YAXUD
YAQUT
OBASTAN VİKİ
Yair Dalal
Yair Dalal (ivr. ‏יאיר דלאל‏‎; 25 iyul 1955, İsrail) — İraq-Yəhudi mənşəli bir İsrail musiqiçisidir. Onun əsas alətləri ud və skripkadır və o, bəzən müşayiət kimi də oxuyur. Öz musiqisini bəstələyir və ərəb və yəhudi adət-ənənələrini, eləcə də Avropa klassik və hind musiqiləri yardır. O, eyni zamanda bir sülh fəalıdır və ərəblər və yəhudilər arasında anlaşma və ünsiyyəti artırmaq üçün çalışan aktivistdir.
Yair Lapid
Yair Lapid (ivr. ‏יאיר לפיד‏‎;5 noyabr 1963, Tel-Əviv) — İsrail siyasətçisi, Yeş Atid partiyasının sədri və Knessetdəki müxalifət lideri olaraq çalışır. 2013-cü ildən 2014-cü ilə qədər Maliyyə naziri vəzifəsini icra etdi. 2012-ci ildə siyasətə qoşulmazdan əvvəl Lapid müəllif, TV aparıcısı və xəbər aparıcısı idi. Qurduğu mərkəzçi Yesh Atid partiyası, 2013-cü ildə ilk qanunverici seçkilərində 19 yer qazanaraq Knessetdə ikinci ən böyük partiyaya çevrildi. Gözlənilən nəticələr Lapidin aparıcı mərkəzçi nüfuzuna kömək etdi. 2013-cü ilin mart ayında Likud ilə koalisiya razılaşmasından sonra Lapid Maliyyə Naziri və Təhlükəsizlik Kabinetinin üzvü təyin edildi. 2013-cü ildə Lapid The Jerusalem Post qəzetinin "Dünyanın ən nüfuzlu yəhudiləri" siyahısında birinci yeri tutdu. O, həmçinin 2013-cü ildə aparıcı Xarici Siyasət Qlobal Düşüncələrindən biri olaraq tanınıb, və TIME jurnalının 100 "Dünyanın ən nüfuzlu insanı" siyahısında yer almışdır.
Yair Natan
Yair Natan (11 oktyabr 1970) — Perunu təmsil edən stolüstü tennisçi. == Karyerası == Yair Natan Perunu 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Yair Oron
Yair Oron (ivr. ‏יאיר אורון‏‎; 30 aprel 1945, Britaniya Fələstini[d]) — Holokost və soyqırım, irqçilik və müasir yəhudiliyin tədqiqi üzrə ixtisaslaşmış İsrail tarixçisi, alimi və mütəxəssisi. O, Yəhudi Universitetində magistr dərəcəsi və Paris Universitetində doktorantura dərəcəsi almışdır. Yair Oron 2005-ci ildən İsrail Açıq Universitetində Sosiologiya, Politologiya və Kommunikasiyalar departamentinin sədri vəzifəsində çalışır, dosentdir. O, Tel-Əviv Universitetində tarix və sosiologiya üzrə bakalavr dərəcəsinə malikdir. == Əsərləri == Jewish-Israeli Identity, Sifriat Poalim (with Kibutzim College of Education), Tel-Aviv, 1993, 204 pp. (Hebrew). The Banality of Indifference: The Attitude of the Yishuv and the Zionist Movement to the Armenian Genocide, Dvir (with Kibutzim College of Education), Tel-Aviv, 1995, 395 pp. (Hebrew). Les Juifs d’Extrême Gauche en Mai 68, Éditions Albin Miche], Paris, 1998, 335 pp.
Demon Slayer: Kimetsu no Yaiba
İblis Qatilinin Bıçağı (鬼滅の刃, Kimetsu no Yaiba) — Koyoharı Qotouge tərəfindən yazılıb illüstrə edilən yapon manqa seriyası. Hekayələr ailəsi qətlə yetirildiktən və bacısı bir iblisə çevrildikdən sonra iblis qatili olmaq üçün çalışan yeniyetmə Tanciro Kamadonu izləyir. Şueişanın şonen manqa jurnalı Weekly Shōnen Jumpda 2016 fevralından 2020 mayınadək nəşr olunmuş və bölümləri 23 tankobonda toplanmışdır. Ufotable tərəfindən istehsal olunan 26 bölümlük bir anime TV serialı adaptasiyası 2019-un aprelindən sentyabrınadək yayımlanmışdır. Bir sikvel filmi olan Demon Slayer: Kimetsu no Yaiba — The Movie: Mugen Train isə 2020-nin oktyabrında bazara çıxarılmış və bütün dövrlərin ən çox gəlir gətirən anime filmi olmuşdur. Anime serialının 18 bölümlük ikinci sezonu isə 2021-in oktyabrından 2022-nin fevralınadək yayımlanmışdır. İkinci mövsümdə bir orijinal bölüm, Sonsuzluq Qatarı filmindən yenidən redaktə edilmiş 6 bölüm və manqanın Əyləncə Rayonu hissəsini ehtiva edən 11 bölüm mövcuddur. Manqadakı Svordsmit Kəndi bölümünün olacağı 3-cü sezonun isə 2023-ün aprelində çıxmağı gözlənilir. 2021-ci ilin fevral ayı etibarilə bütün zamanların ən çox satılan 9-cu manqa seriyasının dövriyyədə rəqəmsal versiyalar da daxil olmaqla 150 milyondan artıq kopiyası var idi. Seriya, habelə 2019 və 2020-nin ən çox satan manqası olmuşdu.
голубёнок карати́ст перетёсывание просте́нок сглупова́ть сре́дне упита́ть футуристи́ческий манси́йка сжира́ть стилиза́торство чи́стить accompaniment beachboy contouring darkle highjack miler overhung protozoa tick-tick up-dated досье матрицирование председательствовать