YARMARKA

[ alm. ] İlin müəyyən vaxtlarında və müəyyən yerlərdə vaxtaşırı düzəldilən bazar. Beynəlxalq yarmarka.
[Ağa Qurban:] Keçən il getmişdim Nijni yarmarkasına, … mal xırıd eyləyib yola saldıqdan sonra bir neçə gün istirahət üçün qalmaq xəyalına düşdüm. Ə.Haqverdiyev.
Gələn ayın əvvəllərində şəhərimizdə yarmarka başlanır. Mir Cəlal.

Этимология

  • YARMARKA Almanca yarmarket sözünün dəyişmiş formasıdır (“ticarət yeri” deməkdir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
YARMALIQ
YARNAQ

Значение слова в других словарях