YALAN

YALAN (düz olmayan) [Ovçu Qasım:] Mənim bu hekayətim yalana oxşayır, amma sizin üçün, sırf həqiqətdir (Ə.Haqverdiyev); ALTDAN-ÜSTDƏN (dan.) Xan: Düzünü de, görüm necə oldu? – dedi, bax birini altdan-üstdən desən, başın cəllad əlindədir (Çəmənzəminli); BATİL Həqqi batil eyləmişlər, işlənir cürmi-kəbir; Şeyxlər şəyyad, abidlər abusən kəmtərir (M.P.Vaqif); BƏHANƏ Kazak briqadası yüz cür bəhanələrlə bu vəzifənin ifasından boyun qaçırdı (M.S.Ordubadi); ƏFSANƏ Canım, səs-küy imiş, əfsanə imiş; Orda da görmədim nə insan, nə iş (S.Vurğun); ƏSASSIZ Onun verdiyi xəbərlərin bir çoxu əsassız xəbərlər idi (M.S.Ordubadi); GOP (dan.) Gop-gop kimi bifaidə əhli-qələm olma; Ol Başıqapazlı, vəli, Bidərdü qəm olma (M.Ə.Sabir); XİLAF Əmir: Zeyd, mənim sözüm əmir sözüdür; onda xilaf ola bilməz.. (Ü.Hacıbəyov); KİZB (kl.əd.) Munca kim, etdim tamaşa, sözlərə asdım qulaq; Kizbü böhtandan səvayi bir hekayət görmədim (M.P.Vaqif); SAXTA Veysəl: Mən saxta danışmağı öyrənməmişəm (B.Bayramov); UYDURMA Düşünsək həyatı dərindən əgər; Bütün uydurmadır bu söylənənlər (S.Vurğun).

YALAQ
YALAN-PALAN

Значение слова в других словарях