YARADAN
YARADILIŞ
OBASTAN VİKİ
Yaradılış
Yaradılış dastanı — Altay-Yakut dövrünə aid türklərin bir dastanı. Yaradılış kitabı — Tövratın beş kitabdan ibarət ilk kitabı. Yaradılışçılıq — Hər şeyin əvvəlcədən qəbul edilmiş fövqəltəbii bir güc tərəfindən yoxdan var olduğuna inam.
Yaradılış dastanı
Yaradılış dastanı — ilk türk dastanlarından biri. Dastan Vasili Radlov tərəfindən yazıya alınmışdır. Qəhrəmanlarının coşqulu tərzdə mədh edildiyi və bir neçə hissədən ibarət olan bu dastan bütün Orta Asiyada və Sibirdə yayılmış türk mifoloji təsəvvürlərinə əsaslanır. == Yer kürəsinin yaranması == Bu dastanda başlanğıcda yalnız Tanrı Qara xanın və suyun olması deyilir. Birdən Ağ Ana peyda olub “yarat” dedi və suya daldı. Qara xan isə uça bilən bir kişi yaratdı. Kişi Qara xandan daha yüksəkdə uçmaq istəyirdi. Bunu bilən Qara xan ondan uçmaq qabiliyyətini aldı. Kişi dibsiz suya yuvarlanıb boğulmağa başladı. O, peşman olub Qara xandan bağışlanmasını istədi.
Yaradılış kitabı
Tekvin və ya Yaradılış, Tanax və Əhdi-Ətiqin ilk beş kitabını formalaşdıran Tövratın birinci kitabı. Ümumi olaraq 50 bölümdən ibarətdir. Kitabın adı Qərb dillərinə adı Yunancada "yaradılış, doğuş" mənasında olan Genesis sözündən keçmişdir. Yəhudi ənənəsində isə kitabın adı, kitabın ilk kəliməsi olan "ilk, başlanğıc" mənasına gələn Bişvil Reşit ya da qısaca Bereşit sözündən yaranmışdır. Dünyanın yaradılışını, Adəm ilə Həvvanı, cənnətdən qovulmanı, Habil və Qabili, Nuh Tûfânını, Babil qülləsini və İbrahim, İshaq, Yaqub və Yusif peyğəmbərlərin hekayələrini anladır.
Yaradılış sütunları
Yaradılış sütunları — Yer kürəsindən 6500-7000 işıq ili uzaqlığında olan NGC 6611-dəki ulduzlararası qaz və tozun fil xortumlarının Habbl teleskopu tərəfindən çəkilmiş fotosu. Qaz və toz yeni ulduzların yaranması prosesində iştirak etdiyinə və yaxınlıqda yeni formalaşan ulduzlardan gələn işıq ilə aşındığına görə buraya belə bir ad verilib. 1 aprel 1995-ci ildə çəkilən foto Space.com tərəfindən Habblın çəkdiyi ən yaxşı 10 fotodan biri adlandırılıb. Fotodan məsul astronomlar Arizona Ştat Universitetindən Ceff Hester və Paul Skavndır. 2011-ci ildə region Avropa Kosmik Agentliyinin Herşel Kosmik Teleskopu tərəfindən yenidən ziyarət edilib. == Tərkibi == Sütunlar sərin molekulyar hidrogen və tozdan təşkil edilmişdir, hansı ki, nisbətən yaxın və isti ulduzların ultrabənövşəyi şüalarının səbəb olduğu fotobuxarlanma nəticəsində aşınmışdır. Ən soldakı sütunun uzunluğu təxminən 4 işıq ilidir. Buludların yuxarısındakı barmağa bənzər çıxıntılar bizim Günəş sistemindən böyükdür və görünmələrinin səbəbi buxarlaşan qaz kürəciklərinin kölgəsidir, hansı ki qazı gərgin ultrabənövşəyi axından qoruyur. Buxarlaşan qaz kürəcikləri yeni ulduzların inkubatorudur. Onlardan çıxan ulduzlar daha sonra buxarlaşır.
Azərbaycan yaradılış mifləri
Azərbaycan yaradılış mifləri — azərbaycanlıların mifik inanclarına görə dünyanın yaradılması və ilk insanların (əcdadların) məskunlaşmalarını təsvir edir. == Dünyanın və insanın yaradılması == Qədim bir Azərbaycan əfsanəsinə görə, göylə birlikdə yoxdan var edilən yerin ardınca heyvanlar, bitkilər və insanlar yaradılmışdır. İnsanlar qısa müddət ərzində çoxalıb yerə sığmadıqları üçün bir-birləri ilə mübarizə etməyə başlamışdılar. Bundan sonra başlanğıcda bir olan göy və yer bir-birindən ayrılmışdır. Azərbaycan inanclarında göy Tanrının bir neməti olaraq qəbul edilir, "Göy üzü ilə Yer üzü Tanrının iki meyvəsidir deyilir".İran Azərbaycan türkləri Altay və Qırğız türkləri ilə bənzər şəkildə əvvəlcə göyün, sonra isə yerin yaradıldığına inanırlar. İran azərbaycanlılarının inancına görə göy yeddi qatdır, ilk qatı torpaqdır, digərlərində isə mələklər vəzifələrinə uyğun olaraq yaşayırlar. Yeddinci qatda isə Tanrı taxtında oturub dünyanı idarə edir.Azərbaycan mifoloji mətnlərində suyun yaradılışda oynadığı rol vurğulanır. Qeyd edilir ki, ilk əvvəl bütün yer su ilə örtülmüşdü. Allah suyu lil edir, sonra onu qurudub torpaq edir. Torpaqdan bitkilər cücərir, insanlar yaranır.
Yaradılışın hədəfi (Hacı Şahin)
Yaradılışın hədəfi — Hacı Şahinin 2-ci kitabı.Hacı Şahin daha əvvəl Məşədi Dadaş məscidində "Cümə namazı" xütbələrində bu mövzuda danışıb.Kitab 2022-ci ildə Darul Hikmət Elm və Tədris Mərkəzi tərəfindən səsləndirilib. == Məzmun == Bu kitab bir axtarış, insanda “niyə”, “nə üçün”, “nə vaxt” suallarını yaratma cəhdidir. Ola bilərmi, bu qədər rəngarəngliyin, sürətin içində dalana dirənmişik, bozluq hər tərəfdən bizi əhatələyib, hər şey “apdeyt” olsa da, əslində, heç nə dəyişmir? Hacı Şahin Həsənli “Yaradılışın hədəfi” kitabında hazırda dəbdə olan “liberalizm”, “plüralizm”, “sağçılıq”, “solçuluq” anlayışlarını təhlil etməyə çalışır, dalandan qurtulmaq üçün alternativ yollar təqdim edir. Və bu təşəbbüsdə çağdaş dünya perspektivinin qeyri-kafiliyi, insanın daxili potensialını tamlıqla görə bilməmə faktı aşkara çıxır. Müəllifin fikrincə, inanclı təbəqə də bu proses zamanı nostalgiyaya qapılmaq, marginallaşma, dini yalnız bir baxış bucağından görmək kimi problemlərlə üzləşib.

Digər lüğətlərdə

в рука́х выце́живать деформи́роваться дубинноголо́вая обнима́ть огрева́ть пассажиро... писклёнок подбрива́ться подвижно́й произнести́ бетоново́з доцвета́ть зашифро́вываться иудаи́ст отгла́диться пощу́пывать хиная́на glossography little-known myxomatosis par-cook refereeing tolerate задавить