YAVƏGUİ
YAVƏSƏRA
OBASTAN VİKİ
Yavər Camalov
Yavər Talıb oğlu Camalov (17 oktyabr 1949, Çöl Beşdəli, Sabirabad rayonu – 23 iyun 2018, İsrail) — Azərbaycan Respublikasının sabiq Müdafiə Sənayesi naziri (2006–2018). == Həyatı == Yavər Camalov 17 oktyabr 1949-cu ildə Sabirabad rayonunun Çölbeşdəli kəndində anadan olub. 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib. 1972-ci ildə "Siyəzənneft" Neftqazçıxarma idarəsinin operatoru, 1972–1989-cu illərdə "Şirvanneft" Neftqazçıxarma idarəsində operator, mühəndis, böyük mühəndis, növbə rəisi, rayon mühəndis-texnoloji xidməti rəisinin müavini, baş mühəndis – sex rəisinin müavini, NQÇİ-nin baş mühəndisi, 1989–1995-ci illərdə "Şirvanneft" Neftqazçıxarma idarəsinin rəisi, 1995–2003-cü illərdə Quruda Neftqazçıxarma İstehsalat Birliyinin baş direktoru vəzifələrində çalışmışdır. 23 iyun 2018-ci ildə İsraildə xəstəliyi ilə bağlı müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Yavər Camalov iyunun 24-də son mənzilə yola salınıb. Şüvəlan qəsəbəsindəki qəbiristanlıqda dəfn olunub.Ailəli olmuşdur, 3 övladı var. Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalovun qardaşıdır. == İctimai-siyasi fəaliyyəti = == Yavər Camalov 2003–2006-cı illərdə "Azneft" İstehsalat Birliyinin baş direktoru vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri təyin edilib.
Yavər Həsənov
Yavər Həsənov (15 mart 1963, Balıqlı, Amasiya rayonu – 7 yanvar 1994, Alxanlı, Füzuli rayonu) — Qarabağ müharibəsi şəhidi. == Həyatı == 15 mart 1963-cü ildə Qərbi Azərbaycanın Ağbaba mahalının Amasiya rayonunun Balıqlı kəndində anadan olmuşdur. 1988-ci illərdə erməni faşistləri azərbaycanlıları buradan deportasiya edərkən onun ailəsi Bakıya köçmüş Binəqədi rayonu ərazisində Xutor adlanan bölğəsində məskunlaşmışlar.Qarabağ hadisələri başlayanda ermənilərə qarşı olan mitinqlərdə fəal iştirak etmişdir. Yavər erməni vəhşiliyinin nə olduğunu hamıdan yaxşı bilirdi çünki onun ata nənəsi Səkinə nənə əslən Ərzurum vilayətinin Oltu yaxınlığındakı Sıxcey kəndindən idi. Səkinə nənə söylədiklərinə görə onun atasını qapılarının nökəri olan erməni öldürmüşdür. O,gündən sonra Səkinə nənənin qaçqınlıq həyatı başlamışdır.Sonradan Sovetlər birliyi qurulanda onlar Balıqlı kəndində yaşamışlar. Uşaq vaxtından erməni vəhşiliklərinin şahidi olan Səkinə nənə öz övladlarına hər zaman erməni vəhşilikləri haqqında danışardı. Hələ uşaq vaxtlarında əzizlərini və doğmalarını itirən Səkinə nənə ömrünün qürub çağında da ən əzizlərini,övladlarını,nəvələrini itirdi. Yavərin atası Həsənov Murtuz iki övlad itkisinə dözməyərək dünyasını dəyişmişdir. Yavərin özü cəbhə yoldaşlarının söylədiklərinə görə çox böyük qəhrəmanlıqlar göstərmiş qəhrəmanlıq nümunəsi olmuşdur.
Yavər Kələntərli
Yavər Abbas qızı Kələntərli (26 mart 1902, Şamaxı – 5 fevral 1979, Bakı) — Azərbaycan xanəndəsi, Azərbaycan SSR əməkdar artisti (1940). == Həyatı == Yavər Kələntərli 26 mart 1902-ci ildə Şamaxıda anadan olmuşdur. O, muğam, təsnif və Azərbaycan xalq mahnılarının mahir ifaçısıdır. 1932–1937-ci illərdə Azərbaycan radiosununun və 1937–1941, 1945–1951-ci illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur. Leyli, Leylinin anası ("Leyli və Məcnun", Üzeyir Hacıbəyov), Əsli ("Əsli və Kərəm", Üzeyir Hacıbəyov), Ərəbzəngi ("Şah İsmayıl", Müslüm Maqomayev) və digər partiyaları ifa etmişdir. == Ailəsi == Yavər Kələntərlinin qızlıq soyadı Zamanova olmuşdur. Xudaverdi Kələntərli ilə evlənmişdir. Şair Abbas Səhhət Yavərin doğma bibisi oğlu idi. == Mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 27 aprel 1940 == İstinadlar == == Mənbə == Yavər Kələntərli Yavər Kələntərli == Xarici keçidlər == Yaver Kalantarli — 70 (1972) Yaver Kalantarli — "Shur" Mircəfər Bağırovun bayquş adlandırdığı məşhur xanəndə.
Yavər Rzayev
Yavər Maarif oğlu Rzayev — Azərbaycan kino rejissoru, ssenari müəllifi, aktyor, rejissor assistenti, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2008). == Həyatı == 1 noyabr 1956-cı ildə Bakıda anadan olub. 1975—1980-cı illərdə M.A.Əliyev adına ADİİ-da, 1985—1990-cı illərdə Moskvada ÜDKİ-da təhsil alıb. "Azərbaycanfilm" kinostudiyasında bir neçə sənədli və bədii filmin rejissorudur. 2015-ci ildə "İlahi məxluq" filminə görə "Ən yaxşı orijinal ssenari" nominasiyasında "Qızıl Pəri" mükafatına layiq görülmüşdür. == Filmoqrafiya == Əlavə iz (film, 1981) Bəyin oğurlanması (film, 1985) Qəm pəncərəsi (film, 1986) Axırıncı addım (film, 1989) Haray (film, 1990) Dözümlü minarələr (film, 1991) Fövqəldünya və ya qəsdsiz məntiqi səhv (film, 1992) Sarı gəlin (film, 1998) Keçid (film, 2005) Niyyət (film, 2010) (ssenari müəllifi) İlahi məxluq (film, 2011) Aziya (film, 2015) Yarımçıq xatirələr (film, 2015) (ssenari müəllifi) Xeyirlə şərin rəqsi (film, 2015) (ssenari müəllifi, quruluşçu rejissor) Bizim Həsən müəllim (film, 2020) == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.
Yavər Şahbazov
Yavər Şahbazov — Azərbaycanın Milli Qəhrəmanı. == Həyatı == 1 noyabr 1973-cü ildə Xaçmaz rayonunun Qıraqlı kəndində anadan olmuşdur. 1981-1991-ci illərdə burada orta məktəbdə təhsil almışdır. Vətənpərvərliyi ilə müəllimlərinin və sinif yoldaşlarının diqqətini çəkən Yavər müharibəyə getmək və torpaqlarımızın bütövlüyü uğrunda savaşmaq istəyirdi. 1994-cü il 8 iyunda o, öz arzusuna çatdı. Rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırıldı. 1995-ci il 13-17 mart hadisələri baş verdi. Silahlı dəstə bir neçə dəfə xəbərdarlığa baxmayaraq silahı yerə qoymadı. Milli Ordu işə qarışmalı oldu Yavər də bu silahlı dəstənin zərərsziləşdirilməsində iştirak edirdi. Güclü atışma başlayanda o, bir neçə yaralı döyüşçünü xilas etdi özü isə qəhrəmancasına həlak oldu.
Yavər Əliyev
Yavər Əliyev (27 iyun 1956, Bakı – 29 fevral 1992, Qarabağ) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == Yavər Əliyev 27 iyun 1956-cı ildə Bakı şəhərində, Azərbaycan SSR-də neftçi ailəsində anadan olub. Pirallahı adasında 235 saylı orta məktəbdə təhsil başa çatdıqdan sonra Kremençuq Mülki aviasiya uçuş məktəbinə daxil olmuş və 1977-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir. Yavər pilot fəaliyyətinə 1977-ci ildə Zabrat aviabirliyində başlamışdır. Əliyev Mi-2 helikopterinin pilotu, daha sonra Mi-8 helikopterinin ikinci dərəcəli pilotu kimi xidmət edib, sonradan həmin helikopterin komandiri olub. Yüksək peşəkarlıq və müsbət şəxsi keyfiyyətlərinə görə, Zabrat Aviasiya dəstəsinin uçuş heyətinin komandiri təyin edildi.Öz təşkilati və döyüş qabiliyyətinə, yüksək peşəkar hazırlığına görə Yavər əliyev hərbi helikopterlərin birinci eskadrilyasının komandiri təyin edilib. O, qısa müddət ərzində eskadrilyaya ən yaxşı Mülki Aviasiya pilotlarını cəlb etməklə vahid və döyüş kollektivini topladı. Zakir Yusifov, Zakir Məcidov, Xanlar Səttarov, Firuz Cəlilov, Faiq Məmmədov və başqaları Azərbaycanın hərbi aviasiyasının tezliklə formalaşması üçün fədakarcasına çalışmışlar. == Döyüşlərdə iştirakı == 1990-cı illərin əvvəllərində Qarabağ müharibəsi zamanı Yavər Əliyevin rəhbərliyi altında uçuş heyəti dağlıq rayonların əhalisinin təxliyyəsində, [Ağdam] və [Şuşa] kəndləri arasında hava körpüsünün yaradılmasında iştirak etmiş, döyüş uçuşları da həyata keçirmişdir. Yavər Əliyev Qarabağda Mi-24 helikopterində bir neçə döyüş uçuşu yerinə yetirib, düşmənin mövqelərinə aşağı hündürlükdən zərbələr endirib.
Yavər Əsədov
Yavər Şahsuvar oğlu Əsədov (1956, Cəbrayıl rayonu) — rəssam, xəttat, Əməkdar mədəniyyət işçisi == Həyatı == Yavər Əsədov 1956-cı ildə Cəbrayıl rayonunda anadan olub. 1975-ci ildə Ə. Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini, 1980-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. 1981-ci ildən SSRİ Jurnalistlər İttifaqının və SSRİ Rəssamlar İttifaqının üzvüdür. "Kommunist" qəzetində uzun illər baş rəssam kimi fəaliyyət göstərib. 2000–2004-cü illərdə "Zarafat" satirik qəzetini yaradıb və onun baş redaktoru olub. Respublikada və xaricdə keçirilən sərgilərin iştirakçısı və mükafatçısıdır. 2006-cı ildən Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin idarə heyətinin üzvüdür. FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür. Hazırda Dövlət Universitetində pedaqoq kimi fəaliyyət göstərir. Ailəlidir, dörd oğlu, bir qızı var.
Yavər Həsənov (şəhid)
Yavər Həsənov (15 mart 1963, Balıqlı, Amasiya rayonu – 7 yanvar 1994, Alxanlı, Füzuli rayonu) — Qarabağ müharibəsi şəhidi. == Həyatı == 15 mart 1963-cü ildə Qərbi Azərbaycanın Ağbaba mahalının Amasiya rayonunun Balıqlı kəndində anadan olmuşdur. 1988-ci illərdə erməni faşistləri azərbaycanlıları buradan deportasiya edərkən onun ailəsi Bakıya köçmüş Binəqədi rayonu ərazisində Xutor adlanan bölğəsində məskunlaşmışlar.Qarabağ hadisələri başlayanda ermənilərə qarşı olan mitinqlərdə fəal iştirak etmişdir. Yavər erməni vəhşiliyinin nə olduğunu hamıdan yaxşı bilirdi çünki onun ata nənəsi Səkinə nənə əslən Ərzurum vilayətinin Oltu yaxınlığındakı Sıxcey kəndindən idi. Səkinə nənə söylədiklərinə görə onun atasını qapılarının nökəri olan erməni öldürmüşdür. O,gündən sonra Səkinə nənənin qaçqınlıq həyatı başlamışdır.Sonradan Sovetlər birliyi qurulanda onlar Balıqlı kəndində yaşamışlar. Uşaq vaxtından erməni vəhşiliklərinin şahidi olan Səkinə nənə öz övladlarına hər zaman erməni vəhşilikləri haqqında danışardı. Hələ uşaq vaxtlarında əzizlərini və doğmalarını itirən Səkinə nənə ömrünün qürub çağında da ən əzizlərini,övladlarını,nəvələrini itirdi. Yavərin atası Həsənov Murtuz iki övlad itkisinə dözməyərək dünyasını dəyişmişdir. Yavərin özü cəbhə yoldaşlarının söylədiklərinə görə çox böyük qəhrəmanlıqlar göstərmiş qəhrəmanlıq nümunəsi olmuşdur.
Yavər kəndi (Əhər)
Yavər kəndi (fars. ‎‎‎‎ياوركندي‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd.
Hüseyn xan Yavəri
Hüseyn xan Məhəmməd xan oğlu Yavəri (d. 1886 — ö. 1939) — İran hərbçisi. == Həyatı == Hüseyn xan Məhəmməd xan oğlu Yavəri 1886-cı ildə Xoy şəhərində anadan olmuşdu. Hüseyn xan Yavəri 1939-cu ildə vəfat edib. == Ailəsi == Hüseyn xan Yavəri Rəhimpaşa xan Yavərinin qızı ilə ailə qurmuşdu. Rəhim xan, Həsən xan, Mustafa xan adlı oğlanları vardı.
Yavərkənd
Yavərkənd -İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd. == Toponimikası == Rayon mərkəzindən 18 km şimal-şərqdə, Ağkəndin yanında yerləşirdi. Burada 1922-ci ildə 2 nəfər azərbaycanlı yaşamışdır. 1924-25-cı illərdə kənd ləğv edilmişdir. İndi xaraba kənddir. Toponim Azərbaycan dilində «yuxarı rütbəli zabitlərin yanında xidməti tapşırıqları və ya qərargah işlərini yerinə yetirən kiçik rütbəli hərbi vəzifəli şəxs» mənasında işlənən yavər sözü ilə kənd coğrafi nomeni əsasında əmələ gəlmişdir. Antropotoponimdir.

Значение слова в других словарях

густо... Махди́ натоми́ться неврастени́чка отпа́вший па́рный позапу́тать похлопота́ть томи́льный геоло́гия друг на дру́жку иссуши́ть тристат absolutely false pregnancy fungivorous matte Nikolaev non-U rugger triticale up-a-daisy writer-in-residence клейкий придирка