YALIN

sif.
1. Çılpaq, açıq, heç bir şeylə örtülü olmayan. Ayaqları yalın (ayaqqabısız).
[Uşaqların] yalın ayaqları dizlərinədək palçığa batmışdı. Çəmənzəminli.

2. Boş, heç bir şeysiz.
[Firidun:] …Biz heçdən bir şey yaratmalı, yalın əllərlə zindanları, zəncirləri qırmalıyıq. M.İbrahimov.

◊ Yalın qılınc – sıyrılmış, qınından çıxarılmış (qılınc).
Yalın qılıncları ilə onların səflərinə həmlə edib ol gün axşam olunca cəng elədilər. Dərbəndnamə”.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YALIN yalın bax çılpaq 1
  • YALIN çılpaq — açıq — lüt
  • YALIN boş

Antonimlər (əks mənalı sözlər)

  • YALIN YALIN – GEYİMLİ Yalın ayaqları dizlərinədək palçığa batmışdı (Çəmənzəminli); Tirmə şal geyimli, qara saçlılar; Hər tərəfə zər nişanlar dolanır (Aşıq Ə

Etimologiya

  • YALIN 1. Yalım forması da olub. “Отвесной”, “крутой” mənasını əks etdirib. Yal bu­rada “lüt” (sürüşkən, şumal, hamar) deməkdir
YALXI
YALINAYAQ

Digər lüğətlərdə

антираке́та завёрстывание конвои́рование осуществле́ние парови́чный перемаха́ть с небольши́м толку́чка ураба́тываться шаромы́жница волы́нка космого́ния мандражи́ровать наи́в омофони́чный рибонуклеи́новые кислоты са́йровый у́хнуться алое earth-pea envenomization interplanetary unplayable virocracy каталог