yaradan
yaradıcılıq
OBASTAN VİKİ
Yaradıcı yıxım
Yaradıcı yıxım (almanca: Schöpferische Zerstörung), Şumpeterin fırtınası olaraq da tanınır. 1950-ci illərdən etibarən Avstriya-Amerikalı iqtisadçı Yozef Şumpeterin Karl Marksın əsərlərindən törətdiyi və iqtisadi innovasiya nəzəriyyəsi olaraq ifadə etdiyi iqtisadi konsepsiyadır. Şumpeterə görə, "yaradıcı yıxımın fırtınası", iqtisadi quruluşu fasiləsiz olaraq içdən dəyişdirən, davamlı olaraq köhnəni dağıdarkən yenini yaradan sənayevi mutasiya müddətini ifadə etməkdədir. Marksist iqtisadiyyat nəzəriyyəsinə görəysə bu qavram kapitalizmin altında zənginlik yığımının və yox oluşunun bir-birinə bağlı müddətlərinə toxunaraq, daha geniş anlamda istifadə edilməkdədir.
YouTube Yaradıcı Mükafatları
YouTube Play Düymələri - Ən populyar kanallara verilən "YouTube Yaradıcı Mükafatlarının" bir hissəsidir. Bu mükafat digər mükafatlardan fərqlidir, bir kanal üçün ümumi abunəçi sayına əsasən verilir. Təsdiqlənmiş YouTube istifadəçisi müəyyən bir abunəçi sayına çatdıqdan sonra YouTube-un oynatma düyməsinin simvolundan ibarət bu mükafatlar verilir. Hər mükafat fərqli ölçüdədi, kanalın abunəçi sayısına görə mükafatda böyüyür.
Limkokvinq Yaradıcı Texnologiya Universiteti
Limkokvinq Yaradıcı Texnologiya Universiteti — Malayziyada universitet; İKT üzrə ixtisaslaşmış müasir ali məktəblərdən biri. == Tarixi və fəaliyyəti == Limkokvinq Yaradıcı Texnologiya Universitetinin əsası beynəlxalq ali təhsil ocağı olaraq 1991-ci ildə Malayziyanın "Silikon vadisində" - Saybercaya şəhərində qoyulub. "Hewlett Packard", "L'Oreal", "Maxis", "TB3", "Lewre" kimi məşhur sənaye partnyorları ilə əməkdaşlıq tələbələrə təhsil zamanı iş təcrübəsi əldə etməyə və layihələr üzərində işləməyə imkan verir. Limkokvinq Yaradıcı Texnologiya Universitetinin şəhərciyi müasir şəkildə tikilib. Belə ki, müxtəlif rəngli bloklar yaradıcılıq sənayesinin, həyatın və təhsil müəssisəsinin fəaliyyətinin xüsusiyyətlərini əks etdirir. Universitetdə yüksək keyfiyyətli təhsil və aktiv həyat tərzi üçün lazımi şərait yaradılıb. Ali məktəbdə fəaliyyət göstərən universitet radiosu, dəb və animasiya studiyası, həmçinin səsyazma, rəqs, foto, kino və televiziya studiyaları, çap və multimedia laboratoriyaları, 25 kompüter sinfi, elektron kitabxana, çoxfunksiyalı zallar, müzakirələr üçün otaqlar peşəkar avadanlıqlarla təchiz edilib. Kompüter laboratoriyaları informasiya texnologiyalarının ən yeni vasitələri ilə hazırlanıb. == Kitabxana == Ali təhsil müəssisəsində həmçinin faydalı mənbələri əhatə edən zəngin kitabxana sistemi fəaliyyət göstərir. Kitabxanada ənənəvi nəşrlərlə yanaşı çox sayda elektron resurslar yer alır.
"Sabah" Yaradıcılıq Birliyi
Aran Film Yaradıcılıq Mərkəzi
Aran Film Yaradıcılıq Mərkəzi və ya qısaca Aranfilm — 2016-2020-ci illərdə ARB Aran televiziyasının nəzdində fəaliyyət göstərmiş istehsalçı qurum. == Tarixi == Aran Film Yaradıcılıq Mərkəzi 2016-cı ildə ARB Aran televiziyasının nəzdində yaradılıb. Fəaliyyəti dövründə onlarla sənədli, elmi-kütləvi və araşdırma filmləri istehsal edib. Onların yüksək səviyyədə təqdimatı keçirilib. Bir çox festivallarda mükafatlara layiq görülüb. 2017-ci ildən qısametrajlı bədii filmlərin istehsalına başlanılıb. Azərbaycanın folkloru, memarlığı, mədəniyyəti, tarixində iz buraxmış mühüm hadisələri və görkəmli şəxsiyyətləri haqqında bir çox filmlərə imza atıb. Yaradıcılıq mərkəzində kino və televiziya sahəsində tanınan peşəkar mütəxəssislər fəaliyyət göstərmişdir. Qurumun direktoru İqbal Məmmədəliyev, bədii rəhbəri Tahir Tahiroviç olmuşdur. Aranfilm Yaradıcılıq Mərkəzi 2020-ci ildə fəaliyyətini dayandırmışdır.
Azərbaycan Yaradıcılıq Fondu
Azərbaycan Yaradıcılıq Fondu — Azərbaycan Respublikasında fəaliyyət göstərən fondlardan biri. Rəhbəri Kamal Abdulladır. == Tarixi == Azərbaycan Yaradıcılıq Fondu 1987-ci ildə Sovet Mədəniyyət Fondunun filialı kimi təsis edilmişdir. Fondun ilk fəxri sədri akademik Bəkir Nəbiyev, professor Kamal Abdulla isə sədrin birinci müavini olmuşdur. 1991-ci ildə keçirilmiş Fondun 2-ci Konfransında fondun 1987-1991-ci illər arasındakı fəaliyyəti bağlı məruzə ilə çıxış edən professor Kamal Abdulla yeni sədr seçilmişdir. Həmin konfransda yeni sədr belə bir fikir səsləndirir ki, "Sovet Mədəniyyət Fondunun adı dəyişərək Rusiya Beynəlxalq Mədəniyyət Fondu kimi təsdiq olunub, bizim Fondumuz həmin təşkilata üzvlük təklifini qəbul etməmiş, müstəqil qurum kimi fəaliyyət göstərmək qərarına gəlmişdir." Beləliklə, SSRİ-nin dağılmasından sonra bu qurum 2008-ci ilə qədər Azərbaycan Mədəniyyət Fondu adı altında fəaliyyətini davam etdirmişdir. 2008-ci ildən bəri Azərbaycan Yaradıcılıq Fondu adlanır. == Təsisçiləri == Fondun bir sıra təsisçiləri var ki, onlardan bəziləri bunlardır: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Azərbaycan Rəssamlar İttifaqı Azərbaycan Bəstəkarlar İttifaqı Azərbaycan Kinematoqrafçılar İttifaqı Azərbaycan Yazıçılar İttifaqı Azərbaycan Teatr Xadimləri İttifaqı Azərbaycan Jurnalistlər Birliyi Azərbaycan Milli Elmlər Akademiyası M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası Müəllif Hüquqlarını Müdafiə Cəmiyyəti == Fəaliyyəti == Fondun beynəlxalq əlaqələr üzrə gördüyü işlər, həm çətin, qarışıq, həm də sabitlik illərində çox ciddi və əhəmiyyətli əməkdaşlıqlara vəsilə olub. Məsələn, Fondda Almaniyadakı "Avropa Türk-İslam Kültür Birliyinin" nümayəndəliyi açılıb və həmin birliklə əməkdaşlıq qısa zamanda səmərəli nəticələr verib. 1992-ci ildə həmin kültür birliyi Fonda 25 min alman markı məbləğində tibb preparatları və islam tarixi haqqında kitablar bağışlamışdır.
Azərbaycan aşıq yaradıcılığı
Azərbaycan aşıq sənəti (az.-əbcəd آشیق صنعتی‎) — şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənətinin mühüm tərkib hissəsidir. Aşıq sənətində musiqi, poeziya, təhkiyə, rəqs, pantomima, teatr sənəti elementləri üzvi şəkildə birləşmişdir. Aşıq şeirinin janrları olan qoşma, gəraylı, müxəmməs, ustadnamə, qıfılbəndlə yanaşı, qoşmanın təcnis, cığalı təcnis növlərindən ibarətdir.Aşıq musiqisinin ən geniş yayılmış növlərindən biri sazın müşayiətilə solo oxumaqdır. Sazda çalmaq tarixi inkişaf prosesində tədricən müstəqil bədii əһəmiyyət kəsb etmişdir. 2009-cu ildə Azərbaycan aşıq yaradıcılığı UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmişdir. == Etimologiya == Azərbaycan bəstəkarlıq məktəbinin əsasını qoymuş Üzeyir Hacıbəyov "aşıq" sözünü "eşq" (ərəbcə) ilə bağlayır. Professor M. Təhmasib aşığı hazırda az işlənən və qədim türk söz kökü olan "aş"dan törədiyini qeyd edir. Əslində isə "aş" kökündən düzəldilən "aşılamaq" feli bu gün də işlənir. Güman olunur ki, "aş" kökü "mahnı" yaxud "nəğmə" mənasında da işlənib, çünki "aşulamaq" — "oxumaq" deməkdir. Hazırda özbək dilində "aşulaçi" — "mahnı oxuyan, müğənni" deməkdir.Məlumdur ki, "varsaq" sözü "aşıq şeiri" yaxud "aşıq mahnısı (havası)" mənasını bildirir.
Aşıq yaradıcılığı
Azərbaycan aşıq sənəti (az.-əbcəd آشیق صنعتی‎) — şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənətinin mühüm tərkib hissəsidir. Aşıq sənətində musiqi, poeziya, təhkiyə, rəqs, pantomima, teatr sənəti elementləri üzvi şəkildə birləşmişdir. Aşıq şeirinin janrları olan qoşma, gəraylı, müxəmməs, ustadnamə, qıfılbəndlə yanaşı, qoşmanın təcnis, cığalı təcnis növlərindən ibarətdir.Aşıq musiqisinin ən geniş yayılmış növlərindən biri sazın müşayiətilə solo oxumaqdır. Sazda çalmaq tarixi inkişaf prosesində tədricən müstəqil bədii əһəmiyyət kəsb etmişdir. 2009-cu ildə Azərbaycan aşıq yaradıcılığı UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmişdir. == Etimologiya == Azərbaycan bəstəkarlıq məktəbinin əsasını qoymuş Üzeyir Hacıbəyov "aşıq" sözünü "eşq" (ərəbcə) ilə bağlayır. Professor M. Təhmasib aşığı hazırda az işlənən və qədim türk söz kökü olan "aş"dan törədiyini qeyd edir. Əslində isə "aş" kökündən düzəldilən "aşılamaq" feli bu gün də işlənir. Güman olunur ki, "aş" kökü "mahnı" yaxud "nəğmə" mənasında da işlənib, çünki "aşulamaq" — "oxumaq" deməkdir. Hazırda özbək dilində "aşulaçi" — "mahnı oxuyan, müğənni" deməkdir.Məlumdur ki, "varsaq" sözü "aşıq şeiri" yaxud "aşıq mahnısı (havası)" mənasını bildirir.
Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsi
Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi (kitab)
"Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi" - Filologiya elmləri doktoru, professor,cavidşunas alim Əjdər Tağıoğlu tərəfindən yazılmış elmi əsər == Məzmun == Əjdər İsmayılovun (Əjdər Tağıoğlunun) bu monoqrafiyasında dünya ədəbiyyatında demonizm ənənələrinin Hüseyn Cavidin bədii-estetik irsində davamı və inkişafı məsələləri araşdırılır, öyrənilir. Müəllif bu istiqamətdə H.Cavid estetikasının ideya-fəlsəfı, bədii-mifoloji qaynaqları üzərində dayanır, şairin bədii dünyagörüşünə xas olan milli və beynəlmiləl cəhətləri də tədqiqata cəlb edir. Əjdər Tağıoğlu nun rəsmi oponenti olmuş Moskvalı professor A.L.Şteynin kitaba yazdığı “Müəllif haqqında söz”də deyir: ”Bu monoqrafiya romantizm tarixinin ümumi konsepsiyası ilə əlaqədar olan biliyimizi genişləndirir və dərinləşdirir. Aydın olur ki,romantizm öz klassik forması ilə, Qərbi Avropada olduğu kumi, ancaq XIX əsrin I yarısı ilə məhdudlaşmır. Əksinə, bu klassik məktəb mütəfəkkir romantik şair Hüseyn Cavidin poetik şəxsində öz hüdudlarını genişləndirir və dünya mədəniyyətinin inkişafında yeni mərhələyə - XX əsrin inqilablar epoxasına qədəm qoyur.” Monoqrafiada Cavidlə paralel təhlilə çəkilən Esxil, Milton, Şekspir, Kalderon, Bayron, Şelli, Göte, Şiller, Puşkin, lermontov və bu sıradan olan dünya ədəbiyyatının başqa korifeylərinə həsr edilmiş səhifələrlə Azərbaycan, Rus və Qərbi Avropa romantizminin poetik və fəlsəfi məziyyətlərini milli-tarixi aspektdən açılan araşdırmalarda biz kitabın müəllifinin simasında geniş profilli filoloq-alimlə üz-üzə dayanmış oluruq. Monoqrafiyada zəngin elmi, tarixi, bədii və mifoloji materiallar əsasında vahid Azərbaycan ölkəsində Atarpatendə (Odlar ölkəsi) Azərbaycan türklərinin və onların bir xalq olaraq təşəkkülündə və formalaşmasında iştirak etmiş Ön asiyanın başqa qohum türk tayfalarının mənəvi və mədəni inkişafında Zərduşti dünyagörüşün müstəsna rol oynamasını elmi-nəzəri ümumiləşdirmələrlə verilir. Bu baxımdan "Azərbaycan", "Atar/Ata" sözünün açımı, "Demon","Satana","İblis" mifik adlarının yaranmasında tarixi əhəmiyyət kəsb edən Azərbaycan türklərinin ilk təfəkkür işığı "Div" ("Çan") kəlməsinin araşdırılması, habelə bu sözlərin etomoloji təhlili kitabın elmi-nəzəri sanbalını dəyərləndirən,onun monumentallığını ölçən cəhətlərdəndir.
Peşə-Texniki Təhsil Sistemi Şagirdlərinin Texniki Yaradıcılıq Sərgisi (film, 1974)
== Məzmun == Filmdə Bakıdakı 68 saylı peşə-texniki təhsil məktəbində sərginin açılması, Azərbaycan KP MK-nın I katibi Heydər Əliyevin həmin sərgidə iştirak etməsi, peşə-texniki təhsil komitəsinin sədri T. Allahverdiyevin qonaqları Bakı şəhəri peşə-texniki məktəb şagirdlərinin texniki yaradıcılıq sərgisinin ekspozisiyası ilə tanış etməsi öz əksini tapmışdır.
Sabah (yaradıcılıq birliyi)
Uşaq və gənclərin yaradıcılıq sarayı (Rostov-na-Donu)
Uşaq və gənclərin yaradıcılıq sarayı ― Rusiyanın aparıcı uşaq təhsilverici müəssisəllərindən bir. Burada ümumilikdə 5–18 yaş arası 11 min uşaq incəsənətin müxtəlif sahələrinə sahiblənir. Müəssisədə ümumilikdə 3 mindən çox pedaqoq çalışır. Uşaq və gənclərin yaradıcılıq sarayı Rostov-na-Donu şəhərində yerləşir. Saray Volj-kamsk bankının binasında yerləşir. == Tarixi == 23 may 1936-cı ildə Rostov-na-Donu şəhərondə Qazetnaya xiyabanı ilə Bolşoy Sadovnaya küçələrinin kəsişdiyi yerdə təntənəli şəkildə Pioner sarayı açılmışdır. Saray Volj-kamsk bankının binasında yerləşdirilir. Binanın daxilində müəyyən dəyişikliklər gerçəkləşdirilir. Bunişlərə arxitektor Aleksey Nikolayeviç Beketov rəhbərlik edir. 1936-cı ilin payızında Sarayın iki bölməsi fəaliyyətə başlayır: elmi-texniki və rəssamlıq.
Video oyun yaradıcısı
Videooyun yaradıcısı — video-oyun yaradan proqram təminatı (fiziki və ya hüquq şəxs) hazırlayandır. Yaradıcı müəyyən oyun konsollarında (PlayStation 3, PSP, Xbox 360, Wii, Nintendo DS) ixtisaslaşa və ya fərdi kompyuterlər də daxil olmaqlar digər sistemlərdə də inkişaf edə bilər. Bəzi oyun yaradıcıları yalnız konkret növ oyunlarda ixtisaslaşır. Məsələn, yalnız birinci və ya üçüncü şəxs şuterlər üçün oyunlar yaradılır. Başqaları oyunu bir sistemdən digərinə keçirmək üzrə ixtisaslaşırlar. O biriləri isə oyunun lokallaşdırması ilə məşğul olurlar. Çoxlu sayda oyun-nəşrçiləri müxtəlif oyun hazırlayan studiyaları dəstəkləyir. Məsələn, Electronic Arts-ın EA Canada, Activision-ın isə Radical Entertainment studiyasını dəstəkləyir. Ancaq onların işi ilkin olaraq nəşr edən olduğu üçün yaradıcı yox, nəşrçi adlanırlar.
Xalq Yaradıcılığı Festivalı (1937)
Xalq Yaradıcılığı Festivalı (film, 1937)
Yaradıcılıq
Yaradıcılıq 1)əvvəllər mövcud olmayan, keyfiyyətcə yeni bir şey meydana gətirən fəaliyyət. Yaradıcılıq insan fəaliyyətinin hər hansı bir sahəsində (elmi, texniki-istehsalat, bədii, siyasi və s.) mümkündür; 2)insanın maddi və mənəvi sərvətlər yaratmağa doğru yönəldilmiş fəaliyyəti. Məsələn, kütlələrin canlı yaradıcılıq fəaliyyəti, yaradıcılıq prosesi, söz yaradıcılığı, elmi yaradıcılıq, bədii yaradıcılıq. Ümumiyyətlə, yaradıcı əməyin məhsulu, yaradılmış maddi və mənəvi sərvətlərin məcmusu. Məsələn, uşaq yaradıcılığı sərgisi. Yaradıcılıq məzuniyyətləri – əmək hüququna görə işəgötürənlə əmək münasibətlərində olmaqla yanaşı aspiranturada, doktoranturada müvafiq elmi dərəcə almaq üçün təhsilini davam etdirən işçilərə dissertasiya işlərini tamamlamaq, həmçinin müəlliflərə dərsliklər və ya dərs vəsaiti yazmaq üçün ödənişli yaradıcılıq məzuniyyətləri verilə bilər. Bu yaradıcılıq məzuniyyətlərindən işçi müvafiq elmi şuranın qərarına uyğun olaraq ona verilən arayış əsasında istifadə edir. Dərsliklər və ya dərs vəsaitləri yazmaqla məşğul olan işçilərə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə və arayışı əsasında 3 ayadək ödənişli yaradıcılıq məzuniyyəti verilə bilər. Yaradıcılıq psixologiyası – insan fəaliyyətinin yeni, orijinal nəticə verməsinin qanunauyğunluqlarını, yaradıcılıq prosesini və onun psixoloji mexanizmini tədqiq edən elm sahəsi. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova.
Özfəaliyyət Yaradıcılığı Festivalı (film, 1976)
== Məzmun == Kinolentdə Azərbaycanda ən yaxşı bədii özfəaliyyət kollektivlərinə baxışın birinci turundan danışılır. Bakı, Naxçıvan, Tovuz, Şəki və digər şəhərlərin xalq ansambllarının çıxışları kinokadrlarda öz əksini tapmışdır. == Film haqqında == Film Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Üns Yaradıcılıq Səhnəsi
"Üns Yaradıcılıq Səhnəsi" Teatrı 22 aprel 2006-cı ildə yaradılıb. Teatrın yaradılmasında əsas məqsədlərdən biri Azərbaycandakı zəngin teatr sənətinə dayanaraq hazırkı müasir səviyyəyə çatdırmaq, özlüyündə ənənə və yeniliyi birləşdirməkdir. Həmçinin incəsənət və mədəniyyətdə şərq və qərb mədəniyyətinin sintezinin bədii əksinin göstərilməsidir. Üns Yaradıcılıq Səhnəsinin rəhbəri Nərgiz Paşayevadır.

Значение слова в других словарях

бойкоти́роваться желе́зо но́нче окочу́риться рыбако́в сторожева́ть хлестако́вство ожига́ть продезинфици́роваться электре́ты benefactress buckwheat braid first cause hellgrammite labialization misread retting umph бугор вегетарианство заболеваемость зазеленить наброситься обваливать скрытый