YADİGAR

is. [ fars. ]
1. Xatirə olaraq verilən, saxlanılan, yaxud qalan şey. Bu kitab sənə bizdən yadigar olsun.
– Vaqifin və Vidadinin … əşar və əbyatları … gələcək nəsil üçün böyük yadigar məqamındadır. F.Köçərli.
[Dul qadın:] [Oğluma] atadan yadigar olaraq bir bazubənd qalmışdı, qoluna bağlamışam. Çəmənzəminli.
Babalarımız burada yaşamış, burada ömür sürmüşlər.
Bu yurd onlardan bizə yadigar qalmışdır. Ə.Məmmədxanlı.

// Hər hansı bir hadisəni, işi, adamı və s.-ni xatırladacaq, yaxud yada salmaq üçün vasitə olacaq şey.
Şeyx tək otaqda, Gülsümdən yadigar qalan bir pişiyin müsahibəti ilə təbibsiz, dərmansız ömrünün axır saatını gözləyirdi. Ə.Haqverdiyev.
İndi haman pələng dərisi məndədir.
Atamızdan yadigar olduğu üçün saxlayıram. A.Şaiq.

2. məc. Qalıq, nümunə. Keçmiş dövrlərin yadigarı.
– Məşədi Əhməd tamamilə əski həyatın bir yadigarı idi. S.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YADİGAR 1. YADİGAR Bu papağı Qaçaya böyük bacısı yadigar olaraq bağışlamışdı (M.S.Ordubadi); HƏDİYYƏ Onun divarları al-əlvan naxış; Əsrdən-əsrə hədiyyə qalmış
  • YADİGAR hədiyyə — bəxşiş

Etimologiya

  • YADİGAR Fars mənşəlidir, yadqar kimi işlədilir. Yad (hafizə) sözündən əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
YADIRĞATMAQ
YADİGARLIQ

Digər lüğətlərdə