YALLI
YALNIZ
OBASTAN VİKİ
Dünyada yalnız
Dünyada yalnız (fr. Seule au Monde,ing. Alone in the World) - fransız akademik rəssamı Vilyam Buqro tərəfindən işlənmiş əsər. Əsər rəssamın yaradıcılığının ilk dövrlərinə aid edilir. Tədqiqatçı Teo Van Qoq əsərin 1867 - ci ildən əvvəl çəkildiyini bildirmişdir. Əsərdə əlində violonçel tutaraq Parisdə, Sena çayının sahilində durmuş qız təsvir edilmişdir. Qız daha çox sol tərəfdən və qəmli sima ilə görünməkdədir. Qızın arxasında isə Paris Məryəm Ana kilsəsi və Royal Pont körpüsü görünməkdədir.
Cazda yalnız qızlardır
Bəziləri isti sevir (ing. Some Like It Hot) və ya Cazda yalnız qızlardır (rus. В джазе только девушки) — rejissor və prodüser Billi Uaylderin musiqili komediya filmidir. Bundan başqa bu rejissorun əsas işlərindən birisi və ssenarist İzi Daymondla tandem nəticəsində işlənilmiş ikinci filmdir. Baş rolda Merilin Monro, Toni Körtis və Cek Lemmon oynamışdırlar. Bu filmin ssenarisi Fransada ekranlaşdırılmış "Sevgi fanfaraları" adlı filmin və 1951-ci ildə Almaniyada çəkilmiş eyniadlı remeykin motivləri əsasında yaradılmışdır. Filmdə təhlükəli qanqsterlərdən gizlənmək üçün məcburi şəkildə qadın paltarlarını geyinən iki musiqiçinin macəraları haqqında bəhs edilir. Həmçinin filmdə nümayiş olunan səhnələr ABŞ-də spirtli içkiyə qoyulan qadağa dövrünü əhatə edir. Film geniş ekranlara 29 mart 1959-cu ildə, SSRİ-də isə artıq prokat şəklində 22 avqust 1966-cı ildə çıxarılmışdır. "Bəziləri isti sevir" kinokomediyası uzun illər davam edən studiya sistemindən nəhayət müstəqil prodüsserləşdirmə sisteminə keçən zaman, mühüm bir mərhələyə çevrilmişdir.
Yalnız güclülər (film)
Yalnız güclülər (İng: Only the Strong) — 1993-cü ildə baş rolda Mark Dakaskosun oynadığı, Şeldon Lettiçin çəkdiyi döyüş sənəti filmidir. Bu, Afro-Braziliya döyüş sənəti olan kapoeyranı əvvəldən sona qədər nümayiş etdirən yeganə Hollivud filmi hesab olunur.
Yalnız almanlar üçün
"Yalnız almanlar üçün" (alm. Nur für Deutsche‎) və ya "Yalnız arilər üçün" (Nur für Arien) — İkinci Dünya müharibəsi zamanı Nasist Almaniyasında və onun işğal etdiyi ölkələrdə istifadə olunmuş milliyətçi şüar. Bu ifadə ictimai nəqliyyat vasitələrində, kafelərdə, parklarda, kinoteatrlarda və s. yerləşdirilmişdi. Bu, ictimai ziyarət yerlərinin yalnız almanəsilli insanlar üçün nəzərdə tutulduğunu göstərirdi. İşğal olunmuş ölkələrin qalan əhalisinə bu yazı ilə ictimai yerlərə getmələri qəti qadağan edilmişdi.Nasist Almaniyasının irqi siyasətinin elementlərindən biri olan yazı əsasən qeyri-alman əhalisinin çoxluq təşkil etdiyi Şərqi Avropa ölkələrində istifadə olunurdu və yerli əhalini irqi cəhətdən təcrid etmək məqsədi daşıyırdı. Bir qayda olaraq, tramvay və qatarların birinci vaqonları Almaniya işğal və hərbi idarəsinin, Almaniya hərbi qulluqçularının, NSAFP üzvlərinin və almanəsilli mülki əhalinin daşınması üçün ayrılmışdı.
Yalnız arilər üçün

Yalnız güclülər (film, 1993)
Yalnız güclülər (İng: Only the Strong) — 1993-cü ildə baş rolda Mark Dakaskosun oynadığı, Şeldon Lettiçin çəkdiyi döyüş sənəti filmidir. Bu, Afro-Braziliya döyüş sənəti olan kapoeyranı əvvəldən sona qədər nümayiş etdirən yeganə Hollivud filmi hesab olunur.
Yalnız sən (film, 1994)
Yalnız sən (ing. Only You) — 1994-cü ildə komediya janrında çəkilmiş romantik film. == Məzmun == Hələ 11 yaşında ikən Feyt Kotvaça (Marisa Tomey) bir qaraçı qismətinin Deymen Bredli ismi ilə bağlı olacağını söyləyir. Falçı ona daha sonra deyir ki, bu qismətə çatmaq yolu ancaq onun özündən asılı olacaqdır. 14 il keçdikdən sonra gözəl qıza çevrilmiş Feyt yaxşı lakin darıxdırıcı bir ortoped həkimlə nişanlanır. Toy ərafəsində təsadüfi bir zəng hər şeyi alt-üs edir. 14 il bundan qabaq qaraçı falçının demiş olduğu Deymen Bredli ismli bir nəfər tərəfindən olunan telefon bağlantısı Feyti öz qismətinin dalıycan getməyə sürükləüir. Feyt qardqaşı arvadı ilə birlikdə bu ismin ardınca İtaliyaya: Venesiyaya, Romaya və nəhayət Pozitano şəhərinə gəlir. Bu zaman təsadüfən tanış olduğu Peter Urayt (Robert Dauni) ona sözügedən adamı tapmaqda yardımçı olur. Qismətini tapmayıb, çarəsiz geri Amerikaya dönən Feyt təsadüfən hava limanında Deymen Bredli isminin elan olunduğunu eşidərək dərhal o yerə özünü yetirir.
Yalnız şəxsi məsələ deyil (film, 1984)
== Məzmun == Film Bakıdakı Keşlə Maşınqayırma Zavodunun əməkçiləri və burada istehsal olunan avadanlıqlar barədə söhbət açır.
Yalnız bir ölkə ilə həmsərhəd olan ölkələrin siyahısı
Yalnız bir ölkə ilə həmsərhəd olan ölkələrin siyahısı - Siyahıda yalnız bir ölkə ilə quru sərhədlərinə malik ölkələrin adları qeyd olunmuşdur.
Samih Yalnızgil
Samih Rifat bəy və ya Samih Yalnızgil, (1875, İstanbul — 4 dekabr 1932) — türk şairi, dilçisi və siyasətçisi. == Həyat və fəaliyyəti == Rüşdiyə məzunudur. Xüsusi təhsil almışdır. İstanbul məhkəmə katibliyi, Mərcan Liseyi Ədəbiyyat müəllimliyi, Konya, Trabzon Qubernatorluğu, Daxili İşlər Müşaviri, Təhsil Nazirliyi Müəllif Hüquqları və Tərcümə İdarəsi, Tarix Cəmiyyətinin üzvü, Təhsil Nazirliyinin müşavirliyi, III və IV dövr Çanakkale Millət vəkili, III və IV dövr kitabxana əncüməni rəisliyi kimi fəaliyyət göstərirdi. Ailəlidir, üç övladı var. Türk Dili Cəmiyyətinin ilk prezidentidir. Mehmet Akif Ərsoy ilə birlikdə "Divanü Lüğat-it-Türk"ü türk dilinə tərcümə etmişdir. Şair, dramaturq və roman yazıçısı Oktay Rifatın atasıdır. Qızı, keçmiş Ədliyyə Nazirlərindən olan Həsən Səfyəddin Menemencioğlu ilə evlənmişdir.

Digər lüğətlərdə

дефля́тор зарисо́вывание котлови́нный обма́лываться поня́тно прова́ленный физте́х электромехани́ческий жупа́н наку́сывать неоколониали́ст облепля́ться обобщи́ться отлы́нивание blurred exhausting lapilli shaving dish thiophos timeline анемометр подходец товаропроизводитель транскрипция трубопровод