvi-əxlaqi keyfiyyətlər inandırıcı detallar və ştrixlərlə əks olunmuşdur. Lakin yazıçı romanda əsas diqqəti Abbas Səhhətə yönəltməyə çalışmışdır.
Yad gəlin (serial, 2020)
Yad Gəlin — Azərbaycanın çoxseriyalı televiziya serialıdır. == Məzmun == Hicran adlı qızın toy günü həyat yoldaşını güllələyirlər və ailələr arası davanın böyüməməsi üçün onu rəhmətə gedən oğlanın qardaşına ərə verirlər.
Yad qadının məktubu (novella)
Yad qadının məktubu (alm. Brief einer Unbekannten‎) — Ştefan Svayq tərəfindən 1920-ci illərin əvvəlində yazılmış novelladır. Əsər məktub şəklindədir. Məşhur yazıçıya aşiq olan gizli aşiq məhəbbətini məktubda ifadə edərək yazıçını heyrətləndirir. == Məzmun == Novella məşhur roman ustası R.-in ona gələn məktubları yoxlaması ilə başlayır və bir qadının məktubu ilə davam edir. Məktubunda qadın: "Ey məni tanımayan və daima sevdiyim insan, sən" deyə sevdiyinə müraciət edir. Qadının 13 yaşından ona duyduğu saf məhəbbət, 16 yaşında ailəsi ilə başqa yerə köçməsi, lakin bu məhəbbətsiz yaşaya bilmədiyi üçün 18 yaşında yenidən Vyanaya qayıtması, bir-biriləri ilə tanış olmaları məktubda təsvir olunur. Məktubun başlanğıcında qadın uşağının ölümündən bəhs edir. Daha sonra yazıçını ilk dəfə görməsini, hər gün onu güdməsini, yazıçıya hər doğum günündə ağ qızılgüllər göndərməsi haqda yazır. Sevgisini heç vaxt etiraf etməyən qadın, sadəcə, onun xoşbəxtliyi, onunla keçirdiyi xoşbəxt anları və onun oğlu ilə özünü təsəlli edir.
Yad əllərdə: Kindertransport hekayələri
Yad əllərdə: Kindertransport hekayələri (ing. Into the Arms of Strangers: Stories of the Kindertransport) — 2000-ci ildə ABŞ-də istehsal olunmuş sənədli film. Filmdə İkinci Dünya müharibəsi ərəfəsində həyata keçirilmiş "Kindertransport" xilasetmə əməliyyatının tarixindən danışılır. Bu əməliyyatın mahiyyəti Nürnberq irqi qanunlarına əsasən yəhudi hesab edilən uşaqların nasist Almaniyasından, Avstriyadan, Çexoslovakiyadan, Polşadan və Sərbəst şəhər Dansiqdən daşınaraq Böyük Britaniyada yerləşdirilməsindən ibarət idi. Böyük Britaniya təxminən 10.000 gənc qaçqını qəbul etdi. Onlar ölkənin himayədar ailələrində, fermalarda və yataqxanalarda yerləşdirildilər. Filmdə Nasist Almaniyasından qaçıb İngiltərədə yaşayan uşaqların göndərdikləri arxivlərdən istifadə edilir. Filmin rejissoru və ssenari müəllifi Mark Conatan Harrisdir. Film 2001-ci ildə “Ən Yaxşı sənədli film” kateqoriyasında "Oskar" mükafatına layiq görülüb. "Yad əllərdə: Kindertransport hekayələri" sənədli filmi 2014-cü ilin dekabrında Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik olaraq mühüm film" kateqoriyasına aid edilərək, ABŞ Milli Film Arxivində mühafizə edilməsinə qərar verilmişdir.
Uayldfell-Holldan olan yad qadın
Uayldfell-Holldan olan yad qadın (ing. The Tenant of Wildfell Hall) — Enn Brontenin 1848-ci ildə yazdığı roman. 1968 və 1996-cı ildə əsərin mini-serialı çəkilmişdir. == Məzmun == 'Wildfel Hall'ın kirayənişi' - Bronte bacılarının ən kiçiyi olan Enn Brontenin qələmə aldığı ikinci romanıdır. İlk dəfə 1848-ci ildə nəşr edilən əsərin əsas mövzusu, yarı xaraba bir qəsrə yerləşən əsrarəngiz və bir qadının ətrafında cərəyan edən hadisələrdən ibarətdir. Gilbert Markham adlı bir gəncin məktubları ilə başlayan roman, əvvəlcə bir çox əsrarəngizlik daşısa da, hadisələr, romanın əsas qadın obrazı olan Helenin gündəliklərinin nəql edilişindən sonra aydınlıq qazanmağa başlayır. Klassik dünya ədəbiyyatının şedevrlərindən olan roman əsrlər keçsə də maraqla oxunmağa davam edir. == İstinadlar == == Xarici keçidlər == The Tenant of Wildfell Hall information and free ebook Arxivləşdirilib 2013-04-22 at the Wayback Machine The Tenant of Wildfell Hall, London: Thomas Cautley Newby, 1848. Scanned first edition, first, second and third volumes from Internet Archive. Online edition of The Tenant of Wildfell Hall with the prologue and the chapters headings included Arxivləşdirilib 2012-03-10 at the Wayback Machine at AnneBronte.com Arxivləşdirilib 2012-03-10 at the Wayback Machine The Tenant of Wildfell Hall Arxivləşdirilib 2009-07-03 at the Wayback Machine at PublicLiterature.org Arxivləşdirilib 2008-05-09 at the Wayback Machine The Tenant of Wildfell Hall - Free Public Domain Audiobook at LibriVox.
Yad əllərdə: Kindertransport hekayələri (film, 2000)
Yad əllərdə: Kindertransport hekayələri (ing. Into the Arms of Strangers: Stories of the Kindertransport) — 2000-ci ildə ABŞ-də istehsal olunmuş sənədli film. Filmdə İkinci Dünya müharibəsi ərəfəsində həyata keçirilmiş "Kindertransport" xilasetmə əməliyyatının tarixindən danışılır. Bu əməliyyatın mahiyyəti Nürnberq irqi qanunlarına əsasən yəhudi hesab edilən uşaqların nasist Almaniyasından, Avstriyadan, Çexoslovakiyadan, Polşadan və Sərbəst şəhər Dansiqdən daşınaraq Böyük Britaniyada yerləşdirilməsindən ibarət idi. Böyük Britaniya təxminən 10.000 gənc qaçqını qəbul etdi. Onlar ölkənin himayədar ailələrində, fermalarda və yataqxanalarda yerləşdirildilər. Filmdə Nasist Almaniyasından qaçıb İngiltərədə yaşayan uşaqların göndərdikləri arxivlərdən istifadə edilir. Filmin rejissoru və ssenari müəllifi Mark Conatan Harrisdir. Film 2001-ci ildə “Ən Yaxşı sənədli film” kateqoriyasında "Oskar" mükafatına layiq görülüb. "Yad əllərdə: Kindertransport hekayələri" sənədli filmi 2014-cü ilin dekabrında Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik olaraq mühüm film" kateqoriyasına aid edilərək, ABŞ Milli Film Arxivində mühafizə edilməsinə qərar verilmişdir.

Digər lüğətlərdə

городо́к ля́хи осяза́тельно отта́чиваться пе́чево пианисти́ческий постаме́нт светокульту́ра шестизаря́дный агропромы́шленный вздёрнутый ви́дите зата́риваться плиссе́ свести к нулю́ фотореакти́в go-to-bed lie pseudomorph sub rosa вставить высчитывать манок матримониальный продолжатель