YARIMADA

is. Üç tərəfi dəniz, dördüncü tərəfi isə qitəyə bağlı olan yer sahəsi.
Hansı millətin Muğan çölü kimi, Mil düzü kimi, Şirvan səhrası kimi, Abşeron yarımadası kimi yeri, torpağı var? Heç bir millətin!… Yaşa vətənim, çox yaşa! N.Vəzirov.

YARIMAÇIQ
YARIMADAM
OBASTAN VİKİ
Yarımada
Yarımada — üç tərəfdən su ilə əhatə olunmuş, bir tərəfdən quruya bitişik quru sahəsi. Yer kürəsində ən böyük yarımadalar sırasında Ərəbistan (3,23 mln km²), Hindistan (2,07 mln km²), Hind-Çin (1,93 mln km²), Somali (1,88 mln km²), Labrador (1,39 mln km²), Skandinaviya (0,75 mln km²), Balkan (0,66 mln km²), Pireney (0,58 mln km²), Koreya (0,22 mln km²), Florida (0,17 mln km²) və s. öndə durur. Azərbaycanda, eyni zamanda Xəzər dənizi hövzəsində Abşeron ən böyük yarımadadır. Bir sıra german, kelt, o cümlədən baltik, slavyan, macar, çin və s. dillərdə də bu termin "yarım"+"ada" şəklində ifadə olunduğu təqdirdə, ingilis (peninsula – latıncadan "paene-": təxmini + "īnsula": ada) və başqa dillərdə xüsus termin halına gəlmiş sözlərlə ifadə olunur. İspaniya, Portuqaliya, İtaliya, Cənubi Koreya, KXDR, Yunanıstan, İsveç, Norveç, Finlandiya, Hindistan, Səudiyyə Ərəbistanı, Yəmən, Oman, Tailand, Myanma, Vyetnam, Malayziya, Kamboca, Türkiyə və bir sıra başqa ölkələr yarımadada yerləşirlər. == Mənbə == ASE, V cild, Bakı, 1981, səh.
Afon (yarımada)
Ayon-Oros və ya Agion-Oros (yun. Άγιου Όρου – müqəddəs dağ) — Yunanıstanda yarımada. Xalkidiki yarımadasının şərq çıxıntısıdır. Meşələri, bağları və üzümlükləri var. Cənub qurtaracağı çoxlu monastırı olan Afon dağıdır.
Pirallahı (yarımada)
Pirallahı — Xəzər dənizində, Abşeron körfəzinin eyni adlı Abşeron arxipelaqına aid ada. O, Azərbaycanda yerləşən sahəcə ən böyük adadır. Sahəsi 17,56 km², uzunluğu 12 km, eni 0,2 km-dən 4 km-ə qədərdir. == Etimologiyası == Adanı atəşpərəstliklə əlaqələndirirlər. İslam dininin buraya gəlməsiylə əlaqədar adanın adı Pirallahı olaraq dəyişdirilmişdir. Ruslar adanı (bojya svyatinya) sonradan Svyatov adını qoymuşdur. 1936-cı ildə ada inqilabçı F.A.Sergeyevin gizli partiya ləqəbinin şərəfinə "Artyom adası" adlandırıldı. 1990-cı ildə adanın köhnə adı rəsmən bərpa edilmişdir. == Tarixi == Neftə olan ehtiyacı da nəzərə alaraq SSRİ hökuməti gözünü Pirallahıdakı neft qaynaqlarına çevirir. 1939-cu ildə Azərneftyağ Sənaye Nazirliyi tərəfindən Moskva şəhərində "Damba" tipli körpü tikilməsi üçün layihə təsdiq edilmişdir.
Ayon-Oros (yarımada)
Ayon-Oros və ya Agion-Oros (yun. Άγιου Όρου – müqəddəs dağ) — Yunanıstanda yarımada. Xalkidiki yarımadasının şərq çıxıntısıdır. Meşələri, bağları və üzümlükləri var. Cənub qurtaracağı çoxlu monastırı olan Afon dağıdır.
Hikakos yarımadası
Hikakos yarımadası (isp. Hicacos) — Kubaın şimal sahillərində yerləşən yarımada. İnzibati baxımdan Matansas vilayəti ərazisinə daxildir. Yarımadada kurort şəhəri olan Varadero yerləşir. Yarımada öz adını kaktus bitkisinin növ çeşidliyindən almışdır.
Kaliforniya yarımadası
Kaliforniya (Aşağı Kaliforniya və ya Kaliforniya yarımadası; isp. Baja California) — Şimali Amerikanın qərbində (Meksikanın ərazisində) yerləşən uzun və dar yarımada. Şərqdə Sakit okeanan və Kaliforniya körfəzi ilə əhatə olunub. Uzunluğu 1200 km, maksimal eni isə 240 km. Burada Meksikanın iki ştatı yerləşir: Aşağı Kaliforniya və Cənubi Aşağı Kaliforniya. Sahəsi Appenin yarımadası qədərdi (təxminən 149 min km²) və Florida yarımadasından iki dəfə daha böyükdür. Şimalda yarımada Kaliforniya ştatının (ABŞ) və Sonor ştatının (Meksika) qərb hissəsi ilə yanaşıdı, qərbdə Sakit okeanla, şərqdə isə Kaliforniya körfəzi ilə əhatə olunur. Körfəzin hər iki sahil bir birinə bənzəmir. Sahilin qərb hissəsində Sakit okeanın dərinliklərindən gələn söyuq Kaliforniya dəniz cərəyanları axır. Həm də bu hissədə tropik genişliklərə köçən və qayıdan balinalara rast gəlmək olar.
Kalininqrad yarımadası
Kalininqrad yarımadası və ya Sambi yarımadası (alm. Samland‎) — Şərqi Avropada, Kalininqrad vilayəti ərazisinddə yerləşən yarımada. == Coğrafiya == Baltik dənizinin cənub-şərq sahillərində, şirinsulu Kalininqrad körfəzini Primorski buxtasıpndan ayırır. Yarımadanın şimalında Taran burnu yerləşir. Burunda Taran mayakı və hərbi hissə yerləşir. Yarımada ərazisindən çoxlu çay axır. Kalininqrad körfəzinə Preqolya, Primorski körfəzinə isə Nelma çayı töplülür. Digər yarımadalar: Aleyka, İnstruç, Deyma, Anqrapa, Neman. Yarımadanın relyefi əsasən düzəndir. Elədə hündür olmayan yüksəkliklər yarımadanımn cənub və cənub-şərqində yerləşir.
Kalksalo yarımadası
Kalksalo yarımadası — Kareliya Respublikasının cənubunda yerləşən yarımada. Yarımada Ladoqa gölünün qərbində yerləşir. Burada Xelmelyanselkaya körfəzi ilə digər ensiz körfəzi əmələ gətirir. Yarımadada çoxlu sayda göl vardır. Yarımadanın uzunluğu 4,2 km, eni isə 3,7 km təşkil edir. Relyefi təpəlidir. Maksimal hündürlük 60 metrdir. Sahilləri sıldırımlı və qayalıdır. Yarımadanın üzəri meşə və kollar ilə örtülmüşdür. Yarımadanın yaxınlığında gölün dərinliyi 7 metrdir.
Kamçatski yarımadası
Kamçatski yarımadası (rus. Камчатский полуостров) — Asiyanın şimal-şərqində Rusiyanın Kamçatka diyarı ərazisində yerləşən yarımada. Berinq dənizinin daxilinə 40 km məsafədə Kamçatski yarımadası Ust-Kamçatskdan şimalda, Kamçatka çayının mənsəbində yerləşir. Yarımadada eyni adlı burun yerləşir. Əvvəllər yarımada Kamçatski burnu yarımadası adlanırdı. Həmçinin yarımadada Afrika burnu vardır. Onun şimalında isə Stolbovoy burnu qərarlaşır. Afrika burnunda mayak fəaliyyət göstərir. Ətrafında isə isə elə də böyük olmayan yaşayış məskəni vardır ki, onunda 10 nəfər əhalisi vardır. Yarımadanın iri çayları: Pikej, Pervaya perevalnaya, Vtoraya perevalnaya, Stremitelnaya, Olenya.
Kenay yarımadası
Kenay — (ing. Kenai Peninsula) — Alyaska ştatının cənub sahillərində yerləşir. Yarımada öz adını. Kuk körfəzinin rus variantı olan Kenay körfəzindən göTürmüşdür. Yarımada 240 km uzunluğa malikdir. Qərbdən Kuk körfəzi, şərqdən isə Şahzadə Vilhelm boğazı onun sahillərini yuyur. Yarımada haqqında ilk məlumatı 1789-cı ildə rus araşdırmaçısı Qerasim İzmaylov vermişdir. Yarınadanın daxili ilə şimaldan cənuba Kenay sıra dağları uzanır. Ərazini əhəmiyyətli hissəsi Milli par ərazisi olaraq qorunur. Yarımadada bir necə yaşayış məntəqəsi vardır ki, onlardan ən irisi Kenaydır.
Kent yarımadası
Kent yarımadası (ing. Kent Peninsula) — Kanadanın şimal-qərbində yerləşən iri yarımada. == Coğrafiya == Nunavut vilayətinin şimalında yerləşir. Yarımadadan qərbdə Koroneyşen körfəzi qərarlaşır. Şimalda yerləşən Dis boğazı yarımadanı Kanadanın ən böyük adasından biri olan Viktoriya adasından ayırır. Yarımada ensiz bərzəxlə materikə birləşir. Cənub-şərqdə Kuin-Mod körfəzinə daxil olan Labirint buxtası yerləşir. Yarımadanın ən hündür nöqtəsi Corc dağı 183 metrdir. Yarımadanın uzunluğu 112 km, eni 40 km-dir. Yarımada Tomas Simpson tərəfindən Kent Hersoqinyasının şərəfinə adlandırılmışdır.
Kerç yarımadası
Kerç yarımadası — Krım yarımadasının şərq hissəsi. Şimalda Azov dənizi, şərqdə Kerç boğazı, cənubda Qara dənizlə əhatələnir. Qərbdə eni 7 km olan Aq-Manay bərzəği onu Krım yarımadası ilə birləşdirir. Sahəsi təqribən 3 min km²-dir. Şimal-şərq hissəsi hündürlüyü 190 m-dək olan təpəliklər, cənub-qərb hissəsi isə düzənlikdir. Çoxlu palçıq vulkanı var.
Keyp-Enn yarımadası
Keyp-Enn (ing. Cape Ann) — Qayalıqlarla zəngin olan yarımada şimaldan Massaçusets körfəzi ilə əhatələnir. Massaçusets ştatı ərazisində Bostondan 50 km şimal-şərqdə yerləşir. == Adlanması == Burnu ilk adlandıran İngilis dənizçi Con Smit Ceymstaun olur. O, yarımadanı Traqabiqzanda (ing. Tragabigzanda adlandırır (çox böyük ehtimal ki bu ad onun hindli sevgilisinin adı olmuşdur Traqa). Bir müddət sonra İngilis kralı I Karl burnu Anna olaraq adlandırır (öz anasının şərəfinə). Yarımadada ilk yaşayış məntəqəsi ingilislər tərəfindən 1624-ci ildə salınmışdır.
Keyp-Kross yarımadası
Keyp-Kross (ing. Cape Cross, afrik. Kaap Kruis, alm. Kreuzkap‎) — Afrikanın qərb sahillərində, Namibiya ərazisində, materikin cənub qutaracağından 1850 km məsafədə yerləşir. Burunu ətrafı özünə xass olan Kap dəniz pişikləri ilə məşhurdur. Ərazidə qoruq mövcuddur və turistlər arasında popularlığı ilə seçilir. Bundan başqa yarımadada Padraonun eynisi mövcuddur, o 1485 Dieqo Kaonun təşkil etdiyi ekspedisiya zamanı əraziyə gətirilmişdi. Ariginal xaç hazırda Portuqaliyada saxlanılır. Yarımada öz adını bu xaçdan götürmüşdür.
Keyp Kod yarımadası
Keyp Kod yarımadası (ing. Cape Cod — «Treska burnu») — Amerika Birləşmiş Ştatlarının şimal-şərqində, Bostondan 120 km aralıda, Massaçusets ştatının ucqar şərq nöqtəsini təşkil edən yarımada. Keyp Kod yarımadası eyni adlı körfəzi Atlantik okeanından ayırır. İlk əvvəllər yarımada materikə birləşik olmuşdur. 1914-cü ildə Keyp-Kod kanalının inşası ilə böyük bir adaya çevrilmişdir. == Coğrafiyası == Yarımada 4 hissəyə bölünür: Yuxarı burun — materikə ən yaxın yerləşən hissə. Şəhərlər: Born, Sendviç, Falmaus və Maşpi. Falmaus şəhərində Buds Houl Okeanoqrafik İnstitut yerləşir. Orta burun — cənub hissədə yerləşir. Çoxlu sayda çimərliklərə sahibdir.
Kibron yarımadası
Kibron (fr. Presqu’île de Quiberon) — Bretan yarımadasının cənubunda, Atlantik okeanın Biskay körfəzi daxilinə hərəkət edən Moriban departamenti ərazisində yerləşən yarımada. == Kommuna == Yarımada əhalisi iki kommunada yaşayır: Kibron (Quiberon) Sen-Per-Kibron (Saint-Pierre-Quiberon) == Tarixi == Kibron yarımadası 1795-ci ildə təşkil olunan Kibron ekspedisiyası zamanı tanınmışdır. Burada əhali Vandey üsyanını dəstəkləməyə getmişlər.
Kii yarımadası
Kii yarımadası (yap. 紀伊半島) — İnzibati cəhətdən Vakayama, Mie, Nara, Osaka kimi prefekturalar onun ərazisində yerləşir. — Yarımada da Sintoizm şəhəri, İse-dzinqu kompleksi yerləşir, üstəlik mirvari çıxarılır. Yaponiyanın Honşu adasının şərqində yerləşir. Yosino — Əsrarəngiz dağlar arasında cənub imeratorluğu dönəmində mövcud olan saray. Sinqu (Vakayama), Ovase (Mie) və Kumano (Mie) — ərazilərdə məşhur sintoizm məbədləri yerləşir. 2004-ci ildən Yosino, Kumano, Koya-san və ətraf ərazilər UNESCO Ümumdünya irsi siyahısına daxil edilmişdir. == Mənbə == Kii yarımadasında yerləşən müqəddəs yerlər və yollar.
Kobılya Qalava yarımadası
Kobılya Qalava (bur. Хорин ирги) — Baykal gölündə yerləşən Olxon adasında yerləşən, Xabarovsk diyarı ərazisində, Olxon darvazası ilə Kiçik dəniz boğazı arasında yerləşən yarımada. Yarımada körfəzin daxilinə 4 km məsafədə uzanır. Qutaracağında eyni adlı burun yerləşir. Sonucunda yerləşən qaya hazırda yarımadadan kiçik boğazla ayrılır. == Qəzalar == Burada XX əsr tarixində Baykal gölün tarixində ən dəhşətli qəza baş vermişdir. 1901-ci ilin oktyabrın 14-dən 15-ə keçən gecə "Potapov" gəmisi güclü küləklə qayaya çırpılmışdır. Nəticədə 176 nəfər həlak olmuşdur. Potapov qəzasından bir ötməmiş göl tarixində ikinci böyük qəza baş verir. 1902-ci ili sentyabrın sonlarında güçlü Sarma küləyinin sayəsində "Aleksandr Nevski" gəmisinin yedəyində gətirdiyi barjanı suya batırmışdır.
Kocaeli yarımadası
Kocaeli yarımadası (türk. Kocaeli) — Türkiyə ərazisində, Kiçik Asiya yarımadasının şimal-qərbində yerləşir. Qara dənizi (şimal) Mərmərə dənizindən (cənub) ayırır. Qərbdə Bosfor boğazı yerləşir. Cənubda Mərmərə dənizinin akvatoriyasına daxil olan İzmit körfəzi onun sahillərini yuyur. Bosfor və İsmit körfəzlərinin ərazisində sınma qırılma xətti keçdiyindən yarımada yüksək seysmikliyə malikdir. Uzunluğu 75 km, eni 50 km təşkil edir. Yarımadadan vənubda arxipelaq yerlşir. Ərazidən dağ silsilələri keçir, bu da Pont dağlarının ardını təşkil edir. Ən hündür nöqtəsi 537 m təşkil edir.
Kola yarımadası
Kola yarımadası (Murman) — Rusiyanın Avropa hissəsinin şimal-qərbində Murmansk vilayətində yerləşir. Barens və Ağ dənizin sahilindədir. Sahəsi 100000 km²-a yaxındır. Yarımadanın qərb hissəsində Xibin (hündürlüyü 1200 m-ə çatır) və Lovozer tundrası (hündürlüyü 1120 m-ə çatır) dağ massivləri var. Şimal hissəsində tundra bitki örtüyünə sahib olsa da, cənub hissəsi meşə-tundra və tayqa zonasına düşür. Əsas gölləri İmandra gölü, Umbozero gölü və Lovozero gölüdür.
Koni yarımadası
Koni yarımadası (rus. Кони) — Oxot dəniziinin ərazidində, Maqadan vilayəti ərazisində yerləşir. Yarımadada yerləşən burunlar:Skalnıy, Polski, Qorbatıy, Qorelıy, Sentyabreva, Pervıy, Avelina, Bliqan, Taran, Kiras və s. Yarımadadan çoxlu çay axır. İri çayları:Boqurçan, Oroxolindya, Berezovka, Burqauli. Yarımadanı materika birrləşdirən bərzəxdə Siqlan çayının mənsəbi yerləşir. Relyefi əsasən dağlıqdır. Maksimal hündürlük 1548 metrdir (Skalistaya dağı). Yarımada ərazisindı Maqadan qoruğu yerləşir.
Kopli yarımadası
Kopli — yarımada Tallin şəhərinin şimalında, eyni mikrarayonun ərazisində yerləşir. Kopli yarımadası Palyassaare və Kopli körfəzinin şimalında qərarlaşır. Sahəsi 4500 km². təşkil edir. Yarımadanın uzunluğu 3 km, eni 1,5 km təşkil edir. == Tarixi == Yarımada da ilk yaşayış məntəqələri 1365-ci ilə aiddir. 1774-cü ildə Baltika almanlarına aid qəbrstanlıq salınmışdır. Hazırda ərazisindən Tallin traleybusu № 9, Tallin tramvayı № 1 и 2, və Tallin avtobusu № 32 işləyir. SSRİ dağıldıqdan sonra qəbrstanlıq yerində park salınmışdır. Yarımada ərazisində Baltik Gəmitəmiri zavodu fəaliyyət göstərir.
Koreya yarımadası
Koreya yarımadası — Asiyanın şərqində yerləşən yarımada İkinci Dünya müharibəsi başa çatanadək Koreya yarımadası Yaponiyanın müstəmləkəsi olub. 1948-ci ildə ərazidə iki dövlət yaranıb – Koreya Respublikası və Koreya Xalq Demokratik Respublikası. == Ölkələr == === Cənubi Koreya === Yarımadanın cənub hissəsində yerləşən Koreya Respublikasının sərhəd qonşuları Çin, Yaponiya və Şimali Koreyadır. Sahəsi 100 032 kvadrat kilometr, əhalisi 50 milyondan çoxdur. Paytaxtı Seul şəhəridir. Koreya Respublikası on altı inzibati dairədən ibarət prezident respublikasıdır. Hakimiyyət həm hüquqi, həm də faktiki baxımdan üç qol arasında - icraedici, məhkəmə və qanunverici hakimiyyətləri - bölünüb. Yerli hakimiyyət orqanları yarımmüstəqildirlər, onların da icraedici və qanunverici funksiyaları var. Yüksək həyat səviyyəsi ilə tanınan ölkələr sırasındadır. Asiyada dördüncü ən böyük iqtisadiyyata malik olan bu ölkə "Böyük 20-lər" (G20) qrupunun üzvüdür.
Koreya yarımadasında Enerji İnkşafı Təşkilatı
Koreya yarımadasında Enerji İnkşafı Təşkilatı — (ing. The Korean Peninsuala Energy Development Organization-KEDO) . KEDO-nun əsas fəaliyyəti Şimali Koreyada yüngül su reaktorlarının qurulmasına yönəlib. 1994-cü il ABŞ ilə Şimali Koreya arasında Çərçivə razılaşmasının yerinə yetirilməsi məqsədilə yaradılmışdır. 1995-ci il martın 15-də fəaliyyətə başlamışdır. Üzvləri ABŞ, Yaponiya və Cənubi Koreya.
Koromandel yarımadası
Koromandel yarımadası (ing. Coromandel Peninsula) - Yeni Zelandiyanın Şimal adasında yerləşən yarımada. == Təsviri == Okean daxilinə 85 km məsafəsə uzanır, Hauraki və Fert-of-Tems körfəzləri arasında yerləşir. Yarımadanın eni 40 km keçmir. Ölkənin ən böyük şəhəri olan Oklənd 42 km qərbdə yerləşir. Relyefi təpəlidir. Rütubətli tropik meşələrlə örtülüdür. Sahilləri sıldırımlıdır. Mərkəzindən Koromandel silsiləsi keçir. Malsimal hündürlük 900 metrdir.
Kurqalski yarımadası
Kurqalski yarımadası (rus. Кургальский) — Fin körfəzinin sahilində yerləşən yarımada. İnzibati cəhətdən Leninqrad vilayətinin Kinqisep rayonu ərazisinə daxildir. == Yerləşməsi == Fin körfəzinin cənubunda yerləşir. Yarımada Narva və Luj körfəzlərini ayırır. Ən ucqar şimal nöqtəsi Pitkenen-Nosdur. == İqlim == Mülayim Dəniz iqliminə malikdir. Bu yarımadanın yerləşdiyi mövqeyi ilə əlaqədardır. Fin körfəzinin suları dənizə nisbətdə az duzlu olması ilə əlaqədar daha tez qızır. Dekabrdan marta qədər Narva körfəzinin suları buzla örtülü olur.
Kvantun yarımadası
Kvantun yarımadası (çin. 關東) — Çinin şimal-qərbində yerləşən yarımada. Lyaodun yarımadasının cənub-qərb qutaracağını təşkil edir. == Tarixi == Sin imperiyası dönəmində Lyaonin vilayəti ərazisinə daxil idi. Çin-yapon müharibəsi sonrası yarımada Simonosek müqaviləsinə əsasən Yaponiyaya verilir. Ancaq Fransa, Rusiya və Almaniyanın təzyiqi ilə ərazi yenidən Çinə qaytarılır. 1897-ci ilin dekabr ayında rus hərbi-dəniz qüvvələri Lyayşunkou limanına daxil olur. Bura rəsmi olaraq Port-Artur adlandırılır. 1898-ci ilin martında Rusiya rəsmi olaraq 25 illiyinə. Admiral Yevgeni Alekseev bölgənin komandanı elan edilir.
Labrador yarımadası
Labrador yarımadası (fr. péninsule du Labrador, ing. Labrador Peninsula) — Kanadanın şərqində yerləşən yarımada. == Coğrafiyası == Labrador vilayəti, Saqeney Sen-Jan gölü, Kot-Nor, Şimali Kvebek regionları ərazisini özündə birləşdirir. Yarımada şərqdən Atlantik okeanının suları (Müqəddəs Lavrentiya körfəzi) əhatələnir, şimalda Hudzon boğazı, qərbdə isə Hudzon körfəzinin suları onun sahillərini yuyur. Yarımadanın şimal və qərb hissələri nisbətən alçaqdır və bəzi yerlərdə çox qirintili-çıxıntılıdlr. Şərq sahilləri hündürdür və fiordlarla zəngindir. Sahəsi 1,6 milyon km²-dən çoxdur. Ərazi müxtəlif növ suxurlara rast gəlinir qranit, Qneys, Qabbro. Şərq hissəsindən Tornqat dağları keçir, onu ən hündür zirvəsi D’İbеrvil (Kobvik 1652 m) dağıdır.
Lanqlad yarımadası
Lanqlad (Kiçik Mikelon, fr. Langlade, Petite Miquelon) — Sen-Pyer və Mikelon arxipelaqının Mikelon Lanqlad adalarının cənubunda yerləşir. XVIII əsrə qədər Lanqlad adası müstəqil ada olsa da, sonradan Qran-Mikelon adası ilə uzunluğu 12 km olan burunla birləşdi. Lanqlad adasından 5 km cənub-şərqdə Sen-Per adası yerləşir. Sahəsi — 91 km² təşkil edir. Lanqlad adasında heç bir canlı yaşamır. Halbuki 2006-cı ildə adada yaşayan tək insan vəfat etmişdir. Lanqlad adasında çoxlu sayda su tutarları vardır. Onların bir qismi yağıntından asılı olaraq ərazisi dəyişir. Ancaq rütubətli iqlin səbəbindən göllər heç vaxt qurumur.
Busan ekspresi 2 Yarımada (film, 2020)
== Süjet xətti == Cənubi Koreyada başlayan naməlum virus epidemiyası qısa müddətdə yüz minlərlə insanı zombiyə çevirir. Qonşu ölkələr axının qarşısını almaq üçün yarımadanı blokadaya salır, bütün su və quru sərhədlər ciddi nəzarətə götürülür. Hadisələrdən 4 il ötür. Cənubi Koreya tam olaraq ətrafdan təcrid olunub, şəhərlər və qəsəbələr viran qalıb. Sağ qalanların olub-olmaması heç kimə bəlli deyil. Vaxtında təxliyə olunan, ancaq gəmidə yaşanan fors-major nəticəsində bacısı və bacısı oğlunu itirən kapitan Çon-suk Honkonqda qaçqın statusuyla yaşayır. Bacısının əri də onunla bir düşərgədə qalsa da, ailəsini qoruya bilmədiyi üçün ona nifrət edir. Bir gün yerli mafiya bossu onların hər ikisini çağırtdıraraq, inanılmaz bir təklif edir: o, zombilərlə qaynaşan İnçhondan içi pulla dolu yük maşınını gətirənə 20 milyon dollar mükafat söz verir...

Digər lüğətlərdə