YALQUZAQ

Bioloq-alim Q.Mustafayev yazır: Kürək zamanı erkək canavarlar (eləcə də dəvələr, turlar...) arasında döyüş başlayır (nər döyüşü də buradandır). Qalib, sürüdə ər olmaq hüququ qazanır, məğlub isə küsərək tək halda başqa sürüyə üz tutur. Hirsli olduğundan yolda-izdə əlinə keçəni parçalayır. Sözün kökü “yal”dır (yalnız, yalqız sözlərinin yada salın), mənası tək (bir) deməkdir, -nız (-qız, -quz) şəkil­çisi sifətin çoxaltma dərəcəsini əmələ gətirib (yalqız, yəni təkcə). Həmin sözdən yalqız-a-maq feili (indi işlədilmir), ondan isə yal-qız-a-q (yalquzaq) ismi törəyib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

YALQIZ
YALLI
OBASTAN VİKİ
Yalquzaq
Canavar (lat. Canis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinə aid heyvan cinsi. Qurdun qidası ilin mövsümündən asılı olaraq müxtəlif növ gəmiricilər, quşlar, sürünənlər, onların yumurtaları, qurbağalar, kərtənkələlər, xırda yırtıcılar və kənd təsərrüfatı heyvanları təşkil edir. Yuvalarını qayalıqlarda və suya yaxın yerlərdə düzəldirlər. == Etimologiya == Farscadan gələn Canavar sözü (جانور) fars dilində "Qurd" yox, "qulyabani, xoxan, bədheybət varlıq, monster" anlamını daşıyır, lakin Azərbaycan dilinə "qurd" anlamında daxil olub. Qurd indiki anlamında (köpəkkimilərdən bir yırtıcı heyvan) sözü birinci dəfə "Divanü Lüğat-it-Türk"də (1072–1074 illər) قُرتْ [kurt] şəklində istifadə olunub və yazarın bildirdiyinə görə, qurd sözünü bu anlamda ancaq oğuzlar işlədir, başqa türk dillərində isə bu söz yalnız soxulcan anlamını daşıyır. Börü (بُرى / 𐰋𐰇𐰼𐰃) sözü bütün türk dillərində müxtəlif formalarda işlənilir (büre, börö, böri və s.) və tarixdəki ən əski qaynağı 731-ci ildə ölən Kültəkinin qəbirüstü yazısıdır. == Qısa məlumat == Qurdlar yaz başları cütləşirlər. Boğazlıq müddəti 63–65 gündür. Qışda cütləşir, yazda küçükləyirlər, 5–6 bala doğurlar.
Yalquzaq (snayper tüfəngi)
Yalquzaq (snayper tüfəngi) MSN mühəndisləri tərəfindən yaradılmışdır. Bu yüngül çəkili snayper tüfəngi barədə məlumatı ictimaiyyətə 2012-ci ilin dekabr ayında nazir Yavər Camalov açıqlayıb. Snayper tüfəngi 2012-ci il, dekabrın 17-də dövlət başçısına təqdim olunub. "Yalquzaq"ın atış məsafəsi 1000 metr, darağının tutumu 10 patron, çəkisi isə 7.1 kq-dır. == Xüsusiyyətləri == "Yalquzaq"Azərbaycan MSN-in mühəndisləri tərəfindən yaradılmış və tam olaraq NATO standartlarına cavab verən ilk milli silahdır. Hazırda silahın bütün hissələri yerli zavodlarda istehsal olunur, yəni "Yalquzaq" 100% yerli zavodlarda istehsal olunan NATO standartına uyğun snayper tüfəngidir. Çəkisi boş halda 7.1 kq təşkil edən "Yalquzaq" snayper tüfəngi 10 patron tutumlu daraqla dəstləşdirilir və dəqiqədə 10–15 atəş tezliyinə malikdir. Qeyd edək ki, snayper tüfənginin ümumi uzunluğu 1170 mm, lüəsinin uzunluğu isə 660 mm təşkil edir. Qundağı yığılmış vəziyyətdə isə silahın uzunluğu 950 mm olur. Teleskopik qundağın uzunluğu atıcının anatomiyasına uyğun olaraq 75 mm-dək tənzimlənir.

Digər lüğətlərdə

гнёт пири́т уве́нчивать фетишизи́роваться храни́тельница бе́лая горячка визи́говый детва́ логопа́т начерка́ть отмета́ться уте́шиться командор панибратство чересчур conclusive euphemize headstock oyster catcher pack off Valentine миносбрасыватель окукливаться присматриваться разморозить