YAMB

сущ. лит. ямб (стихотворный размер – двухсложная стопа с ударением на втором слоге)
YAMATMAQ
YAMÇI
OBASTAN VİKİ
Yamb
Yamb (yun. yamb "çalğı aləti") — şeir ölçüsü. Qədim yunan ədəbiyyatında janr. Antik poeziyada və rus klassik şeirində iki hecalı stopa (bəhr) yamb deyilirdi. Antik şeirdə yambı təşkil edən hecalardan birincisi uzun, ikincisi qısa tələffüz edilir. Rus şeirində isə yambın ikinci hecası vurğulu olur. Qədim yunan ədəbiyyatında janrdır. Həyat eybəcərliklərinin tənqidini verən zarafatyana şeirdir. İlk nümunələri şifahi şəkildə yaranaraq, musiqi aləti yambikanın müşayiəti ilə ifa edilmişdir. Sonralar yamb satirik poeziya şəkillərindən biri olmuşdur.
Yamblik
Yámblix (q.yun. Ἰάμβλιχος; 245/280 — 325/330) — antik dövrün neoplatonçu filosofu, Porfiriusun öyrəncisi, Apameyada yerləşən neoplatonçuluğun Suriya məktəbinin yaradıcısı. Onun əsli Suriyanın Xalkida şəhərindən idi, Romada təhsil almış, sonra isə Suriyanın Apameya şəhərində fəlsəfədən dərs deyirdi. Bir sıra kitabların müəllifi idi. Yamblix Plotinin davamçısı olaraq onun Vahid-Əql-Ruh üçlüyü haqqında monistik təlimini bir qədər fərqli şəkildə təsəvvür edirdi. Məsələn o, Vahidi ikiyə bölmüşdür. Plotində olduğu kimi, Birinci Vahid hər bir varlıqdan daha ucadır. İkincisi isə özündən sonra gələn hər şeyin başlanğıcıdır. Yamblix burada Vahid-Əql və Vahid-çoxluq arasında keçid mərhələsini qurmuşdur. Bu bölgünü ona görə etmişdir ki, bir tərəfdən hər şeyin başlanğıcı olan Tanrı sonsuz olaraq uzaqlarda təsəvvür edilir.
Yamblix

Yambol vilayəti
Yambol vilayəti (bolq. Област Ямбол) — Bolqarıstanın cənub-şərq zonasında yerləşən vilayət. Sahəsi 3333.5 Km2 olan Yambol vilayətinin əhalisi, 2011-ci ilə olan məlumata görə 131 447 nəfərdir. Yambol vilayəti 5 icmadan ibarətdir. Yambol vilayətinin inzibati paytaxtı Yambol şəhəridir. Yambol vilayətinin əhalisinin 86.85 faizi milliyətcə bolqar, 8.48 faizi isə milliyətcə qaraçıdır.
Yamba Tenmey Sel Muzeyi
Yamba Tenmey Sel Muzeyi (やんば天明泥流ミュージアム, Yanba Tenmey Deyryu Myuciamu) – Yaponiyanın Qunma prefekturasının Naqanohara qəsəbəsində yerləşən muzey. Muzey 1783-cü ildə baş vermiş Tenmey püskürməsi hadisəsinə həsr olunmuşdur. == Tarixi == 1994–2019-cu illərdə Qunma Prefektura Arxeoloji Tədqiqat Mərkəzi və qəsəbənin təhsil şurası tərəfindən Yamba su bəndinin tikintisi zamanı ərazidə arxeoloji qazıntı işləri aparılmışdır. Əsasən Aqatsuma çayı boyunca aparılmış qazıntılar nəticəsində Comon dövrünə aid qalıqlar, eləcə də, 1783-cü ildə baş vermiş Tenmey püskürməsi nəticəsində torpağın altında qalmış kəndlərin xarabalıqlar tapılmışdır. Muzey aparılmış qazıntı işlərinin nəticələrini nümayiş etdirmək məqsədilə 3 aprel 2021-ci ildə açılmışdır. Muzeyin yaradılması üçün 1,86 milyar yen vəsait xərclənmişdir. == Ekspozisiya == Muzey 5 avqust 1783-cü ildə baş vermiş Tenmey püskürməsi hadisəsinə və hadisə zamanı burada yaşayan əhalinin gündəlik həyatına həsr olunmuşdur. Asama dağının püskürməsi nəticəsində baş verən bu insident yaxınlıqda yaşayan 1523 nəfərin nəfərin ölümünə və 2065 evin zərər görməsinə səbəb olmuşdur. Muzeydə bu hadisə nəticəsində torpaq altından çıxarılmış xarabalıqlar və əşyalar mühafizə olunur. Tonomiya, Nişinomiya və İşikavahara xarabalıqları qazıntılar zamanı kəşf edilmiş ən əhəmiyyətli xarabalıqlardır.

Digər lüğətlərdə