YARILMAQ

f.
1. Zərbə ilə vurulub ortadan uzununa aralanmaq; bölünmək, kəsilmək, parçalanmaq.
2. Yaralanmaq. Başı yarılmaq.
// Maneə rəf edilərək yol açılmaq. Cəbhə yarıldı. Müdafiə xətti yarıldı.
3. Oğurluq məqsədi ilə sındırılıb (dağıdılıb) açılmaq.
Yenə kimin isə öldürüldüyünü, qız qaçırıldığını, ya adam soyulduğunu, bəlkə dükan yarıldığını güman edirdilər. Mir Cəlal.

4. Şaqqalanmaq.
Meşənin arası, çal qayalığın ayağı iki yana yarılmışdı. S.Rəhimov.

◊ Bağrı yarılmaq – bax bağır.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YARILMAQ yaralanmaq
  • YARILMAQ açılmaq
YARILMA
YARIM...

Digər lüğətlərdə

вгля́дываться колото́к ли́рный миф налива́ться ни кро́шечки новокреще́нец обчёсывать оглоу́шить проимено́вываться растрепа́й ч-(а) разгово́рчик сенозагото́вочный василиск Collins gantry hairdo half-partition megajoule ordinate procrastination undertrick дифференцирование околпачивать