YAR

is. [ fars. ]
1. Dost, yoldaş.
Əkinçilər yarıyam; İgidlər sərdarıyam; Qızılın adı çıxmış; Mən ondan yuxarıyam. Ə.Cavad.
Bir zamanlar nə sən, nə mən; Şad görmədik dostu, yarı. S.Vurğun.

□ Yar olmaq – yoldaş olmaq, dost olmaq, kömək olmaq.
Bizə yar olmasa saqi, biz ona yar olalım. Qövsi.
[Teymur ağa:] Amma cənabi-əqdəsi-ilahi doğruya yar olub, sənin muradın əksi üz verdi. M.F.Axundzadə.

…yar olsun!… –
…kömək olsun! (xeyirdua ifadəsi).
[İlyas:] Göylər sənə yar olsun, oğlum! – dedi. M.Hüseyn.

2. klas. Sevgili, məşuq, məşuqə. Yardan ayırmaq. Vəfalı yar. Yarındın ayrı düşmək.
– Ağdamın yollarında; Bənd oldum kollarında; Bir cüt bəzbənd olaydım; Yarımın qollarında. (Bayatı).
[Şahbaz bəy:] Tamam Parijin qızları qurban olsun sənin bir tükünə, mənim ki sənin tək gözəl bir yarım var… M.F.Axundzadə.
[Gəray:] Eşqimi nazlı yara anlatdım; Sözümə bal, noğul, şəkər qatdım. A.Şaiq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YAR yar bax 1. yoldaş 1; dost; 2. sevgili 1
  • YAR dost — yoldaş
  • YAR sevgili — məşuqə

Omonimlər

  • YAR YAR I is. [ fars. ] Dost, yoldaş. Bulmadım onda bir müvafiq yar; Yar sandıqlarım bütün əğyar... (M.Ə

Etimologiya

  • YAR “Dost” mənasında işlədilən bu söz fars mənşəlidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
YAPYALNIZ
YAR-YANCAQ

Digər lüğətlərdə