yadırğamaq
yağ
OBASTAN VİKİ
Yadigar Hüseynov
Hüseynov Yadigar Yusif oğlu (3 may 1955, Saraçlı, Bolnisi rayonu – 2 dekabr 2016) — fizika-riyaziyyat elmləri doktoru. == Həyatı == Yadigar Hüseynov 1955-ci il mayın 3-də Gürcüstanın Bolnisi rayonunun Saraçlı kəndində anadan olmuşdur. == Təhsili == 1972-ci ildə orta məktəbi, 1977-ci ildə isə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir. == Karyerası == 1977-1981-ci illərdə Qəbələ rayonunda müəllim işləmiş, 1981-2000-ci illərdə isə Bakı Dövlət Universitetinin "Yarımkeçiricilər" laboratoriyasında çalışmışdır. 1989-cu ildə namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır. 1990-1991-ci illərdə İtaliyada I Roma Universitetində elmi ezamiyyətdə olmuşdur. 1993-cü ildə elmi işlərinin nəticələrinə görə Beynəlxalq Soros Fondunun mükafatına layiq görülmüşdür. 2003-cü ildə "Avtonom qidalanan funksional qurğu və heteroelektron quruluşların yaradılmasının fiziki-texnoloji xüsusiyyətləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini almışdır. 2004-cü ildə Bərk cisim elektronikası kafedrasını yaratmışdır. Hazırda həmin kafedranın professoru və kafedra müdiridir.
Yadigar Muradov
Yadigar Muradov (d. 1958, Ağdam rayonu, Novruzlu) — Aktyor, əməkdar artist, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru. == Həyatı == Muradov Yadigar Məmməd oğlu 1958-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olub. 1980-ci ildə İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Təyinatla bir müddət Ağdam Dövlət Teatrında işlədikdən sonra, Şuşa Mədəni-Maarif Texnikumunda öz ixtisası üzrə dərs deməyə dəvət olunan Yadigar Muradov 1990-cı ilə qədər bu texnikumda aktyorluq ixtisasından və səhnə danışığından dərs verib. 1990-cı ildə Şuşa Dövlət Musiqili Dram Teatrı yaradılandan bu günə qədər teatrın direktorudur. 21 dekabr 2018-ci il tarixində "Tərəqqi" medalı ilə təltif edilmişdir.Ailəlidir, 3 oğlu var.
Yadigar Məmmədli
Yadigar Məmmədli (Yadigar Tarix oğlu Məmmədli) — Bakı Beynəlxalq Mulltikulturalizm Mərkəzinin İnformasiya Təminatı və Sənədlərlə İş şöbəsinin müdiri, jurnalist. == Haqqında == Yadigar Tarix oğlu Məmmədli 29 avqust 1961-ci ildə anadan olub. O, 1978 – 1983-cü illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Azərbaycan, rus, türk və ingilis dillərini bilir. Evlidir, 2 övladı, 2 nəvəsi var. == Fəaliyyəti == 1996-cı il Azərbaycan Respublikası Milli Məclisinə seçkilər zamanı namizədliyi qeydə alınıb. 1996–2018-ci illər ərzində media ilə bağlı müxtəlif beynəlxalq və yerli seminarlarda iştirakcı və təşkilatçı, Ukrayna və Qırğızıstanda keçirilən prezident və parlament seçkilərində isə beynəlxalq müşahidəçi qismində iştirak edib. Yadigar Məmmədli "KİV-in iqtisadi əsasları və menecment problemi" (2002), "Seçki: jurnalistlərin yaddaş kitabı"(2005) kitablarının, media sahəsində yüzlərlə məqalə və yazıların müəllifidir. Slavyan Universitetin, Azərbaycan Dillər Universitetinin və Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində 2006–2018-ci illərdə müəllim işləyib. ATƏT-in Bakı bürosunun, Avropa Şurasının Bakı ofisinin 2006-cı ildən hazırkı dövrədək media sahəsində bir sıra layihələrində media üzrə expertdir.
Yadigar Vahabov
Yadigar Mahir oğlu Vahabov (16 avqust 1996; Ağsu rayonu, Azərbaycan — 31 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Yadigar Vahabov 1996-cı il avqustun 16-da Ağsu rayonunun Xatman kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Yadigar Vahabov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Yadigar Vahabov oktyabrın 31-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yadigar Vahabov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Yadigar Vahabov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Yadigar Vahabov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Yadigar xan
Yadigar xan — Özbək xanlığının ikinci hökmdarı. Şeyban xanın nəslindən gəlirdi. == Hakimiyyəti == Əbülxeyr xanın ölümündən sonra ahıl yaşında özbək əyanları tərəfindən hakimiyyətə gətirilmişdi. Manqıtlardan Musa bəy tərəfindən dəstəklənən Yadigar xan hakimiyyətdə təkcə 1 il qalandan sonra vəfat etdi və Əbülxeyr xanın oğlu Şeyx Heydər tərəfindən əvəz edildi. == Ailəsi == Bureke sultan, Abulek xan, Amenek xan adlı oğulları vardı.
Yadigar İmamverdiyev
Yadigar İmamverdiyev — texnika elmləri doktoru, Azərbaycan Texniki Universitetində kafedra müdiri. Azərbaycanda ilk dəfə E-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi üçün modellər işləmişdir. İKT sahəsində dərc olunmuş ən yaxşı elmi işlərə görə "3-cü birgə İKT üzrə mükafat müsabiqəsi"nin qalibi olmuşdur. == Həyatı == Yadigar Nəsib oğlu İmamverdiyev 1964-cü ildə anadan olmuşdur. 1989-cu ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun "İstehsal proseslərinin avtomatlaşdırılması" fakültəsini bitirmişdir. 1989–1997-ci illərdə müxtəlif tədris müəssisələrində riyaziyyat və informatika müəllimi vəzifəsində işləmişdir. 1998-ci ildə Azərbaycan Elmlər Akademiyası İnformasiya-Telekommunikasiya Elmi Mərkəzinə işə qəbul edilmiş və kompüter şəbəkələrində informasiya təhlükəsizliyinin təmin edilməsi məsələləri ilə məşğul olmağa başlamışdır. 2011–2012-ci illərdə Cənubi Koreyanın Yonsei Universitetində (Yonsei Univiversity, South Korea) elmi fəaliyyətlə məşğul olmuşdur. Hazırda Azərbaycanda e-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi, biometrik texnologiyalar, sosial şəbəkələr, risklərin qiymətləndirilməsi sahəsində tədqiqatlar aparır. == Elmi fəaliyyəti == 2006-cı ildə "Elliptik əyrilərdə asimmetrik kriptoqrafik sistemlərin sintezi üçün üsul və alqoritmlərin işlənməsi" mövzusu üzrə dissertasiya işini müdafiə etmiş, 05.13.01 — Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə texnika elmləri namizədi adını almışdır.
Yadigar Əliyev
Yadigar Əliyev (rektor)
Pir Yadigar (Çaypara)
Pir Yadigar (fars. پيريادگار‎) - İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 232 nəfər yaşayır (46 ailə).
Yadigar Əliyev (rektor)
Yadigar Vəli oğlu Əliyev — Gəncə Dövlət Universitetinin rektoru (2013), filologiya üzrə elmlər doktoru (2013). == Həyatı == Yadigar Vəli oğlu Əliyev 1969-cu ildə Gəncədə anadan olmuşdur. 1975–1985-ci illərdə orta məktəbdə təhsil alıb. 1993-cü ildə BDU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1994–1996-cı illərdə BDU-da "Türk dilləri" ixtisası üzrə aspirant, 2000–2004-cü illərdə BDU-nun türkologiya kafedrasının doktorantı olmuşdur. 1999-cu ildə "Qədim türk (runik) yazılı abidələrinin dili dialektfövqü (ədəbi) hadisə kimi" mövzusunda namizədlik disertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 2013-cü ildə isə "Qədim türk ədəbi dilindən orta əsrlər türk ədəbi dilinə (türkü) keçid dövrü" mövzusunda disertasiya müdafiə edərək filologya üzrə elmlər doktoru adı alıb. Ailəlidir, iki övladı var. 1996–2001 Gəncə Elm Təhsil mərkəziDillər kafedrasında müəllim, baş müəllim 2001–2005, GDU-nun Azərbaycan dili kafedrasında müəllim 2005–2011, Azərbaycan dili kafedrasının dosenti 2011–2013, filologiya fakültəsinin dekanı 2013, rektorApardığı dərslər: Azərbaycan dili tarixi, Azərbaycan dialektologiyası, Əski Azərbaycan yazısı, Türkologiyaya giriş TƏDQİQAT SAHƏSİ: Qədim və orta əsrlər türk yazılı abidələri == Əsərləri == Qədim türk (runik) yazılı abidələrindən orta əsrlər türk yazılı abidələrinə keçid: ədəbi dil normalarının inkişafı. Bakı, "Nurlan" nəşriyyatı, 2004, 190 səh.
Yadigar Əliyev (çavuş)
Yadigar Səfxan oğlu Əliyev (4 iyun 1994, Qaradağlı, Goranboy rayonu – 8 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Yadigar Əliyev 1994-cü il iyunun 4-də Goranboy rayonunun Qaradağlı kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Yadigar Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Yadigar Əliyev noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yadigar Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Yadigar Əliyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Yadigar Əliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Yadigar Əliyev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Yadigar Sadıqlı
Yadigar Sadıqlı (d. 29 sentyabr 1968; Lənkəran, Azərbaycan SSR) — azərbaycanlı ictimai-siyasi xadim. == Həyatı == Yadigar Sadıqlı 1968-ci il sentyabrın 29-da Lənkəran şəhərində anadan olub. 1994-cü ildə M. Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetini tarix ixtisası üzrə bitirən Yadigar Sadıqlı, 2000-2010-cu illərdə Lənkəran Dövlət Universitetində çalışıb. == Fəaliyyəti == 2000-ci ildən Müsavat Partiyasının üzvü olan Yadigar Sadıqlı, 2004-2011-ci illərdə Müsavat Partiyası Lənkəran şəhər Təşkilatının sədri olub. 2011-2014-cü illərdə Müsavat Partiyasında başqan müşaviri, 2014-2018-ci illərdə başqan müavini vəzifələrini tutub. 2014-2019-cu illərdə Divan üzvü olub. Partiyanın 13 oktyabr 2019-cu ildə keçirilən IX qurultayında başqanlığa namizədliyini irəli sürüb, amma seçkilərdə Arif Hacılı qalib gəlib. Yüzdən artıq elmi və publisitik məqalələrin müəllifi olan Yadigar Sadıqlının 2019-cu ilin dekabrında "Tarixdən səhifələr (məqalələr toplusu)" adlı kitabı çıxıb. 2022-ci ildə isə "Yaxın Şərq tarixi (məqalələr toplusu)" adli ikinci kitabı nəşr olunub.
Alman yadigarları... (film, 2012)
Alman yadigarları... qısametrajlı sənədli televiziya filmi Eldar İsgəndərzadənin ssenarisi əsasında rejissor Vasif Məmmədzadə tərəfindən 2012-ci ildə çəkilmişdir. ATV International kanalında istehsal edilmişdir. == Məzmun == Film Azərbaycanda alman əsirlərin inşa etdikləri memarlıq tikililəri haqqında bəhs edir.
Ağa bəy Yadigarov
Ağa bəy Yadigarov — Rusiyada təhsil almış ilk azərbaycanlı. == Həyatı == Əldə olan sənədlərə əsasən, Ağa bəy Yadigarov 1823-cü ildə Gürcüstanda doğulub. Sankt-Peterburq gimnaziyasına 1837-ci ildə daxil olub. 1844-cü il iyun ayınadək ümumi əsaslarla gimnaziya nəzdindəki pansionda tərbiyə alıb. Uzun yazışmalardan sonra imperatorun razılığı ilə professor M.C.Topçubaşovun əmri ilə nəzərə alınıb, Ağa bəy Yadigarovun dövlət xərci ilə oxuması üçün Peterburq universitetinin rektoruna sərəncam verilib. Ağa bəy Yadigarov Peterburq gimnaziyasını bitirdiyinə görə qəbul imtahanları vermədən universitetin Şərq şöbəsinə daxil olub. 1844-cü il iyulun 22-dən Ağa bəy universitetin nəzdindəki pansiona götürülüb. 1848-ci ildə Yadigarov imtahanları əla qiymətlərlə verib universiteti bitirir. Alimlik dərəcəsini yerinə yetirdiyinə görə Şərq dilçiliyi üzrə namizəd adı alır. Universiteti bitirdikdən sonra Ağa bəy Yadigarov hələ bir müddət Peterburqda, çarın müsəlman komandasının konvoy komandiri, rotmistr qardaşı İsrafil bəy Yadiqarovun yanında qalır.
Davud bəy Yadigarov
Yadigarov Davud bəy Sadıq bəy oğlu (1883, Təkəli, Borçalı qəzası, Tiflis quberniyası, Rusiya imperiyası – bilinmir) — Rusiya imperiyası və Azərbaycan Xalq Cümhuriyyəti ordusunda qulluq etmiş hərbçi, general-mayor. == Həyatı == Davud bəy Yadigarov 1881-ci ildə Tiflis quberniyasının Borçalı qəzası, Təkəli kəndində bəy ailəsi olan Yadigarovlar ailəsində anadan olmuşdur. Atası torpaq sahibi Sadıq bəy Yadigarov, anası isə gürcü knyaz nəsli olan Rusişvililərdən olan qadın idi.1903-cü il avqustun 10-da Peterburq yaxınlığındakı Paj korpusunu bitirmiş və Nijni-Novqoroddakı draqun alayında xidmət etməyə başlamışdır. 25 oktyabr 1904-cü ildə kornet rütbəsinə yüksəlmişdir. Rus-Yapon müharibəsində döyüşmüşdür. O, müharibədəki bütün rus qüvvələrinin komandanı A. N. Kuropatkinin sərəncamı ilə könüllü olaraq Mukdenə yaponlarla döyüşməyə getmişdir.Birinci Dünya müharibəsi başladığı zaman ştabs-rotmistr rütbəsində idi və Çar ordusu dağıdıldığı zaman polkovnik olmadı bacarmışdı. 1918-ci ildə Qafqaz cəbhəso komandanı M.A.Prjevalskinin əmri ilə yeni yaradılmış Müsəlman Korpusunun zabitlərindən biri olmuşdur. O, bu ordu birliyində II Qarabağ süvari alayına komandanlıq etmişdir. 1918-ci ildə Azərbaycan Milli Ordusunda mühafizə diviziyasının rəis müavini olub. 1919-cu il avqustun 3-də Azərbaycan ordusunun süvari diviziyasının komandirinin köməkçisi təyin edilib.
Harri Potter və Ölüm Yadigarları (roman)
Harri Potter və Ölüm Yadigarları (ing. Harry Potter and the Deathly Hallows) — Coan Roulinqin Harri Potter kitab seriyasından sayca yeddinci əsər. Kitabın ingiliscə nəşri 21 iyul 2007-ci il tarixində yayımlandı. Kitabın ingiliscə yayımlanmasından sonrakı ilk 24 saatda 11 milyonu satılmışdır. Kitabın başlığında Bill Uizli və Flyor Delakourun toyu olur. Ancaq Ölü Yeyənlər toya basqın edir. Harri, Ron, Hermiona və digərləri Nazirliyin Voldemort tərəfindən ələ keçirildiyini və Sehr Naziri Rufus Skrimcerin öldürüldüyünü Kinqsli Şeklbotun toya göndərdiyi patronus vasitəsilə öyrənirlər. Əvvəla Harri, Ron və Hermiona Tottenham Məhkəməsi Yoluna gedib bir kafedə oturub olub keçənləri müzakirə edərkən 2 Ölü Yeyənin basqınına məruz qalırlar. Daha sonra xilas olurlar. Beləliklə horkruksların axtarışlarına başlanması vaxtının gəlib çatdığını anlayırlar və bu yolda addımlamağa başlayırlar.
Həsən bəy Yadigarov
Yadigarov Həsən bəy İsrafil ağa oğlu — azərbaycanlı hərbçi, general-mayor. == Həyatı == Həsən bəy Yadigarov 1856-cı ildə Tiflis quberniyasının Borçalı qəzasınin Təkəli kəndində anadan olmuşdur. == Ədəbiyyat == Şəmistan Nəzirli. General Yadigarov qardaşları.
Kərim bəy Yadigarov
Kərim bəy Yadigarov — Qafqaz süvari diviziyasının 17-ci Nijni Novqorod draqun alayının korneti. == Həyatı == Kərim bəy Yadigarov Tiflis quberniyasının Borçalı qəzası, Təkəli kəndində anadan olmuşdur. Kərim bəy Yadigarov isə ön cəbhədə apardığı uğurlu döyüşlərə görə üçüncü dərəcəli “Müqəddəs Anna” (qılınc və bantla birgə), ikinci dərəcəli “Müqəddəs Stanislav” (qılıncla birgə) və dördüncü dərəcəli “Müqəddəs Anna” (üzərində “İgidliyə görə” yazısı ilə) ordenlərilə təltif olunmuşdur. == Mənbə == Şəmistan Nəzərli. General Yadigarov Qardaşları. Bakı. Şirvannəşr. 2004.
Vəli bəy Yadigarov
Vəli bəy Yadigarov (31 oktyabr 1897, Təkəli, Borçalı qəzası – 1971, Buenos Ayres) — Rusiya Çar Ordusunda xidmət etmiş azərbaycanlı hərbçi, polkovnik. == Həyatı == Vəli bəy Sadıq bəy oğlu Yadigarov 1898-ci ildə Borçalının Təkəli kəndində zadəgan ailəsində anadan olmuşdur. Bu nəsildən 1918–1920-ci illərdə Milli Orduda səkkiz zabit şərəflə xidmət etmişdir: poruçik Nadir bəy, kornet Rəhim bəy, praporşik Adilbəy, poruçik Abuzər bəy, ikinci Qarabağ süvari alayında üçüncü bölüyün komandiri, ştabs-rotmistri Məmməd bəy, ikinci Qarabağ süvari alayında ikinci bölüyün rotmistri Daniyal bəy, podpolkovnik İsrafil bəy Həsən bəy oğlu və süvari diviziyasının rəis müavini general-mayor Davud bəy Yadigarovlar. Vəli bəy Yadigarov ilk hərbi təhsilini 1909–1916-cı illərdə Tiflis hərbi gimnaziyasında almışdır. 1916-cı ildən Vəli bəy Əlahiddə Qafqaz Korpusunun süvari hissələrində xidmət etməya başlamışdır. I Dünya müharibəsini Qafqaz cəbhəsində qarşılayan gənc kornet cəbhəyə göndərilmiş və məşhur Brusilov hücumunda iştirak etmişdir. == Fəaliyyətləri == 1918-ci ilin sentyabrından Milli Orduda korpus komandirinin yanında eskadron komandiri olmuşdur. XI Ordu Bakıya basqın edəndə üçüncü Şəki süvari alayının pərakəndə dəstəsilə vuruşa-vuruşa Gürcüstan ərzisinə çəkilmişdir. 1921-ci ilin martınadək bolşeviklərə qarşı vuruşmuş və həmin il əvvəlcə Türkiyəyə, sonra Polşaya mühacirətə getmişdir. Polşada "Armiya krayova" xalq ordusunda əməliyyat şöbəsində süvari rəisi və 10-cu süvari atıcılar əlahiddə diviziyasının komandiri olmuşdur.
Xanım Yadigarlı
Xanım Vüqar qızı Yadigarlı (19 iyul 1994, Bakı) — azərbaycanlı jurnalist, Azərbaycan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) Rəqəmsal İnnovasiyalar Mərkəzinin İctimaiyyətlə əlaqələr və protokol şöbəsinin müdiri. == Həyatı == Xanım Yadigarlı 1994-cü il iyulun 19-da Bakı şəhərində hərbçi ailəsində anadan olub. 2000–2010-cu illərdə Türk Dünyası Bakı Atatürk Liseyində təhsil alıb. 2010–2014-cü illərdə Bakı Kompüter Kollecinin "İnformasiya texnologiyaları mühəndisliyi" fakültəsində eyniadlı ixtisas üzrə təhsil alaraq İT üzrə mühəndis olmuşdur. Daha sonra isə 2016–2020-ci illərdə Bakı Slavyan Universitetinin "Beynəlxalq münasibətlər və jurnalistika" fakültəsində "Jurnalistika" ixtisası üzrə ali təhsil almışdır. Xanım Yadigarlı həm də 2014-cü ildə "ANS" Şirkətlər Qrupunun və ABŞ-nin Azərbaycandakı Səfirliyinin birgə əməkdaşlığı nəticəsində yaranan Azərbaycan-ABŞ Jurnalistika Akademiyasında təhsil almışdır. 2021-ci il iyunun 1-dən ailəlidir.Azərbaycan, türk, ingilis və rus dillərini bilir. == Fəaliyyəti == Müxtəlif illərdə qiraət və dram dərnəkləri, habelə Hüseynqulu Sarabski adına Mədəniyyət Evinin üzvü olmuşdur. Xanım Yadigarlı peşəkar jurnalist kimi ilk dəfə əmək fəaliyyətinə 2011-ci ildə "ANS TV"də başlayıb. 17 yaşında işə başlayan Xanım Yadigarlı "ANS TV"də çalışdığı dönəm ərzində "Xəbərçi" və "Şoubiz" verilişlərinin aparıcısı, Xəbərlər departamentinin baş redaktoru, müxbir və prodüsser kimi fəaliyyət göstərib.
Yadigarlı (Sulduz)
Yadigarlı (fars. يادگارلو‎) — (azərb. Yeddiyarlı‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 607 nəfər yaşayır (137 ailə). Kənddə yaşayanların 100 % azərbaycanlılardır, ancaq bu kənddə azərbaycan türklərinin iki boyu yaşamaqdadır: — Avşarlar (Əfşarlar): Avşarlar bu kəndi səfəvilər çağında düzəldiblər və bu kənd keçmişdə Sulduz düzənliyinin başqa yerləri kimin onların məskəni imiş. — Qarapapaqlar (Tərəkəmələr): Ancaq sonradan azərbaycan hökmdarı olan Abbasmirzə Qacar, borçalıdan qarapapaqları Sulduza gətirərək burada məskunlaşdırdı.İndilikdə bu kənddə avşarlar və qarapapaqlar yaşamaqdadırlar. Əhalinin əsas məşğuliyyəti əkinçilik, üzümçülük, quşçuluq, ovçuluq, balıqçılıq və mal-qara saxlamaqdır. Habelə bu kəndin yaxınlığında Yeddiyarlı gölü yerləşir ki, minlərcə quş və balığın yaşayış yeridir və buraya çox gözəl görünüş verir. == Din == Kənddə İmamzadə Əhməd, İmamzadə Seyyid Bəyim və İmamzadə Mir Heydər türbələri var.
Yadigarovlar
Yadigarovlar — Azərbaycan xalqının tanınmış soylarından biri. == Soyun yaranması == General Yadigarov qardaşları Borçalının Təkəli kəndindən olublar. Borçalıda olanda ağsaqqalların əksəriyyəti fəxrlə dedilər ki, kəndin binasını da Yadigaroğulları qoyublar. Ona görə də kəndin adına çox vaxt "Ağalıq" da deyirlər. Bu nəslin 1701-ci ildə I İrakli, 1707-ci ildə II David, sonralar Anna, Konstantin, II Teymurazdan ağalıq imtiyaznamələri vardır. Sınıq körpüdən bəri kəndlər Yadigaroğullarına verilmişdir. O sıradan Yadigaroğlu Mirzə Bağır bəy I İrakli sarayının mustofisi (хəzinadarı), Yadigaroğlu Bahadır bəy 1730-cu illərdə gürcü valisinin naib-eşikağasıbaşı, Borçalı mahalında böyük mülk yiyəsi olmuşdu. … Məhəmməd Sadıq bəy Yadigaroğlu Mustafa bəyin oğludur. 1780-ci ildə İrakli Sadıq bəyə, onun oğlanları Ağacan-Mamacana, Mustafa bəyə, Allahverdi bəyə və onların varislərinə Tiflisdə Meydan məhəlləsində məscid yanında beş dükan bağışlamışdı. 1787-ci ildə şahzadə Georginin buyruğu ilə Loridəki Ağöyü kəndi də Sadıq bəyə verilmişdi.
İsrafil bəy Yadigarov
İsrafil bəy Mustafa bəy oğlu Yadigarov (15 dekabr 1815, Tiflis quberniyası – 1885) — Rusiya Çar Ordusunda xidmət etmiş Azərbaycanlı əsilli ilk yüksəkrütbəli hərbçi, general-leytenant. Yadigarlı Qarapapaq sülaləsinə mənsub Borçalı ağası. == Həyatı == İsrafil bəy Mustafa bəy oğlu Yadigarov 1815-ci il dekabrın 15-də, Borçalı qəzasının Təkəli kəndində Qarapapaq sülaləsi olan Yadigarlı ailəsində dünyaya gəlib. == Təhsili == 1825-ci ildən 1830-cu ilədək Qaçağan kəndindəki Kərbəlayi Hüseyin Mikayılın dini məktəbində ilk təhsili alıb 1831-ci Tiflisdə rus gimnaziyasında təhsil alan İsrafil bəy Yadigarov 1834-cü il sentyabrın 1-də Zaqafqaziya bəylərindən təşkil olunmuş Müsəlman Süvari alayına könüllü qəbul olunub. Bir il sonra praporşik olan İsrafil bəyə 1839-cu il dekabrın 23-də dağlılara qarşı döyüşlərdə fərqləndiyinə görə podporuçik rütbəsi verilib. Əlahiddə Qafqaz korpusunun qərargahında xidmətini davam etdirib. == Hərbi karyerası == 1841-ci il yanvarın 2-də Əlahəzrət İmperatorun şəxsi təşəbbüsü ilə təşkil olunmuş Müsəlman Süvari alayına təyin olunub. Üç il sonra (1846-cı il) ştabs-rotmistri, 1849-cu il aprelin 3-də rotmistr rütbəsi alan İsrafil bəy üsyan etmiş macarlara qarşı döyüşlərdə iştirak edir. 1851-ci il yanvarın 29-da podpolkovnik İsrafil bəy Peterburqdan Tiflisə qayıdır, Əlahiddə Qafqaz süvari korpusunda xidmətini davam etdirir. 1853-cü ildə Krım müharibəsi başlananda podpolkovnik İsrafil bəy Yadigarov azərbaycanlılardan ibarət min nəfərlik süvari Müsəlman briqadası komandirinin müavini olub.
İsrafil bəy Yadigarzadə
İsrafil bəy Mustafa bəy oğlu Yadigarov (15 dekabr 1815, Tiflis quberniyası – 1885) — Rusiya Çar Ordusunda xidmət etmiş Azərbaycanlı əsilli ilk yüksəkrütbəli hərbçi, general-leytenant. Yadigarlı Qarapapaq sülaləsinə mənsub Borçalı ağası. == Həyatı == İsrafil bəy Mustafa bəy oğlu Yadigarov 1815-ci il dekabrın 15-də, Borçalı qəzasının Təkəli kəndində Qarapapaq sülaləsi olan Yadigarlı ailəsində dünyaya gəlib. == Təhsili == 1825-ci ildən 1830-cu ilədək Qaçağan kəndindəki Kərbəlayi Hüseyin Mikayılın dini məktəbində ilk təhsili alıb 1831-ci Tiflisdə rus gimnaziyasında təhsil alan İsrafil bəy Yadigarov 1834-cü il sentyabrın 1-də Zaqafqaziya bəylərindən təşkil olunmuş Müsəlman Süvari alayına könüllü qəbul olunub. Bir il sonra praporşik olan İsrafil bəyə 1839-cu il dekabrın 23-də dağlılara qarşı döyüşlərdə fərqləndiyinə görə podporuçik rütbəsi verilib. Əlahiddə Qafqaz korpusunun qərargahında xidmətini davam etdirib. == Hərbi karyerası == 1841-ci il yanvarın 2-də Əlahəzrət İmperatorun şəxsi təşəbbüsü ilə təşkil olunmuş Müsəlman Süvari alayına təyin olunub. Üç il sonra (1846-cı il) ştabs-rotmistri, 1849-cu il aprelin 3-də rotmistr rütbəsi alan İsrafil bəy üsyan etmiş macarlara qarşı döyüşlərdə iştirak edir. 1851-ci il yanvarın 29-da podpolkovnik İsrafil bəy Peterburqdan Tiflisə qayıdır, Əlahiddə Qafqaz süvari korpusunda xidmətini davam etdirir. 1853-cü ildə Krım müharibəsi başlananda podpolkovnik İsrafil bəy Yadigarov azərbaycanlılardan ibarət min nəfərlik süvari Müsəlman briqadası komandirinin müavini olub.
Əsrlərin yadigarı (film, 1967)
== Məzmun == Film qədim tarixi abidə, Abşeronun müdafiə qalalarından biri — Qız qalası haqqındadır.
Əsədulla bəy Yadigarov
Əsədulla bəy Yadigarov — azərbaycanlı hərbçi. == Həyatı == 20 dekabr 1844-cü ildə Borçalı mahalının Təkəli kəndində anadan olan Əsədulla bəy Yadigarovu qohumu Mirzə Cəfər Topçubaşov təhsil almaq üçün Peterburqa aparır. On altı yaşlı Əsədulla bəy Peterburq yaxınlığındakı Pavlov kadet korpusunda oxumağa başlayır. Hərbi məktəbi müvəffəqiyyətlə bitirən kornet Əsədulla bəy 1863-cü il iyunun 12-dən Əlahiddə Qafqaz Ordusunun piyada qoşunlarında xidmətə başlamışdır. İki il sonra, 1865-ci il fevralın 9-da 21 yaşlı Əsədulla bəy Yadigarova poruçik rütbəsi verilmişdir. Nizami orduda otuz iki illik xidmətdən sonra 1895-ci il oktyabrın 12-də ona general-mayor rütbəsi verilib. XIX əsrin ortalarında Peterburqun zadəgan dairələrində bəy nəslindən olan Yadigar oğulları – general-leytenant İsrafil bəy, saray müşaviri Ağabəy Yadigarov və onların bibisi oğlu, görkəmli şərqşünas-alim, Peterburq Universitetinin professoru Mirzə Cəfər Topçubaşov (1784-1869) xüsusi hörmətə malik idilər. Xüsusilə, Mirzə Cəfər qohumlarının təlim-tərbiyəsinə və təhsil almalarına daha çox qayğı göstərirdi. Gürcüstan mərkəzi Dövlət Arxivindəki 1899-cu ilə məxsus "Qafqaz Hərbi Dairəsində xidmətdə olan generalların və zabitlərin siyahısı" kitabında göstərilir ki, gənc zabit əla xidmətinə görə səxavətlə təltif olunmuşdur. O, 1866-cı il martın 12-də ştabs-rotmistr rütbəsinə, iki il sonra "Müqəddəs Stanislav" ordeninin üçüncü dərəcəsinə layiq görülmüşdür.
İsrafil bəy Yadigarov (general-leytenant)
İsrafil bəy Mustafa bəy oğlu Yadigarov (15 dekabr 1815, Tiflis quberniyası – 1885) — Rusiya Çar Ordusunda xidmət etmiş Azərbaycanlı əsilli ilk yüksəkrütbəli hərbçi, general-leytenant. Yadigarlı Qarapapaq sülaləsinə mənsub Borçalı ağası. == Həyatı == İsrafil bəy Mustafa bəy oğlu Yadigarov 1815-ci il dekabrın 15-də, Borçalı qəzasının Təkəli kəndində Qarapapaq sülaləsi olan Yadigarlı ailəsində dünyaya gəlib. == Təhsili == 1825-ci ildən 1830-cu ilədək Qaçağan kəndindəki Kərbəlayi Hüseyin Mikayılın dini məktəbində ilk təhsili alıb 1831-ci Tiflisdə rus gimnaziyasında təhsil alan İsrafil bəy Yadigarov 1834-cü il sentyabrın 1-də Zaqafqaziya bəylərindən təşkil olunmuş Müsəlman Süvari alayına könüllü qəbul olunub. Bir il sonra praporşik olan İsrafil bəyə 1839-cu il dekabrın 23-də dağlılara qarşı döyüşlərdə fərqləndiyinə görə podporuçik rütbəsi verilib. Əlahiddə Qafqaz korpusunun qərargahında xidmətini davam etdirib. == Hərbi karyerası == 1841-ci il yanvarın 2-də Əlahəzrət İmperatorun şəxsi təşəbbüsü ilə təşkil olunmuş Müsəlman Süvari alayına təyin olunub. Üç il sonra (1846-cı il) ştabs-rotmistri, 1849-cu il aprelin 3-də rotmistr rütbəsi alan İsrafil bəy üsyan etmiş macarlara qarşı döyüşlərdə iştirak edir. 1851-ci il yanvarın 29-da podpolkovnik İsrafil bəy Peterburqdan Tiflisə qayıdır, Əlahiddə Qafqaz süvari korpusunda xidmətini davam etdirir. 1853-cü ildə Krım müharibəsi başlananda podpolkovnik İsrafil bəy Yadigarov azərbaycanlılardan ibarət min nəfərlik süvari Müsəlman briqadası komandirinin müavini olub.

Значение слова в других словарях

баба́хнуться единове́рие калёвочник назализо́ванный самопрове́рка ста́рый андро́идный бабби́тный вы́лущить монумента́льность позабы́ться пригля́дчивый приукра́ситься сму́глость форсу́н чубук approximal bellum internecinum book out cold snap grad stately home video recorder лаосский экстремист