Qızılgül yarpaqbükəni
Qızılgül yarpaqbükəni (lat. Archips rosana L.) — Buğumayaqlılar tipinin Pulcuqluqanadlılar dəstəsinin Yarpaqbükənlər fəsiləsinə aid olan növ.
Kəpənəyin qanadları açılmış halda 15–22 mm olmaqla, erkək fərdin qabaq qanadları tünd- bozdur. Yumurtası oval formada olub, yaşıl-göyümtül rəngdədir. Tırtılları isə bir neçə rəngin çalarlarına malikdirlər (tünd-yaşıl, açıq-yaşıl, sarımtıl- qəhvəyi), bədənin uzunluğu 18–20 mm-dir.
İmaqo: A.rosanus yetkin fərdlərin ön qanadları qırmızımtıl-sarı, tünd-qəhvəyi ləkəlidir, qanadların ölçüsü 15–22 mm-dir. Arxa qanadlar qəhvəyi-bozdur.
Pup: Pupları 10–12 mm-dir, sarımtıl-qəhvəyi rənglidir.
Tırtıl': Tırtılların ölçüsü 18–20 mm-dir, rəngi açıq yaşıldan tünd yaşıla qədər dəyişir.
Yumurta: Yumurtaları uzunsov-oval olub, əvvəlcə yaşılımtıl sonra isə qəhvəyimtil qonur rəngdə olur.