Yaxınlaşdırma peyvəndi və ya ablaktirovka (rus. аблактиро́вка; əsli lat. ablacto) — bağçılıqda peyvənd üsullarından biri. Bu, yaxınlıqda böyüyən bitkilərin tumurcuqlarının (alma, armud, üzüm) birləşməsidir. Tam birləşdikdən sonra, kök ana bitkidən ayrılır.