YAHYA
YAQUBALI
OBASTAN VİKİ
Həlimə Yaqub
Həlimə bin Yaqub (Cavi: حاليمه بنت ياچوب) (23 avqust 1954, Sinqapur) Malay mənşəli Sinqapur siyasətçisi. Həlimə Yaqub, 13 sentyabr 2017-ci il tarixindən Asiya ölkəsi Sinqapurun səkkizinci prezidenti kimi dövlət başçısı vəzifəsinə seçilmişdir. 2001-ci ildən bəri siyasətdə olan Həlimə Yaqub 2013-cü ildən bəri Sinqapurda parlamentin sədri vəzifəsini icra etmişdir. 7 avqust 2017-ci ildə qarşıdakı prezident seçkilərində iştirak etmək üçün vəzifəsindən istefa vermiş, 23 sentyabr 2017-ci il tarixində keçiriləcək seçkilərdəki namizədliyini açıqlamışdır. 2017-ci il prezident seçkiləri namizədləri arasında yeganə müvafiq namizəd olduğu elan edildikdən sonra seçkilərə ehtiyac olmadan 11 sentyabr 2017-ci il tarixində ölkənin yeni prezidenti elan edilmişdir.
Mail Yaqub
Mail Yaqub — Azərbaycan filosofu, pedaqoq, fəlsəfə üzrə fəlsəfə doktoru. == Həyatı == 10 iyun 1979-cu ildə Azərbaycanın Cəlilabad rayonunda anadan olmuşdur. Xəzər Universitetinin və Tehran Universitetinin məzunudur. Fəlsəfə elmləri üzrə fəlsəfə doktorudur. 2011-ci ildə "Nitsşenin "Əxlaq geneologiyası" əsərinin təhlili və tənqidi" mövzusunda doktorluq dissertasiya işini müdafiə etmişdir. 2009-cu ildə "Din fəlsəfəsi", 2012-ci ildə "Metafizika düşüncələri" kitabları Bakıda işıq üzü görmüşdür. 2008-ci ildən Xəzər Universitetinin Fəlsəfə departamantində "Müasir Avropa fəlsəfəsi", "Əxlaq fəlsəfəsi", "Fəlsəfəyə giriş" və "Din fəlsəfəsi" fənnlərini tədris edir. Ailəlidir. 2 övladı var.
Yaqub
Yaqub (ən tezi e.ə. 2006 və ən geci e.ə. 1791, Kənan – ən tezi e.ə. 1920 və ən geci e.ə. 1644, Qədim Misir) — Quranda adı çəkilən İslam peyğəmbərlərindən biri. 12 oğlu olmuşdur.
Musa Yaqub
Yaqubov Müsavat Səfiməmməd oğlu (Musa Yaqub; 10 may 1937, Buynuz, İsmayıllı rayonu – 7 may 2021, Buynuz, İsmayıllı rayonu) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1970), Milli Məclisin deputatı (1995–2000), Azərbaycan Respublikasının Xalq şairi (2019). == Həyatı == Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olmuşdur. Göyçay pedaqoji məktəbini bitirdikdən sonra Tircan kənd orta məktəbində müəllim (1957–1958), Buynuz kənd ibtidai məktəbində müəllim və müdir (1958–1967) işləmişdir. ADU-nun filologiya fakültəsində qiyabi təhsil almışdır (1967–1973). Həmin illərdə Buynuz kənd 8 illik məktəbinin müdiri olmuşdur. Bakıya köçəndən sonra Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışmışdır (1974–1978). İsmayıllı rayonunda çıxan "Zəhmətkeş" qəzetinin redaktoru olmuşdur (1978-?). Ədəbi fəaliyyətə 1957-ci ildə "Azərbaycan" qəzetində çap olunan "İki qəlb, iki dünya" poeması ilə başlamışdır. Moldovada Sovet ədəbiyyatı, Ukrayna və Özbəkistanda Azərbaycan ədəbiyyatı günlərində və digər ümumittifaq tədbirlərində iştirak etmişdir. Azərbaycan KP İsmayıllı rayon komitəsinin büro üzvü, rayon xalq deputatları Soveti ticarət və məişət xidməti daimi komissiyasınm sədri olmuşdur (1979—?).
Sultan Yaqub
Əbül Müzəffər Sultan Yaqub bəy (1464, Diyarbəkir – 14 dekabr 1490, Qarabağ) — Ağqoyunlu sultanı. Uzun Həsən və Səlcuqşah bəyimin oğludur. == Həyatı == 1464-cü ildə Diyarbəkirdə doğulmuşdur. Sultan Xəlilin dövründə Diyarbəkir valisi idi, lakin iyul ayında əyanlar Xəlili devirərək yerinə Yaqubu taxta çıxardılar. Məhəmmədəli Tərbiyətin "Danişməndani Azərbaycan" adlı kitabında Sultan Yaqub bəy haqqında yazılır: O, qardaşı tərəfindən Diyarbəkir hakimi təyin edilmiş və qardaşı şah olduqdan sonra Azərbaycana gəlib, onun əleyihinə çıxmışdır. Hicri-qəməri 883-cü il rəbiül-əvvəl ayının 14-də çərşənbə günü (1478, 15 iyun, bazar ertəsi) Sultan Yaqub Xoy şəhəri kənarında qardaşını öldürüb, özü şah olmuşdur.Əminəddin İsfahani isə onun haqqında belə deyir:Şahzadə Yaqub, Təbrizdən təzəcə çıxmışdı ki, güclü qar başladı. Ordudakı əsgərlər qara və qırmızı paltarlar içində fil rəngində bir meydançada şahmat atları kimi hərəkət edirdilər. Vanın şimal-şərqindəki Bəndi Mahiyə gəldikdə Süleyman bəy Bicənoğlu şahzadəyə qoşuldu və birlikdə Bitlis tərəfinə hərəkət etdilər. Yolda yenə qara yağdı və özlərini bir ribata çətinliklə atdılar. Tavaçının yolu açdırmasından sonra hərəkət etdilər.
Yaqub (ad)
Yaqub — ad. Yəqub — peyğəmbər.
Yaqub (peyğəmbər)
Yaqub (ən tezi e.ə. 2006 və ən geci e.ə. 1791, Kənan – ən tezi e.ə. 1920 və ən geci e.ə. 1644, Qədim Misir) — Quranda adı çəkilən İslam peyğəmbərlərindən biri. 12 oğlu olmuşdur.
Yaqub Abdullayev
Yaqub Hidayət oğlu Abdullayev — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Azotlu birləşmələr" laboratoriyasının sabiq müdiri, kimya üzrə elmlər doktoru, professor. == Həyatı == Yaqub Hidayət oğlu Abdullayev 1939-cu il aprelin 28-də Füzuli şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1946-1953-cü illərdə Füzuli rayonundakı B.Sərdarov adına yeddiillik məktəbdə, 1953-1957-ci illərdə Pedaqoji texnikumda təhsilini başa vurduqdan sonra təyinat üzrə İmişli rayonunda Qızılkənd yeddiillik məktəbinin müəllimi işləmişdir. 1957-1959-cu illərdə ordu sıralarında xidmət etdikdən sonra Azərbaycan Elmlər Akademiyası (EA) Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) Təcrübə-Sənaye zavodunda operator, 1960-64-cü illərdə isə “Monomerlər kimyası” laboratoriyasında baş texnik vəzifəsində fəaliyyət göstərmişdir. 1961-67-ci illərdə Bakı Dövlət Universitetinin kimya fakültəsinin axşam şöbəsində ali təhsil alan Y.H.Abdullayev 1964-67-ci illərdə mühəndis, 1967-75-ci illərdə kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1967-71-ci illərdə Azərbaycan EA NKPİ-nin qiyabi aspiranturasında təhsil almışdır. 1975-84-cü illərdə NKPİ-nin “Azotlu birləşmələr” laboratoriyasında baş elmi işçi, 1984-2012-ci illərdə həmin laboratoriyanın müdiri vəzifəsində çalışmışdır. Y.H.Abdullayev 1972-ci ildə “Tsikloheksan karbohidrogenləri ilə zəngin olan benzin fraksiyalarının oksidləşdirici ammonoliz reaksiyasının tədqiqi” mövzusunda namizədlik, 1991-ci ildə isə “Aromatik nitrillərin, onların amin- və amid törəmələrinin alınma üsullarının işlənib hazırlanması və onların əsasında yeni oliqomer məhsulların sintezi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək “Neft kimyası” ixtisası üzrə müvafiq elmi dərəcələrə yiyələnmişdir. 1998-ci ildə həmin ixtisas üzrə professor elmi adı almışdır.
Yaqub Babayev
Yaqub Məhərrəm oğlu Babayev (tam adı: Babayev Yaqub Məhərrəm oğlu) — Azərbaycan ədəbiyyatşünası, pedaqoq, filologiya elmləri doktoru, professor (2017), Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Yaqub Məhərrəm oğlu Babayev 12 oktyabr 1958-ci ildə Gədəbəy rayonunun Dəyəqarabulaq kəndində müəllim ailəsində anadan olmuşdur. Dəyəqarabulaq kənd səkkizillik məktəbini bitirmiş (1965-1973), Rüstəm Əliyev (indiki Miskinli) kənd orta məktəbində orta təhsilini tamamlamışdır (1973-1975). 1976-1980-ci illərdə Həsən bəy Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Pedaqoji Universiteti) Azərbaycan dili və ədəbiyyatı fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Ali məktəbi bitirdikdən sonra təyinatla göndərildiyi İsmayıllı rayonunun Qalacıq və Qələyə kənd məktəbində (1980-1985) ixtisası üzrə müəllim işləmişdir. 1981-1983-cü illərdə ordu sıralarında xidmət etmişdir. V.İ. lenin adına ADPİ-nin (indiki ADPU-nun) Azərbaycan ədəbiyyatı tarixi kafedrasının əyani aspiranturasını bitirmişdir (1985-1988). “Azərbaycan uşaq nəsrinin inkişafı tarixindən (1905-1920)” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsi almışdır (1989). Yaqub Babayevin əmək fəaliyyəti 1990-cı ildən etibarən ADPU ilə bağlıdır. O, həmin universitetin “Folklorşünaslıq” laboratoriyasında kiçik elmi işçi (1990-1992) və baş elmi işçi (1992-1994) vəzifələrində çalışmış, Azərbaycan ədəbiyyatı tarxı kafedrasında müəllim (1994-1998) işləmişdir.
Yaqub Budaqov
Yaqub Qurban oğlu Budaqov (d. 22 dekabr 1927, Babək rayonu, ZSFSR, SSRİ — ö. 2 oktyabr 1993, Naxçıvan, Naxçıvan MR, Azərbaycan) — həkim-nevropatoloq, tibb elmləri namizədi və Azərbaycan Respublikasının əməkdar həkimi. == Həyatı == Yaqub Budaqov 1927-ci ildə Babək rayonunun Sovetabad kəndində (indiki Xətai küçəsi) anadan olmuşdur. 1952-ci ildə Azərbaycan Dövlət Tibb İnstitunun (İndiki Azərbaycan Tibb Universiteti) müalicə-profilaktika fakültəsini bitirmişdir. 1964-cü ildə tibb elmlər namizədi və Azərbaycan Respublikasının əməkdar həkimi olmuşdur. 1957-ci və 1993-cü illər arasında, Naxçıvan Respublika Xəstəxanasında nevropotologiya şöbəsinin müdiri, eyni zamanda Naxçıvan MR-ın Səhiyyə Nazirliyinin baş nevropatoloqu vəzifəsində işləmişdir. 1993-cü ilin oktyabr ayının 2-də Naxçıvan şəhərində 65 yaşında vəfat etmişdir. == Xatirəsi == 1994-cü ildə Naxçıvan MR Psixonevroloji Dispanserinə Yaqub Budaqovun adı verilmişdir.
Yaqub Eyyubov
Yaqub Abdulla oğlu Eyyubov (24 oktyabr 1945, Mingəçevir) — Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini (2003-cü ildən). == Həyatı == Yaqub Eyyubov 24 oktyabr 1945-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. ixtisası — inşaat mühəndisidir, texnika elmləri doktoru, professordur. 1994-cü ildə Beynəlxalq Mühəndis Akademiyasının akademiki seçilmişdir. == Əmək fəaliyyəti == Əmək fəalliyyətinə 1964-cü ildə leyt. Şmidt adına zavodda tornaçı kimi başlamışdır. 1963–1964-cü illərdə Azərbaycan Politexnik İnstitutunun tələbəsi olmuşdur. 1964–1967-ci illərdə ordu sıralarında qulluq etmişdir. 1968–1972-ci illərdə Azərbaycan Politexnik İnstitutunun tələbəsi olmuşdur. 1970–1972-ci illərdə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsinin komsomol komitəsinin katibi, 1972–1974-cü illərdə həmin institututda baş laborant, institutun aspirantı, 1973–1974-cü illərdə institut partiya komitəsi katibinin müavini olmuşdur.
Yaqub Hacıyev
Yaqub Hacıyev (9 may 1929, Şamxor – 19 iyul 2009) — akademik, baytarlıq elmləri doktoru (1968), professor (1972), AMEA-nın həqiqi üzvü (2001). == Həyatı == Yaqub Hacıyev 9 may 1929-cu ildə Şəmkir rayonunun Morul kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1946-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Baytarlıq fakültəsinə daxil olmuşdur. 1949-cu ildə Leninqrad Baytarlıq İnstitutuna köçürülərək, 1951-ci ildə burada ali təhsilini uğurla başa vurmuşdur. O, 1957-ci ildə Moskvada Konstantin Skryabin adına Ümumittifaq Helmintologiya İnstitutunun aspiranturasını bitirmişdir. == Əmək fəaliyyəti == Yaqub Hacıyev əmək fəaliyyətinə Zaqatala Kənd Təsərrüfatı Texnikumunda müəllim kimi başlamış, 1951–1952-ci illərdə Şəmkir Rayonu Mərkəzi Baytarlıq Müalicəxanasında baytar həkimi işləmişdir. O, 1952–1956-cı illərdə Azərbaycan Elmi Tədqiqat Baytarlıq Təcrübə Stansiyasının Naxçıvan dayaq məntəqəsində kiçik elmi işçi, 1956–1958-ci illərdə Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunun Naxçıvan Kənd Təsərrüfatı Zona təcrübə stansiyasında baytarlıq şöbəsinin müdiri, 1958–1959-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin respublika baytarlıq laboratoriyasında baş baytar vəzifələrində çalışmışdır. == Elmi fəaliyyəti == Yaqub Hacıyevin elmi fəaliyyəti 1959-cu ildən etibarən Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutu ilə bağlı olmuşdur. O, 1959–1968-ci illərdə bu institutda müxtəlif vəzifələrdə çalışmış, 1968-ci ildən ömrünün sonuna qədər burada laboratoriya müdiri işləmişdir.Yaqub Hacıyev 1957-ci ildə namizədlik və 1968-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1972-ci ildə professor elmi adını almışdır. O, 1972-ci ildə Ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyasının müxbir üzvü seçilərək, akademiyanın heyvandarlıq və baytarlıq üzrə Zaqafqaziya bölməsinin sədri vəzifəsini tutmuş, 1991-ci ildə isə akademiyanın həqiqi üzvü seçilmişdir.
Yaqub Hüseynov
Yaqub Valeh oğlu Hüseynov (13 avqust 1971, Bakı) — Azərbaycanlı sahibkar, sərmayəçi, developer və xeyriyyəçi. O, ”Bridge Group” şirkətinin təsisçisidir. Bu təsisat həm yerli, həm də beynəlxalq bazarlarda inşaat, otelçilik və restoran, logistika, mülkiyyətin idarə edilməsi və kənd təsərrüfatı kimi sahələri əhatə edən şirkətlər qrupudur. Yaqub Hüseynov Bakıda anadan olub, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. O, Wharton Business School-da Strateji Düşüncə və Liderlik proqramını, eləcə də Harvard Business School-da Strategiyanın həyata keçirilməsi proqramını başa vurub. == Sahibkarlıq fəaliyyəti == Fəaliyyətini memarlıq-layihələndirmə və inşaat sahəsində başlayan Yaqub Hüseynov məqsədyönlü, yaradıcı və etibarlı peşəkar kimi nüfuz qazanıb. Bu günə qədər bir çox beynəlxalq peşəkar assosiasiyaların mühüm və fəal üzvü kimi fəaliyyətini davam etdirməkdədir. 1998-ci ildə "Global Interiors Group" şirkətini təsis edib. Bu şirkət Azərbaycan bazarında qısa bir zamanda aparıcı memarlıq və tikinti şirkətlərinin siyhısında yer alıb. 2007-ci ildə Bakıda ilk kommersiya daşınmaz əmlak mərkəzlərindən biri - "Bridge Plaza" inşa edilmişdir.
Yaqub Həsənzadə
Yaqub Həsənzadə (Yaqub Dadaş oğlu Həsənzadə; 1906, İran, Cənubi Azərbaycan, Sərab ş. — 16 aprel 1975 Bakı) — sovet partiya və dövlət xadimi, Azərbaycan SSR Ali Məhkəməsinin üzvü, İkinci Dünya müharibəsinin iştirakçısı. == Həyatı == === Erkən illəri === Yaqub Həsənzadə Dadaş oğlu, 1906-cı ildə İranın Sərab şəhərində anadan olub. 1912-ci ildə valideynləri və böyük qardaşı Həmidullah Həsənzadə ilə birlikdə Bakıya köçüb. 16 yaşında, anasının vəfatından və atasının Səraba qayıtmasından sonra Yaqub Həsənzadə müstəqil həyata başlayaraq 1923-cü ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin nəzdindəki Sovet Partiya Məktəbində oxuyur və parlaq bir məzun olduqdan sonra rəhbər işlərə göndərilir. Tanınmış şair, Böyük Britaniyanın "10 ən yaxşı xarici şairi" adına layiq görülmüş Nigar Həsənzadənin babasıdır. === Vəfatı === Yaqub Həsənzadə 1975-ci ildə Bakı şəhərində vəfat etmiş və Yasamal qəbiristanlığında dəfn olunmuşdur. == Fəaliyyəti == Yaqub Həsənzadə bir sıra keçmiş qəza və dairə (Qazax, Laçın, Salyan, Naxçıvan 1926–1931) komsomol komitələrinin katibi vəzifəsində işləyir. 1931–1934-cü illərdə Naxçıvan Vilayət Partiya Komitəsinin katibi, Noraşen rayonu partiya komitəsinin katibi, Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Şuşa rayon Komitəsinin məsul katibi, Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Komitəsi MK-nın üzvü, Azərbaycan K(b)P Naxçıvan və Dağlıq Qarabağ Vilayət Komitələrinin plenum və büro üzvü seçilmişdir. Sonradan Azərbaycan Mərkəzi Nəzarət Komissiyasının qərarı ilə Yaqub Həsənzadə 1937-ci ilin əvvəlinə qədər işlədiyi Azərbaycan SSR Ali Məhkəməsinin üzvü kimi işə göndərilir.
Yaqub Kalqay
Əmir Hüseyn Yaqub Kalqay (1 yanvar 1887, Bağçasaray, Tavriya quberniyası[d] – 18 iyun 1955) – Türk siyasətçi və Türkiyə Böyük Millət Məclisinin VIII çağırış deputatı. == Həyatı == Yaqub Kalqay 1 yanvar 1887-ci ildə Krımın Bağçasaray şəhərində dünyaya gəlmişdir. İlk təhsilini Mülkiyə məktəbində almışdır. == Fəaliyyəti == İstanbul Şehremaneti Elm Heyəti mühəndisliyi, Samsun Sivas Dəmir Yolu İnşaat mühəndisliyi, Canik Sanjesi Yolu və Körpülər Baş mühəndisliyi, Mülki Dəmir Yolları və Limanları Hərbi Nəzarət Ümumi müdirliyi, Dəmiryol İnşaat Baş məsləhət və İnşaat və İstismar müdirliyi, Samsun Sivas Dəmiryol İnşaat və İstismar müfəttişi, Kayseri, İzmir Əməliyyatı Müfəttiş, Filyoz Zonquldağ Dəmiryol İnşaat müdirliyi, Nafifa Dəmiryolları İnşaat Elm Heyəti baş mühəndisliyində və.s kimi qurumlarda çalışmışdır. Türkiyə Böyük Millət Məclisinin VIII çağırış deputatı olmuşdur.
Yaqub Mahmudov
Yaqub Mikayıl oğlu Mahmudov (digər adı: Yaqub Mahmudlu; 10 fevral 1939, Baş Göynük, Şəki rayonu) — tarix elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Azərbaycanın və Dağıstanın əməkdar elm xadimi, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, BDU-nun Tarix fakültəsinin Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri, AMEA-nın müşaviri. == Həyatı == Yaqub Mahmudov 1939-cu il fevralın 10-da Şəki rayonunun Baş Göynük kəndində anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1966-cı ildə "Ağqoyunlu dövlətinin Venesiya ilə qarşılıqlı əlaqələri (XV əsrin 60–70-ci illəri)" mövzusunda namizədlik dissertasiyası, 1989-cu ildə isə M. V. Lomonosov adına Moskva Dövlət Universiteti Tarix fakültəsinin Elmi Şurasında "Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri (XV əsrin II yarısı – XVII əsrin əvvəlləri)" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. O, 1966–1975-ci illərdə Azərbaycan Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor, redaksiya müdiri, elmi işlər üzrə baş redaktor müavini, 1968–1981-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU) baş müəllim, dosent və 1981–2004-cü illərdə isə BDU-nun Tarix fakültəsində dosent, kafedra müdiri, dekan müavini və dekan işləyib.1986–1990-cı illərdə onun təşəbbüsü ilə Respublika Tarix Liseyi yaradılıb, Tarix fakültəsində yeni ixtisaslar – "tarixçi‐arxivşünas", "tarixçi‐şərqşünas", "çinşünas", "tarixçi‐arxeoloq", "tarixçi‐etnoqraf", "beynəlxalq münasibətlər", "sosiologiya", "psixologiya", "etnopsixologiya", "etnososiologiya" və "sosial psixologiya" ixtisasları açılıb, "Azərbaycanın maddi‐mədəniyyət tarixi", "Dünya azərbaycanlıları: tarixi‐demoqrafiya" elmi‐tədqiqat laboratoriyaları, "Tarixi tədqiqatlarda elektron‐hesablama maşınları və riyazi üsulların tətbiqi" tədris laboratoriyası yaradılıb, qədim türk dili və folklorunun tədrisinə başlanılıb.1991-ci ildən BDU-nun Tarix fakültəsinin Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiridir və həmin kafedranın formalaşması onun adı ilə bağlıdır. Yaqub Mahmudov Azərbaycan Respublikasının yeni təhsil sisteminin yaradılması işində, o cümlədən qəbul proqramlarının tərtibində və təkmilləşdirilməsində, test bankının yaradılmasında, fənlər üzrə metodiki vəsaitlərin hazırlanmasında fəal iştirak edib. 1991–1992‐ci illərdə Təhsil Konsepsiyası və Təhsil Qanununu hazırlayan ekspert‐işçi qrupuna rəhbərlik edib.1992–1993-cü illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Ali Attestasiya Komissiyasının (indiki Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası) sədr müavini və "Azərbaycan Ensiklopediyası" Nəşriyyat-Poliqrafiya Birliyinin baş direktoru vəzifələrində çalışıb. O, 2004–2021-ci illərdə AMEA-nın Tarix İnstitutunun (indiki Tarix və Etnologiya İnstitutu) direktoru olub. 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilib. 1000-dən çox elmi əsərin müəllifidir.
Yaqub Mehdiyev
Mehdiyev Yaqub Ağa oğlu (26 mart 1948 – 29 mart 2013) — monumentalçı rəssam. == Həyatı == Yaqub Mehdiyev 1948-ci il 26 martda Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1967-ci ildə Ə. Əzimzadə adına Rəssamlıq Məktəbini fərqlənmə ilə bitirmiş, elə həmin il Moskva Ali Rəssamlıq Akademiyasının Monumental Dekorativ Rəngkarlıq fakültəsinə daxil olmuşdur. 1972-ci ildə Moskva Ali Rəssamlıq Akademiyasını bitirmişdir. 1975-ci ilədək Moskva Bədii Fondunda monumentalçı-rəssam vəzifəsində çalışmışdır. Y. Mehdiyevin yaradıcılıq stajı 1966-cı ildən başlamışdır. 1976-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Azərbaycanda və xaricdə nümayiş olunan sərgilərdə fəal iştirak etmişdir. Onun mozaika və rəngkarlıq əsərləri İtaliya, Fransa, İngiltərə, İsrail, İspaniya, İsveç, Avstriya, Kanada, Almaniya, İsveçrə, Rusiya, Ukrayna, Estoniya, Türkiyə, ABŞ, İran, Misir, BƏƏ, Yaponiya və digər dünya ölkələrinin muzeylərində və şəxsi kolleksiyalarında qorunur. 1991-ci ildə rəssamın "Sevgililər" adlı mozaik əsəri Turqut Özalın ailəsinə hədiyyə edilmişdir.
Yaqub Məmmədov
Yaqub Məmmədov (prokuror) — Azərbaycan SSR prokuroru (1954) Yaqub Məmmədov (ədliyyə komissarı) — Azərbaycan SSR ədliyyə komissarı (1935–1936) Yaqub Məmmədov (siyasətçi) — Azərbaycan professoru, siyasətçisi, Azərbaycan Ali Sovetinin sədri (1992), millət vəkili. Yaqub Məmmədov (xanəndə) — Azərbaycan xanəndəsi.
Yaqub Nuriyev
Yaqub Nuriyev (azərb. Yaqub Qayubqulu oğlu Nuriyev‎; d.10 iyul 1953, Zəngəzur mahalının Sisyan rayonu) — Azərbaycanın əməkdar jurnalisti. == Həyatı == Yaqub Nuriyev 1953-cü il iyul ayının 10-da Zəngəzur mahalının Sisyan rayonunda anadan olub. 1970-ci ildə Sofulu kənd orta məktəbini bitirərək ali təhsil almaq üçün Bakıya gəlib. Azərbaycan Politexnik İnstitutunun axşam şöbəsində təhsil almaqla bərabər Yeni Bakı Neftayırma zavodunda çilingər işləyib. O vaxtlar zavodun çoxtirajlı “Neftayıran” qəzetində idman mövzusunda çıxışlar edib. 1988-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib və o vaxtdan həmin ali təhsil ocağının “Bədən tərbiyəsi nəzəriyyəsi və metodikası” kafedrasının baş müəllimidir. == Fəaliyyəti == 1974-cü ildən respublika mətbuatı, xüsusilə “İdman”, “Azərbaycan gəncləri”, “Bakı” qəzetləri və Azərbaycan radiosu ilə əməkdaşlığa başlayıb. Radioda müxbirlikdən şöbə müdiri vəzifəsinədək yüksəlib və 2009-cu il oktyabrın 1-dək həmin təşkilatda çalışıb. 6 dəfə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, habelə Azərbaycan İdman Jurnalistlər Assosiyasiyasının mükafatları ilə təltif olunub, dəfələrlə ilin ən yaxşı idman jurnalisti seçilib.
Yaqub Nəcəfov
Yaqub Məhəmməd oğlu Nəcəfov (7 iyul 2000; Culfa, Azərbaycan — 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Yaqub Nəcəfov 2000-ci il iyulun 7-də Culfa şəhərində anadan olub. 2017-ci ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alırdı. Quru Qoşunlar Fakültəsinin IV kurs Kursantı idi. 2020-ci ilin sentyabrda İkinci Qarabağ müharibəsinin başlaması ilə bağlı "kiçik leytenant" rütbəsi ilə müharibəyə yollandı.Şəhadətindən sonra leytenant hərbi rütbəsi verilib. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik leytenantı olan Yaqub Nəcəfov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Yaqub Nəcəfov noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Culfa şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yaqub Nəcəfov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Yaqub Nəcəfov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Yaqub Nəcəfov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Yaqub Nəsirli
Yaqub Nəsirli (8 noyabr 1899 – 11 noyabr 1958) — Azərbaycan əsilli türkmən şairi. == Həyatı == Yaqub Nəsirli 8 noyabr 1899-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1925-ci ildən Türkmənistanda çap olunurdu. 1941-ci ildə "Şeirlər" adlı toplusu nəşr edilmişdi. 1941-ci ildə cəbhədə "Leytenant oğlu" adlı poema yazmışdı. 1942-ci ildə "İgidlik" adlı əsər ərsəyə gətirdi. 1943-cü ildə "Düşməni vur" adlı toplusu dərc olundu. Yaqub Nəsirli "Arslan" adlı pyesin müəllifidir. Onun qələmindən xeyli hekayə, uşaqlar üçün yazılar çıxmışdı. O, Səməd Vurğunu, V. Mayakovskini, S. Marşakı və Cambulu türkmən dilinə tərcümə etmişdi.
Yaqub Quliyev
Yaqub Allahqulu oğlu Quliyev- Sovet Ordusunun general-mayoru, İkinci Dünya müharibəsi iştirakçısı == Həyatı == Yaqub Allahqulu oğlu Quliyev 1900-cu il yanvarın 25-də füsunkar Qarabağın Şuşa şəhərində dünyaya gəlib. Milliyətcə azərbaycanlıdır. 1942-ci ilin dekabr ayında altmış birinci süvari diviziyasının ön döyüş xəttində qəhrəmanlıqla vuruşan general-mayor Yaqub Quliyev Stalinqrad ətrafı döyüşlərin birində ölümcül yaralandı. Həlak olandan sonra Lenin ordeni ilə təltif olundu. Hər iki generalımızın - Həzi Aslanovun 55-ci Əlahiddə Tank alayı və süvari korpus komandirinin müavini Yaqub Allahqulu oğlu Quliyevin 222-ci süvari alayı faşist feldmarşalı Manşteynin tank ordusunun darmadağın edilməsində qeyri-adi döyüş məharəti göstərmişlər. Bu döyüşlərdəki əvəzsiz komandirlik rəşadətinə görə general-mayor Yaqub Quliyev Lenin ordeninə, Həzi Aslanov isə Sovet İttifaqı Qəhrəmanı kimi şərəfli ada layiq görüldü. == İstinadlar == == Xarici keçidlər == "Qarabağın görkəmli şəxsiyyətləri:Yaqub Quliyev (1900-1942)". "Virtual Qarabağ" İKT Mərkəzinin rəsmi portalı (az.). virtualkarabakh.az. 2013.
Yaqub Qurbanov
Yaqub Ziyəddin oğlu Qurbanov — Azərbaycan Respublikasının baş terapevti, Azərbaycan Tibb Universitetinin "Terapevtik və pediatrik propedevtika" kafedrasının professoru, kardioloq. == Həyatı == Yaqub Qurbanov 1970-ci ildə ATU-nun müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, həmin ildən Elmi Şuranın qərarı ilə professor T. Ə. Əliyevin rəhbərlik etdiyi "Fakültə terapiyası" kafedrasına kliniki ordinator vəzifəsinə təyin edilmişdir. 1973-cü ildən isə "I Daxili xəstəliklərin propedevtikası" kafedrasına müsabiqə ilə assistent secilmiş, sonradan dosent, professor, 1992-ci il tarixdən 11. VII.2013-cü il tarixə kimi "I Daxili xəstəliklərin propedevtikası" kafedrasının müdiri vəzifəsində çalışmışdır. Azərbaycan Tibb Universitetinin Elmi Şurasının 24 iyun 2013-cü il tarixli 10 saylı qərarına əsasən "I Daxili xəstəliklərin propedevtikası", "II Daxili xəstəliklərin propedevtikası" və "Uşaq xəstəliklərinin propedevtikası" kafedraları birləşdirilərək onların bazasında "Terapevtik və pediatrik propedevtika" kafedrası yaradılmış və müsabiqə yolu ilə 8. X.2013-cü il tarixdən kafedrada professor vəzifəsinə seçilmişdir. 1983-cü ildə "Ürəyin işemik xəstəliyinin (ÜİX) inkişafı və onun gedişində litium mikroelementinin rolu" mövzusunda namizədlik dissertasiyası, 1995-ci ildə isə "Ürəyin limfadrenajının tənzimlənməsi və onun ÜİX-nin patogenezi və müalicəsindəki əhəmiyyəti" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 2010-cu ildə Respublikanın "Əməkdar həkimi" fəxri adına layiq görülmüşdür. Rəhbərliyi altında 2 nəfər tibb üzrə fəlsəfə elmləri doktoru adı almış və hal-hazırda 5 nəfər fəlsəfə elmləri doktoru, 1 nəfər isə doktorluq dissertasiyası üzərində çalışır. 214 elmi işin, o cümlədən 9 ədədi dərs vəsaiti və dərslik, 13 metodik tövsiyənin müəllifidir.
Yaqub Qəribov
Yaqub Qəribov Əli oğlu (1 yanvar 1952, Nic, Qutqaşen rayonu) — coğrafiya elmlər doktoru, professor. == Həyatı == Yaqub Əli oğlu Qəribov 1952-ci ildə Qəbələ rayonunun Nic kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1969–1973-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya fakültəsində təhsil almışdır.1975-ci ildə AMEA-nın Coğrafiya İnstitutunda aspiranturaya daxil olmuşdur. == Elmi fəaliyyəti == 1973–1975-ci illərdə Qutqaşen rayonunun Çuxur Qəbələ kənd orta məktəbində müəllim. 1983-cü ildə "Şirvan düzünün təbii landşaftlarının antropogen təsirlərlə dəyişilməsi və onun rekonstruksiya məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 2013-cü ildə "Azərbaycan respublikasının müasir landşaftlarının antropogen transformasiyasını və optimallaşdırılması yolları" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1979–1993-cü illərdə AMEA-nın Coğrafiya İnstitutunda kiçik elmi, baş elmi işçi və aparıcı elmi vəzifəsində çalışmışdır. Y. Ə. Qəribov 1992-ci ildən Bakı Dövlət Universitetinun Coğrafiya fakültəsində mühazirə dərsləri aparmış, 1994-cü ildən fiziki coğrafiya kafedrasında baş müəllim. 1997-ci ildən ildən dosent, 2012-ci ildən isə kafedra müdiri vəzifəsində çalışır. == Elmi əsərləri == Y, Ə, Qəribov fiziki coğrafiya və landşaftşünaslıq ixtisası üzrə 6 dərsliyin və dərs vəsaitinin, 3 metodik göstərişin, 4 monoqrafik əsərin, 10-dan artıq tədris proqramının, 200-dən çox elmi məqalənin müəllifidir.
Yaqub Rzayev
Yaqub Rzayev (komandir) — Qarabağ müharibəsi iştirakçısı və "Qarabağ şahinləri" batalyonunun rəhbəri
Aksaylı Uçar Hacı Yaqub
Aksaylı Uçar Hacı Yaqub və ya Uçar Hacı — Qafqaz müharibəsini araşdıran tarixçilərə və tədqiqatçılara görə, qumuq el ağsaqqalı. Onun bir dəfəyə iki rus generalını öldürdüyü və bununla məşhurlaşdığı məlumdur. == Həyatı == Aksaylı Uçar Hacı Yaqub barədə o qədər də məlumat yoxdur. Onun XVIII əsrdə anadan olduğu bilinir. O, indiki Xasavyurd rayonunun Köhnə Aksay məntəqəsində anadan olmuşdur. == 1825-ci ildə Gerzel aulundakı hadisə == 1825-ci ilin yayında Şimali Qafqazda yerlilərlə Rusiya imperiyası arasındakı Qafqaz müharibəsi hələ davam etməkdə və şiddətlənməkdə idi. Bu müharibədə ulduzları parlayan və gələcək vəd edən iki rus generalı Qrekov və Lisaneviç 300 qumuq ağsaqqalı qumuqların Aksay kəndindəki Gerzel-aulunda yerləşən qalaya topladı. Məqsəd rəsmi olaraq Rusiya imperiyasına tabe olan qumuqları çeçen üsyançılara dəstək vermələrinə görə cəzalandırmaq idi. Həmçinin, rus generalı Yermolovun bir digər məqsədi qumuqların ümumiyyətlə çeçenlərlə münasibətlərini kəsməyə nail olmaq idi. Ağsaqqallar toplaşdıqdan sonra rus generalları onları alçaltmağa və söyməyə başladı.
Araz Yaquboğlu
Araz Yaquboğlu (tam adı: Hacıyev Araz Yaqub oğlu; 1 avqust 1973, Yeni Daşkənd, Azərbaycan SSR) — tədqiqatçı, jurnalist, "Qızıl qələm" media mükafatı (2011) və Həsən bəy Zərdabi mükafatı (2023) laureatı, Laçın yurdu jurnalında baş redaktorun müavini, Azərbaycan Jurnalistlər Birliyinin (2023-cü ildən) və Azərbaycan Aşıqlar Birliyinin üzvü (2023-cü ildən). == Həyatı == Araz Yaquboğlu 1973-cü il avqustun 1-də Bərdə rayonunun Yeni Daşkənd kəndində ziyalı ailəsində anadan olub. Əslən Göyçə mahalının Daşkənd kəndindəndir. Atası Yaqub Hacıyev Bərdə rayonunda tanınmış mühəndislərdən olub.Araz Yaquboğlu 1980-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kənd orta məktəbinin I sinfinə getmiş və 1990-cı ildə həmin məktəbin ХI sinfini bitirmişdir. 1989-cu ildə Bərdə rayonu üzrə keçirilən riyaziyyatdan fənn olimpiadasında I yeri tutmuşdur. Orta məktəbdə oxuyarkən 1989–1990-cı illərdə məktəbin komsomol təşkilat katibi olmuşdur. 2 avqust 1990-cı ildə ilk əmək fəaliyyətinə Azərbaycan SSR Sənaye Müəssisələri İstehsalat Birliyinin Bərdə Nüşabə Kooperativində fəhlə kimi başlamışdır. 1 fevral 1991-ci ildə iş yerini dəyişərək 9 №li Dəmir Beton Məmulatları Zavodunda çilingər işləmişdir. 1991-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun "İnşaat" fakültəsinə qəbul olmuşdur. 1996-cı ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetinin "Sənaye və mülki tikinti" ixtisasını əla qiymətlərlə bitirmişdir.
Ağa Yaqub Erməni
Yaqub Markaryan- Ağa Yaqub Erməni, Aqa Yaqub Erməni Mirzə Yaqub Erməni və ya Ağa Yaqub İrəvani kimidə tanınan Gürcüstan ermənilərindən olan Fətəli şah Qacar hərəminin saray xocalarından və şah hərəmxanasının naziri idi.O, sarayda pul oğurlamaqına görə Rusiya səfirliyinə sığındı.O, İranda müsəlman olmuş gürcü qadınların siyahısın Rusiyanın İrandakı səfiri Aleksandr Qriboyedova verdi ki səfirliyə gətirilsinlər. Ağa Yaqub Erməni bu qadınları ki müsəlmanlar ilə evlənib və övladları var idi əsir adlandırıb və Qriboyedovdan istəyirdi onları Gürcüstana qaytarsınlar.Tehran əhalisinin istəyi ilə ki rəhbərləri Mirzə Məsih Müctəhid Tehrani idi Qriboyedov bu müsəlman olmuş gürcü qadınları səfirlikdən azad edib və Ağa Yaqub Ermənini də qovdu. Ağa Yaqub Erməni qəzəbli əhalinin tərəfindən öldürüldü.
Ağbulaq (Molla Yaqub)
Ağbulaq — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Sərab şəhristanının Mərkəzi bölgəsinin Molla Yaqub kəndistanında, Sərab şəhərindən 25 km cənub-qərbdə, Sərab-Ərdəbil avtomobil yolunun 7 kilometrliyindədir.
Baba Yaqublu
Baba Yaqublu (keçmiş Zəngəzur mahalı) yerləşən kənd. == Etimologiyası == Yelizavetpol quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Gorus r-nunda) kənd adı. 1825-ci ildə yaranmışdır. . XX əsrin əvvəllərində kənd dağılmışdır.
Bəxtiyar Yaqubov
Bəxtiyar Yaqubov (tam adı:Bəxtiyar Mikayıl oğlu Yaqubov; d. 26 iyul 1941, Göyçay, Azərbaycan SSR, ö. 25 yanvar 2015) — professor, İsrail Azərbaycanlıları Konqresinin vitse-prezidenti. == Həyatı == Bəxtiyar Yaqubov 26 iyul 1941-ci ildə Göyçay rayonunda doğulub. Orta məktəbi bitirəndən sonra Azərbaycan Neft-kimya institutuna daxil olub. 1963-cü ildə buranı bitirib, iki ildən sonra isə həmin təhsil müəssisəsinin aspiranturasına daxil olub. 1968-ci ildə namizədlik dissertasiyasını müdafiə edib. On il müddətində Azərbaycan Politexnik institutunda nəzəri mexanika fənnini tədris edib. Azərbaycan Memarlıq və İnşaat Universitetində mühazirələr oxuyub. Sonralar İsrailə köçüb və həmin ölkədə yerləşən Holon Texnologiya Universitetinin professoru olub.
Candaroğlu Yaqub bəy
Candaroğlu Yaqub bəy (v. 1346) — Candaroğulları bəyliyinin qurucusu Şəmsəddin Candarın oğlu. == Həyatı == Atası Şəmsəddin Yaman Candar bəydir. Qardaşı oğlu İbrahim bəyin ölüm tarixi bəlli olmasa da, 1345-ci ildə bəyliyin başında Yaqub bəyin olduğu məlumdur. Bəzi mənbələrdə onun hakimiyyətə gəlib-gəlmədiyi müəmmalı şəkildə göstərilmişdir. Məşhur səyyah İbn Bəttutə öz səyahətnaməsində, Yaqub bəyin qardaşı Süleyman bəyin dönəmində Kastamonuya gəldiyini, burada gözəl qarşılandığını, bəyin qardaşı Yaqub bəyin "Əfəndi" ünvanıyla anıldığını və böyük nüfuz sahibi olduğunu qeyd edir. Yaqub bəyin qısa səltənətinə aid hər hansı bir məlumat yoxdur. Ancaq cəmi 1 il sonra - 1346-cı ildə oğlu Adil bəyin hakimiyyəti ələ aldığı bilinir.
Ella Yaqubova
Ella İsmayıl qızı Yaqubova (30 dekabr 1946, Kirovabad) — Azərbaycanın teatr və kino aktrisası, Azərbaycanın xalq artisti (2018), Mingəçevir Dövlət Dram Teatrının aparıcı aktrisası, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü (1989). == Həyatı == Yaqubova Ella İsmayıl qızı 1946-cı il Dekabrın 30-da Gəncə şəhərində anadan olub. İbtidai təhsilini Gəncə şəhərində, orta məktəbi isə Bakı şəhərində 44 saylı orta məktəbi bitirib. 1963-cü ildə Bakı Mədəni Maarif Texnikumuna daxil olub, 1966-cı ildə oranı bitirdikdən sonra Gəncə Dövlət Dram Teatrına göndərilib həmin teatrda müxtəlif dram əsərlərində iştirak etib. 1968-ci ildə təyinatla Mingəçevir Dövlət Dram Teatrına göndərilib. 300-dən artıq obrazlar ifa edib. Mingəçevir Dövlət Dram Teatrında ifa etdiyi rollar: Almaz "Almaz" (Cəfər Cabbarlı) Sara "Solğun çiçəklər"(Cəfər Cabbarlı) Gültəkin "Aydın" (Cəfər Cabbarlı) Tanya "Yaşar" (Cəfər Cabbarlı) Sona "Hacı Qara"(Mirzə Fətəli Axundov) Həcər xanım "Eşq və İntiqam"(Süleyman Sani Axundov) Fəxrundə "Bayramın birinci günü"(Nazim Hikmət) Sara bəyim "Vətən dərdi"(Nazim Hikmət) Ana "Ana" (Hüseyn Cavid) Nənə "Nənəmin kələyi" (Əli Əmirli) Ana "İki yetimin taleyi"(Əli Əmirli) Nurcahan "Nənənin Kələyi"(Əhməd Orucoğlu) və.s əsərlərdə baş rolların və birinci dərəcəli obrazların ifaçısı olub.40-ildən artıq Mingəçevir Dövlət Dram Teatrında fəaliyyət göstərən aktrisa hal-hazırda Mingəcevir Dövlət Dram Teatrında yaranmış "Ümid" gənc aktyorlar studiyasında müəllim kimi fəaliyyət göstərərək Azərbaycan teatrı haqqında anlayış, səhnə danışığı, səhnə texnikası, səhnə hərəkəti və Azərbaycan teatrı haqqında tədris, maarif və mədəniyyət dərslərini keçir. Region televiziya kanalı olan "El" kanalında fəaliyyət göstərir. Azərbaycan istehsalı olan "Xoca" filmində "Sultan" xanım obrazında və "Həyat varsa" teleserialında çəkilib. == Mükafatları == 1988-ci ildə "Əmək veteranı" medalı, 2009-cu ildə Əməkdar artist fəxri adı, 2013-cü ildə "Tərəqqi" medalı, 2004-cü ildə "Qızıl Dərviş" mükafatı laureatı olmuş, Azərbaycan Teatr Xadimləri İttifaqında keçirilən bədii qiraət festiValının bir neçə dəfə iştirakçısı olmuş, ikinci dərəcəli diplom və digər mükafatlara layiq görülmüşdür.
Eltun Yaqublu
Eltun Sofik oğlu Yaqublu (19 avqust 1992, Bakı) — Səbail klubunun kapitanı və müdafiəçisi .
Elxan Yaqubov
Eyyub Yaqubov
Eyyub (Əyyub) Zəkəriyyə oğlu Yaqubov (26 aprel 1965, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının Xalq artisti (2018). == Həyatı == Eyyub Yaqubov 26 aprel 1965-ci ildə Bakının Bayıl qəsəbəsində anadan olmuşdur. İlk təhsilini 49 saylı orta məktəbdə almışdır. Musiqiyə olan böyük maraq onun eyni zamanda 3 saylı musiqi məktəbində oxumağı ilə əks olunur. 8 illik təhsilini orta məktəbdə bitirdikdə, 1980-ci ildə o Asəf Zeynallı adına Musiqi Texnikumunun fortepiano sinfinə daxil olur. Texnikumda oxumaqla yanaşı o, Əlibaba Məmmədovun rəhbərlik etdiyi "Humayun" xalq instrumental ansamblında pianoçu işləyirdi. Bu ansambl ilə o, Azərbaycanın bütün regionlarında keçirilən konsertlərdə iştirak edirdi. Hələ məktəbli olaraq 3 saylı musiqi məktəbinin 7-ci sinif şagirdi Azərbaycan pianoçuları arasında keçirilən müsabiqədə birinci yeri tutmuşdur. Əlibaba Məmmədovun ansamblında işləyərək, klassik musiqi ilə yanaşı Eyyub xalq musiqisini də öyrənirdi. Dostları və tanışları əhatəsində olaraq o hərdən mahnılar oxuyurdu.
Fevzi Yaqubov
Fevzi Yaqubov (krımtat. Fevzi Yaqub oğlu Yaqubov, Февзи Якъуб огълу Якъубов; 10 noyabr 1937 – 23 avqust 2019, Krım) — Texniki elmlər doktoru, professor, Krım Mühəndis-Pedaqoji Universitetinin rektoru (1993–2016). Ukrayna qəhrəmanı (2004), Krım Respublikasının fəxri vətəndaşı (2018). == Bioqrafiyası == 10 noyabr 1937-ci ildə Krım Muxtar Sovet Sosialist Respublikasının Çernomorsk rayonunda anadan olmuşdur. Miliyyətcə Krım tatarıdır. == Təhsil == Daşkənd Politexnik İnstitutunun mühəndis-mexanik, "Maşınqayırma texnologiyası" fakültəsini bitirmişdir (1956–1961), . 1966-cı ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. Doktorluq dissertasiyası "Kontakt proseslərinin termodinamikasının təhlili əsasında metal kəsici alətlərin davamlılığının artırılması yolları" olur. Texniki elmlər doktoru (1984), professor (1985). Krım Elmlər Akademiyasının üzvüdür (1994).
Fərman Yaqublu
Fərman Telman oğlu Yaqublu (20 iyun 1993, Qəhrəmanlı, Beyləqan rayonu – 23 iyul 2021, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin iştirakçısı. 23 iyul 2021-ci ildə saat 16:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri Basarkeçer rayonu ərazisindəki mövqelərdən Kəlbəcər rayonunu atəşə tutmuşdur. Açılan snayper atəşi nəticəsində Fərman Yaqublu şəhid olmuşdur. == Həyatı == Fərman Yaqublu 20 iyun 1993-cü il Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində anadan olmuşdur. Onun atası, Telman Yaqubov Birinci Qarabağ müharibəsində iştirak etmiş, 27 yanvar 1994-cü ildə Füzuli istiqamətində şəhid olmuşdur. == Hərbi xidməti == === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Ordusunun giziri olan Fərman Yaqublu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. 23 iyul 2021-ci ildə Ermənistan Silahlı Qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan–Azərbaycan Dövlət Sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutmuşdur. Açılan snayper atəşi nəticəsində hərbi qulluqçu, gizir Yaqublu Fərman Telman oğlu şəhid olmuşdur. Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə gizir Yaqublu Fərman Telman oğlu 29.12.2020 "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilmişdi.
Fəxrəddin Yaqubov
Fəxrəddin Yaqub oğlu Yaqubov (9 iyul 1962, Yusifbəyli, Qubadlı rayonu – 22 noyabr 2020, Laçın rayonu) — Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Təcili Tibbi Yardım Stansiyasının sürücüsü. == Həyatı == Fəxrəddin Yaqubov 1962-ci il iyulun 9-da Qubadlı rayonunun Yusifbəyli kəndində anadan olub. Ailəli idi, bir oğlu bir qızı yadigar qaldı. === Təhsili === 1969–1979-cu illərdə Qubadlı rayon Çay Tumas kənd tam orta məktəbində təhsil alıb. 1979–1980-ci illərdə Bakıda 12 saylı Peşə məktəbində "soyuducu təmirçisi" ixtisası üzrə təhsilini davam etdirmişdir. === Hərbi xidməti === Fəxrəddin Yaqubov 1980–1982-ci illərdə Sovet Ordusunun sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. === Fəaliyyəti və ölümü === Bir müddət Bakı şəhərində sərnişin daşıma nəqliyyatında işləyən Yaqubov 15 ildən artıq Xətai rayonunda 7 nömrəli Təcili Tibbi Yardım Stansiyasında çalışırdı. 2020-ci ilin fevralından Azərbaycanda da aşkar olunmağa başlayan Koronavirus pandemiyası zamanı Yaqubov Təcili Tibbi Yardım (TTY) Stansiyasının sürücüsü kimi koronavirus xəstələrini xəstəxanaya çatdırmışdır. Fəxrəddin Yaqubov 2020-ci il sentyabrın 28-dən İkinci Qarabağ müharibəsində könüllü olaraq çalışmağa başlamışdır. Fəxrəddin Yaqubov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl, Füzuli, Qubadlı və Laçın istiqamətlərində gedən döyüşlər zamanı ölən və yaralanan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularını döyüş meydanından çıxran Təcili Tibbi Yardım (TTY) avtomobilinin sürücüsü olub.
Gərd-i Yaqub (Soyuqbulaq)
Gərd-i Yaqub (fars. گرديعقوب‎‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 321 nəfər yaşayır (62 ailə).
Hacı Əlisəfa Yaqubov
Hacı Əlisəfa Yaqubov (1938, Xızı – 24 may 2016, Xızı rayonu) — Sosialist Əməyi qəhrəmanı, iki dəfə Azərbaycan Ali Sovetinin deputatı seçilmiş, hazırda Prezident təqaüdçüsü == Həyatı == Hacı Əlisəfa Yaqubov 1938-ci ildə anadan olmuşdur. Əslən Xızının Gimçi kəndindəndir.
Hikmət Yaqubov
Yaqubov Hikmət Əlisgəndər oğlu == Həyatı == Hikmət Əlisgəndər oğlu Yaqubov 1972-ci il avqustun 4-ü Masallı rayonunun Birinci Yeddioymaq kəndində dünyaya gəlib. 1979 - 1989 - cu illərdə Kalinovka kənd orta məktəbində oxuyub. 1989–1994 - cü illərdə Ə.Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. 2005-ci ildə daxil olduğu Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dövlət idarəetməsi fakultəsini 2008 ci-ildə fərqlənmə diplomu ilə bitirib. == Fəaliyyəti == 1992-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. Rejissor assistenti vəzifəsindən baş rejissor vəzifəsinə qədər pillə-pillə yüksəlib. Televiziya karyerası müharibə dövrünə təsadüf edən Hikmət Yaqubov Televiziyanın Hərbi Proqramlar və Salnamə Redaksıyasında olduğu illərdə qaynar döyüşlərin getdiyi bölgələrdən, Ağdam, Füzuli, Goranboy rayonlarından xüsusi reportajlar və bir sıra verlişlər hazırlayıb. 1995-ci ildə Ümummilli Lider Heydər Əliyev barədə çəkilən “Böyük Ömrün Anları” adlı üç hissəli sənədli filmin rejissoru olub. Gənc rejissor bundan sonra 1996-cı ildə “Azərbaycan”, 1998-ci ildə isə nəhəng Bakı-Tbilisi-Ceyhan neft kəməri haqqında lentə alınan “Üç Dəniz Əfsanəsi” sənədli filmlərinə quruluş verib. 1994 cü- il cəbhədə atəşkəs elan olunandan sonra hər bir televiziyanın döyünən ürəyi sayılan Xəbərlər Redaksiyasında rejissor vəzifəsində çalışıb.
Hümbət Yaqubov
Hümbət Mərhəmət oğlu Yaqubov (4 sentyabr 1998; Meyniman, Hacıqabul rayonu, Azərbaycan — 27 oktyabr 2020; Qırmızı Bazar, Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Hümbət Yaqubov 4 sentyabr 1998-ci ildə Hacıqabul rayonunun Meyniman kəndində anadan olmuşdur. 2005-2016-cı illərdə Hacıqabul rayon Meyniman kənd tam orta məktəbində təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Hümbət Yaqubov 2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra ordudan tərxis olunmuşdur. 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamışdır. Hümbət Yaqubov səfərbər olunmuş və hərbi təlim toplantılarına çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Hümbət Yaqubov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində 15 oktyabr tarixindən pulemyotçu olaraq iştirak etmişdir. Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Həsən Yaqubov
Həsən Hüseyn oğlu Yaqubov - əsgər, İkinci Vətən müharibəsi şəhidi == Həyatı == Həsən Hüseyn oğlu Yaqubov 1990-cı ilin 13 aprelində Beyləqan rayonu Şəfəq qəsəbəsində anadan olub. == Hərbi xidməti == Həsən Yaqubov Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində sürücü kimi iştirak edib. Həsən Yaqubov 2021-ci il yanvarın 12-də Xocalı rayonunda avto qəza nəticəsində şəhid olub . Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Yaqubov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
Kitab əl-buldan (əl-Yaqubi)
Kitab əl–buldan (ərəb. كتاب البلدان‎; azərb. Ölkələr haqqında kitab‎; ing. Book of Countries) — IX əsr ərəb tarixçisi və coğrafiyyaşünas–səyyahı Əbül–Abbas Əhməd ibn Əbu Yaqub ibn Cəfər Vəhb ibn Vadih əl–Katib əl–Abbasi əl–Yaqubi tərəfindən yazılması hicri təqvimlə təqribən 278–ci (miladi 891–ci) və ya 292–ci (miladi 905–ci) ildə sona çatdırılmış ümumi coğrafiya əsəri. Abbasilər xilafətinin məmurları üçün nəzərdə tutulmuşdu. == Əlyazmaları == Akademik İ. Y. Kraçkovskinin qeydlərinə əsasən əsərin iki əlyazması məlumdur: birincisi Sankt-Peterburq Dövlət Universitetinin professoru A. O. Muxlinski (rus. Антон Осипович Мухлинский; d. 1808 – ö. 1877) tərəfindən Misirdə aşkarlanmışdır və Münhendə Bavariya Dövlət Kitabxanasında (alm. Bayerische Staatsbibliothek‎) saxlanılır, ikincisi isə alman ərəbşünas F. Kern (alm.
Mahirə Yaqubova
Mahirə Mehdi qızı Yaqubova — azərbaycanlı aktrisa, pedaqoq, Azərbaycan Respublikasının Əməkdar artisti (2002). == Həyatı == Mahirə Yaqubova 1954-cü il dekabr ayının 4-də Bakıda anadan olmuşdur. Suraxanı rayonundakı 101 saylı orta məktəbdə oxuyub. Səkkizinci sinifdən sonra məktəbəqədər pedaqoji məktəbdə təhsil alıb. İlk dəfə səhnəyə də burada çıxıb. Əbdürrəhim bəy Haqverdiyevin "Bomba" novellası əsasında səhnələşdirilən tamaşada Feyzulla rolunu oynayıb (məktəbdə yalnız qızlar təhsil alırdı). 1974-cü ildə müvəffəqiyyətlə imtahan verərək M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub və buranı fərqlənmə diplomu ilə bitirib. Tələbəlik illərində Anarın "Adamın adamı" əsərində (quruluşçu rejissor Ədalət Ziyadxanov) At Balaxanım, Lope de Veqanın "Sevilya ulduzu" əsəri əsasında hazırlanan diplom tamaşasında isə Natella obrazlarını uğurla ifa edib. 1979-cu ildən bu günə kimi Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim, son illər isə dosent vəzifəsində çalışır. Bir çox elmi məqalələrin, metodik göstərişlərin, dərsliklərlə bağlı proqramların müəllifidir.
Mayis Yaqubov
Mayis Rəhim oğlu Yaqubov (20 aprel 1998, Daş Salahlı, Qazax rayonu – 17 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mayis Yaqubov 1998-ci il aprelin 20-də Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. 2004–2015-ci illərdə Ş. Cəbiyev adına Daş Salahlı kənd tam orta məktəbində təhsil alıb. 2015–2019-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. == Hərbi xidməti == Mayis Yaqubov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Mayis Yaqubov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mayis Yaqubov oktyabrın 17-də Hadrutun azad edilməsi şəhid olub. Qazax rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mayis Yaqubov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mayis Yaqubov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Mayis Yaqubov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mayis Yaqubov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Mir Teymur Yaqubov
Mir Teymur Mir Ələkbər oğlu Yaqubov (24 oktyabr (6 noyabr) 1904, Bakı, Rusiya imperiyası – 13 fevral 1970, Bakı, SSRİ) — Azərbaycan-sovet partiya və dövlət xadimi, general-leytenant (1945), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1953–1954), Azərbaycan SSR daxili i̇şlər komissarı və naziri (1941–1950), Azərbaycan SSR Ali Sovetinin ilk sədri (1938–1941). == Həyatı == Mir Teymur Mir Ələkbər oğlu Yaqubov 1904-cü ildə Bakı şəhərində Xəzər dənizçisi ailəsində anadan olmuşdur. Onun atası matrosluqdan kapitan rütbəsinədək yüksəlmişdir. Bununla belə, ailənin imkansızlığı səbəbindən Mir Teymur yalnız ibtidai təhsil ala bilmiş, dördillik məktəbi bitirərək 1919-cu ildə müstəqil əmək fəaliyyətinə başlamışdır. == İstinadlar == == Xarici keçidlər == "Arxivlənmiş surət". 2012-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-06.

Значение слова в других словарях

заболо́титься наце́ливание паро́мщик по-его́ подкарау́ливающий предиле́кция взыска́тельный голоство́льный заскочи́ть неукло́нный пости́ться токсиколо́гия увели́чить ужин appreciable lardon participatory theatre paving stone radio car scale mica septical tabetic undenominational протопить разочароваться