Yala

Arxaikləşmiş çörək adıdır. Azərbaycan dilinin dialekt və şivələrində müşahidə edilmir. Kaşğarinin “Divan”ında bu söz haqqında aşağıdakı məlumatlar verilmişdir: “Yala : çörəyin, lavaşın bir növünə “yalaçı yuğa” deyilir. Çox incə olduğu üçün toxunan kimi öz-özünə qırılan çörəyə belə deyilir. Adam çörəkçini “bunu sən qırdın” deyə ittiham edə bilər. (19, 30) Mahmud Kaşğari bu sözün omonim qarşılığını da qeydə almış və “yala” sözünü “töhmət, ittiham, birinin haqqında pis zəndə olmaq” anlamında izah etmişdir (19, 29)
Yaxnı
Yalaçı
OBASTAN VİKİ
Yala bənzər uzununa dyunlar
Müsnəd Əbu Yala əl-Mövsili
Müsnəd Əbu Yala əl-Mövsili (ərəb. مسند أبي يعلى الموصلي‎) — Məhəmməd peyğəmbərin (s.a.v.) həyat və fəaliyyətinə dair Əbu Yala əl-Mövsili tərəfindən toplanan hədislər toplusu. Əbu Yala hicri təqvimi ilə 210-cu ilin şəvval ayının 3-də anadan olub. O, elm axtarışında müsəlman dünyasını gəzmiş, Əbu Bəkr ibn Əbu Şeybə, Əli ibn əl-Mədini, Yəhya ibn Məin və o dövrün bir çox başqa üləmalarından dərs almışdır. Əbu Yalaya görə hədisləri ən-Nəsai, İbn Hibban, ət-Təbərani, İbn Ədi, İbn əl-Sünni və başqaları nəql etmişlər. “Müsnəd Əbu Yala”nın iki variantı var: Müsnəd əs-Sağir (ərəb. المسند الصغير‎, Kiçik müsnəd) — Əbu Amrdan (Məhəmməd ibn Əhməd ibn Həmdani əl-Xiri) nəql olunan qısa variant. Hafiz Əli ibn Əbu Bəkr əl-Heysəmi “Məcmə əz-Zəvaid” əsərində bu versiyaya istinad etmişdir. Müsnəd əkl-Kəbir (ərəb. المسند الكبير‎, Böyük müsnəd) — Əbu Bəkrdən nəql olunan daha uzun variant (Məhəmməd ibn İbrahim ibn Əli ibn Asim ibn əl-Mukri əl-İsfahani).
Akasiya yalançıçanaqlı yastıcası
Akasiya yalançıçanaqlı yastıcası ( Parthenolecanium corni Bouche)
Fars yalançıbuynuz gürzə
Fars yalançıbuynuz gürzə (Pseudocerastes persicus) — Yalançıbuynuz gürzələr cinsinə aid ilan növü. Bu canlıların uzunluqları 80–90 sm arasında olur. Nadir hallarda 100 sm-ri keçir. Bədəni sıxdır, ancaq kök deyildir. Bu canlıların özəllikləri ondadır ki, onların buynuza bənzər çıxıntısı olur. Bəzən isə bu sadəcə bir purcuğun qabarmış forması kimi özünü göstərir. Bu buynuzcuqlar gum və ya torpağın buruna və gözə daxil olmasını əngəlləyir. Qonur-boz rəngli zolaqlara sahibdir. Əsasən qumlu sahələri xoşlayırlar. Onlar qumlu sahələrdə yaşamasalarda qumları bədənləri ilə tərpədərək buradaca gizlənə bilirlər.
Göyrüşyarpaqlı yalanqoz
Pterocarya fraxinifolia (lat. Pterocarya fraxinifolia) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin qozkimilər fəsiləsinin pterocarya cinsinə aid bitki növü. == Arealı == İran, Şimali Qafqaz, Cənubi Qafqaz və Türkiyə üçün endemik növdür. Belçika, Finlandiya, Fransa, Birləşmiş Krallıq, Macarıstan, İtaliya, Polşa, İsveç və Tacikistanda da becərilir. == Sinonimləri == === Homotipik sinonimləri === Juglans fraxinifolia Poir. Wallia fraxinifolia (Poir.) Alef.
Mahmud Yalavac
Mahmud Yalavac (Qədim türkcə yalavac — "elçi"; XII əsr, Xarəzm – 1254, Pekin) — Böyük Monqol imperiyasının dövlət xadimi. == Həyatı == Xarəzmdən tacir kimi Çingiz xanın yanına gəlmiş, onun müşaviri olmuşdu. Xarəzmşah II Əlaəddin Məhəmmədin sarayına elçi getmişdi. Mahmud Yalavac 1254-cü ildə Pekində vəfat edib.
Marant yalançı örtük
Mumlu yapon yalançı yastıcası
Mumlu yapon yalançı yastıcası (lat. : Ceroplastes japonicus Green.)-Mumlu yapon yalançı yastıcasının (Ceroplastes japonicus Green.) vətəni Şərqi Asiyadır (Yaponiya, Çin). Mumlu yapon yalançı yastıcasının (Ceroplastes japonicus Green.) vətəni Şərqi Asiyadır (Yaponiya, Çin). Rusiyada, Abxaziyada qeydə alınmışdır. Zərərverici iqlim dəyişikliyinə qarşı olduqca dözümlüdür. Elə bu xüsusiyyətinə görə də asanlıqla yayılmasına və öz arealını yaratmasına imkan yaranır. Yastıca Abşeron yarımadasında da geniş yayılmışdır. Aparılan müşahidələrə əsasən (Novxanı, Binəqədi, Buzovna, Mərdəkan və Şüvəlan kəndləri) Abşeronun quru subtropik iqliminə çox yaxşı dözür. Bu da yastıcanın bitkilər üçün daha da qorxulu zərərverici olmasına gətirib çıxarır. Mumlu yapon yalançı yastıcası qorxulu karantin zərərvericidir.
Mənə yalan de (teleserial)
Mənə yalan de (ing. Lie to Me) — 21 yanvar 2009 tarixində Fox Broadcasting Company göstərilməyə başlanan ABŞ televiziya seriyası. Serialda Dr. Cal Lightman (Tim Roth) və həmkarları, bədən dili və mikro ifadələr vasitəsilə yerli və ya federal istintaqları dəstəkləməkdədirlər. Teen Wolf, Scott McCall (Tyler Posey) adında bir orta məktəb şagirdinin meşədə gəzərkən bir qurd adam tərəfindən dişlənilməsi nəticəsində yaşadıqlarını izah edən fövqəladə teleserialdır. Scott, bir qurd adam olduğu gerçəyini, həyatı və bədənindəki dəyişikliklər mövzusunda ona köməkçi olan ən yaxşı yoldaşı Stiles Stilinski (Dylan O'Brien) və bir digər sirli qurd adam Derek Hale (Tyler Hoechlin) xaricində hər kəsdən gizlədərək sıravi bir həyat sürməyə çalışır. Teleserial hal hazırda davam edir və efirdə 6-cı mövsüm gedir. 6.mövsüm serialın final mövsümü olduğu təsdiqləndi lakin yüksək bir kütləvi serialın uzadılmasını istədiyi üçün bu mövzu müzakirə olunacaq. Serialların tənqid saytı Metacritic'ten 100 üzərindən 61 bal alaraq gələn tənqidlərdən ümumiyyətlə müsbət cavab aldı. Serialın ilk nümayişi 2,18 milyon tamaşaçı əldə etdi.
Qanadmeyvə yalanqoz
Pterocarya fraxinifolia (lat. Pterocarya fraxinifolia) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin qozkimilər fəsiləsinin pterocarya cinsinə aid bitki növü. İran, Şimali Qafqaz, Cənubi Qafqaz və Türkiyə üçün endemik növdür. Belçika, Finlandiya, Fransa, Birləşmiş Krallıq, Macarıstan, İtaliya, Polşa, İsveç və Tacikistanda da becərilir. Juglans fraxinifolia Poir. Wallia fraxinifolia (Poir.) Alef.
Samur-Yalama Milli Parkı
Samur-Yalama Milli Parkı — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazisində yerləşən milli park. Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2012-ci il tarixli Sərəncamı ilə Xaçmaz rayonunun inzibati ərazisində yaradılmışdır. Samur-Yalama Milli Parkı "Azərbaycan Respublikasını təmsil edən Maliyyə Nazirliyi və Kreditanştalt für Videraufbau, Frankfurt am Main ("KfW") arasında Cənubi Qafqaz üçün Ekoregional Təbiəti Mühafizə Proqramı çərçivəsində "Samur-Yalama Milli Parkının yaradılması" layihəsi üzrə Maliyyələşdirmə Müqaviləsi" və həmin müqaviləyə dair Xüsusi Razılaşmaya uyğun olaraq Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə yaradılmışdır. Layihə çərçivəsində KfW tərəfindən Azərbaycan Maliyyə Nazirliyinə 2.550.000.00 avro məbləğindən çox olmamaq şərtilə maliyyə vəsaitinin verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazisində olan dövlət meşə fondu torpaqlarının əlavə olunan yerquruluşu planında göstərilmiş 11772,45 hektarlıq sahəsiyə malikdir. Milli Parkın florasında itburnu, sarmaşıq, dazı, yağı otu, ballı nanə və başqa dərman bitkiləri geniş yayılmışdır. Torpaqları çəmən-meşə, şabalıdı və açıq şabalıdıdır. Çəmən və kolluqlar geniş yayılmışdır. Düzənlik meşələri də var. Xaçmaz faunasının əsas nüməyəndələri Çöl donuzu, yenot, qırqovul, kəklik və s.-dir.
Senecio yalae
Senecio yalae (lat. Senecio yalae) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Tamusşəkilli yalançı sarmaşıq
Tamusşəkilli yalançı sarmaşıq — Qafqazda yayılmışdır. Uzunluğu 1-2 m-dək olan,qalın,ətli köklü,sürünən bitkidir.Gövdəsi çılpaq və ya zəif tükcüklü,uzunluğu 1-2 m-dəkdir.Yarpaqları uzun saplaqlı,nazik,yumurtavari və ya uzunsov-yumurtavari,kənarları bütöv,dərin ürəkşəkilli,bünövrəsində yumru qanadlı,ucu biz,çılpaq,uzunluğu 8 sm-dək və eni 5 sm-dir.Çiçəkləri ucda və qoltuqda ensiz süpürgəvari çiçək qrupunda yerləşir,yan çiçəkləri nazik ayaqlarda,çiçəkyanlığına bərabər və ya ondan uzun,xırda çiçəkaltlıqlıdır.Çiçəkyanlığı əvvəlcə zəngvari,uzunluğu 6-8 mm,ulduzvari şaxələnmiş,uzunsov-xətvari,yumru hissəli,3 damarcıqlıdır.Meyvələrin diametri təxminən 2 mm,üstü çox batıq,hamar,qapaqla açılır; toxumların kənarları iti qara-qonur,parlaqdır. Rütubətsevən,torpağa az tələbkardır. Böyük Qafqazda,Kiçik Qafqazda,Naxçıvanda rast gəlinir. Canlı çəpərlərin salınmasında tək və qrup əkinlərində istifadəsi məqsədyönlüdür. Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Tamyarpaq yalançı sabunağacı
Tamyarpaq yalançı sabunağacı (lat. Koelreuteria integrifoliola) Çində və Kоrеyada yayılmışdır. Hündürlüyü 10 m-dən yuxarı, yaraşıqlı, tükcüklü, sonradan çılpaqlaşan zoğlu, yarpağını tökən ağacdır. Yarpaqları 35 sm-dək uzunluqda, iri, tam kənarlı, cüt lələkvaridir. Yarpağın əsas oxu 3-4 yerə şaxələnmişdir. Xırda yarpaqları uzunsov- yumurtavari və ya uzunsov- ellipsvari, ucu biz, bünövrəsi pazşəkilli və ya yumru, kənarları bütöv və ya zəif inkişaf etmiş dişcikli olub, uzunluğu 7-10 sm və eni 3-4 sm-ə çatır. Çiçəkləri süpürgə çiçək qrupunda tоplaşmışdır Süpürgələri iri, təxminən yarpaqlarla eyni uzunluqdadır. Qutucuğu ellipsvari- yumurtavari, uzunluğu 3 sm, eni 2 sm, ucu yumrudur. Tоxumla çоxaldılır. Tоrpağa az tələbkar, quraqlığa və şaxtaya davamlıdır.
Yalabad (Qəzvin)
Yalabad (fars. يل اباد‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 437 nəfər yaşayır (99 ailə). Əhalisi yerli Azərbaycan türklərindən ibarətdir.
İkiqat lələkyarpaq yalançı sabunağacı
İkiqat lələkyarpaq yalançı sabunağacı (lat. Koelreuteria bipinnata) Şimali Çin, Kоrеya və Şərqi Mоnqоlustanda yayılmışdır. Hündürlüyü 8 m-ə çatan dеkоrativ ağacdır. Yarpaqları lələkvaridir. Yarpaq bölünməsinin üç hissəli olması bitkiyə daha çox dekorativ görünüş verir. Bölünmənin birinci cərgəsi cüt-lələkvari, ikincisi (xırda yarpaqların hissələrə bölünməsi) cüt olmayan lələkvaridir. Yayın ortalarında, çiçəkləmə dövründə, tünd yaşıl çətiri çoxsaylı və iri sarı çiçəklərlə örtüldükdə çox gözəl olur. Çiçəkləri yazda cüt, ağ, içərisi yumru, xırda, qara- qonur, bərk toxumludur. Çiçəkləyir və cücərmə qabiliyyətinə malik tоxum vеrir. Tоxumlar və kök pöhrələri ilə çоxalır.
Menzis yalançı tsuqası
Menzis yalançı tsuqası (lat. Pseudotsuga menziesi) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin yalançı tsuqa cinsinə aid bitki növü. Şimali Amerikanın Sakit okean sahillərində yayılmışdır. Uzunluğu 2-3,5 sm, eni 1-1,5 mm, hamar, ensiz-neştərvari, ucu küt və ya biz, üstü parlaq-yaşıl, alt tərəfi açıq, içi göyümtül-ağ zolaqlı yarpaqları budaqlarda qeyri-bərabər, daraqvarı yerləşmişdir. Bu cins tez böyüyəndir, çox miqdarda yüksək keyfiyyətli oduncaq verir. Orta isti və rütubətli iqlimdə yaxşı bitir. Qışda sərt soyuqdan əziyyət çəkir. İşıqsevəndir, ancaq cavan yaşda xüsusilə kölgələnməyə ehtiyacı var. Dərin, yüngül gillicə və ya qumluca torpaqlarda yaxşı böyüyür, quru, qumlu, daşlıq və ya yaş torpaqlarda pis böyüyür. Bu bitki kiçik massivlərdə, qrup, alleya əkinləri və qazonda tək bitki kimi istifadə edilə bilər.
Yalan (film, 2006)
Yalan — Qarabağ müharibəsinə həsr edilmiş film. Filmdə Qarabağ müharibəsinin fonunda şəhid vermiş bir ailənin əzab və iztirabları, ağır-psixoloji durumları əks olunur. Filmin əsasını oğlunun müharibədə şəhid olması xəbərini ürək xəstəsi olan arvadına deməyən və yalan söyləyən Yavərin (Vidadi Həsənov) çəkdiyi mənəvi əzab və iztirablar təşkil edir. Filmin çəkilişlərinə Horadiz, Daşburun, Xudat stansiyalarının əməkdaşları, Horadiz, Xaçmaz, Qusar, Quba rayonlarının Nügədi, Amsar, Susay kəndlərinin sakinləri, kütləvi səhnələrdə Qarabağ döyüşləri veteranları köməklik göstərmişdir. Rejissor Ramiz Əzizbəylinin ekranlaşdırdığı "Yalan" filmi kino həvəskarlarına təqdim olunduqdan sonra onun yaradıcılıq işi ətrafında bəzi qərəzli fikirlər dolanmaqdadır. Bəzi kino işçiləri filmdə həm texniki qüsurlar, həm yaradıcı kəm-kəsirlərin olduğundan hələ də danışırlar. Bu fikirlərin artıq onun da qulağına çatdığını bildirən filmin rejissoru Ramiz Əzizbəyli "Yalan" haqqında deyilən və yazılanların qərəzli və sifariş xarakteri daşıdığını söylədi. Onu da dedi ki, qərəzli fikirlərin müəllifləri çəkiliş prosesində hansı əziyyətlərə, məhrumiyyətlərə qatlaşdığımızdan xəbərsizdirlər: "Bu filmin çəkilişlərinə bir il sərf etmişəm, amma indi filmi tənqid edənlərdən biri də gəlib çəkiliş prosesi ilə maraqlanmayıb. Filmə çəkilən aktyorlar ən dözülməz şərtlərdə işləməli olublar. Qulağıma çatıb ki, guya mən plagiatlıq edərək, "Əsgər atası" filmindən kadrlar oğurlamışam.
Yalan illüziyası: İkinci akt
Yalan illüziyası: İkinci akt — 2016 Amerikan sehrli oğurluq triller filmi. Rejissoru Con Çu, ssenaristi Ed Solomon olmuşdur. Rollarda Mark Ruffalo, Cessi Ayzenberq, Vudi Harrelson, Deyv Franko, Deniel Redklif, Lizzi Keplan, Cey Çu, Sana Lazan, Maykl Çeyn və Morqan Friman olmuşdur.
Yalan illüziyası 2
Yalan illüziyası: İkinci akt — 2016 Amerikan sehrli oğurluq triller filmi. Rejissoru Con Çu, ssenaristi Ed Solomon olmuşdur. Rollarda Mark Ruffalo, Cessi Ayzenberq, Vudi Harrelson, Deyv Franko, Deniel Redklif, Lizzi Keplan, Cey Çu, Sana Lazan, Maykl Çeyn və Morqan Friman olmuşdur.
Yalançı yalançı
Yalançı yalançı (ing. Liar Liar) — 1997-ci il ABŞ istehsalı komediya filmi. Los Anclesli vəkil Fletcher Reede 5 yaşındakı oğlu Maksın ad günü şənliyinə getməmək üçün yalan danışır. Çünkü müdirü Miranda ilə sevişmək kimi vacib bir işlə məşğuldur. Balaca Max da tortunun şamlarını söndürərkən atasının sadəcə bir gün müddətində yalan deməməsini arzu edər və bu arzusu qəbul olar. Bundan sonra sabahkı gündən etibarən Fletcher əvvəllər davamlı yalan danışaraq iş yerində çıxmadığı telefonlarla çıxar. İş dostları haqqında nə düşünürsə açıq-açıq deyər və bunlar sadəcə başlanğıcdır.
Yalama Aqropark
Yalama Aqropark Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığna əsasən 07.09.2016 tarixində Xaçmaz rayonuun Yalama qəsəbəsində 523 ha torpaq sahəsində "Yalama Aqropark" yaradılmışdır. Aqropark daxilində cins heyvandarlıq kompleksinin, qarışıq yem istehsalı təsərrüfatları yaradılmışdır.Aqroparkın istehsal və emal müəssisələrinin yaradılmasında ABŞ, İsveç, Almaniya, Türkiyə və İtaliya istehsalı olan texnika və avadanlıqlarından istifadə olunub. Layihənin birinci mərhələsi üzrə 385 ha sahədə müasir suvarma sistemlərinin (pivotlar) tətbiqi ilə növbəlilik nəzərə alınmaqla ikili əkin aparılır. Layihənin icrası nəticəsində 200-dən artıq iş yeri yaradılmışdır. Yalama Aqropark Azərbaycanda ilk Ən böyük Aqroparkdır.
Yalançı mətbuat
Yalançı mətbuat (alm. Lügenpresse‎, hərf. yalanlar mətbuatı) — əsasən çap mətbuatı və bütövlükdə kütləvi informasiya vasitələri üçün istifadə olunan təhqiredici və aşağılayıcı siyasi termin. Bu, təbliğatın vacib hissəsi kimi istifadə olunur, buna görə də adətən qeyri-dürüstdür və ya diqqətli araşdırmaya əsaslanmır. "Lügenpresse" termini XIX əsrdən bəri fasilələrlə Almaniyada siyasi polemikalarda, müxtəlif qruplar və hərəkatlar tərəfindən müxtəlif müzakirələr və qarşıdurmalarda istifadə olunmuşdur. Təcrid olunmuş istifadələri Martdan əvvəlki dövrə qədər izləmək olar. Bu termin 1848-ci ilin Mart inqilabında katolik dairələri tərəfindən yüksələn, düşmənçilik edən liberal mətbuata hücum etmək məqsədilə istifadə edilən zaman maraq əldə etmişdir. Fransa–Prussiya müharibəsi (1870–1871) və xüsusilə Birinci Dünya müharibəsində (1914–1918) Almaniya ziyalıları və jurnalistləri düşmənin müharibə təbliğatı olduğuna inandıqları şeyi pisləmək üçün bu termindən istifadə etmişdilər. "Evangelischer Pressedienst" öz missiyasını "düşmənin ən güclü silahı" hesab etdiyi "yalançı mətbuata" qarşı mübarizə aparmaq olaraq müəyyən etmişdir. Müharibədən sonra Karl Radek və Aleksandr Parvus kimi almandilli marksistlər sinfi mübarizə ritorikasının bir hissəsi kimi "burjua yalançı mətbuatı"nı təhqir etmişdilər. Nasistlər bu termini yəhudi, kommunist və daha sonra xarici mətbuata qarşı təbliğatları üçün qəbul etmişdilər.
Yalançı İsmayıl Mirzə üsyanı
Yalançı İsmayıl Mirzə üsyanı və ya Yalançı Şah İsmayıl üsyanı — 1578-ci ildə Osmanlı hakimiyyətinə qarşı Maraş və Bozox bölgələrində özünü II Şah İsmayıl adlandıran şəxs tərəfindən başladılan üsyan. Səfəvi hökmdarı II Şah İsmayılın ölümündən sonra Səfəvi imperiyası daxilində olan ərazilərlə yanaşı Osmanlı imperiyasına daxil olan Maraş və Mərkəzi Anadolu bölgələrində də saxta Şah İsmayılllar meydana çıxmışdı. Yalançı Şah İsmayıl və tərəfdarlarının etirazları böyük bir üsyana çevrilməmişdən əvvəl Osmanlı əsgərləri tərəfindən yatırılmış və bu prosesdə çoxlu Qızılbaş türkmənləri öldürülmüş, bir çoxu da qaçaraq izlərini itirmişdir. Üsyanın rəhbəri haqqında qaynaqlarda kifayət qədər məlumata rast gəlinmir. Başnazirlik Osmanlı arxivlərində MD 35–445 nömrəli sənəddə onun haqqında Vilayəti Əcəmdən Anadoluya gəldiyi və üsyana başladığı yazılır. Burada sözü gedən Əcəm ərazisinin Ərəbistan yoxsa Səfəvi torpaqları olması haqqında dəqiq məlumat yoxdur. Lakin MD 35–445 nömrəli sənəddə onun xarici görünüşünün "orta boylu, sarı və qısa saqqallı farsca danışan bir şəxs" kimi təsvir edilməsi Vilayəti Əcəm kimi qeyd olunan ərazinin Səfəvi dövləti olma ehtimalını artırır. Digər tərəfdən bu şəxsin Şam Bayadı türkmənlərindən olması, camaatlığının Rəqqə, Konya, Sivas, Niğdə, Adana, Hələb, Tarsus, Bozox, Maraş, Qaraman kimi ərazilərdə yarı-köçəri həyat sürməsi, o cümlədən, XVI əsrin ortalarından etibarən Anadolunu tərk etməməsi onun Səfəvi dövlətindən gəlmə ehtimalını azaldır. Bundan başqa, yalançı Şah İsmayıl haqqında əldə etdiyimiz məlumatlar, ümumiyyətlə, onun xüsusiyyətləri ilə bağlı olub, Osmanlı iqtidarının ona olan baxışını əks etdirir. Məsələn, sənədlərdə yalançı Şah İsmayıl və onun tərəfdarları ilə bağlı "… Şah İsmayıl olduğunu söyləyən ekstremist və onun yanında olan fitnə əhli" və ya "Şah İsmayıl adına zühur edən bədbəxt" ifadələri işlədilib.