yarğan-qobu

yarğan-qobu
yarğan
yarğanlı
OBASTAN VİKİ
Yarğan
Yarğan — nisbətən hündür-düzənlik sahələrə aid olur. Yarğanın baş tərəfində eroziya daha şiddətli gedir. Meşənin olmaması və yamacların şumlanması yarğanın genişlənməsinə səbəb olur. Yaylaq zonasında intensiv mal-qara otarılması İlə əlaqədar bitki və torpaq örtüyünün pozulması yarğanların inkişafına şərait yaradır. Yarğan – mənfi xətti relyef forması, dar, dik yamaclı, yuxarı hissədə şaxələnmiş, yanları çılpaq olur. Uzunluğu bir neçə km, eni və dərinliyi bir neçə 10 m-ə çatır. Adətən tez yuyulan çökmə süxurlarda inkişaf edib, dövrü olaraq davam edən yağış və qar sularının axını nəticəsində əmələ gəlir. (rus. овраг, ing. gulch, gully, ravine) Yarğanlar əsasən kənd təsərrüfatına böyük zərər verir, əkin sahələrini parçalayır, yararsız hala salır.
Qobu
Qobu — Azərbaycan Respublikasının Abşeron rayonunun Qobu qəsəbə inzibati ərazi dairəsində şəhər tipli qəsəbə. Qobu Abşeronun qədim kəndlərindən olsa da tarixi az öyrənilib. Tarixçi Sara Aşurbəyli tədqiqatlarında yazıb ki, Qobu kəndi təxminən 700 il əvvəl yaranıb. Bu yaşayış məskəninin adı "çökəklik, müvəqqəti su axarı olan dərə, düzən" mənalarını verir. Qobu hər tərəfdən Şubanı dağları ilə əhatə olunub. XVIII əsrin 40-cı illərində Abşeron yarımadasında yaranmış Bakı xanlığının tərkibinə 39 kənd daxil idi. Bu kəndlərdən biri də Qobu kəndi idi. 1747–1806-cı illərdə Bakı xanlığının Qobu kəndi, 1806–1920-ci illərdə isə Bakı quberniyasının Bakı qəzasının Qobu kəndi olmuşdur. 1870-ci ildə Tiflis şəhərində Qafqaz Canişinliyinin Baş İdarəsi yanında Qafqaz Statistika Komitəsinin nəşr etdirdiyi "Rusiya İmperiyasının Qafqaz regionu üzrə məşkunlaşmış yerlərinin siyahısı" adlı statistik məlumatın Bakı quberniyasına aid olan 65-ci buraxılışında Bakı qəzasının yaşayış yerlərinin siyahısında 42-ci yerdə Qobu kəndi qeyd edilmişdir. Kitabın tərtibatçısı Qafqaz Statistika Komitəsinin baş redaktoru rus statistiki Nikolay Karloviç Zeydliç olmuşdur.
Qobu Dilağarda
Qobu Dilağarda — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan dilində qobu "quru dərə", "quruyarğan" və Qaraqoyunluların Dilağarda tayfasının adındandır. Mənşəcə Qaraqoyunlu tayfa ittifaqına mənsub Dilaqarda eli 1820-ci ildə 600 ailədən ibarət olmaqla Cənubi Azərbaycandan Şimala keçmişdir. 2020-ci il noyabr ayının 9-u Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.. Qobu Dilağarda oyk. Füzuli r-nunun Dilağarda i.ə.v.-da kənd. Qarabağ silsiləsinin ətəyindədir. Oykonim qobu və dilağarda (etn,) sözlərindən ibarətdir. Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində dilağarda tayfaşının Cənubi Azərbaycandan gəlib məskunlaşması nəticəsində yaranmışdır. Kəndin adı 'Qobuda maskunlaşmış dilağarda" mənasındadır.
Qobu bələdiyyəsi
Abşeron bələdiyyələri — Abşeron rayonunda fəaliyyət göstərən bələdiyyələr. Abşeron rayonu ərazisində fəaliyyət göstərən 15 bələdiyyə var. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qobu hamamı
Qobu hamamı və ya Hacı Abdulla hamamı — 1882-ci ildə Qobu kəndində Hacı Abdulla Kazım oğlu tərəfindən tikilmiş hamam. Təmirə ehtiyacı olan hamam tarixi abidə kimi qorunur. Qobu hamamı kəndin ən zəngin imkanlı şəxslərindən biri olan Hacı Abdulla Hacı Kazım oğlunun tapşırığı ilə 1882-ci ildə inşa edilib. Hacı Abdulla qeyri-adi bir hamam tikdirmək istədiyinə görə hər yerə sorğu göndərib, yaxşı usta axtarıb. Ona Usta Abbasəlini məsləhət görüblər. Usta Abbasəli isə Hacıdan hər daş üçün qızıl onluq istəyib. Hamamdan həftənin cüt günləri kişilər, tək günləri isə qadınlar istifadə edirmişlər. Müstəqillikdən sonra hamam öz fəaliyyətini dayandırıb. Hazırda baxımsız vəziyyətdədir və əsaslı təmirə ehtiyacı var. Qobu hamamı digər Abşeron hamamlarından fərqli oalraq kəndin kənarında bir yüksəklikdə tikilmişdir.
Qobu yaşayış yeri
Qоbu yаşаyış yеri — Şərur rаyоnunun Ахаmət kəndindən qərbdə yеrləşir. Yаşаyış yеrinin bir qismi kаnаl qаzılаrkən dаğıdılmışdır. Hаzırdа yаşаyış yеrinin ərаzisində kül qаlıqlаrınа, bаd qırıqlаrınа rаstlаnır. Tikintilər еhtimаl ki, möhrədən оlmuş və tаmаmilə dаğılmışdır. Аpаrılаn аrаşdırmаlаr zаmаnı yаşаyış yеrindən çəhrаyı və sаrı rəngdə bişirilmiş kеrаmikа, о cümlədən şirli qаblаrın pаrçаlаrı аşkаr еdilmişdir. Kеrаmikа nümunələri Оrtа əsrlərin inkişаf еtmiş və sоn dövrü üçün хаrаktеrikdir. Yаşаyış yеrinin sаhəsi 5 hеktаrdаn аrtıqdır. Yеrli əhаlinin məlumаtınа görə təsərrüfаt işləri görülərkən аbidənin ərаzisindən təndir qаlıqlаrı və kеrаmikа nümunələri аşkаr оlunmuşdur. Аrхеоlоji mаtеriаllаrа əsаsən yаşаyış yеrini XIV-XIX əsrlərə аid еtmək оlаr.
Qobu Bozdağı palçıq vulkanı
Bakıdan 15 km şimal-qərbdə, Qobu kəndindən 3 km şimal və şimal-şərqdə yerləşir. Boçdağ yüksəkliyi en istiqamətində yerləşmiş uzun bənddən ibarətdir. Bəndin mərkəzində iki qrupdan təşkil olunmuş palçıq vulkanı yerləşir. Bu qruplardan biri Qobu kəndindən şimalda eyni adlı dağın təpəsində, digəri isə birincidən 800–1000 m şərqə doğru yerləşmişdir. Yusifov, Elman. Bioloji müxtəliflik: Abşeron yarımadasının təbiət abidələri- Bakı : Nurlar NPM, 2007.

Значение слова в других словарях