yakutlar
yaqut
OBASTAN VİKİ
Yaquar
Yaquar (lat. Panthera onca) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Yaquar Qərb yarımkürəsinin panter cinsindən olan ən böyük və ən güclü nümayəndəsidir. Yaquarlar, bütün böyük yırtıcı pişiklər arasında ən güclü dişləməyə malikdirlər və onlar özlərindən 4 dəfə böyük heyvanları belə asanlıqla məhv edə bilirlər. Hətta Yaquar, Köpək Balığından belə daha güçlü dişləməyə sahibdir. Güclü çənələri və iti dişləri, yaquarlara qalın timsah dəriləri və hətta tısbağa qabıqlarını belə asanlıqla deşməyə imkan verir. Yaquarın dişləmə qüvvəsi 1500 PSI-dan çoxdur. Hansı ki, meşənin şahı sayılan Şirdə isə bu, Yaquardan 3 dəfə az, 650 PSI-dır. Yaquar hal-hazırda Meksikadan (bəzən ABŞ-nin cənub-qərbində də görülə bilər) Mərkəzi Amerikaa və Paraqvayın cənubu ilə Argentinanın şimalına qədər böyük bir ərazidə yayılmışdır. Xallı pişik fiziki olaraq daha çox leoparda bənzəsə də daha güclü və əzələli quruluşu, davranışı və habitat xüsusiyyətləri ilə pələngə daha yaxındır.
Yaquar (dəqiqləşdirmə)
Yaquar — heyvan. Yaquar — avtomobil markası. Yaquar — 1996-cı ildə çəkilmiş Fransa filmi.
Yaquar (heyvan)
Yaquar (lat. Panthera onca) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Yaquar Qərb yarımkürəsinin panter cinsindən olan ən böyük və ən güclü nümayəndəsidir. Yaquarlar, bütün böyük yırtıcı pişiklər arasında ən güclü dişləməyə malikdirlər və onlar özlərindən 4 dəfə böyük heyvanları belə asanlıqla məhv edə bilirlər. Hətta Yaquar, Köpək Balığından belə daha güçlü dişləməyə sahibdir. Güclü çənələri və iti dişləri, yaquarlara qalın timsah dəriləri və hətta tısbağa qabıqlarını belə asanlıqla deşməyə imkan verir. Yaquarın dişləmə qüvvəsi 1500 PSI-dan çoxdur. Hansı ki, meşənin şahı sayılan Şirdə isə bu, Yaquardan 3 dəfə az, 650 PSI-dır. Yaquar hal-hazırda Meksikadan (bəzən ABŞ-nin cənub-qərbində də görülə bilər) Mərkəzi Amerikaa və Paraqvayın cənubu ilə Argentinanın şimalına qədər böyük bir ərazidə yayılmışdır. Xallı pişik fiziki olaraq daha çox leoparda bənzəsə də daha güclü və əzələli quruluşu, davranışı və habitat xüsusiyyətləri ilə pələngə daha yaxındır.
Yaquar (içki)
Yaquar (rus. Ягуар)- Tərkibində 7% etil spirti olan (əvvəllər 9% və 5% idi) qazlı enerjili zəif alkoqollu içkidir. 2003-cü ildən Rusiyada Happyland şirkəti tərəfindən buraxılır. İçkinin rəsmi qaydaları Böyük Britaniyanın «IBB Ltd.» şirkətinə məxsusdur. Su, şəkər tozu, etilon spirti, limon turşusu, nanə ekstraktı, taruin, kofein, rəngləndiricilər, bəzi vitaminlər. 100 ml içkinin tərkibi: karbon 11,5 q kofein 30 mq taurin 40 mq vitaminlər B1, B6 и PP ≈ 0,11 mq kalorisi — 100,4 ккаl. Yaquar Rusiyada 4 zavodda istehsal olunur. ООО «Юнайтед Ботлинг Групп» 170039, г. Tver ООО «Мегапак» 142700, Moskva əyaləti., Lenin rayonu, Vidnoye ЗАО «ОСТ-Аква» 142432, Moskva əyaləti., Noqin rayonu, Cernoqolovka ООО «Артисан» 353240, Krasnadar əyaləti, Şimal rayonu, Severnaya Stanoça 2007-ci ilin mart ayında Jaguar Light 5,5% alkoqol tərkibi ilə, taurinsiz istehsal edildi. Bu içkinin qabı ağ rəngdə idi, klassik içkinin qabının əksinə.
Yaquar (film, 1996)
"Yaquar" (fr. Le Jaguar) — rejissor Fransis Veberin filmi. Bir gecə dəbdəbəli Paris mehmanxanasının liftinə 3 nəfər eyni vaxtda minmişdilər. Bunlar Amazonkadan səyahətə gəlmiş hindu, onun tərcüməçisi – uşaqlıqdan hinduların arasında böyümüş fransız Kampana və avara, fırıldaqçı olan Fransua Perren idi. Perren çoxdandır ki, oyun borcuna görə quldurlar tərəfindən təqib olunur. Hindu Vanu gözlənilmədən gücünü itirir, onu xəstəxanada xüsusi reanimasiya otağına gətirirlər. Hindu imkan tapıb öz tərcüməçisinə onun ruhunu kimsə oğurladığını deyir. Vanunun ruhunu qaytarmaq üçün xüsusi bir qəhrəman lazımdır ki, səfərə yollansın. Qəribə olsa da, Vanu bu səfərə Perreni seçir. Perren əvvəl bu işə razılıq vermək istəmir.
Yaquar (Formula-1 komandası)
Yaquar Jaguar Racing, 2000–2004-cü illərdə FIA Formula 1 Dünya Çempionatında iştirak edən Formula 1 komandası idi. 1999-cu ilin iyun ayında Ford-dan Jackie Stewart-ın Stewart Qran-priFormula One komandası tərəfindən satın alındı. Ford, Jaguar Racing şirkətinin adını, Jaguar premium avtomobil şirkətini tanıtmaq üçün qlobal marketinq əməliyyatlarının bir hissəsi olaraq dəyişdirdi. Bu markadan istifadə etməyə baxmayaraq, onlar Cosworth mühərrikli avtomobillərdən istifadə etməyə davam etdilər, heç bir Jaguar mühəndisliyi istifadə olunmadı. 2000-ci ildə komandanı Fordun Premyer Automotive Group başçısı olan Wolfgang Reitzle idarə etdi. Komandanın 1999-cu il Dünya Kubokunun ikinci üzvü Eddie Irwinni keçmiş pilot Stuart Johnny Herbert ilə əməkdaşlıq etdi, lakin bu mövsüm Stewart 1999-cu ildə əldə edə biləcəyi nəticələrə uyğun gəlmirdi. Nəticələr 2001-ci ildə də yaxşı olmadı. Hətta ilin ortalarında FIA F1 in 3 qat dünya çempionu Niki Lauda nın təyin olunmasına baxmayaraq, komandaya mənəvi kömək olmadı və komanda yenidən geri düşdü. 2003-cü ildə komanda John Hogan tərəfindən idarə edildi. Yaxşı rəhbərlik və resursların daha səmərəli istifadəsi komandanın inkişafına səbəb oldu.
Yaquarlar
Yaquar (lat. Panthera onca) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Yaquar Qərb yarımkürəsinin panter cinsindən olan ən böyük və ən güclü nümayəndəsidir. Yaquarlar, bütün böyük yırtıcı pişiklər arasında ən güclü dişləməyə malikdirlər və onlar özlərindən 4 dəfə böyük heyvanları belə asanlıqla məhv edə bilirlər. Hətta Yaquar, Köpək Balığından belə daha güçlü dişləməyə sahibdir. Güclü çənələri və iti dişləri, yaquarlara qalın timsah dəriləri və hətta tısbağa qabıqlarını belə asanlıqla deşməyə imkan verir. Yaquarın dişləmə qüvvəsi 1500 PSI-dan çoxdur. Hansı ki, meşənin şahı sayılan Şirdə isə bu, Yaquardan 3 dəfə az, 650 PSI-dır. Yaquar hal-hazırda Meksikadan (bəzən ABŞ-nin cənub-qərbində də görülə bilər) Mərkəzi Amerikaa və Paraqvayın cənubu ilə Argentinanın şimalına qədər böyük bir ərazidə yayılmışdır. Xallı pişik fiziki olaraq daha çox leoparda bənzəsə də daha güclü və əzələli quruluşu, davranışı və habitat xüsusiyyətləri ilə pələngə daha yaxındır.
Yaquarundi
Yaquarundi (lat. Puma yagouaroundi) — puma cinsinə aid heyvan növü.
Yozef Mari Yaquard
Yozef Mari Yaquard (fr. Joseph Marie Jacquard) — Fransız ixtiraçı. 7 iyul 1752-ci ildə fransız ixtiraçı, proqramla idarə olunan toxucu dəzgahının (Jakkard maşını) müəllifi Jozef Mari Jakkard (Joseph Marie Jacquard) anadan olmuşdur. O, ilk dəfə informasiyanın daxil edilməsi yolu ilə idarə olunan maşının nümunəsini yaratmışdır. Napoleon Bonapart, Jakkarda hər işləyən dəzgaha görə 50 frank mükafat almaq hüququnu vermişdi. 1812-ci ildə artıq 18 min Jakkard dəzgahı istifadə edilirdi. 1840-cı ildə doğulduğu Lion şəhərində Jakkardın abidəsi ucaldılmışdır. Yozef Mari gənc yaşlarından etibarən toxuçuluq ilə maraqlanmağa başlamışdır. 38 yaşı olarkən, üzərində uzun illərdir işlədiyi mexaniki toxucu dəzgahını tamamladı. Dövrünə görə olduqca mühüm bir ixtira olmasına baxmayaraq, Yozef Marinin bu kəşfi Böyük Fransa inqilabı ilə eyni vaxtda düşdüyündən bir o qədər də diqqəti cəlb etməmişdir.

Digər lüğətlərdə