YAR
YAR-YARAQ
OBASTAN VİKİ
Babi Yar
Babi Yar (ukr. Бабин Яр, Babyn Yar; rus. Бабий Яр, Babiy Yar) — 1941-ci ildə Nasist Almaniyası tərəfindən Ukrayna Sovet Sosialist Respublikasına bağlı Kiyev şəhəri yaxınlığında etnik yəhudilərə qarşı gercəkləşdirilmiş qətliam. İki gün ərzində 33.771 etnik yəhudi nasistlər tərəfindən öldürülmüşdür. Babi Yar qətliamının ən bilinən tərəflərindən biri 1941-ci ilin 29 və 30 sentyabr tarixlərində 33.771 nəfər etnik yəhudinin öldürülməsi faktıdır. Kiyev şəhərində və ətraf ərazilərdə yaşayan bütün etnik yəhudilərinin öldürülməsi ilə bağlı qərarı SS hərbçisi Kurt Eberhard, Cənub Polis Təşkilatının rəhbəri Fredrix Yaklin və Einsatzgruppe C rəhbəri Otto Raşx tərəfindən verilmişdir. Qətliam Sonderkommando 4a birliyinin əsgərləri tərəfindən, yerli polisin dəstəyi ilə gercəkləşdirilmişdir.Babi Yar Üçüncü Reyxin SSRİ ilə apardığı müharibə dövründə gercəkləşdirilmiş ən böyük qətliam kimi tarixə keçmişdir. Babi Yar eyni zamanda Holokost ərzində gercəkləşdirilmiş ən böyük qətliam hadisədidir. Qətliam öldürülən insanların sayına görə Polşanın işğalı zamanı öldürlən 42–43 min nəfər və 1941-ci ildə törədilmiş Odessa qətliamından (50 min) say baxımından geri qalsada, müharibə tarixində ən qısa vaxtda maksimal dərəcədə ən çox insanın öldürüldüyü cinayət kimi tarixə düşmüşdür.Ərazidə gercəkləşdirilmiş digər qətliamların qurbanları arasında sovet müharibə əsirləri, kommunistləri, ukrayn millətçiləri və qaraçılar üstünlük təşkil edirdi. Ümumilikdə alman işğalı zamanı Babi Yarda 100.000–150.000 insanın öldürüldüyü təxmin edilməkdədir.
Kapustin Yar
Kapustin Yar (rus. Капустин Яр) — Rusiyanın Həştərxan vilayətinin Znamensk şəhərində yerləşən bir kosmik bazadır. Müəssisə 1946-cı ildə məğlub edilmiş Almaniyadan əldə edilmiş texnologiya, materiallar və elmi dəstək ilə inşa edilmişdir. Rus ordusu üçün sınaq raketlərindən əlavə peyk və meteoroloji raketlər də buraxıldı. Müəssisənin yerləşdiyi Znamensk şəhəri bazaya xidmət etmək üçün qurulmuşdur.
Yar Çallı
Yar Çallı (tatar. Яр Чаллы; rus. Набережные Челны) — Tatarıstan Respublikasında yerləşən şəhər. Respublikanın şimal-şərqində Nijnekamsk su anbarının və Kama çayının sol sahilində yerləşir. Nijnekamsk ərazi istehsalat kompleksinin və Yar Çallı aqlomerasiyasının əsas şəhəri olmaqla iri sənaye mərkəzidir. Əhalisinin sayına görə respublikanın ikinci, Rusiyanın 34-cü iri şəhəri hesab edilir. "KAMAZ" avtomobil zavodu bu şəhərdə yerləşdir. == Etimologiyası == Şəhərin adı tatar (bulqar) dilində Yar Çallı sözündəndir. Tərcüməsi qırmızı sahil mənasını ifadə edir. 1982-ci ildə Leonid Brejnyev-in şərəfinə şəhərin adı dəyişdirilərək Brejnyev adlandırılmışdır.
Babiy Yar qətliamı
Babiy Yar qətliamı — 1941-ci ildə Nasist Almaniyası tərəfindən Ukraynada törədilən soyqırımı.
Dera Allah Yar
Dera Yar Allah — Pakistanın Bəlucistan əyalətinin Cəfərabad rayonunun inzibati mərkəzi. Şəhər Kvetta şəhərindən 300 km məsafədə yerləşir. Şəhərə Siyasi Lider Mir Allahyar Xan Xosanın sui-qəsdindən sonra adı verildi.
Dera Yar Allah

Rəhim Yar Xan
Rəhim Yar Xan — Pakistanın Pəncab əyalətində şəhər.Pakistanın ən böyük 17-ci şəhəridir.Rəhim Yar Xan rayonun inzibati-mərkəzidir.Şəhərin rəhbərliyi doqquz Birlik Şurasına bölünür.1881-ci ildə Bahavalpurlu Nəvab şəhərə tək oğlu Rəhim Yar Xanın adı verdi.
Evləri köndələn yar
Evləri köndələn yar — Azərbaycan istehsalı komediya tipli film-tamaşa. 1982-ci ildə çəkilmişdir. Ssenari müəllifi Anar, rejissorlar isə Ramiz Həsənoğlu və Tariyel Vəliyevdir. Bəstəkar kimi Emin Sabitoğlu iştirak etmişdir. == Məzmun == Film-tamaşada sevgililərin elçiliyinin səhv salınması nəticəsində hadisələr dolaşığa düşür. Əsərin dramaturji ziddiyyətini nişan, toy kimi el adətlərinə müxtəlif münasibətlər təşkil etsə də tamaşada hadisələrin deyil, personajların ziddiyyətləri ön plana çəkilir. == Film-Tamaşanın Heyəti == === Film-Tamaşanın üzərində İşləyənlər === Ssenari müəllifi : Anar Quruluşçu rejissor : Ramiz Həsənoğlu, Tariyel Vəliyev Quruluşçu operator : Eldar Məmmədov Bəstəkar : Emin Sabitoğlu Mahnıların Mətni : Vaqif Səmədoğlu Operator : Süleyman Süleymanov, Əlövsət Aslanov, Vahid Babayev Quruluşçu rəssam : Rəfael Əsədov Rəssam : Azər Cəbrayılov Qrim rəssamı : Aslan Qafarov Səs rejissoru : Fikrət Ağazadə, Hətəm Əmiraslanov, Rauf Haşımov, Lazar Çernomordikov Rejissor assistenti : Tofiq Zeynalov, Adil Bünyadov Redaktor : Həbibə Məmmədxanlı Videomühəndis : Rəhim Dərafərin, Fazil Əlişov, Bəxtiyar Həsənov, Eldar Mirbağırov Mahnıları İfa edir : Flora Kərimova, Hicran Mehbalıyeva, Xədicə Abbasova, Akif İslamzadə, Səyavuş Aslan, Yaşar Nuri, İlham Namiq Kamal(sonuncu 3 şəxs titrlərdə yoxdur). Janr-komediya.
Evləri göydələn yar (film, 2010)
Evləri göydələn yar — 2010-cu ildə istehsal olunmuş Azərbaycan tammetrajlı bədii televiziya filmi. == Məzmun == == Film haqqında == Bu film tamaşaçılar arasında böyük rəğbətlə qarşılanan "Evləri köndələn yar" televiziya tamaşasındakı hadisələrin 28 ildən sonrakı davamını göstərir. Telman Adıgözəlovun son işidir.
Evləri köndələn yar (film, 1982)
Evləri köndələn yar — Azərbaycan istehsalı komediya tipli film-tamaşa. 1982-ci ildə çəkilmişdir. Ssenari müəllifi Anar, rejissorlar isə Ramiz Həsənoğlu və Tariyel Vəliyevdir. Bəstəkar kimi Emin Sabitoğlu iştirak etmişdir. == Məzmun == Film-tamaşada sevgililərin elçiliyinin səhv salınması nəticəsində hadisələr dolaşığa düşür. Əsərin dramaturji ziddiyyətini nişan, toy kimi el adətlərinə müxtəlif münasibətlər təşkil etsə də tamaşada hadisələrin deyil, personajların ziddiyyətləri ön plana çəkilir. == Film-Tamaşanın Heyəti == === Film-Tamaşanın üzərində İşləyənlər === Ssenari müəllifi : Anar Quruluşçu rejissor : Ramiz Həsənoğlu, Tariyel Vəliyev Quruluşçu operator : Eldar Məmmədov Bəstəkar : Emin Sabitoğlu Mahnıların Mətni : Vaqif Səmədoğlu Operator : Süleyman Süleymanov, Əlövsət Aslanov, Vahid Babayev Quruluşçu rəssam : Rəfael Əsədov Rəssam : Azər Cəbrayılov Qrim rəssamı : Aslan Qafarov Səs rejissoru : Fikrət Ağazadə, Hətəm Əmiraslanov, Rauf Haşımov, Lazar Çernomordikov Rejissor assistenti : Tofiq Zeynalov, Adil Bünyadov Redaktor : Həbibə Məmmədxanlı Videomühəndis : Rəhim Dərafərin, Fazil Əlişov, Bəxtiyar Həsənov, Eldar Mirbağırov Mahnıları İfa edir : Flora Kərimova, Hicran Mehbalıyeva, Xədicə Abbasova, Akif İslamzadə, Səyavuş Aslan, Yaşar Nuri, İlham Namiq Kamal(sonuncu 3 şəxs titrlərdə yoxdur). Janr-komediya.
Göz yaşımı yar silə (albom)
Göz yaşımı yar silə və ya digər adıyla Göz yaşımı yar silə (Eldar Mansurovun mahnıları 1999)– Azərbaycan müğənnisi Aygün Kazımovanın studiya albomu. Alboma 10 mahnı daxildir. == Hazırlanması == Aygün Kazımovanın 1998-ci ildə "Şahin-R" şirkətinin logosu ilə satışa çıxardığı audio-kaset formatındakı albomudur.

Digər lüğətlərdə

благословля́ться диплома́нтка домово́дство здра́вица листобо́й накулика́ться незаходя́щий норве́жец пальпи́ровать тре́боваться не жилец обслу́живание сино́ним крейсель Great Dividing Range migration overactivity pull round rabbitry unpausing гимназистка динамо-машина кастрюля святейшество споровый