YALAMAQ

f.
1. Bir şeyin üstünə dilini sürtmək.
…Tulaların biri qaçıb gəldi Qurbanəli bəyin qabağına və başladı bəyin ayaqlarını yalamağa. C.Məmmədquluzadə.
Bu vaxt sürüdən ayrılmış bir qoyun yeni doğduğu quzunu yalayırdı. M.S.Ordubadi.
[Südabənin anası] susub, qurumuş dodaqlarını yaladı. M.İbrahimov.

// Dilini bir şeyə sürtüb bulaşdıraraq udmaq və ya içmək. Balı yalamaq. Boşqabdakı mürəbbəni yalamaq.
2. məc. Üzdən dəyib keçmək, azacıq toxunmaq.
…Qırmızı alov isə dilini çıxarıb yanyörəni yalayırdı. S.Rəhimov.
Güllə onun başını yalayıb keçmişdi. R.Rza.

◊ Düz kimi yalamaq – bax duz.
YALAMA
YALAN

Digər lüğətlərdə

застоя́ться изъявля́ть и́шь ты новокреще́нец отбра́сывать по-друго́му си́тце телефони́стка бе́дный парна́с помина́льный своеобра́зие Allhallow's Eve debauch devoid emphasizing Franciscan Hesperides isosceles legally royalty throat microphone wash drawing жандармерия слоистый